Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Böyüklərdə uzunmüddətli qızdırma

Mündəricat

Böyüklərdə uzunmüddətli qızdırma

EBM Klinik protokolları
19.04.2018 • Sonuncu dəyişiklik 19.02.2018
Editors

Əsas məqamlar

  • Uzunmüddətli qızdırma o qızdırmaya deyilir ki, temperatur bəzən 38°C-yə qalxır və 3 həftədən çox davam edir və rutin müayinələr səbəbi aşkar edə bilmir. 
  • Çoxsaylı analizlər təyin etməzdən əvvəl tez - tez rast gəlinən xəstəliklərin (pnevmoniya, sinusit, sidik yolu infeksiyaları) diaqnozunu qoyun.  
  • Xəstənin ümumi vəziyyəti, risk faktorları (immunosupressiya) və yerli əlamətlərə əsasən təcili analizlərə qərar verin.
  • Analizləri təkrar etməzdən əvvəl anamnezi və fiziki müayinəni təkrarlayın. 
  • Xəstələrin 35%-də son diaqnoz infeksiya, 20%-də bədxassəli şiş xəstəliyi, 15%-də kollaqen və 15%-də bəzi digər xəstəliklərdir. 
  • Xəstələrin 15%-də qızdırmanın səbəbi naməlum olaraq qalır. 

Diaqnostik strategiya

  1. Sonrakı müayinələrdən əvvəl tez - tez rast gəlinən xəstəlikləri istisna edin:
    • Pnevmoniya (döş qəfəsinin rentgenoqrafiyası və auskultasiyası)
      • Döş qəfəsinin rentgenoqrafiyası həmçinin vərəm, sarkoidoz, alveolit, ağciyər infarktı və ya ağciyərlərdə yeni törəmələri göstərə bilər.
    • Sidik yolu infeksiyası (sidik analizi və kulturası)
      • Sidik analizi həmçinin epidemik nefropatiya, digər nefrit və ya böyrək şişini də düşündürə bilər. 
    • Əng sinusiti (USM və ya rentgenoqrafiya). 
  2. Anamnezində vacib suallara daxildir
    • Qızdırmanın ortaya çıxması (ölçülməsi) və davametmə müddəti 
    • Səyahət, doğulduğu yer (ölkə), yaşayışı
    • Əvvəlki xəstəliklər, xüsusilə vərəm və qapaq defektləri
    • Qorunmamış cinsi əlaqə, qanunsuz psixoaktiv maddələrin venadaxili istifadəsi
    • Əvvəlki aylarda stomatoloji müdaxilə
    • Yaxın qohumlarda revmatik xəstəliklər
    • Dərman müalicəsi, reseptsiz qəbul edilən dərmanlar daxil olmaqla
    • Alkoqol istifadəsi 
    • Siqaretçəkmə və binalarda nəm pozulmasına məruz qalma
    • Simptomlara görə orqan sistemlərinə sistemli baxış
      • Artralgiya, sızıltılı ağrı, qarın simptomları, boğaz və ya boyunda ağrı, yuxarı ətraflarda işemik simptomlar
  3. Klinik müayinə və tapıntılar
    • Böyümüş limfa düyünləri
    • Dişlərin vəziyyəti
    • Ürək küyləri
    • Ağciyər auskultasiyasında anormal tapıntılar
    • Ağrı və ya kütlə təyin etmək məqsədilə qarnın palpasiyası
    • Gövdə və ətraflarda dərinin vəziyyəti
  4. Diaqnostik ipucları və mümkün etiologiyalar
    • Cədvələ baxın. 
  5. Analizlər
    • İlkin müayinələr
      • Sidik analizi və kulturası
      • C-reaktiv zülal və EÇS
      • Qanın ümumi analizi + leykoformula
      • ALT və ALF
      • Boğaz nümunəsinin kulturası
      • İİV analizi
      • Bu fazada artıq antinuklear antitellər, revmatoid faktor və anti-CCP antitel analizi mümkündür
      • Seçim: zərdab nümunəsi mümkün seroloji analiz üçün dondurulmalıdır
      • EKQ
      • Döş qəfəsinin rentgenoqrafiyası
      • Əng cibinin USM və ya rentgenoqrafiyası 
    • İkincili müayinələr
      • Anamnez və simptomlara əsasən seçilmiş antitellər üçün analizlər
        • Məsələn, Yersiniya, tulyaremiya, Borrelia burgdorferi, epidemik nefropatiya, Karelian qızdırması, mononukleoz, hepatitlər (diaqnostikalar üçün baxın)
        • Əgər ilkin mərhələdə yoxlanmayıbsa antinuklear antitellər, revmatoid faktor və anti-CCP antitel analizi
      • Qalxanabənzər vəzinin funksional analizi
      • Qanın bakterial kulturası
      • Nəcis kulturası və ya nəcis patogenləri üçün nuklein turşusu analizi və nəcis kulturasının kombinasiyası
      • Qarnın ultrasəs müayinəsi
      • Sümük iliyi aspirasiyası
  6. Müayinələrə davam etməzdən öncə öz taktikanızı düşünün
    • Cədvələ baxın.
  7. Qızdırmanın nəzərinizdən qaça biləcək səbələrinin siyahısını araşdırın.
Böyüklərdə uzunmüddətli qızdırma - diaqnostik ipucları
İpucu Mümkün səbəblər1)
  1. Ulduzla göstərilmiş xəstəliklərin diaqnostikası gecikdirilməməlidir. 
İnfeksion parametrlər (EÇS, C-reaktiv zülal) normaldır Xronik yorğunluq sindromu, infeksion xəstəlikdən sonra temperaturun azacıq artması, dərman qızdırması, özü tərəfindən induksiya edilən qızdırma
Artıq müalicə olunmuş virus və bakterial infeksiya

