Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Trigger finger Şıqqıldayan barmaq

Mündəricat

Trigger finger Şıqqıldayan barmaq

EBM Klinik protokolları
18.05.2018 • Sonuncu dəyişiklik 28.06.2017
Editors

Tərif və etiologiya

  • Barmağın bükücü vətərinin tendosinoviti vətər örtüyünün daralmasına səbəb olur
  • Adətən təkrarlanan istifadə (iş və ya xobbilər) səbəbindən olur
  • İkincili şıqqıldayan barmaq tez-tez şəkərli diabet, podaqra və ya revmatik xəstəlikdə müşahidə olunur.  

Simptomlar və diaqnostika

  • Barmağın açılması və bükülməsi prosesə məruz qalmış barmaqda ağrılı şıqqıltıya və ya qıfıllanmaya səbəb olur. 
  • Səhər barmaq açılmış vəziyyətdə qıfıllana bilər.
  • Prosesə  cəlb olunmuş sahədə tez-tez hərəkətli düyün palpasiya edilir. 
  • Ən çox baş barmaq zədələnir, lakin digər barmaqlar və eyni zamanda bir neçə barmaq da həmçinin prosesə qoşula bilər. 
  • Qıfıllanmış şıqqıldayan barmaq proksimal falanqalararası oynaq kontrakturası və ya Dyuputren xəstəliyi ilə qarışıq salına bilər. 

Müalicə

  • Əgər yalnız yerli həssaslıq varsa və ya xəstə kömək olmadan barmağını düzləndirə bilirsə əksər hallarda konservativ olaraq müalicə oluna bilər. 
    • İstirahət, gərginləşməkdən qaçın
    • 1-2 həftədən çox olmamaq şərtilə barmaq şinası
    • İltihab-əlayhinə analgetiklər
    • Lokal anestetiklə qlükokortikoid inyeksiyasının kombinasiyası (video ). Qlükokortikoid inyeksiyası və yerli anestetikin kombinasiyası təkcə yerli anestetikin istifadəsinən daha effektivdir. 
  • Əgər barmağı düzləndirmək üçün xarici güc tələb olunur və ya ümumiyyətlə düzləndirilə bilinmirsə və yaxud konservativ müalicəyə baxmayaraq şıqqıldama bir neçə ay davam edirsə cərrahi bərpa göstərişdir. Şıqqıldayan barmaq ümumi cərrahi şöbədə müalicə oluna bilər. 

Müvafiq resurslar

  • Digər internet mənbələri