Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Acupuncture

Mündəricat

Acupuncture

EBM Klinik protokolları
07.02.2014 • Sonuncu dəyişiklik 07.02.2014
SeppoYTJunnila

 Əsas müddəalar

  • Akupunktura digər terapiyalar ilə birlikdə aparılır və beləliklə, qarşılıqlı təsir qöstərərk, aparılan müalicənin ümumi nəticəsini yaxşılaşdırır.
  • Akupunktura iynə sancılması vasitəsi ilə edilir, lakin bütün iynə sancılmaları hələ akupunktura deyildir.
  • Bu müalicə düzgün aparıldıqda demək olar ki, zərərsizdir və iqtisadi cəhətdən faydalıdır və həmçinin, xəstəydə ciddi fiziki gərginlik yaratmır.

Göstərişlər və məhduduiyyətlər

  • Həkim tərəfindən təyin edilən akupunktura həmişə diaqnoza əsaslanır. Xəstə tərəfindən bu cür müalicənin istənilməsi, ətraflı olaraq düşünülərək həyata keçirilməlidir.
  • Asiya xəstəlikləri konsepsiyasına əsaslanan akupunktura nöqtələrinin "səhv" nöqtələrdən üstün olduğunu sübut etmək üçün bir sıra müqayisəli randomizə edilmiş tədqiqatlar aparılmışdır. Müalicələrin nəticələrində iynə nöqtələrinin seçilməsinin heç bir fərqin olmadığı üçün, çox vaxt bu “səhv” akupunkturanın faydasız olduğuna dəlil olaraq şərh edilmişdir. Lakin, əslində bu tədqiqatllar yalnız müxtəlif stimullaşdırma rejimləri arasındakı müqayisəni şərh etmişdir.
  • Göründüyü kimi, periferik sinir sisteminin bu və ya digər şəkildə stimullaşdırılması (zərbə, toxunma, iynə və ya hətta cərrahi kəsiklərin qoyulması yolu ilə), ağrıları yüngülləşdirir (hətta, ağrının əsl səbəbinə ümumiyyətlə müdaxilə edilməşiş olan hallarda də belə).
  • Xəstənin və müalicəni təmin edən səhiyyə işçisinin nöqteyi-nəzərindən, iynələrin təsirini və iynə nöqtələrinin seçilməsini, müalicənin ümumi təsirindən ayırmaq ikinci dərəcəli əhəmiyyət kəsb edir.
  • Akupunktura müalicəsinin məhdudiyyətləri də var. O, çarəsiz bir xəstənin son müalicə seçimi ola bilməz, ancaq tibbdə tətbiq olunan bir çox müalicə üsullarından biridir. Ağılla tətbiq etdikdə, əksər hallarda simptomları minimum zərərlə yüngülləşdirir.
  • Akupunktura üçün ən əsas göstəriş ağrının aradan qaldırılmasıdır.
    • əzələ-skelet ağrılarının və çənə qurluşu pozğunluğu olan şəxslərdə çeynəmə əzələlərinin ağrılarının yüngülləşdirilməsi üçün istifadə olunur.
    • təkrarlanan və ya gərginlik tipli xroniki baş ağrlarında kömək edə bilər.
    • çiyin bölgəsindəki yumşaq toxumanın xəsarətlərində və bel əzələlərinin gərginləşməsi və dartılması səbəblərindən yaranan ağrılarda, cərrahi müalicə tələb edən hallar istisna edildikdən sonra, gecikmədən cərrahi terapiya başlanılması lazım olan hallarda akupunktura tətbiq edilir. 
    • osteoartrit ilə əlaqəli ağrılar akupunktura ilə yüngülləşdirilə bilər. Osteoartrit dəyişiklikləri geri qaytarıla bilməz, lakin ağrı azaldıqca, ağrının səbəbindən yerişin dəyişməsinə gətirib çıxaran əzələ gərginliyi azaldıla bilər.
    •  Akupunkturanın revmatoid artritin müalicəsinə təsiri yoxdur.
    • Akupunktura bəzi xəstələrdə fibromialgiya əlamətlərinin azalmasına kömək edə bilər.
    • Migren və digər təkrarlanan və xroniki, lakin düzgün diaqnoz qoyulmuş baş ağrılarının akupunktura ilə müalicə edilməsinə cəhd etməyə dəyər. Klassik nöqtələrə tətbiq olunan və ya bu nöqtələrdən xaricdə və təsadüfi seçilən nöqtələrdə edilən akupunktura müalicəsi, miqren baş ağrılarının azlatmasında fərqli təsir göstərmirlər. Bununla bərabar, hər iki növ müdaxilə müalicə boş-boşuna gözləməkdən üstün olan və daha effektiv bir metoddur.
