EBM Təlimatları Onlayn Yardım

Info
6.3.2013
Editors

Proqramın başlanğıcı

EBM Təlimatları İnformasiyaları

Proqram başlandıqda, verilənlər bazasının yenilənməsi, proqramın yeni xüsusiyyətləri və ən çox oxunan məqalələrin siyahısı haqqında informasiyalar ilə bağlı xəbər hesabatı göstərilir.

Axtarış proqramı

Axtarış şərtləri

Hər hansı bir termini axtarışa vermək üçün lazım olan axtarış sahəsi, proqram brauzerinin yuxarı sağ küncündə yerləşdirilmişdir. Axtarış, bütün məlumat bazalarına (məqalələr, sübutlar xülasəsi, şəkillər və səs nümunələri) yönəldilir və proqram, həm indeks sözlərini həm də mətn sözlərini məqalənin istənilən yerində, eyni zamanda axtarışa verir.

Hər bir məqalə müəyyən edilmiş axtarılan ifadələrin siyahısını özündə ehtiva edir, yəni onun məzmununu təsvir edən sözlərdən istifadə edilərək indekslənir. Məqalələr, müəllif və ixtisaslara görə də indekslənir. Mətndəki sözlər hər hansı bir söz və ya sözün bir hissəsi də ola bilər.

Axtarılan ifadələr "və" operatoru vasitəsilə birləşdirilə bilər. Məsələn, "uşaq və qızdırma" ifadələri, eyni zamanda həm qızdırma həm də uşaq mözusunun müzkirə olunduğu məqalələrin axtarışı üçün də istifadə edilə bilər.

(*) ulduz işarəsi, müxtəlif xarakterlərin axtarış ifadəsinə əlavə edilməsi üçün istifadə edilə bilər.

Axtarış sahəsini, axtarış sahəsinin üzərində yerləşdirilmiş Təmizlə düyməsinə basmaqla təmizləyə bilərsiniz.

Axtarış nəticələri

Axtarış nəticələri və ya ən çox baxılanlar siyahısı, axtarış sahəsinin aşağı hissəsində yerləşmiş brauzer pəncərəsinin sağ tərəfində göstərilir. Axtardığınız ifadəni yerləşdirdikdən sonra siyahını əldə etmək üçün ya Axtarış düyməsinə ya da klaviaturanızdakı Enter düyməsinə basın.

Yeni və yenilənmiş məqalələr

Axtarış düyməsinin yuxarısında yerləşən, yalnız yenilənmiş məqalələri axtarmaq üçün istifadə edilən Yenilənmişlər linkini, görə bilərsiniz. Bu linkə daxil olmaqla siz, yenilənmiş və yaxud da son 6 ayda proqrama əlavə edilmiş məqalələrin axtarılmasını hədəfləyə bilərsiniz.

Əgər siz, yalnız astma haqqındakı yenilənmiş məqalələri görmək istəyirsinizsə, axtarış sahəsində yalnız astma sözünü qeyd edin və sonra da ən çox baxılanların siyahısını görmək üçün "Yenilənmiş" linkinə daxil olun. Siz, maraqlandığınız sahələr daxilindəki yenilikləri, axtarılan ifadənin yerinə ixtisasın adını yazıb "Yenilənmişlər" düyməsinə basmaqla izləyə bilərsiniz.

Həm "ən çox baxılanlar" həm də Brauzer siyahısı, yenilənmiş məqalələri, başlıqdan əvvələ yerləşdirilmiş qırmızı nöqtə ilə göstərir.

Axtarışla əlaqəli funksiyalar

Axtarış sahəsinin yuxarı hissəsində, aşağıdakı funksiyaları yerinə yetirmək üçün müxtəlif düymələr tapmaq mümkündür: araşdırmaq, lüğəti gözdən keçirtmək, oxunmuş məqalələrin xülasəsi və axtarış sahəsinin təmizlənməsi.

Araşdırma

Araşdır düyməsinə basmaqla siz, kitab siyahılarının məzmunu kimi, verilənlər bazasının da məzmununu gözdən keçirə bilərsiniz. Siz, həmçinin hər hansı bir istədiyiniz ixtisası və yaxud da dar-ixtisası, araşdırma mövzusu olaraq seçə bilərsiniz. Məzmunlar cədvəli, məqalə başlıqlarını ayrı-ayrı fəsillərin başlıqları altında göstərir. Məqalələri, "başlıqlara" basaraq əldə etmək olar.

