Bu Abunəlik və Lisenziya şərtlərində, "Lisenziya" termininə aid edilir: (i) EBM Təlimatları abunəliyinin fərdi istifadəsi, ya öz adına ya hər hansı bir şirkət təmsilcisi adına və yaxud da başqa bir obyekt və ya qurum adına; və ya (ii) Xəstəxana, tibb məktəbi, kitabxana və ya digər qurumlar ("İnstitution") tərəfindən abunəçiliyi əldə edilmiş EBM Təlimatlarından istifadənin bir şərti olaraq bu Sözləşməyə verilmiş şəxsin razılığı, hardakı şəxs, həmin qurumun işçisidir və yaxud da onunla hər hansı bir əlaqəyə sahibdir.
"Duodecim Medical Publications Ltd". (Duodecim Tibb Nəşrləri), müvafiq abunə haqqının ödənilməsi şərtilə, lisenziya sahibinə, qeyri-eksklyuziv, ötürülə bilməyən lisenziyanı və bununla yanaşı EBM Təlimatlarının verilənlər bazasına və proqram təminatına ("Lisenziyalı Materiallar") müraciət etmək hüququnu, tətbiq olunan abunə şərtlərinə uyğun olaraq verir:
Fərdi abunəlik, şəxsə, İnternet vasitəsilə istənilən yerdən lisenziyalı materiallara daxil olmaq üçün istifadə edəcəyi şəxsi istifadəçi adından və şifrəsindən istifadə etmək hüququnu verir.
Şirkət abunəliyi, "Duodecim Medical Publications Ltd." tərəfindən istifadəsi təsdiq edilmiş və İnternetə qoşulmuş hər hansı bir kompüterdə lisenziyalı materiallara daxil olmaq və onlardan istifadə etmək hüququnu, müvafiq qurum tərəfindən işə götürülmüş və ya həmin qurumla hər hansı bir əlaqəsi olan şəxslərə verir. Bu abunəlik hüququndan, yalnız Təşkilatın klinik, təhsil və ya tədqiqat məqsədləri üçün istifadə edilməlidir.
İstisnasız bütün müəllif hüquqları və digər intellektual mülkiyyət hüquqları, o cümlədən lisenziyalı materiallar, "Duodecim Medical Publications Ltd."-nin və ya onun təchizatçılarının yeganə və müstəsna mülkiyyətidir.
Lisenziya sahibi, Lisenziyalaşdırılmış Materialların ən son versiyasının yalnız əsas hissəsini özündə ehtiva edən fərdi məqalələri çap edə bilər, bu yalnız 1) Lisenziya sahibinin şəxsi klinik, elmi və ya tədqiqat məqsədləri üçün; 2) səhiyyə işçilərinin öyrədilməsi üçün; 3) həmkarları ilə məsləhətləşmək üçün hər hansı bir çap edilmiş məqalənin, EBM Təlimatına və onun müəlliflik hüququ bildirişinə istinad etməsi şərtilə mümkündür.
Bu şərtlərin açıqca icazə verdiyi hallar istisna olmaqla, hər hansı bir lisenziyalı materialların surətini çıxarmaq, bölüşdürmək və ya dəyişdirmək ciddi şəkildə qadağan edilmişdir. Lisenziyalaşdırılan materialların heç bir hissəsi, satış və ya digər kommersiya məqsədləri üçün kopyalana bilməz. Lisenziyalı Materialların heç bir hissəsi tərtib edilə və digər proqramlara daxil edilə bilməz. "Duodecim Medical Publications Ltd.", birdən çox eynizamanlı giriş, həddindən artıq axtarış miqdarı və ya həddindən artıq yüklənmə həcmləri olması halında bir fərdin istifadəçi adını və şifrəsini dəyişdirmək və ya ləğv etmək və yaxud da bir IP ünvanını, xəbərdarlıq etmədən tamamilə dəyişdirmək hüququnu özündə saxlayır. "Duodecim Medical Publications Ltd.", istifadəçinin, bu şərtlərdən hər hansı birinə əməl etmədiyi hallarda, lisenziyalı materiallardan istifadə etmək üçün istifadəçinin sahib olduğu lisenziyanı ləğv etmək hüququna malikdir.
