Astmanın kəskin şiddətlənməsinin müalicəsi
EBM Klinik protokolları
21.03.2017 • Sonuncu dəyişiklik 21.03.2017
PaulaKauppi
Əsaslar
- Çox zaman pasiyent, ailə üzvləri və həkim astmanın kəskin şiddətlənməsinin ağırlılğını olduğundan aşağı qiymətləndirir.
- Müalicənin məqsədi:
- astmadan ölümlərin qarşısını almaq,
- mümkün qədər tez bir zamanda pasiyentin vəziyyətini və ağciyər funksiyalarını qənaətbəxş bir səviyyəyə bərpa etmək,
- optimal funksional statusu saxlamaq və şiddətlənmələrin qarşısını almaqdır.
Astmanın kəskin şiddətlənməsinin tanınması
- Aşağıdakı əlamətlərdən hətta birinin meydana çıxması hücumun ağır olması deməkdir:
- fışıltılı xırıltı və təngnəfəslik o qədər artmışdır ki, pasiyent nəfəs almaq üçün dayanmadan bir cümləni bitirə bilmir və ya stuldan qalxa bilmir.
- tənəffüs tezliyi sabit olaraq 25/dəq və ya daha çoxdur
- ürərk vurğusu sabit olaraq 110/dəq və ya daha çoxdur ( salbutamolum inhalyasiyasından 30 dəqiqə sonra)
- Pik nəfəsvermə sürəti (PNVS) ən yaxşı əvvəlki dəyərin 60%-dən azdır.
- Oksigen saturasiyası 92%-dən azdır.
- Müalicəyə baxmayaraq pasiyentin vəziyyəti pisləşir.
Həyat üçün təhlükəli bir hücumu göstərən əlamətlər
- Auskultasiya zamanı "lal ağciyər"
- Sianoz
- Bradikardiya və ya arterial hipotenziya
- Ağır dərəcəli yorğunluq (üzülmə, halsızlıq), huşun dolaşıq olması və ya huşsuzluq
- Əvvəlki ən yaxşı dəyərin 30-40%-dən az olan PNVS;
- Hətta əlavə oksigenlə tənəffüs etdikdən sonra da arterial qanda pO2 <8 kPa, arterial pCO2 6 kPa-dan çox və ya pH azalması
Laborator və instrumental müayinələr
- Müalicənin başalnğıcında və nəzarət zamanı PNVS
- Nəbz oksimetriyası (hypoksiyanı aşkar edir, lakin hiperkapniyanı deyil)
- Ürək vurğularının tezliyi və arterial təzyiq
- Ağır vəziyyətlərdə arterial qan analizi; ehtiyac olduğu təqdirdə təkaralanmalıdır
- Qan zərdabında kalium və qanda qlükoza
- Yaşlı pasiyentlərdə EKQ
- Pnevmotoraks, ağciyər infiltratları, infeksiyalar və ağciyər ödemini istisna etmək üçün ağır və müalicəyə zəif cavab verən hallarda döş qəfəsinin rentgen müayinəsi
- Sinusitin inkar edilməsi
- Əgər lazımdırsa, dehidratasiyanı qiymətləndirmək üçün qanda hematokrit
- Əgər venadaxili teofillin (theophylline) müalicəsi başlanıbsa və həmçinin infuziya davam edildiyi halda qanda teofillinin konsentrasiyası
Təxirəsalınmaz müalicə
- Pasiyentə rahat oturaq vəziyyət təmin edin. Lazım olduqda pasiyentin önə əyilə bilməsi, əlləri və ayaqları ilə özünə dayaq verməsi üçün ayaqları mümkün qədər yerə yaxın olmalıdır.
- Maska və ya nazal kanyula vasitəsilə 4-5 l/dəq sürətilə oksigen (adətən 35% konsentrasiya kifayətdir; reanimasion tədbirlər zamanı maksimal konsentrasiya və axınla) verin. Əgər pasiyentdə həm də XOAX (xroniki obstruktiv ağciyər xəstəliyi) varsa karbon qazının yığılmasından qaçmaq üçün oksigenin daha aşağı axın sürəti (1-2 l/dəq) kifayətdir.
- Salbutamol aerozolunu 0,1 mq/dozada speyserlə 4-8 inhalyasiya verin . Əgər ehtiyac varsa, hər 20-30 dəqiqdən bir 2-4 dəfə təkrar edin. Alternativ olaraq, oksigenlə birgə və ya onsuz kombinasiya şəklində salbutamol 2,5 mq və ipratropium-bromid (ipratropium bromide) 0,5 mq nebulayzerin köməyi ilə (və ya fenoterol 1,25 mq və ipratropium-bromid 0,5 mq) verin. Əgər ehtiyac varsa, 1 saatdan sonra təkrar edin.
- Effektivliyi şübhəli olduğu üçün və xoşagəlməz təsirlərinə görə teofillin astma şiddətlənməsinin müalicəsində müntəzəm istifadə üçün daha tövsiyyə olunmur.
