Contraception: initiation, choice of method and follow-up
EBM Klinik protokolları
18.08.2017 • Sonuncu dəyişiklik 18.08.2017
AnneliKivijärvi
Kontrasepsiyaya faliyyətlərin həkim və tibb bacısı arasındakı bölüqüsü müxtəlif bölgələrdə müxtəlif şəkildə razılaşdırılır.
Gənc qadınlarda kontrasepsiyanın başlanması
- Gənc qadının kontrasepsiyaya başlaması ilə bağlı müraciəti, ona sağlamlıq davranışınlarını aşılamağa, onun vərdişlərinin dəyişdirlməsinə və ona öz sağlamlığına diqqət yetirməyəsinə təsir etmək üçün əlverişli bir fürsətdir.
- Kontrasepsiyaya başlamazdan əvvəl diqqət edin:
- Qadının psixososial vəziyyətinə;
- Alkoqol, narkotik maddələr və siqaret aludəçiliyi faktlarının olmasına;
- Digər xəstəliklərin olmasına: (xüsusən, aura ilə gedən migren, qida qəbulu pozğunluqları, depresiya, tromboz, qan laxtalanmasının pozulması, epilepsiya, diabet, sistem qırmızı qurd eşənəyi, (bax___)
- Hazırda qəbul etdiyi dərman preparatlarına;
- Ailəvi risk faktorlarına (məsələn, venoz trombozlar, yüksək təzyiq, ürək-damar xəstəlikləri);
- Anada, atada və ya bacılarında tromboza meyllik yaradan gen qüsuru olduğu bilinirsə, ehtimal edilən trombofiliya diaqnozunun qoyulması üçün qanın analizi aparılır.
- Qinekoloji anamnezə (aybaşıların normal interval ilə gedib-getməməsinə və qanaxmanın miqdarına, ağrılara, digər problemlərə, əvvəlki müayinələrə);
- Seksual həyat anamnezinə: ilk cinsi əlaqə hansı yaşda olmuşdur, cinsi əlaqəda olduğu insanların sayı, istifadə edilən kontrasepsiya üsulları, müdafiəsiz cinsi əlaqələr, zorakılığa məruz qalma, cinsi əlaqəyə məcbur etmə və ya cinsi istismar hadisələri. Pasiyentlə görüş HPV, xlamidiya, cinsiyyət orqanlarının herpesi və həmçinin, kondomdan düzgün istifadə barədə müzakirələrin aparılması üçün təbii olan bir fürsətin əldə edilməsini təmin edir.
- Əlavə olaraq aparılır:
- qan təzyiqini ölçülməsi (<140/90 mmHg; yüksək təzyiq bir əks-göstərişdir)
- çəkinin və bədən hündürlüyünün qeyd edilməsi (ehtimal ki, oral kontraseptivlərin qəbulu çəkiyə təsir etmir, amma artıq çəki inin olması risk faktorudur)
- kondomdan istifadə edilmirsə, xlamidiyaya görə analiz aparılmasına dəyər.
- Seçilən kontraseptiv metodun düzgün istifadəsi, təsirləri və faydaları barədə verilən məsləhətlər, metodun istifadəsinin etibarlılığını artırır.
- Kontresepsiyadan sonrakı müşahidə üçün birinci dəfə həkim qəbuluna gəlmə zamanı:
- Qadının tətbiq edilən kontrasepsiya metodundan razı qalmasıaydınlaşdırılır; sadalayaraq mümkün olan yan təsirlər (xüsusən baş ağrısı, əhval-ruhiyyə dəyişikliyi, menstrual pozğunluqlar) barədə sorğu aparılır, və həmçinin, qadının həb atmasını unudub-unutmaması dəqiqləşdirilir.
- Əvvəl toplanmış anamnezin daha ətraflı toplanmasına nail olun (bu görüşdə qadın, ilk görüşə nisbətən, daha açıq danışmağa hazır ola bilər);
- Qan təzyiqini ölçməyin unutmayın;
- Göstəriş olduğu təqdirdə, və həmçinin bütün pasiyentlərdə 6 ay kontrasepsiyadan istifadə edildikdən sonra, xlamidiyaya görə analiz edilir.
- Həkimə növbəti nəzarət gəlişinin təxmini tarixi planlaşdırılır (1- 2 il sonra).
- Birinci ginekoloji müayinə aparılır.
- Əgər pasiyent 3 il kondomdan istifadə etmədən cinsi əlaqəda olubsa, Pap yaxması götürülür (məslən, 23 yaşında olan qadınlardan).
- Yaşı 25-dən aşağı olan pasiyentlərdə, yalnız xərçəng riski ehtimalı olmasına görə, Pap yaxmasını müayinə etməyə ehtiyac yoxdur.
Orta və yuxarı yaşda olan qadınlarda kontrasepsiyanın başlanması
- Yuxarıda göstərildiyi kimi qadının anamnezinin (müxtəlif) aspektləri öyrənilir.
