Uşaqlarda kəskin orta otit: müalicə, təqib və profilaktika
EBM Klinik protokolları
16.12.2016 • Sonuncu dəyişiklik 04.10.2017
TuomasKlockarsAinoRuohola
Əsas məqamlar
- Müalicə dəqiq diaqnoz əsasında aparılır. Əgər kəskin orta otitə (KOO) yalnız şübhə varsa, antimikrob dərmanlara göstəriş yoxdur.
- Müalicə həmişə fərdidir: antimikrob vasitələr sağalmanı sürətləndirəcək və qulaqla bağlı simptomları aradan götürəcək, lakin kəskin orta otit həm də antimikrob vasitələrsiz aradan qalxa bilər "?>.
Müalicə
- Kiçik uşaqlarda ağrının qiymətləndirməsi çətin olduğu üçün analgetiklər həmişə nəzərdən keçirilməlidir.
- Parasetamol (gündə dörd dəfə 15–20 mq/kq), naproksen (gündə iki dəfə 5 mq/kq) və ya ibuprofen (gündə üç dəfə 10 mq/kq) ilə kombinə edilə bilər. Anestetik qulaq damcıları (cinchocaine və ya dibukain; resept lazım deyil) da analgeziya ilə kombinə edilə bilər.
- Antihistaminlər və antikongestantlar kəskin orta otitdə sağalmanı sürətləndirmir.
- Antimikrob dərman başlanmazdan öncə xəstəliyin ağırlığı, valideynlərin istəyi və dərmanların xoşagəlməz təsirləri (ishal və artan rezistentlik) nəzərə alınmaqla hər bir halın fərdi sürətdə nəzərdən keçirilməsi tələb olunur "?>.
- Antimikrob dərman vasitəsi orta qulaqda effuziyanın sorulmasını sürətləndirir və ekssudativ (xroniki) orta otit riskini azaldır.
- İlk seçim dərman preparatlarına aiddir: 40 mq/kq/gün dozada amoksisillin və ya 40 mq/5.7 mq/kq/gün dozada amoksisillin/klavulon turşusu. Hər iki dərmanın gündəlik dozası bölünərək gündə 2 dəfə verilir. Penisillinə allergiya halında alternativ kimi, məsələn, gündəlik dozası 25 mq/8 mq/kq/gün olan sulfa-trimetoprim preparatı istifadə edilir və gündəlik dozası iki bərabər hissəyə bölünərək gündə 2 dəfə qəbul edilir. Antimikrob terapiyası kursu adətən 5-7 gün davam edir. Haemophilus influenzae əleyhinə effektiv olmadığından makrolidlər tövsiyə edilmir.
- Təbil pərdəsinin spontan cırılması antimikrob müalicəsi üçün aydın göstərişdir . Antimikrob dərman maddəsi üçün ehtiyacı proqnozlaşdıran digər faktorlar məlum deyil. İki yaşdan aşağı uşaqlarda iki tərəfli kəskin orta otitdə antimikrob müalicəsinin başlanması məqsədəmüvafiq hesab olunur.
- Əgər antimikrob vasitələr təyin edilməyibsə, valideynlər uşağın vəziyyəti barədə narahatlıq keçirdikdə və ya uşaqda simptomatika dəyişdikdə, onun bir neçə gündən sonra mütləq təkrar müayinəsi təmin edilməlidir.
- Antimikrob vasitələrin ləngidilmiş təyini (təyinat verilib, lakin valideynlərə məsləhət görülüb ki, yalnız uşaqda 2-3 gün ərzində yaxşılaşmanın aydın əlamətləri olmadıqda təyin edilmiş dərman qəbul edilməyə başlansın) bir alternativdir, lakin müntəzəm yanaşma kimi tövsiyə edilmir. Dərman maddəsinin ləngidilmiş başlanması müalicənin effektini azaltmır, lakin bu gözləmə müddəti uşağın simptomlarını və valideynlərin işdən qalma müddətini artıra bilər"?>.
- Mirinqotomiya (timpanosentez) sağalmanı sürətləndirmir"?> "?>.
- Bu müdaxiləyə bəzi hallarda etiologiyanı aydınlaşdırmağa, təzyiqlə induksiyalaşan ağrını yüngülləşdirməyə və nadir hallarda uşağın ümumi vəziyyətinə görə göstəriş vardır.
Təqib
- Kəskin orta otitdən hətta bir neçə həftə sonra orta qulaqda effuziyanın davam etməsi normaldır. Pasientin təqibi zamanı təkrar müayinənin məqsədi effuziyanın həddindən artıq uzun müddətə davam etməsinin yoxlanılmasıdır. Effuziya özü-özlüyündə təhlükəli deyil, lakin eşitmə qabiliyyətində yüngül zəifləməyə səbəb olur. Bu enmə orta qulaqda effuziya çəkildikdən sonra bərpa olunur.