Sözlük

Sözlük, doğru axtarış terminini tapmaq üçün istifadə edilə bilər. Axtarış sahəsində ən azı üç xarakter qeyd edərək Sözlük düyməsinə basın. Verilmiş xarakterlər toplusunu özündə ehtiva edən axtarılan ifadələr siyahısı, axtarış sahəsinin aşağısında göstərilmişdir. Siyahıdan ifadəni seçdiyiniz zaman o, avtomatik olaraq axtarış sahəsinə kopyalanacaq və axtarışa uyğun nəticələr sizə təqdim olunacaqdır.

Məsələn, axtarış sahəsində "ast" qeyd edərək Sözlük düyməsinə basın. Aşağıda göstərilən siyahı, özündə "astma", "astmanın şiddətlənməsi" və "astmanın profilaktikası" ifadələrini birləşdirəcəkdir. "astmanın profilaktikası" düyməsinə basdıqda isə ifadə, axtarış sahəsinə kopyalanacaqdır.

Tarix

Bütün əvvəl oxunan məqalələrin başlıqları, onlara tez bir şəkildə yenidən dönə biləcəyiniz "tarixdə" qorunub saxlanılır. "Tarixdəki" məlumatlar, yalnız hazırki dövr üçün qorunub saxlanılır və araşdırma bağlanıldıqda itir. Oxunmuş məqalələrin tarixini, "Tarix" düyməsinə basmaqla əldə etmək mümkündür.

Silmək

Sonuncu funksiyonal düymə "Sil" düyməsidir, hansı ki, o, axtarış sahəsini tez bir şəkildə təmizləyərək yeni bir axtarışın aparılmasına imkan yaradır.

Məqalənin oxunulması

Məqalənin açılması

Məqaləni, onun ən çox baxılanlar siyahısındakı başlığına basmaqla aça bilərsiniz. Məqalə, pəncərənin sol hissəsində göstərilir. Məqalədə tez və asan bir şəkildə axtarış aparmaq üçün lazım olan "məqalə başlığı", ən çox baxılanlar siyahısında qalın yazı ilə göstərilir.

Mündəricat

Hər bir məqalə, yarımbaşlıqlardan ibarət linklərdən təşkil olunmuş mündəricat-a malikdir. Siz, bu "yarımbaşlıqlara" basmaqla, məqalə bölməsinə keçid edə bilərsiniz. Siz, "mündəricat" bölməsinə, klaviaturanızın "Homekey" düyməsinə basmaqla qayıda bilərsiniz.

Linklər

Linklərlə keçid

Bir çox məqalələr, müxtəlif tip linklərdən ibarətdir. Linkin rəngi, onun tipini göstərir.

Siz məqalənin arxasındakı başlığı, kursoru linkin ən yuxarı hissəsinə yerləşdirməklə görə bilərsiniz. Başlıq, həmçinin "brauzerin" status cədvəlində də görünür. "Brauzerin" Geriİrəli düymələrindən istifadə etməklə oxunmuş məqalələr arasında keçid edə bilərsiniz.

Dəlillərin keyfiyyətini göstərən linklər

EBMG-nin verilənlər bazasındakı məqalələr, elmi dəlillərin keyfiyyət səviyyəsini özündə birləşdirən linklərdən ibarətdir. Linklər, qırmızı arxa fonlu ağ hərflərdən ibarət koda (A–D) malikdirlər. Hərflərə basmaqla siz, dəlillərin səviyyəsinə uyğun materialları və dəlillərdən ibarət, tam mətnli "Cochrane" nəzəriyyəli linkləri əldə edə bilərsiniz.

Sübutların xülasəsi, başlıqla başlanıb hərf kodu ilə davam etdirilir. Dəlil koduna aid olan işarə, başlıq altında verilmişdir. Bu işarə, original araşdırma və ya ardıcıl baxışların qısa təsviri ilə izlənilir. "Cochrane" nəzəriyyələrinin tam mətnini, sübutların onlara əsaslanması halında hər zaman əldə etmək olar.

Dəlillərin xülasəsinə aid kod sahəsinə daxil olduqda, yuxarıdakı açıqlamaları özündə əks etdirən cədvəl açılır.

Proqram və komyuterin texniki təchizatına dair tələblər

EBM təlimatları, hər hansı bir müasir İnterner brauzerinə malik, bütün əməliyyat sistemlərində istifadə edilə bilər.

İnternet bağlantısının sürəti də proqramın icrasının keyfiyyətinə təsir edə bilər. Aşağı sürətli əlaqələrdə siz, daha dəqiq axtarış aparmaq üçün axtarış həcmini azaltmağa çalışa bilərsiniz.