Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Metabolik sindrom

Mündəricat

Metabolik sindrom

EBM Klinik protokolları
18.07.2018 • Sonuncu dəyişiklik 16.02.2017
MikkoSyvänne

Əsas məqamlar

  • Metabolik sindrom (MetS) aterosklerotik xəstəliklər və şəkərli diabet riskini artıran amillər məcmusudur.
    • Metabolik sindromun qeyd edilmədiyi insanlarla müqayisədə, 5-10 il ərzində damar xəstəliyinin inkişafı riski iki dəfə yüksəkdir; ömür ərzində risklər nisbəti, böyük ehtimalla, hətta bundan da yuxarıdır.
    • Şəkərli diabet riski 5 dəfə artıqdır.
  • MetS mərkəzi piylənmə, hipertenziya, dislipidemiya (plazma triqliseridləri səviyyəsi yüksək və YSL-xolesterin səviyyəsi aşağıdır) və qlükoza metabolizmi pozğunluğundan ibarətdir.
  • Mahiyyət etibarilə MetS-i təşkil edən amillərdən əlavə, o çox zaman hiperurikemiya, həmçinin protrombotik və iltihabönü vəziyyət və insulin rezistentliyi ili assosiasiya olunur ki, bunlar rutin yoxlanılmır.
  • MetS piyin qaraciyərdə (qeyri-alkoqol mənşəli piyli qaraciyər xəstəliyi, QAPQX), skelet əzələlərində, miokardda və mədəaltı vəzidə toplanması ilə assosiasiya olunur.
    • QAPQX steatohepatik forması (qeyri-alkoqol steatohepatiti, QASH ), qaraciyər sirrozuna gətirə bilər. QASH yalnız qaraciyər biopsiyası vasitəsilə diaqnostika oluna bilər.
  • Bu kateqorik təsnifat deyil (MetS var və ya yoxdur), önəmli olan MetS şübhəsi yarandıqda aktiv müayinələrin aparılması və assosiasiya olunan bütün vəziyyətlərin müalicəsidir.
  • MetS diaqnozu, müvafiq risk kalkulyatoru vasitəsilə arterial xəstəliklərə görə toplam riskin dəyərləndirilməsini əvəz etmir,  çünki MetS diaqnozu zamanı yaş, cins, siqaret çəkmə və ya ümumi və ASL-xolesterin səviyyələri nəzərə alınmır.

Təyini

  • MetS aşağıdakı beş meyardan ən azı üçünə malik olan pasientdə diaqnostika edilir"?>:
    • belin çevrəsinin ölkə üçün spesifik və etnik xüsusiyyətlərin nəzərə alınması ilə müəyyən edilmiş limitləri aşması (aşağıda bax)
    • triqliseridlər ≥ 1,70 mmol/l və ya lipid mübadiləsinin bu cür pozğunluğu ilə əlaqədar spesifik müalicə
    • YSL-xolesterin < 1,0 mmol/l kişilərdə və ya < 1,3 mmol/l qadınlarda və ya lipid mübadiləsinin bu cür pozğunluğu ilə əlaqədar spesifik müalicə
    • arterial qan təzyiqi ≥ 130 / ≥ 85 mm c.s. və ya hipertenziya ilə əlaqədar spesifik müalicə
    • acqarına qlükoza səviyyəsi ≥ 5,6 mmol/l və ya acqarına qlükoza səviyyəsinə təsir göstərən spesifik müalicə.
  • Belin çevrəsi
    • Müxtəlif meyarlara əsaslanaraq, avropoid irqindən olan kişilər və qadınlarda belin çevrəsi üçün iki limit müəyyən edilmişdir:
      • kişilər 94 sm, qadınlar 80 sm
      • kişilər 102 sm, qadınlar 88 sm.
    • Bunun interpretasiyası belədir ki, aşağı limitlərin aşılması zamanı, vaskulyar xəstəlik və şəkərli diabet riski artmağa başlayır (ən azından, vəziyyətin pisləşməyə doğru hər hansı dəyişikliyinin qarşısı alınmalıdır), yuxarı limitlərin aşılması zamanı risk əhəmiyyətli dərəcədə artır (bədən çəkisinin aşağı salınması zəruridir).
    • Praktik məqsədlərlə, norma hədlərini kişilər üçün 100 sm, qadınlar üçün isə 90 sm-ə qədər yuvarlaqlaşdıra bilərik.

Yayılması

  • Finlandiyada 24-75 yaş aralığında seçilmiş əhali qrupunda  MetS-in yayılma dərəcəsi (FINRISKI 2007) 35% qeyd olunmuşdur"?>.
  • Şimali Finlyandiyada yaşlı insanlardan (orta yaş 72 yaş) ibarət qrupda, MetS-in yayılma dərəcəsi, müxtəlif meyarlara əsaslanaraq, kişilər arasında 25% - 37%  və qadınlar arasında 21% - 48% idi"?>.