    • İşias və digər uzun müddətli bel ağrısı olan xəstələrə əksər hallarda akupunktura kömək edir, lakin əməliyyat tələb olunan xəstələrin seçimi akupunktura tətbiq olunmazdan əvvəl edilməlidir. Onurğa stenozundan əziyyət çəkən xəstələr əməliyyatı gözlədikləri və ya əməliyyat mümkün olmadığı təqdirlərdə ağrı simptomlarını akupunktura ilə yüngülləşdirə bilərlər. Effektivliyinə dair heç bir elmi sübut yoxdur. 
    • Nevralgiyaların, nevropatiyaların və fantom ağrılarının müalicəsi akupunktura prinsiplərininə dərindən yiyələnməni tələb edir və ümumiyyətlə, uzun müddətli terapiya seanslarının aparılmasını tələb edir və bəzən, uzunmüddətli, pozitiv olan xəstə-həkim münasibətlərinin yaranması ilə nəticələnir. Effektivliyinə dair elmi dəlil azdır. 
  • Fizioterapiya və reabilitasiya üçün dəstəkləyici terapiya kimi akupunkturanın rolu artmışdır. Akupunktura üzrə təlim aparılması bəzi ölkələrdə mövcuddur, məs. Finlandiyada fizoterapevtlər bu təlimi keçə bilərlər. Müalicə, terapevtin göstərişi və nəzarəti altında aparılır və fizioterapevt tərəfindən edlən müalicələrin adi həcminə yaxındır. 
  • Nevroloji xəstəliklər
    • hemiplegiya simptomları olan xəstələr təxirə salınmadan müalicə edilməlidir, çünki akupunktura qan dövarınına müsbət təsir göstərir. Akupunktura tətbiqindən sonra daha sürətli bərpa ilə bağlı elmi nəticələr ziddiyyətlidir.
    • Üz sinirinin iflici Uzaq Şərqdə akupunktura ilə müalicə olunur, lakin uzunmüddətli müalicə kurslarının effektliliyininin nəticələrini və spontan olan sağalmanın nəticələrindən fərqləndirmək çətindir.
  • Narahat ayaqlar sindromu akupunkturaya adətən yaxşı reaksiya verir, baxmayaraq ki,  onun effektivliyinə dair elmi sübutlar əldə edilməyibdir.
  • Yuxu və əhval-ruhiyyə pozğunluqları
    • Yuxu pozğunluqları bəzən digər pozğunluqların müalicəsi zamanı yox ola bilər, ancaq akupunktura yuxusuzluğun faktiki müalicəsi üçün uyğun deyil.
    • Depressiyanın müalicəsində  dəakupunktura dərman müalicəsi ilə rəqabət edə bilməz.
  • Aludəlilik/adət etmə
    • Narkomaniya müalicəsi adətən elektroakupunktura tətbiq edilməsini tələb edir və bəzi hallarda qısamüddətli müsbət nəticələr əldə edilmişdir.
    • Akupunkturun siqaretdən imtina üçün təsirli olduğu göstərilməyib. Bu cür "yüngül" asılılığı və həmçinin, çəkinın azldılmasını dəstəkləmək üçün, akupunkturadan istifadə müvəqqəti bir tədbir kimi qəbul edilə bilər. Akupunktura bir çox spirtli içkilərdən asılılığı müalicə edən klinikalarda detoksifikasiya üçün tətbiq edilən əlavə vasitə kimi istifadə olunur. 
  • Digər vəziyyətlər
    • Akupunktura əməliyyatdan sonrakı və ya kimyəvi terapiyadan sonrakı ürək bulanmasının və qusmaların müalicəsində faydalı ola bilər.
    • Menstruasiya pozğunluqlarının və izah edilə bilinməyən sonsuzluğu akupunkturla müalicə etmək üçün cəhdlər edildi, lakin nəticələr hələ də təsadüfi olaraq qalır. Bəzən, doğuş ağrıları akupunktura ilə yüngülləşdirilə bilər.
    • Xroniki ekzemalar və geniş spektrli psixosomatik pozğunluqlar təcrübəli akupunktura mütəxəssisi üçün müalicə edilən əlamət ola bilər.
    • Akupunktur qulaq küylərinin və ya astmanın müalicəsi üçün effektliliyə malikdir.