- Hamiləlik anamnezi (toksemiya, hamiləliyk zamanı yaranan qaraciyər xolestazı, uşaqlıqdan kənar hamiləlik, qeysəriyyə əməliyyatı) öyrənilir.
- Ginekoloji status müayinə edilir və həmçinin, döş vəziləri müayinə edilir (döş vəzilərini sərbəst olaraq müayinə etməyi öyrədirlər); qan təzyiqini ölçmək lazımdır.
- Lazım olduqda, Pap yaxması alınır (5 il ərzində kütləvi skrininq olmayıbsa) və lazımsa, infeksiyayaların olmasına görə skrininq edilir.
Kontrasepsiya metodunun seçilməzi zamanı nələri nəzərdən keçirmək lazımdır
- Qadının yaşı;
- Ümumi sağlamlıq statusu (xroniki xəstəliklərin və çəkinin artıq olması);
- Siqaret aludəçiliyi;
- Alkoqoldan və ya narkotiklərdən istifadə; həyat tərzinin sakitliyi;
- Anamnezində doğuşların olması (doğmayıb, və ya neçə dəfə doğub);
- Aybaşı qanamasının müddəti və miqdarı, ayabaşı zamanı ağrılar;
- Tələb olunan kontrasepsiyanın müddəti, gələcək hamiləlik planlarının olması;
- Kontrasepsiyanın tələb olunan effektivliyi;
- Ana südü ilə qidalanmanın olması (cədvələ bax), son doğuşdan keçən vaxt;
- Yalnız prostogenogen tərkibli kontrasepsiya (həblər, implantlar və ya inyeksiyalar) doğuşdan dərhal sonra başlaya bilər.
- Laktasiya etməyən qadın doğuşdan 3 ay sonra və eksklüziv olaraq ana südü ilə körpəsini qidalandıran qadın doğuşdan 6 ay sonra kombinasiya edilmiş oral kontraseptivlərin istifadəsinə başlaya bilər.
- Cütlüyün kontrasepsiyaya münasibətləri (cinsi əlaqələrin tezliyi, müxtəlif cinsi tərəfdaşlar və ya sabit münasibətlər?);
- Qadında kontrasepsiya metoduna qarşı motivasiyanın mövcudluğu və ya onun özünün seçim üstünlüyü;
- Əvvəllər istifadə edilən kontrasepsiya metodları və (konkret həyat şəraitinə) uyğun olması;
- Bir qayda olaraq kontrasepsiyaya olan ehtiyacı və riskləri nəzərdən keçirin.
Müxtəlif vəziyyətlər üçün uyğun olan kontrasepsiya metodunun seçimi
- Hormonal kontrasepsiya üçün baxın __).
- Tipik həyat şəraitində, uzun müddət fəaliyyət göstərən kontrasepsiya üsulları (implantlar, və UDV-lər/İUD) qısa müddətli üsullardan daha üstündürlər, çünki, onlar istifadəçinin yaddaş qabiliyyətindən və ya digər səhvlərindən asılı deyildirər.
- Kombinasiya edilmiş həblərin istifadə üstünlükləri onları qadınlar üçün əsas kontrasepsiya metodu etmişdir:
- Qadın gəncdir (aşağı yaş həddi yoxdur) və hələ doğmamışdır;
- Aybaşılar uzunmüddətlidir ya müntəzəm deyil, davamiyyətlidir, profuzdur və ya ağrılı olur;
- aybaşı intervalında problemlər var;
- sızanaqlardan, yağlı saçlardan və ya dəridən və ya hirsutizmdən əziyyət çəkənlər;
- yumurtalıq kistlərinin inkişafına meylli olanlar.
- Hormon buraxan vaginal üzüklər/halqalar və dəri applikasiyaları:
- Kombinasiya edilmiş həblərlə eyni təsirə malikdirlər;
- Ggündəlik həb qəbul etməyi istəməyən və ya qəbul etməkdə çətinlik çəkən qadınlar üçün daha uyğun ola bilər;
- Kompleks həblər əks-göstərişdirlərsə, yalnız prostogenogen tərkibli həbləri (mini həbləri) nəzərdən keçirmək olar. Bunlardan o qadınlar istifadə edilə bilərlər ki:
- Kombinasiya edilmiş həblərin istifadəsi zamanı qan təzyiqi yüksəlir və ya yüksək qan təzyiqi mövcuddur;
- aura ilə keçən klassik migren var;
- yaşı 35-dən yuxarı olan və siqaret çəkən qadınlar (tərkibində təbii estrogen olan kombinasiay edilmiş preparatlar alternativ olaraq tətbiq edilə bilər)
- ana südü qidalanma aparılır.
- Kontraseptiv implantlar istənilən yaşda olan qadınlar üçün uyğundur,
- Uzun müddət kontrasepsiya ehtiyacı olanlar və
- prostogenlər üçün əks-göstərişləri olmayanlar üçün tətbiq edilir.
- İnyeksiya edilə bilən medroksiprogesteron asetat:
- Hər 3 aydan bir əzələ dərinliyinə vurulur
- estrogen əks-göstəriş olan qadınlarda və ya yan təsirlərə səbəb olan hallarda yalnız prostogenogen kontrasepsiyası olaraq bir alternativdir.
