Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Sidiyin ümumi analizi və bakterioloji əkmə

Mündəricat

Sidiyin ümumi analizi və bakterioloji əkmə

EBM Klinik protokolları
22.05.2017 • Sonuncu dəyişiklik 22.05.2017
TimoKouri

Müayinələr

  • Standart sidik analizi biokimyəvi analiz (reagentli zolaq və ya ekspress-zolaq testi) və hissəciklərin sayılmasından (ümumi say və ya daha irəliləmiş diferensiasiyalı say) ibarətdir ki, sonuncu mikroskopiya (sidik çöküntüsü və ya kamerada sayılma) və ya avtomatik analizatorların istifadəsilə həyata keçirilir.
    • Çoxsaylı reagentli zolaq-testinin həssaslığı, təxmini olaraq, leykositlər üçün 20 × 106 hüceyrə/l (görmə sahəsində 2–3 hüceyrə) və eritrositlər üçün 10 × 106 hüceyrə/l (görmə sahəsində 1–2 hüceyrə) təşkil edir.
  • Sidik traktı infeksiyasına şübhə zamanı bakterioloji əkmə tələb olunur. Xüsusi hallarda, əsasən də mənfi bakterioloji əkmənin skrininqi üçün hissəciklərin sayılması istifadə edildikdə, seçilmiş pasiyentlərdə, yerli mikrobioloji laboratoriya ilə razılaşdırılaraq, xüsusi bakterioloji əkmələr həyata keçirilə bilər. O cümlədən, vərəm çöpləri, xlamidiya və qonokoklar da adi bakterioloji əkmə kasasında böyümür (bunlar öz spesifik müayinə prosedurlarına malikdir).
  • Bədxassəli yenitörəməyə şübhə zamanı sidik nümunəsinin sitoloji müayinəsi təyin edilir  (patomorfoloji laboratoriyada müayinə edilir).
    • Sidik nümunəsi mümkün qədər təzə olmalıdır (səhər ikinci nümunə, yəni, sidik kisəsində 2-3 saat qalmış sidiyin götürülməsi)
    • Nümunə laboratoriyaya iki saat ərzində çatdırıla bilmədikdə, o sentrifuqadan keçirilməli və çöküntü 50%-li spirtlə fiksasiya edilməlidir.
  • Müayinələr şübhə doğuran xəstəliklərə müvafiq seçilir. Analizlər yerli laboratoriya ilə razılaşdırılma əsasında yerinə yetirilir.

Şübhə doğuran xəstəliyə müvafiq müayinələrin seçilməsi

Sidik yolları infeksiyası (SYİ) şübhəsi, bakteriuriya və piuriya

Uropatogenlər və maya göbələyi konsentrasiyaları üçün kliniki əhəmiyyətli limitlər. Bakterial böyümənin klinik əhəmiyyəti və miqyası, nümunənin toplanma metodu və pasiyentin vəziyyətindən xeyli dərəcədə asılı ola bilər, bununla əlaqədar aşağıdakı cədvəldə təqdim edilən limitlər ilk növbədə sonrakı bakterioloji əkmə müayinəsinin təyini üçün klinik tövsiyə rolu oynayır.
Klinik təzahür və ya nümunənin növü Əhəmiyyət kəsb edən konsentrasiya limitləri (koloniya-formalaşdıran vahidlər KFV/ml)
 
Asimptomatik bakteriuriya
SYİ şübhəsi (orta porsiya nümunəsinin keyfiyyəti ilə bağlı məlumat yox)
105
Qadın pasiyentdən kateter vasitəsilə alınmış nümunə 104
Kişi pasiyentdən kateter vasitəsilə alınmış nümunə 103
Sidik yolları infeksiyası şübhəsi doğuran və orta porsiya nümunəsinin  yaxşı keyfiyyətdə olduğu simptomatik pasiyent* 103
Sidik kisəsi punksiyası vasitəsilə alınmış nümunə,  bakterioloji əkmənin kəmiyyət analizi 102

Sidik kisəsi punksiyası vasitəsilə alınmış nümunə, zənginləşdirilmiş bakterioloji əkmə

Limit yoxdur
* Pasiyent dizurik simptomlara malik olduqda və nümunənin toplanması şərtlərinə riayət edildikdə, 1-2 fərqli növ ilə 103–104 KFV/ml əhəmiyyətli dərəcəli böyümə ola bilər (E. coli və Staphylococcus saprophyticus).