Lisenziya sahibi, Lisenziyalaşdırılmış Materiallardan, yalnız bəlli bir müddət ərzində istifadə etmək və onları əldə etmək hüququna malikdir, məsələn, Lisenziya sahibi, yalnız abunəlik haqqını ödəməsi halında razılığa gəlinən abunəlik müddətinə sahib olur. Bu müddətin sonunda, lisenziya və mövcud hüquqlar (məsələn texniki dəstək), Lisenziya sahibinin abunəliyinin, EBM Təlimatlarının cari şərtlərinə uyğun yenilənməsinədək, avtomatik olaraq dayandırılacaqdır.
Lisenziyalı şəxs, Lisenziyalaşdırılmış Materiallardan istifadə etmək hüququnu, sata, icarəyə verə, paylaşa, transfer edə, lisenziyalaşdıra bilməz.
"Duodecim Medical Publications Ltd." tərəfindən proqram yoxlanılmış və sənədlər gözdən keçirilmişdir. Buna baxmayaraq şirkət, sənədlərə və ya proqramlara, onların keyfiyyəti, performansı və yaxud da xüsusi məqsədlərə yararlığı ilə bağlı, heç bir aşkar və ya təxmini zəmanət və ya təminat vermir. "Duodecim Medical Publications Ltd." proqramda istifadə edilən funksiyaların, tələblərinizi yerinə yetirəcəyinə və ya proqramın fəaliyyətinin aralıqsız və ya səhvsiz olacağına dair heç bir zəmanət vermir. Proqramın mövcud qüsurları, proqramın yeni versiyası çıxdıqdan sonra düzəldiləcəkdir. Nəticədə proqram və sənədlər "olduğu kimi" lisenziyalaşdırılır və lisenziya sahibi, lisenziyanın keyfiyyəti və performansı ilə əlaqədar risk qəbul edir.
Lisenziya sahibi, məhsulun tibb işçiləri üçün istinad mənbəyi olaraq nəzərdə tutulduğunu qəbul edir. Proqramda yer alan məlumatlar, özündə çoxlu sayda ümumi və bəzi nadir xəstəlikləri birləşdirir; lakin bu, tam siyahı olaraq qəbul edilməməlidir. Müxtəlif ölkələr arasında mövcud olan xəstəliklərə yanaşmalardakı və alternativ müalicə protokollarının sayındakı fərqlilik, sabit qanunlar altında cəmlənə bilməz. Buna görə də proqramdan, yalnız bir dərslik və jurnal məqaləsi şəklində, istinad materialı kimi istifadə edilməlidir və hər hansı bir diaqnostik qərarın qəbul edilməsində ondan, əsas mənbə kimi istifadə edilməməmlidir.. Proqram, heç bir halda səlahiyyətli bir həkim tərəfindən verilmiş tibbi qərarı və diaqnozu əvəz etməməlidir. Bütün qərarların məsuliyyəti, yalnız səlahiyyətli şəxslərə aiddir. Əlavə olaraq, "Duodecim Medical Publications Ltd.", lisenziyalı şəxslərin proqramdan istifadə etdiyi şərtlər üzərində heç bir idarəyə sahib deyildir və bu səbəblə də "Duodecim Medical Publications Ltd.", heç bir icraata və nəticəyə zəmanət verə bilməz və zəmanət vermir.
"Duodecim Medical Publications Ltd.", sizing gizliliyinizə hörmət edir. Bizim siyasətimiz, bütün şəxsi məlumatları tamamilə gizli saxlamaqdan və yalnız daxili məqsədlər üçün istifadə edilməsindən ibarətdir.
Əldə edilən məlumatlar, yalnız istifadəçilərimizin xeyrinə, EBM Təlimatlarının keyfiyyətini artırmaq məqsədilə istifadə edilə bilər. "Duodecim Medical Publications Ltd.", əlaqəli olan veb saytların məzmununa və ya gizlilik siyasətinə görə heç bir məsuliyyət daşımır.