- osteoporoz riskini artıra bilər.
- İnyeksiya yolu ilə kontrasepsiya aparılmasını çətinlikləri var, lakin belə kontrasepsiyanın ucuz olması onun üstünlüyüdür.
- Hormon azad edən buraxan uşaqlıq daxili vasitələr –bu metodu üstün tutan qadınlar üçün yaxşı bir alternativdir, amma:
- Profuz menstrual qanaxma verə bilər
- Mis UDV-nin qoyulaması da qanaxma verir.
- Sabit cinsi əlaqə saxlayan qadın üçün mis UDV etibarlı və təsirli bir üsuldur.
- Kondom infeksiyanın qarşısını tamamilə alan yeganə üsuldur. Buna görə də, eyni vaxtda digər bir kontrasepsiya metodundan istifadə edilsə də, təsadüfi cinsi əlaqələrdə olarkən ondan istifadə edilməlidir.
Müşahidə aparılması
-
- həyat şəraiti və vərdişləri (məsələn, siqaret aludəçiliyi, çəkinin artıq olması, alkoqol / narkotik istifadəçiliyi), metoddan məmnunluq və cinsi sağlamlıq üçün mümkün risklər barədə qadınla müzakirələr aparın.
- qan təzyiqini ölçün və istifadə edilən metod zamanı ortaya çıxa biləcək əks- göstərişləri qiymətləndirin.
- Orta hesabla hər iki və ya üç ildən bir ginekoloji müayinə aparılmalıdır; Əgər mümkünsə, UDV dəyişdirilir; və əgər digər simptomlar varsa, yenə UDV dəyişdirilir.
- Lazım olduqda, döş vəziləri müayinə olunur (xəstə hər hanı bir simptomdan şikayət edirsə və ya bərkimə tapıldıqda).
- Qadının kütləvi olaraq keçirilən skrinnqlərdə iştirak etmədiyi təqdirlərdə hər 5 ildən bir Pap yaxması götürülməsi barədə düşünün.
- İnfeksion xəstəliklər (xüsusilə xlamidiya) üçün analizlərin aparılmasına dair göstərişlərin sərhədlərini olduqca aşağı səviyyədə saxlamaq məsləhətdir.
- Mis tərkibili UDV tətbiq edildikdən sonrakı bir il ərzində hemoglobin səviyyəsini müşahidə etmək məsləhətdir.
- İsitfadə edilməsi 5 il müddətində nəzərdə tutulmuş mis UDV, heç bir yan təsiri meydana çıxmadığı təqdirdə 10 il müddətində istifadə edilə bilər. Qadının yaşı 40 və ya daha çox oldauğu hallarda və mis 300 mm2 UDV daxil edilibsə, UDV axırıncı menstruasiyadan bir il sonraya qədər istifadə edilə bilər.
- 5 il müddətinə nəzərdə tutulan bir hormon ifraz edən UDV 7 il müddətində istifadə edilə bilər.
Döşlə əmizdirən qadınlarda konrasepsiya
| Metod |
Doğuşdan sonrakı başlanğıc |
Qeydlər |
| Döşlə əmizdirmə |
Dərhal |
Əgər ana südü körpənin yeganə qidasıdırsa, ana südü müntəzəmdir və menstruasiya başlamamışdırsa, ilk 6 ayda yaxşı bir kontraseptiv təsiri var.
|
| Condom |
Dərhal |
|
|
UDV, hormon azad edən UDV
|
Müşahidə müayinəsi (adətən 8 ) |
Əgər uşaqlıq kifayət qədər yumşaqdırsa və perforasiya riski varsa. |
|
Combined contraception (pills, patch, ring)
Kombinasiya edilmiş kontrasepsiya (həblər, applikasiyalar, üzüklər/halqalar)
|
Döşlə əmizdirməyənlər 3 ay; döşlə əmizdirənlər 6 ay |
|
| Kontraseptiv implantlar |
Dərhal/müşahidə müayinəsi |
|
| Minihəblər (yalnız progestogen olan) |
Dərhal/müşahidə müayinəsi |
|
| Progestin inyeksiyası |
Dərhal/müşahidə müayinəsi |
Nadir hallarda postpartum istifadəe edilir |
| Sterilizasiya |
İlkin səhiyyə xidməti göndəriş verir |
Geri qaytarmaq mümkün deyildir (hamiləlik sonsuzluq müalicəsi nəticəsində baş verə bilər) |
| Cinsi əlaqədən sonra aparılan kontrasepsiya |
|
- Yalnız menstruasiya başlamışsa zəruridir.
- Levonorgestrel tərkibli həblərin körpəyə hormonal təsirini minimuma endirmək üçün, həb qəbul edildikdən sonra növbəti laktasiya sessiyası ləğv edilir.
- Ulipristal qəbul edildikdən sonra ana südü ilə qidalanma tövsiyə edilmir.
|