Hematuriya şübhəsi

Sidiyin böyrək mənşəli elementlərə görə müayinəsi

Proteinuriya şübhəsi

  • Böyrək xəstəliyi adətən proteinuriya ilə müşayiət olunur .
  • Ənənəvi çoxsaylı reagentli zolaq ilə skrininq, albumini 0,2 q/l, yəni 200 mq/l və bundan yuxarı konsentrasiyada aşkarlayır.
  • Şəkərli diabet və ya arterial hipertenziya ilə assosiasiya olunan mikroalbuminuriyanın aşkarlanması üçün daha həssas metodlar tələb olunur (ən azı 10 mq/l albumin aşkarlanmalı): gecə ərzində toplanmış sidik və ya birdəfəlik erkən səhər sidiyi nümunəsində ölçülmüş (sidikdə albumin/kreatinin nisbəti). Regional mərkəzləşdirilmiş kəmiyyət analizlərinin aparılması mualicə situasiyası ilə əlaqədar mümkün olmadıqda, həssas zolaq-testləri mövcuddur.
  • Mieloma zamanı immunoqlobulin yüngül zəncirlərinin ekskresiyası reagentli zolaq-testi ilə aşkar edilə bilmir. Mieloma zərdab və sidik proteinlərinin fraksiyalaşdırılması ilə diaqnostika olunur (elektroforez).

Digər əsas biokimyəvi müayinələr

  • Sidikdə qlükoza səviyyəsinin yüksək olmasının reagentli zolaqlarla aşkarlanması, uşaqlar və ya yaşlı pasiyentlərdə, iş saatlarından kənar vaxtlarda diaqnostikanın tələb olunduğu hallarda xüsusilə əhəmiyyətlidir. Pasiyentin sidik testinin qlükozuriyaya görə müsbət olduğu bütün durumlarda qanda qlükoza səviyyəsi yoxlanılmalıdır.
  • Keton cisimcikləri reagentli zolaq ilə Legal sınağı əsasında aşkar edilə bilir. Ac qaldıqda, bu artıq 12 saat sonra müsbət olur. Diabetik ketoz xəstəxana şəraitində davamlı izlənildikdə, plazmada hidroksibutiratın ölçülməsi tövsiyə edilir (həmçinin təmiz qanla yerindəcə müayinə olaraq mövcuddur), çünki Leqal testi yalnız asetsirkə turşusu və asetona reaksiya verir.
  • Sidiyin pH göstəricisi fizioloji olaraq 5 ilə 9 arasındadır. Böyrək daşları ilə olan bəzi pasiyentlərdə və ya müəyyən dərmanların xaric edilməsinin sürətləndirilməsi tələb edildikdə, pH-ın korreksiyası istifadə edilə bilər.
  • Nisbi sıxlığın ölçülməsi (daha əvvəllər xüsusi çəki adlandırılırdı) böyrəklərin konsentrasiyalaşdırma qabiliyyətinə dair məlumatlar verir:
    • duru sidik: nisbi sıxlıq 1,000–1,005
    • izotonik sidik: nisbi sıxlıq 1,010–1,015
    • konsentrasiyalaşmış sidik: nisbi sıxlıq 1,020 və ya daha çox.
  • Osmolyallıq konsentrasiyalaşdırma qabiliyyətinin dəyərləndirilməsi üçün ən yaxşı parametrdir. Plazmanın və izotonik sidiyin osmolyallığı təxminən 300 mOsm/kq H2O. Sidiyin osmolyallığı həmçinin plazmada kreatinin konsentrasiyası və ya sidiyin xüsusi elektrik keçiriciliyi əsasında təxmin edilə bilər.

Müayinələrin seçilməsi

  • Hər bir müayinənin təyin edilməsi kliniki zərurətə müvafiq olaraq, fərdi qaydada nəzərdən keçirilməlidir.
  • Daha əvvəllər tətbiq edilən, yalnız ilkin biokimyəvi skrininqin eritrositlər, leykositlər və ya proteinlərə görə müsbət olduğu hallarda, biokimyəvi analizdən sonra hissəciklərin sayılmasının aparıldığı pilləli etaplılıq texnoloji inkişaf ilə əsas etibarilə sıradan çıxarılmışdır.
  • Təsnifat
    • SYİ şübhəsi
      • Müayinələr aparılmır (başqa xəstəliklərə malik olmayan qadın pasiyentlər)
      • Biokimyəvi analiz/hissəciklərin sayılması və bakterioloji əkmə (xüsusi bakterioloji əkmələr mümkündür; digər pasiyentlər).
      • Tibbi yardımın birincili həlqəsi səviyyəsində iş saatlarından kənar: biokimyəvi analizlər müalicə yeri üzrə müayinə şəklində həyata keçirilir, sidik nümunələri əkilir yaxud da nümunə növbəti səhər əkilməsi üçün gecə ərzində soyuducuda saxlanılır.
      • Xəstəxanada müayinələrin seçilməsi laboratoriya ilə razılaşdırılır; təxirəsalınmaz diaqnostika üçün yuxarıda qeyd olunan müayinələrdən əlavə, çox zaman hissəciklərin sayılması mümkün olur.
    • SYİ şübhəsi zamanı təyin edilənlərdən əlavə müayinələr
      • Biokimyəvi analizlər
      • Tələb olunduqda, hissəciklərin ümumi və ya diferensial sayı, bəzən eritrositlərin morfologiyasının tədqiqi

