Diabet xəstələrində hipoqlikemiya
EBM Klinik protokolları
21.09.2018 • Sonuncu dəyişiklik 04.08.2017
MinnaKoivikko
Əsas məqamlar
- Hər bir huşsuzluq müşahidə olunan diabetli xəstələrdə, xüsusilə də tip 1 şəkərli diabeti olanlarda, hipoqlikemiyanın mümkünlüyü nəzərə alınmalıdır.
- Hipoqlikemik tutmalardan qaçınmaq üçün xəstənin qəbul etdiyi insulinin və digər antidiabetik preparatların (xüsusilə də, sulfonil sidik cövhəri və qlinidlər) dozası aşağıdakı hallarda hər zaman nəzərdən keçirilməlidir.
- hipoqlikemiya simptomları
- evdə qlükozanın ölçülməsi zamanı plazmada qlükozanın aşağı səviyyəsi (<4 mmol/l)
- Gecələr qanda qlükozanın aşağı səviyyədə olması halları xüsusilə təhlükəlidir.
- Yaşlı xəstələrdə (ahıllarda) sulfonil sidik cövhəri ilə terapiya çox ehtiyyatla aparılmalıdır."?>
Hipoqlikemiyanın meyarları
- Plazmada qlükozanın aşağı konsentrasiyası (<4 mmol/l)
- Hipoqlikemiyaya işarə edən simptomlar (olmaya da bilər, aşağıya baxın)
- Simptomlar qlükozanın verilməsindən sonra aradan qalxır.
- Ağır dərəcəli hipoqlikemiyalarda adətən hipoqlikemiyanın aradan qaldırılması üçün əlavə bir şəxsin köməyinə ehtiyac duyulur.
Ani adrenerqik hipoqlikemiyanın simptomları
- Ürək çırpıntıları Tərləmə Aclıq Əllərin tremoru Narahatçılıq "?>
- Ürək çırpıntıları
- Tərləmə
- Aclıq
- Əllərin əsməsi (tremor)
- Narahatçılıq "?>
- Əllərin əsməsi (tremor)
- Nəzərə alın ki, diabetin davam etdiyi dövr ərzində və ya qlükoza balansının pozulması və təkrar hipoqlikemik tutmalarda bu simptomlar yoxa çıxa bilər. Sonrakı hallarda, bir neçə həftə və ya ay ərzində qanda qlükozanın səviyyəsinin yüksəlməsi, xəbərdaredici simptomların geri qayıtmasına səbəb ola bilər.
- Əgər qanda qlükozanın səviyyəsi uzun bir müddət ərzində yüksək qalarsa, bəzi xəstələrdə qanda qlükozanın səviyyəsinin normal olmasına baxmayaraq hipoqlikemiya simptomları yarana bilər. Bu hal, qismən, qlükoza balansının tənzimlənməsi ilə korreksiya oluna bilən fizioloji adaptasiya səbəbindən qaynaqlana bilər.
Neyroqlükopeniya simptomlar
- Ağır dərəcəli hipoqlikemiyanın əlamətləri
- Baş ağrısı
- Huşun keyləşməsi (çaşqınlıq)
- Görmə pozğunluqları, xüsusilə, qoşa görmə
- Davranış və şəxsiyyət pozğunluqları
- Huşsuzluq və qıcolmalar
Risk altında olan xəstələr
- Hipoqlikemiya riski aşağıdakı diabetik xəstələrdə yüksəkdir:
- HbA1c < 53 mmol/mol (<7%) olan və hipoqlikemiya əlamətləri olmayanlarda
- gecələr (nokturnal) qanda qlükoza səviyyəsi aşağı olanlarda
- aktiv, lakin qeyri-müntəzəm fiziki məşq edənlər
- əsasən spirtli içki səbəbindən, müalicəsinə etinasız yanaşır
- yaxın keçmişdə ciddi hipoqlikemiyası olanlar
- hipoqlikemiya simptomlarını ört-basdır edən digər dərman maddələrindən istifadə edənlər
- ciddi böyrək çatışmazlığı olanlar (insulinin xaric edilməsi və ya elliminasiyası yavaşıyıb).
- Yaşlı insanların və ya ahılların sulfonil sidik cövhəri preparatları və insulinlə müalicəsi özü də risk faktor hesab edilir.