- Təkrar müayinəyə ehtiyac və həmin müayinəsinin vaxtı pasiyentin yaşı, nitqinin inkişafı və əsas xəstəliklər nəzərə alınmaqla fərdi qaydada nəzərdən keçirilə bilər. Təkcə timpanometriya kifayət hesab edilə bilər.
- Əgər orta qulaqda effuziya davam edirsə, lakin heç bir simptom yoxdursa təkrar müayinə təxminən bir aydan sonra aparılmalıdır. "?>
- Əgər effuziya 3 aydan sonra aradan qalxmayıbsa, uşaq daha sonrakı müalicə üçün LOR-həkimə göndərilməlidir.
Mütəxəssisə göndərilmə
- Mövcud və ya şübhəli ağırlaşma (məsələn, mastoidit, üz sinirinin iflici): mütəxəssisə təxirəsalınmaz göndərişin verilməsi tələb olunur.
- Aşağıdakı vəziyyətlərdə mütəxəssisə göndəriş nəzərdən keçirilməlidir:
- ikinci sıra antimikrob vasitələrə baxmayaraq simptomatik ilithab davam edir (təcililik müddəti: 1-7 gün ərzində)
- orta qulaqda effuziya 3 aydan sonra çəkilməmişdir (”yapışqan qulaq” və ya ekssudativ orta otit: təcililik müddəti: 7–30 gün).
- tez-tez qeyd edilən kəskin orta otit epizodları (> 3 epizod/6 ay və ya > 4 epizod/12 ay; təcililik müddəti: 7–30 gün)
- uşaqda əvvəlcədən mövcud olan eşitmə pisləşməsi vardır (təcililik müddəti: müvafiq hesab edildyi müddətdə)
- yaşı < 3 ay olan uşaq (təcililik müddəti: müvafiq hesab edildiyi müddətdə).
Xəstəliyin qarşısının alınması
- Risk faktorlarından yayınma infeksiyalara məruz qalmanın məhdudlaşdırılması üzərində cəmləşir.
- Timpanostomiya borularının yerləşdirilməsi (grommets) kəskin orta otit epizodlarının sayını müəyyən dərəcədə azaldır, lakin belə boruların yerləşdirilməsi həyat keyifiyyətini yaxşılaşdırmır.
- Gündə 5 dəfə ksilitolun (xylitol) təyininin kəskin orta otit epizodlarının sayını azaltması tədqiqatlarda göstərilmişdir.
- Risk faktorlarından yayınma infeksiyalara məruz qalmanın üzərində cəmləşir."?>
- Orta otit çoxlu sayda müxtəlif mikroblar tərəfindən törənə bildiyi üçün vaksinlərin (qrip və pnevmokokklar əleyhinə) effektivliyi aşağıdır.
- Antimikrob profilaktikasının kəskin orta otitin qarşısının alınmasında faydası aşağıdır və yalnız xüsusi hallarda diqqətlə nəzərdən keçirildikdən sonra istifadə edilir.
- Tədqiqatlarda kəskin orta otitin qarşısının alınmasında adenoidektomiyanın effektivliyi aşağı olduğu göstərilməmişdir.
Əlaqəli resurslar
- Koxran icmalları
- Ədəbiyyat
Hoberman A, Paradise JL, Rockette HE et al. Treatment of acute otitis media in children under 2 years of age. N Engl J Med 2011;364(2):105-15. Tähtinen PA, Laine MK, Huovinen P et al. A placebo-controlled trial of antimicrobial treatment for acute otitis media. N Engl J Med 2011;364(2):116-26. van Buchem FL, Dunk JH, van't Hof MA. Therapy of acute otitis media: myringotomy, antibiotics, or neither? A double-blind study in children. Lancet 1981 Oct 24;2(8252):883-7. Engelhard D, Cohen D, Strauss N et al. Randomised study of myringotomy, amoxycillin/clavulanate, or both for acute otitis media in infants. Lancet 1989 Jul 15;2(8655):141-3. "?>Kaleida PH, Casselbrant ML, Rockette HE et al. Amoxicillin or myringotomy or both for acute otitis media: results of a randomized clinical trial. Pediatrics 1991 Apr;87(4):466-74. Tähtinen PA, Laine MK, Ruuskanen O et al. Delayed versus immediate antimicrobial treatment for acute otitis media. Pediatr Infect Dis J 2012;31(12):1227-32. Tapiainen T, Kujala T, Renko M et al. Effect of antimicrobial treatment of acute otitis media on the daily disappearance of middle ear effusion: a placebo-controlled trial. JAMA Pediatr 2014;168(7):635-41. Kujala T, Alho OP, Kristo A et al. Quality of life after surgery for recurrent otitis media in a randomized controlled trial. Pediatr Infect Dis J 2014;33(7):715-9. Kujala T, Alho OP, Luotonen J et al. Tympanostomy with and without adenoidectomy for the prevention of recurrences of acute otitis media: a randomized controlled trial. Pediatr Infect Dis J 2012;31(6):565-9.