Diaqnoz

  • MetS-in hər hansı bir komponentinin aşkarlanmasının ardınca, digər komponentlərinə görə müayinə aparılmalıdır.
    • Belin çevrəsi
    • Arterial qan təzyiqi
    • Plazma lipidləri
    • Pasientdə öncədən şəkərli diabet aşkarlanmadığı təqdirdə, 2-saatlıq qlükozaya tolerantlıq testi 
      • Qlükozaya torerantlıq testinin yerinə yetirilməsi, yalnız acqarına qlükoza səviyyəsinin ölçülməsi ilə müqayisədə, risk altında olan pasientlər arasında yeni diaqnostika olunan şəkərli diabet hadisələrinin sayını üçdə biri qədər artırır.
  • MetS ilə olan pasientlərdə aşağıdakılar qiymətləndirilməlidir:
    • arterial xəstəliklərin inkişafının toplam riski (müvafiq risk kalkulyatorunun istifadəsi ilə) və
    • şəkərli diabet riski.
  • Adətən MetS ilə olan pasientlər qaraciyər piylənməsinə malikdir, və bu qaraciyər fermentləri (ALT) konsentrasiyası artımının ən geniş yayılmış səbəblərindən biridir. Bununla yanaşı, ALT, həssas sınaq deyil və rutin (sıradan hamıda) skrininqi tövsiyə edilmir. Həmçinin, qaraciyərin funksional testlərinin nəticələri normadan kənara çıxan pasientlərin dəyərləndirilməsi və QAPQX/QASH-ə həsr edilmiş məqalələrə bax .
  • MetS ilə assosiasiya olunan və diaqnostik araşdırma tələb edən digər pozğunluqlara aiddir:
    • yuxuda obstruktiv apnoe 
    • polisistik yumurtalıqlar sindromu 
    • həyat tərzinin modifikasiyasını mürəkkəbləşdirən bir problem kimi depressiyanın olması mümkündür.