Əks göstərişlər

Maarifləndirmə və təlimlər

  • Müvafiq təhsil almadan və təlim keçmədən akupunktura tətbiq edilməsi yolverilməzdir. (Bu sahədə olan) dərsliklərldən əlavə, səhiyyə işçiləri tərəfindən təşkil olunan təlim kursları da var.
  • Ənənəvi Çin təbabəti dünya miqyasında tədris olunur, lakin qərb təhsili alan həkimlərin, onlar üçün xüsusi olaraq hazırlanmış təlimlərdə iştirak etməsi daha düzgün ola bilər. Şərq fəlsəfəsini, şərqin xəstəliklərə və terapiyaya aid baxışlarını öyrənməzdən əvvəl, qərb təbabətinin imkanlarını aydınlaşdırmaq daha faydalı ola bilər. Ən əhəmiyyətli fərq heç də həqiqi terapevtik təcrübəya aid deyil, lakin istifadə olunan terminologiya ilə əlaqədardır.
  • Sinir sisteminin seqmental quruluşu haqqında yaxşı biliklərin olması akupunkturanın təsirinini "mistisizminin tüstü örtüyü" olmadan anlamağa və izah etməyə kömək edir. Xüsusilə, vegetattiv/avtonom sinir sisteminin fəaliyyətini bilmək akupunkturanın tətbiqinə və uyğun xəstələrin seçilməsinə kömək edir.
  • Akupunkturaya yeni başlayanlara əvvəlcə əzələ-skelet ağrısı pozğunluğu olan xəstələrdə ağrı tətiyini basma (gərginlik) nöqtələrini palpasiya etməyi öyrənmək faydalı ola bilər. Lakin, çox vaxt belə nöqtələrə toxunma xəstələr tərəfindən xoşagəlməz bir hal kimi qəbul edilir. Bu isə heç də həmişə ümumi akupunktura nöqtələrinin istifadəsi zamanı alınan müsbət və uzunmüddətli effektiv nəticələrin əldə edilməsinə gətirib çıxarmır. 