İnfeksion xəstəlikdən sonra 1 - 2 aya qədər davam edən mülayim "vegetativ" temperatur yüksəlməsi funksional xəstəlikdir ("termostatik temperatur yüksəlməsi"). Termorequlyasiya sistemi yüksək temperatur tərəfindən müvəqqəti sıfırlanır və bədən temperaturu yüksək olaraq qalır. Stress və yorğunluq pozuntuya səbəb ola bilər.

Eritema Dərman qızdırması, vaskulit
Boğaz və boyun ağrısı Yarımkəskin tireoidit, retrofarinqeal abses*, mononukleoz
Bələdliliyin pozulması Yaşlı şəxslərdə bələdliliyin pozulması qızdırmanın özü ilə assosiasiya olunur, daha gənc xəstələrdə ensefalit* və hər hansı mümkün septik infeksiya*
Bilinən qulaqcıq defekti və ya küy düşündürən Endokardit*
Mədə - bağırsaq simptomları Kron xəstəliyi, xoralı kolit, soxulcanabənzər çıxıntıətrafı abses*, digər peritoneal abses*, yersinioz
Çəki itirilməsi və təkrari qızdırma Bədxassəli (şiş) xəstəliklər; İİV və digər xronik infeksiyalar
Anormal sidik tapıntıları SYİ (sidik yolları infeksiyası), epidemik nefrit*, digər nefritlər, böyrək xərçəngi, endokardit
Qayıdan səyahətçilərdə qızdırma Baxın. Həmişə malariyanın mümkünlüyünü düşünün.
Fermer Fermer ağciyəri*
İrinli həşərat sancması və ya xora Tulyaremiya
Palpasiyada limfa düyünləri hiss olunur Mononukleoz, limfoma
Psixotrop dərmanlar Bədxassəli neyroleptik sindrom*, serotonin sindromu*

