Koqnitiv psixoterapiyanın terapevtik yanaşması
| Özünü-monitorinq | Xəstəyə öz zərəredici hissləri və ya təkrar olunan problemli davranışların nəzərdən keçirməyi təklif olunur. Pasient öz müşahidələrini yazır və onlar növbəti terapiya sessiya zamanı həkimlə müzakirə edilir. |
| Sokrat üsulu | Pasient müəyyən problemli hadisələrin gedişində baş verən düşünmə prosesi və rəyləri yenidən fikirləşib dəyişməsini öyrənir (məs. "Onsuzda əlimdən heç nə gəlmir"). Sokrat üsulu effektiv davranışlar və emosiyaların tənzimlənməsinə mane olan fikirləri (məs., yalnız ağ və qara mülahizələr və ya səhv ümumi nəticə çıxartma) tanımaq və sual altına qoymağa yardım edir. Terapevtin ən çox verildiyi suallar : "Həmin anda nə düşünürdünüz?", "Bu məsələ haqqında başqa nə düşünə bilərsiniz?", "Bu Sizin üçün nə məna kəsb edir?", və ya "Siz hardan bilirsiniz ki məsələ məhz o yerdədir?". |
| Funksional və ya zəncirvari analiz | Problemli davranışları birbaşa və ya dolayısı aktivləşdirən və saxlayan (məs., yuxunun çatmazlığı) və uzunmüddətli nəticələri müəyyən edən faktorları üzə çıxartmağa cəhd göstərilir. Analiz zamanı həm öyrətmə, həmdə problemlərin həlli yolların tapılması yanaşmalar gələcəkdə yaranan belə halların idarə edilməsinə yardım göstərəcək. |
| İş hipotezaların yaradılması və sınaqdan keçirilməsi | Pasient öz inanclara zidd olan hərəkəti etməyə qərara alır, məs., o "üzüm utandığımdan qızarsa, hamı mənə güləcək" mülahizəsinə baxmayaraq qonaxlığa gedib özü başqalarla ünsiyyət yaratmağa qərara alır. |
| Tətbiq edilən relaksasiya | Sinir sistemi, xüsusən avtonom sinir sistemi tərəfindən yaranan problemi (məs., gərginlik baş ağrısı) müalicə etmək məqsədlə bələdçiliklə aparılan öz-özü ilə dialoq |
| Boyunqaçırma əks-sədanın qarşısı alınması | Obsessiv-kompulsiv xəstəliklərdə məruzqalma terapiyasına çox hallarda boyunqaçırma əks-sədanın qarşısının alınması daxil edilir. Belə, xəstə terapevtin köməyi ilə həyacan və ya qorxu yaradan situasiyalatrdan boynu qaçırmaqdan imtina etmək qərara alır. Metod xəstəni situasiyadan boyun qaçırmadan həyacan və ya qorxudan azad olmağını öyrədir. |
| Mərhələli məruzqalma (interoseptiv məruzqalma, in vivo halda məruzqalma,xəyala gətirilən məruzqalma) | Misal üçün, əgər panik reaksiyalar boyunqaçırma davranışla assosiasiya edilirsə, həyacan törədən situasiyalara tədricən məruzqalma vacibdir. Panik hücumların qarşısı alınması və ya optimal idarə edilməsi üçün koqnitiv metodlarla yanaşı fiziki simptomların aradan qaldırması üçün nəfəsalma və relaksasiya texnikaları faydalıdır. Əlavə olaraq, panik hücuma səbəb olan həyat situasiyanın da həlli tapılır. |
| Modelləşdirmə texnikalar, rollar oyunu, ünsiyyət treningi | Bu texnikalardan istifadə edərək pasient sosial vəziyyətlərə adaptasiya etməyə öyrənir, o cümlədən kiminsə tərəfini tutmaq, yardım üçün müraciət etmək. Zərərli inancların dəyişməsi üçün davranış eksperimentləri ən yararlı üsuldur. Yeni davranışları sınaqdan keçirərək və bunun nəticələrini nəzərindən keçirərək pasient zərərli davranışa qarşı dərhal bilavasitə sübut əldə edir və yeni, daha pozitiv davranış üçün dəstək alır. |
| Stimullara nəzarət texnikaları | Davranışdan əvvəl olan hadisələri, arzuolunmaz davranışı gücləndirən şəraiti elə dəyişmək ki, arzuolunan davranışa dəstək olsun |
| Həssaslandırıcı trening | Nəzərdən keçirmə və tam dərketmə qabiliyyəti artıran trening |
| Davranışın aktivləşdirilməsi və tədbirlər cədvəli | Pasient onun həyatında vəzifəsini zəif yerinə yetirən aspektləri üzə çıxarmağa və davranışın aktivasiyası yolu ilə onlardan azad olmağa öyrənir. Terapevt pasienti prosesə əngəl törədən fikirlərdən "Bunun heç bir əhəmiyyəti yoxdur" azad olmağa kömək edir. Terapiyaya eləcədə pozitiv hadisələrin qeyd edilməsi və həftə cədvəlində öhdəçilik və xoşagələn tədbirlərin balansını saxlamaq daxildir. |
| Məntigi nəticələrin etiraf edilməsi və gözlənilməz halların idarə edilməsi | Məntigi nəticələrin etiraf edilməsi pasientin daha məqsədəuyğun davranışa keçmək arzusuna dəstək verir. Krizisin müzakirəsi zamanı düzgün olmayan davranış mükafatlandırılmır, konstruktiv davranış isə nəzərdən qaçmır. |
Stoffers JM, Völlm BA, Rücker G et al. Psychological therapies for people with borderline personality disorder. Cochrane Database Syst Rev 2012;8():CD005652. "?>Linehan MM, Comtois KA, Murray AM et al. Two-year randomized controlled trial and follow-up of dialectical behavior therapy vs therapy by experts for suicidal behaviors and borderline personality disorder. Arch Gen Psychiatry 2006;63(7):757-66. Grant PM, Huh GA, Perivoliotis D et al. Randomized trial to evaluate the efficacy of cognitive therapy for low-functioning patients with schizophrenia. Arch Gen Psychiatry 2012;69(2):121-7. Rector NA, Beck AT. Cognitive behavioral therapy for schizophrenia: an empirical review. J Nerv Ment Dis 2012;200(10):832-9.