Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Axıntı ilə müşayiət olunan orta qulaq iltihabı (ekssudativ otit)

Mündəricat

Axıntı ilə müşayiət olunan orta qulaq iltihabı (ekssudativ otit)

EBM Klinik protokolları
16.12.2016 • Sonuncu dəyişiklik 16.12.2016
TuomasKlockarsAinoRuohola

Əsas məqamlar

  • Kəskin orta qulaq iltihabından sonra, bir neçə həftə ərzində orta qulaqda axıntı ola bilər. Orta qulaqda axıntı 2-3 ay müddətində davam edərsə, axıntılı xroniki orta qulaq iltihabı termini (OME və ya sekresiya, yaxud da seroz orta qulaq iltihabı, "ekssudativ otit") istifadə edilir.
  • Axıntı timpanik membranın hərəkətini azaldır. Diaqnoz üçün pnevmatik otoskopiya və/yaxud timpanometriya əhəmiyyət daşıyır. Timpanik membran normal, neytral mövqeli və ya dartılmış olur.
  • OME pasiyentləri adətən öz istəkləri ilə sağalırlar: 50%-indən çoxunda qulaqlar 3 aylıq izlənilmə ilə və 95%-i isə 1 illik izlənilmə ilə sağalır"?>.
  • Müayinə üçün ilkin əlamət eşitmənin zəifləməsidir. Lakin, OME əsasən də sağlam uşaqda nitqin inkişafına davamlı zərər yetirməz.
  • Orta qulaqda axıntı 3 ay müddətində davam edərsə, uşaq dəyərləndirmə üçün qulaq-burun-boğaz mütəxəssisinə göstərilməlidir. Müalicə qərarı həmişə fərdi xarakter daşımalıdır.

Risk amilləri və xəstəliyin arxasında dayanan  mexanizmlər

  • Kəskin orta qulaq iltihabı və OME üçün risk amilləri demək olar eynidir.
  • Xəstəliyə ən çox 1–2 yaşlı uşaqlar arasında rast gəlinir. Müvafiq olmayan Yevstax borusu və zaif immunologiya nəticəsində uşaq OME xəstəliyinə meylli olur. Bu xəstəlik adətən, kəskin orta qulaq iltihabı nəticəsində artır, bu zaman orta qulaqdakı axıntı qurtarmır, bu vəziyyət davam edir.
  • OME həmçinin Yevstax borusunun funksional və ya struktural problemləri nəticəsində, məs. xüsusən də ( yarıq damaq) yaranan infeksiyanın mövcud olmadığı zaman da baş laya bilər.

Simptomları və diaqnoz, 

  • Diaqnoz üçün Pnevmatik otoskopiya və ya timpanometriya əhəmiyyət daşıyır. Timpanik membran normal, neytral mövqeli və ya dartılmış olur. Axıntı timpanik membranın hərəkətini azaldır.
  • Timpanik membranın görünüşü olduqca dəyişkən olur: Parıltılı şəffaf və ya tutqun boz rəngdə ola bilir. Təklikdə timpanik membranın görünüşünə görə diaqnoz qoyula bilməz.
  • Adi timpanoqramda orta qulaq axıntısı və OME istisna olunur. Düzgün olmayan timpanoqramda isə pasiyentdə kəskin orta qulaq iltihabının olması, onun sekresiya qalığı və ya OME olması aydın olmur. Bax timpanometriya "?>.
  • Orta qulaqdakı axıntı adətən eşitməni zəiflədir.
  • Axıntı səciyyəvi olaraq, bərk və yapışqan rəng və tərkib baxımından divar kağızı yapışqanına bənzəyir.
  • OME ağrı, simptomlar və ya infeksiya yaratmır. Nəzərə almaq lazımdır ki, uşaqda həmçinin OME olduğu zaman respirator infeksiya dalğası ilə əlaqədar olan kəskin infeksiya simptomıarı da ola bilər. Bu halda, terapevt qərarı timpanik membranın əlamətindən asılı olmalıdır: Kəskin orta qulaq iltihabı pasiyentində orta qulaq axıntısına əlavə olaraq, timpanik membran qabarıq olur. OME zamanı timpanik membran normal, neytral mövqeli və ya dartılmış olur.

