Yeniyetmələrin psixiatrik qiymətləndirilməsi və müalicəyə yönəldilməsi
EBM Klinik protokolları
23.08.2017 • Sonuncu dəyişiklik 23.08.2017
KariPylkkänen
Əsas məqamlar
- Yeniyetmələr uşaqlara nisbətən daha tez-tez psixiatrik yardıma ehtiyac duyurlar. Yeniyetmələrin təxminən 20-30%-də psixi problemlər vardır.
- Yanaşı bir neçə xəstəliyin olmasına tez-tez rast gəlinir; məsələn, depressiya və təşviş simptomlarına tez-tez birlikdə rast gəlinir.
- Yetkinlik yaşında funksional qabiliyyətə təsir edən əksər psixi problemlər təxminən 16 yaşında yeniyetməlik vaxtı yaranır. Psixi pozuntuların təxminən 75%-i 24 yaşdan əvvəl başlayır.
- Psixi problemləri olan yeniyetmələrlə üzləşərkən erkən müdaxilə və müalicə üçün aşağı həddi vacibdir.
- Yeniyetmələr arasında psixi pozuntuların yayılması o qədər yükəskdir ki, hətta yaxşı təşkil edilmiş səhiyyə sistemlərində müalicəyə ehtiyacı olan gənclərin 40-60%-i müalicəsiz qalırlar.
Yeniyetmənin müayinəsi
- Yeniyetmənin özü ən vacib məlumat mənbəyidir, lakin valideynlərlə söhbət əlavə həyati vacib məlumat verə bilər.
- Məktəb və məktəb tibb heyəti tez-tez yeniyetmənin psixi çətinliklərini ilkin mərhələdə təyin edə bilirlər.
- Bir neçə dəfə söhbət, kifayət qədər vaxtın ayrılması və sərbəst atmosfer yeniyetmənin müayinəsinə kömək edir.
Yeniyetmə ilə görüşün perspektivləri
- Yeniyetmənin nə uşaq, nə də yetkin olmadığını yadda saxlayın.
- Yeniyetməni öz təcrübələri haqqında danışmağaı ruhlandırın; maraq göstərin. Müstəqil olmağa güclü ehtiyac olmasına görə yeniyetmə böyük insana etibar etməkdə tərəddüd edə bilər.
- Yeniyetmənin sərbəstlik və müstəqilliyə meylliliyinə hörmət edin.
- Yeniyetməni öz təcrübələri haqqında danışmağaı ruhlandırın; maraq göstərin.
- Neytral olun, yeniyetmənin əleyhinə olan "nümunə" gətirməkdən çəkinin.
- Aşağıdakıları müayinə edin:
- özü və valideynlərilə münasibətləri; o öz bədəninə münasibəti necədir; reallıq hissi
- rəhbərlər ilə münasibətləri
- gələcəyə münasibəti
- fiziki sağlamlıq; pubertal inkişafın fazası; qidalanma pozuntusunun göstərişləri
- həmyaşıdları ilə münasibətləri, yeniyetmənin dostları varmı və ya o digərlərindən uzaqlaşırmı
- simptomlar gündəlik həyata mane olurmu; məktəbdən qalma
- yeniyetmədə daha ətraflı müayinə tələb edə biləcək kəskin psixi pozuntu əlamətləri müşahidə olunurmu.
- Anamnezində mümkün özünə zərər yetirməni qeyd etmək vacibdir. Özünə zərərvermə fikirləri və davranışı aşkar şəkildə müzakirə olunmalıdır.
Yeniyetmələrdə tez-tez rast gəlinən psixi pozuntular
- Təşviş
- Affektiv pozuntular
- Diqqət əksikliyi və hiperaktivlik pozuntuları
- Davranış pozuntuları
- Reallıq hissinin pozuntuları, psixozlar
- Qidalanma pozuntuları
- Özünə zərərvermə davranışı
- Alkoqol və psixoaktiv maddədən sui-istifadə problemləri
Kəskin psixi pozuntularının əlamətləri
- Aşağıdakı vəziyyətlərdə həmişə yeniyetmələrin problemləri üzrə ixtisaslaşmış psixiatrla konsultasiya göstərişdir:
- məktəbdə zəif uğurlar, məktəb nəticələrinin pisləşməsi
- davamlı ölmək arzusu ilə assosiasiya olunan intihar cəhdləri və ya özünə zərərvermə fikirləri
- evdə idarə olunmayan davranış, valideynlərə hücum, mebelin qırılması, kimisə otaqda bağlamaq
- bədəninin dəyişdiyinə və ya hal-hazırda dəyişməkdə olduğuna inam
- oral alçaldılmaya reaksiya kimi fiziki aqressiya
- reallıq hissinin dəyişməsi və ya reallıqdan uzalaşma, nümunə üçün, venadaxili maddələrin istifadəsi, qidalanma pozuntuları, özünə zərərvermə
- sosial münasibətlərdən uzaqlaşma.