Pasiyentlər üçün təlimatlar

  • Sidik nümunələri ilə əlaqədar qarşıya çıxan əsas problemlər onların toplanması, nümunə üçün sınaq şüşələrinin doldurulması və leybllanması, düzgün nəql edilməsi, həmçinin elektron informasiya sistemi ilə yetərli detallılıqla pasiyent anamnezinin ötürülməsi  ilə assosiasiya olunur.  Pasiyent həm şifahi, həm də yazılı təlimatlar almalıdır (ehtiyac olduqda bir neçə dildə; yerli əlaqə məlumatları və laboratoriyanın iş saatlarının aydın göstərilməsi ilə). Səhiyyə xidməti müəssisələri və ya digərləri, məs., sosial qayğı müəssisələrində pasiyentin təlimatlandırılması ilə əlaqədar vəzifə bölgüsü və prosedurlar tam razılaşdırılmalıdır.

Pasiyentin hazırlanması ilə əlaqədar, sidik analizi nəticələrinə təsir göstərə biləcək amillər

  • Sidik nümunəsinin konsentrasiyası
    • Gecə ərzində ac qalma (mümkün olduğu hallarda) sidiyin yetəri konsentrasiyada olmasını təmin edir. Pasiyent, maksimum səhər bir stəkan su içə bilər. Yalnız aşkar dərəcədə susuzlaşmış pasiyentlər daha çox maye qəbul edə bilər. Durulaşmış nümunə yalançı mənfi nəticələrin alınmasına gətirir (nəticələrin interpretasiyası zamanı nəzərdə saxlanılmalı).
    • Sidiyin tərkibində hətta kiçik anomaliyaların aşkar edilməsi üçün, pasiyentin kəskin simptomları yol verirsə, konsentrasiyalaşmış səhər nümunəsi əldə edilməlidir. Pasiyent iş saatlarından kənar vaxtda müraciət etdikdə (sidik kisəsinin qıcıqlanması, qarında ağrı, kəskin hematuriya və s.), nümunə götürüldükdə vaxt nəzərə alınmır və  nəticələrin interpretasiyası zamanı diurezdə variasiya nəzərdə saxlanılmalıdır (gecə ərzində suyun 20–50 ml/saat ekskresiyası gün ərzində 200 ml/saat və ya hətta 500ml/saata qədər arta bilər, və nəticədə sidiyin durulaşması hissəciklərin və ya zülalların aşkar edilməsi və bakterioloji əkmədə uropatogenlərin təyin edilməsini əngəlləyəcək.)
  • Fiziki hərəkət
    • Ortostatik proteinuriya və fiziki hərəkətlərin səbəb olduğu proteinuriyadan, onlar müayinənin faktiki hədəfini təşkil etmədikləri halda, nümunənin gecə istirahətindən sonra toplanması ilə yayınmaq olar (ilk səhər sidiyi və gün ərzində digər nümunədə albumin/kreatinin nisbətinin qarşılaşdırılması).
  • Sidiyin sidik kisəsində qalma müddəti
    • Bakterial artımın təmin edilməsi üçün, sidik nümunənin toplanılmasından əvvəl sidik kisəsində 4-6 saat ərzində qalmalıdır (E. coli üçün, hüceyrə siklinin müddəti təxminən 2 saatdır).
    • Ambulator müalicədə,  evdə toplanmış nümunə ilə müqayisədə, ikinci konsentrasiyalaşmış səhər nümunəsinin istifadəsi (laboratoriyada toplanmış) daha praktik ola bilər.
    • Sidik kisəsində dörd saatdan daha az müddət qalmış nümunələr dizuriyalı pasiyentlərdən götürülə bilir. Nəticələrin interpretasiyası zamanı bu nəzərə alınmalıdır.
  • Dərman preparatları
    • Hər hansı uropatogen kulturanın həssaslıq testinin aparılmasına kömək məqsədilə, laboratoriya keçmişdə və ya cari dövrdə antimikrob dərman preparatının qəbulu barədə məlumatlandırılmalıdır.

Nümunənin toplanması

Nümunələrin saxlanılması və nəqli

 

 

Kouri TT, Gant VA, Fogazzi GB et al. Towards European urinalysis guidelines. Introduction of a project under European Confederation of Laboratory Medicine. Clin Chim Acta 2000;297(1-2):305-11.