Müalicəsi

  • OME pasiyentəri adətən öz istəkləri ilə sağalırlar: 50%-indən çoxunda qulaqlar 3 aylıq izlənilmə ilə və 95%-i isə 1 illik izlənilmə ilə sağalır"?>.
  • Axıntılı asimptomatik orta qulaq antibakterial vasitələrlə müalicə edilməməlidir. OME xəstəliyinin müalicəsində antibakterial vasitələrin ziyanı xeyrindən daha çoxdur"?>. Qlükokortikoidlər, antigestaminlər, montelukast və dekongestantların OME xəstəliyində heç bir əhəmiyyətli təsiri yoxdur"?>.
  • Orta qulaqda axıntı 3 ay müddətində davam edərsə, qulaq-burun-boğaz mütəxəssisi ilə müalicə qərarlaşdırılmalıdır (vaciblik sinfi II, 7–30 gün arası)
  • Daha uzun müddət gözləmək olar (6 ay), əgər
    • OME birtərəflidirsə,
    • timpanoqramda hava təzyiqi neqativ, lakin piki göstərirsə (timpanik boşluq axıntı ilə tam dolu olmur), şəkil
    • yay başlayırsa (isti mövsümlərdə  öz-özünə sağalma daha çox müşahidə olunur).
  • Cərrahi müdaxilə
    • Müalicə qərarı həmişə fərdi xarakter daşımalıdır, çünki bu, uşağın yaşı, əlavə xəstəliklər, OME -nin birtərəfli və ya ikitərəfli olması və mövsüm kimi bir çox proqnostik amilllərdən asılıdır.
    • OME ilkin olaraq timpanostomiya boruları daxil etməklə və xüsusi qruplar şəklində adenoidetomiya vasitəsilə müalicə edilməlidir.
  • Əgər boru daxil etmə prosedurunun razılaşdırılmasından uzun müddət keçmişsə, timpanik membranın vəziyyəti planlaşdırılmış prosedurdan məs. 1 həftə öncə ambulator şəraitdə timpanometriya ilə yoxlanılmalıdır və prosedurun icra ediləcəyi klinika OME dəqiqləşdirildiyi halda qərarlaşdırılmalıdır.
  • Müalicə üçün ilkin əlamət eşitmənin zəifləməsidir. Lakin, OME əsasən də, sağlam uşaqda nitqin inkişafına davamlı zərər yetirməz. 
  • OME ağrı, simptomlar və ya infeksiya yaratmır. Nəzərə almaq lazımdır ki, uşaqda həmçinin OME olduğu zaman respirator infeksiya dalğası ilə əlaqədar olan kəskin infeksiya simptomıarı da ola bilər. Bu halda, terapevt qərarı timpanik membranın əlamətindən asılı olmalıdır: Kəskin orta qulaq iltihabı pasiyentində orta qulaq axıntısına əlavə olaraq, timpanik membran qabarıq olur. OME zamanı timpanik membran normal, neytral mövqeli və ya dartılmış olur.
  • Cərrahi müdaxilə qərarı həmişə fərdi xarakter daşımalıdır, çünki bu, uşağın yaşı, əlavə xəstəliklər, OME -nin birtərəfli və ya ikitərəfli olması və mövsüm kimi bir çox proqnostik amilllərdən asılıdır.
  • OME ilkin olaraq timpanostomiya boruları daxil etməklə və xüsusi qruplar şəklində adenoidetomiya vasitəsilə müalicə edilməlidir."?>

National Institute for Health and Clinical Excellence. NICE Guideline 60: Surgical management of orta qulaq iltihabı with axıntı in uşaqren. London: National Institute for Health and Clinical Excellence, February 2008 Helenius KK, Laine MK, Tähtinen PA et al. timpanometriya in discrimination of otoscopic diagnoses in young ambulatory uşaqren. Pediatr Infect Dis J 2012;31(10):1003-6. Paradise JL, Campbell TF, Dollaghan CA et al. Developmental outcomes after early or delayed insertion of tympanostomy tubes. N Engl J Med 2005;353(6):576-86. Paradise JL, Feldman HM, Campbell TF et al. Tympanostomy tubes and developmental outcomes at 9 to 11 years of age. N Engl J Med 2007;356(3):248-61. Chonmaitree T, Saeed K, Uchida T et al. A randomized, placebo-controlled trial of the effect of antihistamine or corticosteroid treatment in kəskin orta qulaq iltihabı. J Pediatr 2003;143(3):377-85. van Zon A, van der Heijden GJ, van Dongen TM et al. Antibiotics for orta qulaq iltihabı with axıntı in uşaqren. Cochrane Database Syst Rev 2012;9():CD009163. Schoem SR, Willard A, Combs JT. A prospective, randomized, placebo-controlled, double-blind study of montelukast's effect on davam edent orta qulaq axıntı. Ear Nose Throat J 2010;89(9):434-7. "?>Rosenfeld RM, Shin JJ, Schwartz SR et al. Clinical Practice Guideline: orta qulaq iltihabı with axıntı (Update). Otolaryngol Head Neck Surg 2016;154(1 Suppl):S1-S41.