Reallıq hissinin zədələnməsi
- Baxın
- Kəskin psixoz, məsələn. yeniyetməlik dövründə başlayan şizofreniya.
- Gənc yaşda psixozun diaqnozunun təsdiq edilməsi tez-tez etibarlı olmasa belə psixozun erkən simptomlarının ortaya çıxdığı zaman gəncin müalicəyə başlaması vacibdir. Həqiqi psixoz ortaya çıxmazdan öncə erkən simptomları müalicə olunmalıdır.
- Həqiqi psixozun simptomları böyüklərdə müşahidə olunan simptomatologiyaya bənzəyir.
Depressiya
- Baxın .
- Depressiya hissi yeniyetmələrdə tez-tez rast gəlinir. Əksəər hallarda hisslər yeniyetmənin normal böyüməsi və inkişafı ilə assosiasiya olunur.
- Aşağı özünü qiymətləndirmə yeniyetmələrdə depressiya və təşviş üçün risk faktorudur.
- Kəskin depressiya yeniyetmədən aaşkar depressiv əhval-ruhiyyə əvəzinə davranış pozuntuları ilə ifadə oluna bilər (pis xasiyyət, oğurluq, psixoaktiv maddənin sui-istifadəsi)
- IGəncin depressiyasını ciddi qəbul etmək lazımdır. Kəskin depressiya yanaşı sağlamlıq problemlərinə səbəb olur və özünə zərərvermə riskini artırır, buna görə də diaqnoatika, müalicə və müşahidə ixtisaslaşmış yardımda təşkil edilməlidir.
Təşviş pozuntusu
- Pozuntu adətən yeniyetmələrdə inkişaf edir. Yayılma tezliyi 3-4%-dir.
- Simptomlara psixi disstresin pisləşməsilə yanaşı, xarici vəziyyətdən asılı olmayan təşviş və qorxu daxildir.
Qidalanma pozuntuları
- Baxın .
- Qidalanma pozuntusu olan yeniyetmə özünü bədən çəkisi, ölçü və ya forması və yaxud qidalanma vasitəsilə tanıyır.
- Təyin edilmə və ilkin qiymətləndirilmə ilkin səhiyyə sistemi səviyyəsində edilir.
- Yeniyetmələrdə kəskin qidalanma pozuntusunun müayinə və müalicəsi ən azı ilkin mərhələdə ixtisaslaşmış xidmətdə təşkil edilməlidir.
Özünə zərərvermə davranışı
- Baxın
- Depressiya. bipolyar affektiv pozuntu, emosional-davamsız tip şəxsiyyət pozuntusu, psixoaktiv maddədən sui-istifadə problemləri və davranış pozuntuları risk faktorlarıdır.
- İntihar etmiş şəxslərin 1/4-dən azı və intihara cəhd etmiş hər ikinci şəxs psixiatrik yardım almışdır.
- Ailənin rolu əhəmiyyətlidir və o həm meyllilik yaradan, həm də qoruyucu faktordur. Yardım prosesində valideynlərin iştirakı vacibdir.
Diqqət əksikliyi və hiperaktivlik pozuntusu
- Mərkəzi simptomları diqqətsizlik, hiperaktivlik və impulsivlikdir. Yeniyetmələrdə tipik simptomlara öyrənmə çətinlikləri, sosial münasibətlərdə çətinliklər, özünü-qiymətləndirmədə problemlər, zədələnməyə-meyllilik və tamamlanmamış (yarımçıq saxlanılmış) təhsil daxildir.
- Diaqnostika həkim tərəfindən diqqətli müayinə və yeniyetmə və yaxın qohumlarla geniş müsahibəyə əsaslanır.
- Oğlanlarda qızlara nisbətən daha tez-tüez rast gəlinir; nisbət 4:1. Uşaq yaşlarında yeniyetməlik yaşlarına nisbətən dəfələrlə tez-tez rast gəlinir.
- Qiymətləndirməyə əsasən irsi faktorlar etiologiyanın 80%-ni təşkil edir.
