Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Bağırsaq helmintozu (bağırsaq qurdları)

Mündəricat

Bağırsaq helmintozu (bağırsaq qurdları)

EBM Klinik protokolları
16.02.2017 • Sonuncu dəyişiklik 14.11.2017
SakariJokiranta HeliSiikamäki AnuKantele

Yayılması

  • Bağırsaq helmintləri düyna üzrə geniş yayılmış parazitlər sayılır (ümumilikdə 3 milyard civarında daşıyıcı vardır).
  • Enterobioz (bizquyruq\sapvari infeksiya) uşaqlar arasında geniş yayılmış bir hal olsa da bu hala böyüklərdə də rast gəlmək mümkündür. Bizquyruq infeksiyasının artımı xüsusilə digər helmintozlara nisbətən az rast gəlindiyi sənaye ölkələrində müşahidə edilməkdədir.
  • Toksokara qurdları pişiklərdə və itlərdə rast gəlinən həlqəvari qurddur. Onlara həmçinin sənaye ölkələrində də rast gəlinir.
  • Torpaqdan keçən helmintozun qarışıq növlərinə (həlqəvari, qarmaqşəkilli, qamçıvari, Stronqiloidlər) əsasən isti iqlim qurşaqlarında rast gəlinir. İnsan askaridinə (Ascaris lumbricoides - dəyirmi qurdlar tipinin Nematodlar sinfinə aid olan növ) əsasən cənub-qərbi Asiya və Çində rast gəlinir, digər torpaqdan keçən helminitlərə isə əsasən Afrika və Cənubi Amerikada təsadüf edilir.

Transmissiya (infeksiyanın ötürülməsi)

  • Balıq teniarinxoz infeksiyası - enli lentşəkilli qurd (lat. Diphyllobothrium latum)  anisakis (suşi qurdu) bişməmiş çiy balığın yeyilməsindən əmələ gəlir.
  • Donuz soliteri infeksiyası ((Taenia solium) - lentşəkilli qurdların bir növü) çiy donuz ətinin  yeyilməsi nəticəsində yaranır.
  • Nəcislə kirlənmiş qidaların qəbulu, məsələn, zəif işlənmiş insan nəcisi ilə gübrələnmiş çiy tərəvəzlər insan askaridinin (Ascaris lumbricoides) və ya Toksokaroz toksokaranın (insanda qamçıvari qurd) ötürülməsi ilə nəticələnə bilər.
  • Toksokara infeksiyası heyvan nəcisində mövcud olur; insana xas infeksiyası adətən uşaqlarda geniş yayılmış olur.
  • Qarmaqşəkilli infeksiya və ya stronqiloides (Strongyloides stercoralis) endemik zonalarda ayaqyalın gəzdikdə sürfələrin ayaq dərisinə nüfuz etməsi nəticəsində insana yoluxa bilər.

Dünyada əhəmiyyəti

  • Mədə-bağırsaq simptomları ilə yanaşı protein-enerji çatışmazlığı üç ən geniş yayılmış helmint xəstəliklərinin, məsələn, insan askaridinin  (Ascaris lumbricoides), tükbaş qurdun (Trichuris trichiura) və qarmaqşəkilli qurdun (Ancylostoma duodenale) səbəb olduğu ən əhəmiyyətli tibbi problemlərindən sayılır. Əlavə olaraq qeyd etmək lazımdır ki, insan askaridindən bağırsaq obstruksiyası və ya perforasiyası və yaxud öd yolları fəsadları səbəbi ilə il ərzində təqribən 75 000 ölüm halları baş verir.

Diaqnoz

  • Bağırsaq helmintozuna görə müayinə əsasən parazitlərin yumurtalarının və sürfələrinin və ya nəcisdə aktiv parazitlərin müəyyən edilməsindən ibarət olur (araşdırma: nəcisdə yumurta və parazit, O&P).
  • Stronqiloidiazdan və ya toksokariazdan (Toxocara) şübhələndikdə, qanda anticismlərin təyini analizi aparıla bilər.
  • Eozinofiliyaya bağırsaq helmintozunun bəzi hallarında, əsasən stronqiloidoz və toksokariaz, həmçinin həlqəvari və qarmaqşəkilli qurdların həyat dövürlərinin ağciyərə miqrasiyası fazasında rast gəlmək mümkündür. Əgər eozinofiliya zamanı altda yatan səbəbin bağırsaq helmintiasisi olduğundan şübhələnilərsə, nəcis hər zaman parasitlərə görə analiz edilir; ehtiyac duyulduqda serumda anti -helmint antiteli əlavə test olaraq müəyyən edilə bilər.

