Nevroloji zədələnməli uşağın ailəsi ilə görüş
EBM Klinik protokolları
06.09.2016 • Sonuncu dəyişiklik 09.06.2011
TuulaLönnqvist
Əsas məqamlar
- Ağır nevroloji zədələnmənin bir çox hallarında etiologiya qeyri-aydın olaraq qalır və buna görə də bu pozğunluqların proqnozu əminliklə öncədən deyilə bilmir.
- Ailənin öz uşağının şikəstliyinə reaksiyası inkardan ifrat qorumaya kimi geniş surətdə fərqlənə bilər.
- Görüş zamanı həkimin nevroloji zədələnməli uşağa olan münasibəti ümumilikdə hər hansı bir uşağa qarşı olan münasibəti ilə eyni olmalıdır.
- Əgər valideynlər qarşıdurmalı və ya müdafiə etmə davranışı nümayiş etdirirsə həkimin davranışı özünə-intizam və peşəkarlıq göstərməlidir.
Ümumiyyətlə
- Altda yatan pozğunluq fiziki şikəstlik və ya öyrənmə, qavrama, icraedici funksiyalar və diqqət və ya onların kombinasiyası ilə bağlı müxtəlif problemlərlə əlaqəli ola bilər.
- Uşaqlara təsir göstərən bir çox nevroloji pozğunluqlar o qədər nadirdir ki, hətta müalicə həkiminin bu pozğunluğun təbii gedişatı barədə təcrübəsi yoxdur.
- Həm uşaq, həm də onun ailəsi üçün tələb edilən geniş testlər və müayinələrə baxmayaraq ağır nevroloji zədələnmənin bir çox hallarında etiologiya qeyri-aydın olaraq qalır. Uşağın pozğunluğunun gələcək inkişafı etibarlı surətdə öncədən deyilə bilməz və ailə bu qeyri-müəyyənliklə yaşamağı mütləq öyrənməlidir. Hissi defisit və ya epilepsiya kimi yeni və gözlənilməz simptomlar üzə çıxa bilər və ya mövcud epilepsiya pisləşə və hətta onun dərman müalicəsi ilə idarə edilməsi çətinləşə bilər.
- Nevroloji zədələnməli uşağın dərman müalicəsi geniş ola bilər: antiepileptiklər, spazmolitiklər, eləcə də yuxu problemləri, gecə rahatsızlığı, mədə və qida borusunun irritasiyası, qəbizlik ilə bağlı kömək edən dərmanlar. Yeni dərman vasitəsi təyin etdikdə mümkün qarşılıqlı təsirlər mütləq yadda saxlanılmalıdır. Lüzumsuz dərman vasitəsindən qaçınılmalıdır.
Nevroloji pozğunluqlar və əlaqədar problemlərin nümunələri
Ağır öyrənmə şikəstlikləri və inkişaf şikəstliyi
- Pisləşmiş impuls nəzarəti, icra edici funksiyalar və diqqətlə bağlı problemlərin daxil ola bildiyi ağır öyrənmə şikəstlikləri həm ailənin, həm də uşağın sosial funksiya göstərməsinə ciddi təsir edir.
- Uşağın hərəkət bacarıqları və verbal ekspressiya (nitqini ifadə etmək) normal görünə bilər, lakin onun dərketməsi və mühakiməsi böyük tərəfindən daim rəhbərlik və nəzarət tələb edəcək dərəcədə əskikdir. Uşağın dərketməsi onun fiziki inkişafı ilə uyğun gəlmir.
Serebral iflic
- Baş beynin prenatal və ya perinatal zədələnməsi tərəfindən yaranaraq ən çox rast gəlinən fiziki şikəstlik.
- Serebral iflicə səbəb olan baş beyin zədələnməsi proqressiv deyil.
- Serebral iflicin ağırlığı mütləq olaraq intellektual fəaliyyətlə uzlaşmır. Hətta ağır şikəstlikli uşaq görüş zamanı baş verən müzakirəni anlamağa yaxşı qabil ola bilər və onun rəyi soruşulmadıqda və ya nəzərə alınmadıqda məyus olacaq.
Meninqomielosele (MMS)
- MMS diaqnozu müxtəlif ağırlıqlı və qayğı ehtiyacı olan bri qrup vəziyyəti əhatə edir.
- İnkişaf qüsurunun səviyyəsindən asılı olaraq MMS ilə olan uşaqlar köməksiz yeriyə bilər və ya onların müstəqil hərəkətləri əlil arabasında hərəkət etməklə məhdudlaşa bilərlər.
- Çanaq funksiyaları bir sıra yolla pozula bilər.
- Adəti xüsusiyyətlərə əlaqəli şunt problemləri ilə birgə hidrosefaliya və aşağı ətraflarda hissi itkilərdən yaranan dəri problemləri daxildir.
- Qənaətbəxş qayğı uşaq nevroloqu, neyrocərrah, uşaq cərrahı (cərrah-qastroenteroloq), uroloq, ortopedik cərrah və ailə arasında fasiləsiz əməkdaşlığı tələb edir.
- MMS onurğa kanalının tam bağlanmamasının ("spina bifida") bir tipidir.
Əzələ distrofiyaları