Uzunmüddətli antibiotik dərman qəbulu

Dərman qızdırması, Clostridium difficile 
İmmunosupressiyalı xəstə Baxın
Baş ağrısı Gicgah arteriti*
Mialgiya Polimialgiya revmatika (qızdırmanın özü ilə əlaqəli ola bilər)
Sümük ağrıları Mieloma, metastaz
Bel ağrısı Ankilozlaşdırıcı spondilit, bir neçə infeksiyalar
Toxunarkən bel ağrısı İnfeksion fokus
Təkrari qızdırma Endokardit, dərin infeksiya ocaqları* 
Tapıntılar və anamnez arasında uyğunsuzluq Özü tərəfindən induksiya edilən qızdırma
Uzunmüddətli qızdırmada diaqnostik taktika
Düzgün Səhv
Yenidən anamnez toplayın. Laborator və radioloji müayinələri təkrar etmək
Fizikal müayinəni təkrar edin (gözlər, burun - udlaq, per rectum toxunma, auskultasiya). Dərman terapiyasını başlamaq və ya dozanı yüksəltmək
Xəstə qeydlərini yenidən oxuyun.  Cərrahi müdaxilə təklif edin
Anamnez və klinik tapıntıların verdiyi ipuclarında əsasən sonrakı müayinələrdə diqqətinizi cəmləyin.  
Konsultasiya edin.  
Xəstəlik halı üzərində düşünmək üçün vaxt sərf edin.  
Tez - tez rast gəlinən xəstəliklərin atipik görünüşü nadir xətəliklərin tipik görünüşünə nisbətən daha çox mümkündür.

Uzunmüddətli qızdırmanın səbəbləri

  • Vərəm (hər hansı orqan)
  • İnfeksiyalar
    • Sinusit
    • Sidik yolu infeksiyaları
    • Qarındaxili infeksiyalar (xolesistit, apendisit, abses)
    • Düz bağısaqətrafı abses
    • Döş boşluğunun absesi (ağciyərlər, orta divar)
    • Bronxoektaz
    • Salmonelloz, şiqelloz
    • Osteomielit
    • Mononukleoz
    • Adenovirus, Sitomeqalovirus və ya Koksaki B virusu infeksiyaları
    • Hepatit
    • İİV
    • Xlamidiya infeksiyası (psitakkoz, ornitoz)
    • Toksoplazmoz
    • Laym xəstəliyi 
    • Tulyaremiya
    • Malyariya
  • Endokardit
  • Bədəndə olan yad cisimlə əlaqəli infeksiyalar
    • İnfeksiya fokusu olan kanyula
    • Damar protezi infeksiyası
    • Endoprotez infeksiyası
  • İnfeksion xəstəlikdən sonra temperaturun xoşxassəli yüksəlməsi
  • Xroniki yorğunluq sindromu
  • Sarkoidoz
  • Qulaqcıq miksoması
  • Yarımkəskin tireoidit
  • Hipertiroidizm
  • Qan xəstəlikləri
  • Anadangəlmə periodik qızdırma sindromları
  • Posttravmatik toxuma zədələnməsi və hematoma
  • Damar trombozu, ağciyər emboliyası
  • Düyünlü eritema
  • Dərman qızdırması
  • Bədxassəli neyroleptik sindromu, serotonin sindromu
  • Allergik alveolit
    • Fermer ağciyəri
  • Birləşdirici toxuma xəstəlikləri
    • Revmatik polimialgiya, gicgah arteriti
    • Ankilozlaşdırıcı spondilit
    • Revmatoid artrit
    • Sistem qırmızı qurd eşənəyi
    • Yaşlılarda Still xəstəliyi
    • Revmatik qızdırma
    • Vaskulit
      • Düyünlü poliarterit
      • Vegener qranulomatozu
  • İltihabi bağırsaq xəstəliyi
    • Kron xəstəliyi
    • Xoralı kolit
  • Qaraciyərin sirrozu, alkoqol hepatiti
  • Bədxassəli xəstəliklər
    • Leykemiya
    • Mədəaltı vəzi və öd yollarının xəsrçəngi
    • Böyrək karsinoması (hipernefroma)
    • Sarkoma
    • Limfoma
    • Metastaz (böyrək karsinoması, melanoma, sarkoma)
  • Özü tərəfindən induksiya edilən qızdırma

Qeyri - müəyyən mənşəli qızdırma

  • Qeyri - müəyyən mənşəli qızdırma (Febris e causa ignota) diaqnozu 38°C-dən yüksək qızdırmanın 2 - 3 həftə davam etdiyi zaman istifadə olunur. 
  • Adətən səbəbi ciddi xəstəlik olur ki, onun müalicəsi tələb olunur. Etioloji diaqnostika intensiv olaraq, yaxşı olar ki, xəstəxanada həyata keçirilsin.