Müalicə

  • Metabolik sindromun müalicəsi həyat tərzinin dəyişməsinə əsaslanır"?>.
    • Həyat tərzinin aktiv korreksiyasından sonra, MetS meyarlarının aradan qalxdığı iştirakçıların sayı kontrol qrupu ilə müqayisədə 2 dəfə çoxdur.
    • Bu cür müdaxilədən sonra kontrol qrupu ilə müqayisədə aşağıdakı MetS xarakteristikaları yaxşılaşır:
      • arterial qan təzyiqi (–6/–3 mm c.s.)
      • triqliserid səviyyələri (–0,14 mmol/l)
      • belin çevrəsi (–2,7 sm)
      • acqarına qlükoza səviyyəsi (–0,64 mmol/l).
  • Çəki itkisi çox önəmlidir və MetS-in bütün komponentləri və onunla assosiasiya olunan xəstəliklərə müsbət təsir göstərir.
    • Qarşıya qoyulan ilk məqsəd birinci il ərzində çəkinin 5%-10% itirilməsidir; bu əhəmiyyətli dərəcədə metabolik və digər üstünlüklərin əldə edilməsi üçün yetərlidir.
    • Ardınca çəkinin normal göstəricilərə qədər davamlı azalması daha yaxşı nəticələrə gətirir.
  • Pəhrizin keyfiyyəti üçün ən vacib amillər bol meyvə və tərəvəz, bərk yağlar (heyvani) əvəzinə yumşaq (balıq və tərəvəz) yağlar, şəkər və rafinə olunmuş dənli bitkilər əvəzinə emal edilməmiş dənli məhsullar ilə qidalanmaq, duzun qəbulunu məhdudlaşdırmaq, və alkoqol istifadəsi zamanı orta miqdarı aşmamaqdır.
  • Müntəzəm fiziki hərəkətlər çəkinin normallaşmasına kömək edir və MetS komponentlərinə əhəmiyyətli dərəcədə müsbət təsir göstərir"?>.
  • Nəzarət olunan tədqiqatda, sağlam pəhriz və fiziki hərəkətlərə əsaslanan müdaxilə prediabetli pasiyentlərdə (diabet önü) şəkərli diabet riskini 58% aşağı salmışdır"?>, və buna oxşar nəticələr ilkin tibbi-sanitar yardım mərhələsində əldə edilə bilər.
  • Metformin (metformin) prediabetli pasientlərdə şəkərli diabet riskini aşağı salır, lakin həyat tərzinin dəyişdirilməsi ilə müqayisədə effekti aşağıdır"?>.
    • Şəkərli diabet olmadan MetS və ya şəkərli diabetin profilaktikası metformin terapiyası üçün göstərişlər sırasında deyil.
  • Hipertenziya həyat tərzinin dəyişdirilməsi və ehtiyac olduqda, dərman preparatları ilə müalicə edilir, hədəf arterial qal təzyiqini mütəxəssis tərəfindən ölçülən zaman orta hesabla < 140/< 90 mm c.s-na qədər azaltmaqdır ki, bu da ev şəraitində ölçüldükdə < 135/< 85 mm c.s. ekvivalentdir. Şəkərli diabeti olan şəxslər üçün, diastolik qan təzyiqinin hədəf səviyyəsi < 80 mm c.s təşkil edir.
    • Birinci-sıra dərman preparatı adətən hər hansı bir AÇF inhibitoru və ya ART blokatorudur.
    • Metabolik çatışmazlıqları ilə əlaqədar, tiazid sidikqovucuları və beta-blokatorlar birinci-sıra dərman preparatları olaraq təyin edilməməlidir, lakin tiazid yaxud digər oxşar sidikqovucuların və ya vazodilatator beta-blokatorların kiçik dozaları, dərman kombinasiyaları şəklində istifadə edilə bilər.
    • Kalsium-kanalı blokatorları metabolik baxımdan neytraldır.
  • Dislipidemiyanın müalicəsi zamanı əsas hədəf ASL-xolesterindir ki, burada məqsəd, arterial xəstəlik riskinin dəyərləndirilməsindən asılı olaraq, < 3 mmol/l, < 2,5 mmol/l və ya < 1,8 mmol/l səviyyələrinə nail olmaqdır"?> .
    • Həyat tərzinin dəyişdirilməsinə əlavə olaraq, dərman preparatına ehtiyac duyularsa, birinci seçim preparatları statinlərdir ki, gərəkdikdə, hədəf ASL səviyyəsinə çatmaq məqsədilə onlar ezetimib (ezetimibe) ilə kombinasiyada işlədilir.
    • Statinlərin istifadəsi mümkün olmadıqda, habelə xüsusi hallarda ağır hipertriqliseridemiyanın müalicəsi üçün Fibratlar həm statinlərlə birgə, həm də təklikdə tətbiq oluna bilər.
  • Siqaret çəkmənin dayandırılması arterial xəstəlik riskinin aşağı salınması üçün önəmlidir.
  • Qlükoza mübadiləsi pozğunluğu şəkərli diabetə dəlalət edən səviyyədədirsə, şəkərli diabetin müalicəsi prinsiplərinə riayət edilməlidir.

Müvafiq resurslar

Alberti KG, Eckel RH, Grundy SM et al. Harmonizing the metabolic syndrome: a joint interim statement of the International Diabetes Federation Task Force on Epidemiology and Prevention; National Heart, Lung, and Blood Institute; American Heart Association; World Heart Federation; International Atherosclerosis Society; and International Association for the Study of Obesity. Circulation 2009;120(16):1640-5. Sundvall J, Leiviskä J, Laatikainen T et al. The use of fasting vs. non-fasting triglyceride concentration for estimating the prevalence of high LDL-cholesterol and metabolic syndrome in population surveys. BMC Med Res Methodol 2011;11():63. Saukkonen T, Jokelainen J, Timonen M et al. Prevalence of metabolic syndrome components among the elderly using three different definitions: a cohort study in Finland. Scand J Prim Health Care 2012;30(1):29-34. Yamaoka K, Tango T. Effects of lifestyle modification on metabolic syndrome: a systematic review and meta-analysis. BMC Med 2012;10():138. Pattyn N, Cornelissen VA, Eshghi SR et al. The effect of exercise on the cardiovascular risk factors constituting the metabolic syndrome: a meta-analysis of controlled trials. Sports Med 2013;43(2):121-33. Tuomilehto J, Lindström J, Eriksson JG et al. Prevention of type 2 diabetes mellitus by changes in lifestyle among subjects with impaired glucose tolerance. N Engl J Med 2001;344(18):1343-50. Knowler WC, Barrett-Connor E, Fowler SE et al. Reduction in the incidence of type 2 diabetes with lifestyle intervention or metformin. N Engl J Med 2002;346(6):393-403. Matikainen N, Taskinen MR. Management of dyslipidemias in the presence of the metabolic syndrome or type 2 diabetes. Curr Cardiol Rep 2012;14(6):721-31. Yki-Järvinen H. Non-alcoholic fatty liver disease as a cause and a consequence of metabolic syndrome. Lancet Diabetes Endocrinol 2014;2(11):901-10.