Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Yetkin şəxslərdə ziyansız ürək küyü

Mündəricat

Yetkin şəxslərdə ziyansız ürək küyü

EBM Klinik protokolları
18.04.2018 • Sonuncu dəyişiklik 08.03.2017
JuhaniAiraksinen

  • Uşaqlarda ürəkdə küy mövzusu ilə bağlı nəzər yetirin.

Əsasları

  • Ziyansız küyə daxildir
    • fizioloji mənşəli küy
    • hemodinamik cəhətdən əhəmiyyətsiz sayılan ürək defektlərindən qaynaqlanan təsadüfi küy
  • Sürətlənmiş qan axınının səbəb olduğu ziyansız küy, yetkinlik yaşına çatmış cavan şəxslər arasında geniş yayılmış bir haldır.
  • Qızdırma, anemiya, taxikardiya və döş qəfəsinin divarının nazik və ya hamar olması axın səsini intensivləşdirə bilər. Bu səslər də qapaq xəstəliyində müşahidə edilən küylərə bənzəyə bilər.
  • Küylərin ziyansız təbiətə malik olması, aşağıda qeyd edilən əlamətlərlə təyin edilir:
    • qısa erkən sistolik və ya orta sistolik küy, 1 - 2 dərəcə
    • maksimal intensivlik nöqtəsi döş sümüyünün yanında sol tərəfdə qeydə alınır
    • ağciyər qapağının auskultasiya bölgəsində sistolik ejeksiya küyü 
    • normal S2 (daimi olaraq bölünmür)
    • auskultasiya zamanı digər anormallıqlara rəst gəlinmir
    • fiziki fəaliyyət statusunun yaxşı vəziyyətdə olması, normal EKQ və döş qəfəsinin rentgenoqramı
  • Küy, xəstə lazımi müayinələrdən keçənə qədər ziyansız olaraq qəbul edilməməlidir.
    • Lazım gəldikdə diaqnozu təsdiqləmək məqsədilə exokardioqrafiya həyata keçirilməlidir.
  • Diastolik küy, hər zaman təbii anormallıqlardan qaynaqlanır və onlar hemodinamik cəhətdən əhəmiyyətsiz sayılır.

Pulmonar ejeksiya (boşalma, təxliyə) küyü

  • Ən geniş təsadüf edilən ziyansız küy
  • İkinci və ya üçüncü interkostal boşluqda eşidilir
  • Küyün intensivliyi adətən 1-2/6 dərəcədə olur
  • Erkən sistolada eşidilir
  • Ağciyər qapağının bağlanması gecikmir və ürək səsinin bölünməsi nəfəsalma zamanı artır. Heç bir ejeksion klik səsi eşidilmir.
  • Exokardioqrafiyaya adətən ehtiyac duyulmur.

Aorta ejeksiyası (boşalma, təxliyə) küyü

  • Aortadan qaynaqlanan axın səsi, ağciyərin axın küyü ilə oxşarlıq təşkil edir
    • Yetkinlik yaşına çatmış cavan şəxslərdə
    • Aorta qapağı bölgəsində eşidilir
    • Vuruş həcmi xüsusilə yüksək olduqda gərgin məşqlərdən sonra daha çox nəzərə çarpır.
  • Aorta qapağının eroziyaya uğraması ilə əlaqəli bir küy
    • Yaşlı şəxslərdə
    • Aorta stenozu küyü ilə oxşarlıq təşkil edir (ejeksiya kliki eşidilə bilər)
    • Əhəmiyyətli aorta stenozu və ya stenoza işarə edən digər əlamətlər mövcud olmur
    • Diferensial diaqnostikada adətən exokardioqram həyata keçirilir.

Stil küyü

  • Uşaq yaşlarında müşahidə edilən zərərsiz küylər, yeniyetməlik dövründə  hələ də eşidilə bilir.
  • Orta sistolada eşidilir, musiqili (vibrasiyalı) keyfiyyətə malik olur, intensivliyi adətən 2/6 olur.
  • Sol interkostal boşluqda parasternal olaraq 3-cü və ya 4-cü dərəcədə eşidilir, səciyyəvi olaraq xəstə oturaq vəziyyətdə olduqda daha yaxşı eşidilir.

Venoz küy

  • Uşaqlarda və yeniyetmə yaşına çatmış cavan şəxslərdə
  • Davamlı küy olaraq boyun və supraklavikulyar fossada, xüsusilə sağ tərəfdə eşidilir.
  • Daxili yuqulyar venaya təzyiq tətbiq etdikdə və ya xəstə uzanmış vəziyyətdə olduqda yox olur. Nəfəsalma zamanı daha ucadan eşidilir.