Akupunkturanın aparılması

  • Yalnız birdəfəlik iynələrdən istifadə edin.
  • İynədən bir dəfə istifadə akupunktura deyil, təcrübədir. Bir həftəlik fasilələrlə üç-dörd seansın aparılması əksər hallarda kifayət edir və ya heç olmazsa akupunkturanın davam etdirilməsinin lazım olduğunu göstərir.
  • İlk üç seansdan sonra simptomların pisləşə\ağırlaşa biləcəyi barədə xəstəni əvvəlcədən məlumatlandırın.
  • Dərinin və dəri altının anatomiyasını dəqiqliklə bilmək diaqnostikanı yaxşılaşdırır və təsadüfən dərialtı orqanların deşilməsinin qarşısını alır. Xəstənizi diqqətlə müayinə edin.
  • Xəstənin kollaps halına düşməməsinin təmin etmək üçün xəstə uzadılmalıdır; heç olmazsa ilk bir neçə seans ərzində onu tək buraxmaq olmaz - sessiya ərzində anamnestik məlumatları dəqiqləşdirmək üçün əla fürsət əldə edəcəksiniz.
  • Akupunktura müəyyən dərmanlara ehtiyacı müvəqqəti azalda bilər. Şəkərli diabeti olan və ya hipertenziya əleyhinə dərman qəbul edən xəstələrdə sonrakı müşahidə xüsusilə vacibdir.
  • Xəstələrin üçdə biri akupunktura heç də reaksiya vermir. Digər üçdə birində isə simptomların gedişi yüngülləşir. Xəstələrin son üçdə birində isə əldə edilən nəticələr akupunkturanın faydalı olduğunu təsdiqləyir və akupunkturun həkim üçün mühüm müalicə vasitəsi olmasına səbəb olur.
  • Hətta akupunktura sahəsində əldə edilmiş böyük təcrübə, akupunktura üçün optimal olan xəstələrin əvvəlcədən tanınmasına kömək etmir. Cəhd edin!

Əks təsirləri və ağırlaşmaları

  • Əksər fəsadlar düzgün akupunktura texnikası ilə tanış olmayan həkimlərdən qaynaqlanır. İnsan anatomiyası barədə zəif bilgi, tələsiklik və xəstənin akupunktura müalicəsi üçün qeyri-adekvat hazırlılanması, qarşısı alınaca biləcək mənfi nəticələrə səbəb ola bilər.
  • On nəfər xəstədən ən azı birində seansdan sonra yorğunluq müşahidə edilir, hətta bəziləri harda olduqlarını anlamırlar. Xəstələrə bu ehtimal edilən hallar barədə əvvəlcədən məlumat verin və seansdan sonra onları müşahidə altında saxlayın.
  • Baxmayaraq ki, iynə müalicəsi çox diqqətlə aparılıbdır, bəzi hallarda göyərmələr ola bilər və bu göyərmələr, xüsusən də gözlərin xarici künclərində görünürlər, ağrıların bir anda artması, yuxululuq, eyforiya və s. müşahidə edilir.
  • İynəni qoulmuş yerdə unutmaq heç də az təsadüfən edilən qeyri-adi bir hadisə deyildir, xüsusən uzun saçlar olduqda, iynə orada “gizlənib” qalır, bu həmçinin, terapiya seansı zamanı çox tələsgən olmağın əlaməti də ola bilər.
  • Pnevmotoraks kimi daxili orqanların deformasiyası və steril olmayan iynələrin istifadəsinin ağırlaşmalarına (təsadüf edilir); hepatit epidemiyaları və septicaemia, əsasən təcrübəsi az olan terapevtlər tərəfindən törədilir.

 

Əlaqədar resurslar

 

  • Koxran icmallalrı
  • Digər icmallar

Vas J, Ortega C, Olmo V et al. Single-point acupuncture and physiotherapy for the treatment of painful shoulder: a multicentre randomized controlled trial. Rheumatology (Oxford) 2008;47(6):887-93. Yuan J, Purepong N, Kerr DP et al. Effectiveness of acupuncture for low back pain: a systematic review. Spine (Phila Pa 1976) 2008;33(23):E887-900. Linde K, Streng A, Jürgens S et al. Acupuncture for patients with migraine: a randomized controlled trial. JAMA 2005;293(17):2118-25. Wu P, Mills E, Moher D et al. Acupuncture in poststroke rehabilitation: a systematic review and meta-analysis of randomized trials. Stroke 2010;41(4):e171-9. Meissner K, Fässler M, Rücker G et al. Differential effectiveness of placebo treatments: a systematic review of migraine prophylaxis. JAMA Intern Med 2013;173(21):1941-51.