- Lakin intensiv yardımın nəzərdən keçirilməli olduğu ağır hücumda teofillin müalicəsinə cəhd edilə bilər: 20-30 dəqiqə ərzində venadaxili 5 mq/kq; infuziya ilə davam edilməli (400 mq teofillin 1000 ml 0,9%-li NaCl və ya 5%-li qlükoza məhlulunda durulaşdırılır; 50 yaşdan aşağı pasiyentlər üçün infuziya sürəti 0,6 mq/kq/saat, 50 yaşdan yuxarı pasiyentlər üçün isə 0,4-0,5 mq/kq/saatdır).
- Yüksək dozada venadaxili və ya peroral (məsələn 40–80 mq "methyl prednisolone" və ya 125–250 mq "hydrocortisone") qlükokortikoid verin . Venadaxili steroidlərdən asılı olmayaraq pasiyent udmağa qabil olan kimi peroral qlükokortikoidlər (məsələn, 30–40 mq prednizolon) verilir.
- Peroral qlükokortikoidləri (məsələn, səhərlər 30–40 mq prednizolon) bir neçə gün ərzində davam edin. Əgər pasiyentin evdə davamlı qlükokortikoid dərmanı varsa ona daha yüksək dozalar tələb oluna bilər.
- Həyat üçün təhlükə törədən və ağır kəskin astma hücumunda bronxolitik dərman maddəsi kifayət qədər təsir göstərmədiyi zaman aşağıdakıları verməyi nəzərdən keçirin:
- rasemik adrenalin (S2® Racepinephrine Inhalation Solution,-Rasepinefrin inhalyasiya məhlulu 2.,25%-li) , 3 ml 0,9%li NaCl məhlulunda 0,5 ml dozada inhalyasiya yolu ilə
- Böyük pasiyentdə 20 dəqiqə ərzində 2 q maqnezium-sulfat (magnesium sulphate) tək venadaxili ləng infuziya şəklində.
- Əgər hücum uzanıbsa təngnəfəslik maye qəbuluna imkan vermədiyi üçün pasiyent dehidratasiya oluna bilər. Pasiyentin normal sutkalıq tələbatdan artıq 2000-3000 ml mayeyə ehtiyacı ola bilər. Yaşlı pasiyentlərdə və ürək xəstəliyi olan şəxslərlə ehtiyatlı olmaq lazımdır!
- Davamlı monitorinq üçün imkan olan bölmələrdə qeyri-invaziv ventilyasiya (non-invasive ventilation - NIV) nəzərdən keçirilə bilər.
İntensiv yardım (reanimasiya və intensiv terapiya bölməsində yardım) üçün göstərişlər
- Beta-2 simpatomimetiklərin 3-4 dəfə 20-30 dəqiqə intervallarla təkrar verilməsinə baxmayaraq davamlı (inadkar) ağır təngnəfəslik.
- Əlavə oksigenin tənəffüs edilməsinə baxmayaraq arterial qan pO2 8 kPa-dan azdır.
- Arterial qanda pCO2 6 kPa-dan çoxdur.
- Taqətdən düşmə
- Huşun dolaşıq olması, yuxululuq
- Huşsuzluq
- Tənəffüsün dayanması
Sonrakı müalicə
- Vəziyyət aydın surətdə yaxşılaşmayana qədər pasient tək qalmamalıdır.
- Lazım olduğu təqdirdə oksigen terapiyasını davam edin.
- Peroral qlükokortikoid (məsələn, "prednisolone" 30-40 mq/gün) terapiyasını davam edin .
- Əgər vəziyyəti yaxşılaşırsa nebulayzerin köməyi ilə müalicəni 4 saatlıq intervallarla davam edin.
- Əgər vəziyyəti yaxşılaşmayıbsa nebulayzerin köməyi ilə müalicəni 20-30 dəqiqədən sonra təkrarlayın
- Reanimasiya və intensiv terapiya bölmələrində istisna olmaqla sedativ dərmanlar astmanın şiddətlənməsində qətiyyən istifadə edilməməlidir.
- Əgər bakterial infeksiya əlamətləri yoxdursa antimikrob dərmanlara göstəriş yoxdur.
Astmanın kəskin şiddətlənməsindən sonra xəstənin evə yazılması
- Pasiyent evə yazılmazdan öncə ağciyər funksiyaları mütləq normallaşdırılmalıdır.
- PNVS dəyəri mütləq istinad dəyəri və ya əvvəlki maksimal dəyərin 70%-dən artıq olmalıdır.
- PNVS dəyərlərində sutkalıq variasiya mütləq 25%-dən az olmalıdır.
- Evə yazıldıqdan sonra xəstədə aşağıdakıların olduğuna əmin olun:
- peroral qlükokortikoid (prednizolon [20–]30-40 mq/gün, 1-2 həftə ərzində
- inhalyasiya edilən bronxolitik dərman
- inhalyasiya edilən qlükokortikoid
- uzun müddətli saxlayıcı terapiyanın təkrar qiymətləndirilməsi
- yaxşı olardı ki, evində şəxsi PNVS ölçən cihazı olsun
- düzgün inhalyasiya texnikası barədə bilik
- növbəti yoxlanış baxışı üçün vaxt təyin olunub.
Əlaqədar mənbələr
- Koxreyn baxış-icmallar
- Klinik protokollar
- Ədəbiyyat