- Simptomlar farmakoterapiya və psixososial terapiyalar vasitəsilə azaldılır.
Aqressiya
- Bu yaş üçün tipikdirmi - yeniyetmənin şəxsi inkişafına mane olan davranış və ya nümunələrə dair vəziyyətləri təyin etmək vacibdir.
- Patoloji aqressiyanın əlamətləri; kəskin psixi pozuntunun əlamətləri olan bölməyə baxın.
Davranış pozuntuları
- Davranış pozuntuları ilə assosiasiya olunan simptomlara digər insanların rifah və hüquqlarına məhəl qoymamaqla yanaşı funksional qabiliyyəti zədələyən davranışlar daxildir.
- Oğlanlarda qızlara nisbətən daha çox yayılmışdır.
- Davranış pozuntuları olan yeniyetmələr tez-tez uşaq müdafiə xidmətlərinə yönəldilir.
- Müalicə ambulator şəraitdə həyata keçirilir; Xəstəxanada yardım epizodları adətən qısa olur.
Alkoqol və psixoaktiv maddələrin sui-istifadəsi
- Alkoqol və/və ya psixoaktiv maddələrin ağır sui-istifadəsi gənc insasnın yardıma ehtiyacının olmasının əlamətidir. Sui-istifadənin qiymətləndirilməsi üçün yeniyetmə ilə yaxın əlaqəsi olan şəxsdən əldə olunmuş məlumata tez-tez ehtiyac olur.
- İntoksikasiya yaradan maddələrin problemli istifadəsi tez-tez psixi sağlamlıq problemləri ilə assosiasiya olunur. Sui-istifadə simptomu özünə-yardım mənasını verə bilər və o digər psixi pozuntunun simptomlarını dəyişə və ya maskalaya bilər, bununla da pozuntunu təyin etməyi daha çətinləşdirə bilər.
Psixosomatik simptomlar
- Yeniyetmələrdə tez-tez rast gəlinir, xüsusi vəziyyətlərdə baş verir və müvəqqəti olur.
- Simptomlarla əlqəli olan fikir və şəkillər qiymətləndirilməlidir (nümunə üçün, ciddi xəstəlik və ya ölüm qorxusu).
- Yeniyetmə ilə ümumi müzakirə və həqiqi məlumatla təmin etmək simptomların itməsinə kömək edir.
- Ciddi, uzunmüddətli psixosomatik simptomlar yeniyetmə problemlərində ixtisaslaşmış psixiatrla konsultasiya tələb edir.
Müalicə
- Yeniyetmələrin psixiatrik dərmanlarla müalicəsində tənzimləmə məsləhət görülür. Məsələn SİUSİ-nin yeniyetmələrdə istifadəsinin effektlərinə dair məlumat kifayət qədər deyildir və bu dərmanları təyin edərkən ehtiyatlı olmaq məsləhət görülür. Yeniyetmələrin psixiatrik dərmanlarla müalicəsi yeniyetmə psixiatriyasında mütəxəssis, digər psixiatr və ya yeniyetmələrin psixiatrik dərmanla müalicəsi üzrə təcrübəsi olan həkim tərəfindən başlanmalıdır.
- Anksiolitik dərmanları istifadə etməzdən əvvəl asılılıq riskini qiymətləndirin. (Alkoqoldan asılılıq və ayrılmaqda ciddi çətinliklər dərmandan asılılığın inkişaf etməsi riskini göstərir).
- Psixoterapevtik müayinə yeniyetmələr üçün adətən vacibdir. Buna baxmayaraq onların psixoterapevtik müalicəyə ehtiyacı qısa-müddətlidir.
- Daha kəskin pozuntular müalicə olunarkən dərman müalicəsinin psixoterapiya ilə kombinasiyası tez-tez lazımdır.
- Yeniyetmə psixozunun müalicəsində dərman müalicəsi və psixoterapiyanın kombinasiya olunması ilə yeniyetmə şöbəsində uzunmüddətli xəstəxana yardımı tez-tez lazım olur və həmçinin tez-tez uğurlu olması sübut olunmuşdur.
- Yeniyetmənin öz valideynlərindən azadlıq və müstəqilliyi müalicəyə münasibətdə etik problemlər yaradır: Yeniyetmənin bədəninin və müalicəsinin inkişafı ilə əlaqədar qərar verməkdə kimin səlahiyyəti vardır? Ümumilikdə yeniyetmənin müstəqilliyinə hörmət etməyə cəh edilir.