Profilaktika

  • Endemik ərazilərdə helmintiasisin profilaktikası məqsədilə aşağıda göstərilən tədbirlər həyata keçirilməlidir: ümumi gigiyenanı tənzimləmək, xüsus növ balıqların və yoxlanmamış ətin çiy şəkildə qəbulundan uzaq durmaq, nəm ərazilərdə bağlı ayaqqabılar geyinmək və insan nəcisindən gübrə kmi istifadə etməmək.
Bağırsaq helmintiasisi
Xəstəliklər və etioloji faktorlar  Ötürülmə yolları Simptomlar Diaqnostik nəticələr Diaqnoz Müalicə
  1. 1) Bəzi ölkələrdə yalnız xüsusi lisenziya altında satılır     
  2. 2) Mebendazol (100 mg tablet) bəzi ölkələrdə yalnız xüsusi lisenziya altında satılır      
  3. 3) İvermestin (3 mg tablet) bəzi ölkələrdə yalnız xüsusi lisenziya altında satılır     

Enli lent qurd (lat. Diphyllobothrium latum,  teniarinxoz ''kəpənək qurdu'')

Çiy şirin su balığı (treska, sıf, burbot) 

Adətən simptomlar olmur, təsadüf hallarda qarın nahiyyəsində narahatçılıq, nadir hallarda pernisioz anemiya

Meqaloblastik anemiya, qanda  B12 vitamininin aşağı miqdarı

Nəcisdə yumurta və parazit (O&P)

Niklosamid və ya praziquantel1)

Lentşəkilli qurdlar (Taenia solium, donuz soliteri və T. saginata öküz soliteri)

Nəcis-bağırsaq

Adətən simptomlar olmur, lakin T. solium infeksiyası yanaşı gedən simptomlarla müşahidə edilən sistiserkozisə səbəb olur (epilepsiya, digər MSS simptomları; Ekstra-bağırsaq helmintiasisinə nəzər yetirin)

  Nəcisdə yumurta və parazit (O&P)

Niklosamid və ya praziquantel1)

Cırtdan  teniarinxoz ''kəpənək qurdu'' (Hymenolepis nana, siçan teniarinxozu)  

Adətən simptomsuz olur, lakin abdominal simptomlara səbəb ola bilər, xüsusilə autoinfeksiya (endogen) zamanı

  Nəcisdə yumurta və parazit (O&P) Praziquantel1) və ya niklosamid1)
İnsan askaridi (Ascaris lumbricoides, insan həlqəvari qurdu)  Nəcis-torpaq-bağırsaq Adətən simptomlar olmur, lakin həlqəvari qurdların ağ ciyərə miqrasiyası fazasında qarın ağrılarına və ürəkbulanmaya və həmçinin tənəffüs yolları simptomlarına səbəb ola bilər

Ağciyərə miqrasiyası fazasında eozinofiliya

Nəcisdə yumurta və parazit (O&P) Mebendazol2), albendazol1) və ya ivermestin3)
Enterobioz (Enterobius vermicularis, sapvari qurd) Perianal-dəri-ağız Uşaqlarda perianal nahiyyədə qaşınma, yuxu pozğunluğu; böyüklərdə adətə demək olar ki, simptomlara təsadüf edilmir  

Perianal nahiyyədən götürülmüş nümunənin mikroskopik analizi zamanı qaraciyərdə qurdun və ya yumurtasının təyini

Pirvinium və ya mebendazol2), albendazol1)

Sronqiloidiasis (Strongyloides stercoralis)

Torpaq-dəri

Adətən simptomlar olmur. Təsadüf hallarda, xüsusilə hiperinfeksiyalar zamanı yuxarı qarın nahiyyəsində ağrı, ishal, çəki itkisi müşahidə edilir

Eozinofiliya, səpki (sürfə axını)

Nəcisdə yumurta və parazit (O&P), serologiya və ya Stronqiloid əkilməsi

İvermektin3) və ya albendazol1); yaxın əlaqələrin müayinəsi
Qarmaqşəkilli qurd (Ancylostoma duodenaleNecator americanus) Torpaq-dəri

Adətən simptomlar olmur, lakin yuxarı qarın nahiyyəsində yanğı hissini xatırladan ağrılara, ishala, anemiyaya səbəb ola bilər

Anemiya

Nəcisdə yumurta və parazit (O&P)

Mebendazol2) və ya albendazol1)
Tükbaş qurd (Trichuris trichura, tükbaş qurd) Nəcis-torpaq-bağırsaq

Adətən simptomlar olmur, lakin abdominal narahatlığa, çəki itkisinə, anemiyaya səbəb ola bilər

Anemiya

Nəcisdə yumurta və parazit (O&P)

Mebendazol2) və ya albendazol1)və ya ivermestin3)
Toksokariasis (Toxocara canisT. catli) İt \ pişik nəcisi-bağırsaq Qarın ağrısı

Eozinofiliya

Qanda antitel təyini

Yaxşı sənədləşdirilmiş farmakoterapiya mövcud deyildir