Terapiya
- Hipoqlikemiyadan şübhələnməyə səbəb verən həfif simptomların müalicəsində 10 qram tez sorulan qlukozadan ibarət inqrediyentlərdən təşkil olunmuş qəlyanaltılardan istifadə olunmalıdır. Əgər əlamətlər 10 dəqiqədən sonra keçməzsə, əlavə qəyanaltıdan da istifadə edilməlidir.
- Təklif olunan qəlyanaltılara aiddir
- 4 ədəd fruktoza həbləri (10 qram)
- qaşıqla daxilə qəbul edilən sirop və yaxud da güclü şəkər məhlulu (isti suda həll edilmiş 10 şəkər parçası) "?>
- 1 dL (yarım stakan) meyvə şirəsi
- 1 xörək qaşığı bal
- 1 ədəd meyvə
- 1 dL şəkərli limonad
- 3-5 parça şəkər
- 4 həb fruktoza həbləri (10 qram)"?>
- qaşıqla daxilə qəbul edilən sirop və ya güclü şəkər məlulu ( isti suda həll olunmuş 10 şəkər parçası).
- Kəskin hipoqlikemiyalarda xəstəyə 1 ampula qlükaqon (1 mq) verin. Doza böyüklər və çəkisi 25 kq-dan çox olan uşaqlar üçün eynidir. Ampulanın daxilindəki maddə bağlamadakı həlledicidə həll edilir və əzələdaxili və ya dərialtı yolla xəstəyə yeridilir.
- Huşu üstündə olmayan və ya qıcolma keçirmiş xəstələr üçün ən effektiv müalicə vasitəsi xəstənin huşu özünə gələnə qədər sürətlə daxilə yeridilən 10%-li qlükoza məhlulu hesab edilir. Qlükaqon inyeksiyası ilk yardım olaraq tətbiq oluna bilər. Huşu üzərində olmayan xəstə maye qəbul etməyə məcbur edilməməlidir. Lakin, digər müalicə vasitələrinin tətbiq edilə bilmədiyi hallarda, güclü şəkər məhlulunun qaşıqla verilməsi tətbiq oluna bilər.
Əlavə terapiya
- Diabetli xəstələrin qəbul etdikləri dərman preparatları yoxlanılmalı və hipoqlikemiyanın səbəbləri araşdırılmalıdır.
- Əgər xəstədə huşun keyləşməsi, halsızlıq qeyd edilirsə və ya vəziyyəti ağırdırsa, təkrar hipoqlikemiyanın qarşısının alınması məqsədilə hospitalizasiyası məqsədəmüvafiqdir.
- Əgər xəstənin vəziyyəti yaxşılaşıbsa və şəxsən hipoqlikemiyanı müəyyən edib və müalicə etmək qabiliyyətinə malikdirsə, onun xəstəxanadan evə buraxılması nəzərdən keçirilə bilər. İnsulinin dozası azaldılmalıdır. Hipoqlikemiyanın səbəblərinin müəyyən edilməsi və müalicənin nəzarət altında saxlanılması üçün həkim və ya tibb bacısıyla əlavə olaraq əlaqə saxlanılmalıdır. Xəstəyə aydın təlimatlar verilməlidir.
- Xəstə hər zaman yanında qlükoza pastilləri (konfetləri) və ya şirələrinin daşıması ilə təlimatlandırılmalıdır. Qlükaqon ampulası hər ehtimala qarşı əlçatan olmalıdır.
- Sulfonil sidik cövhəri preparatları uzunmüddətli təsirə malikdir. Sulfonil sidik cövhəri preparatlarının qəbulu ilə əlaqələndirilən hipoqlikemiya ən azı 24 saat ərzində müşahidə olunmalıdır.
- Azyaşlı uşaqlar xəstəxana şəraitində müşahidə altında saxlanılmalıdır və valideynlərlə növbəti tutmaların qarşısının alınması yolları müzakirə olunmalıdır.
- Əgər qanda qlükozanın normallaşmasından sonra xəstənin huşu yaxşılaşmırsa, o, xəstəxanaya yerləşdirilməlidir. Bu aşağıdakı hallarla bağılı ola bilər:
- hipoqlikemiya mənşəlli beyin zədələnməsi (nadirdir) və ya
- huşun pozulmasının digər etioloji səbəbləri olduqda.