Aşağı ətrafların amputasiyası: postoperativ müalicə və reabilitasiya
EBM Klinik protokolları
22.05.2018 • Sonuncu dəyişiklik 25.07.2017
TimoPohjolainen
MikaMäättänen
Əsaslar
- Ağrının tənzimlənməsi, venalarda trombozun qarşısının alınması və güdüldə yaranan şişkinliyin azaldılması, kəskin fazanın əsas məqsədlərindən hesab edilir.
- Fizioterapiyaya, onun prosedurlarına bədənin tab gətirə biləcəyi zaman, optimal funksional gücün və hərəkətliliyin bərpa edilməsi məqsədi ilə ən qısa zaman daxilində başlanılmalıdır.
- Planları, reabilitasiya, adaptasiya proseslərini və avadanlıqları xəstənin evinə uyğunlaşdıraraq təşkil etmək lazımdır.
Əməliyyatdan dərhal sonra aparılan müalicə
- Ağrının adekvat bir şəkildə tənzimlənməsi
- Venalarda trombozun profilaktikası (dərman müalicəsi və fizioterapiya)
- Dərindən nəfəsalma məşqləri, xüsusilə də yaşlı xəstələr üçün (məs, "üfləmə şüşəsi" alətindən istifadə etmək)
- Xəstə, bunlardan uzaq durmalıdır:
- çanaq və dizlərə, bükülmə pozisiyasında durmaqla dəstək vermək
- uzun müddət eyni pozisiyada oturmaq və ətrafların ödeminə səbəb ola biləcək digər pozisiyaları almaq.
- Yataqda olarkən xəstə, lateral və üzüaşağı pozisiyada mümkün qədər çox uzanmalıdır ( oynaqların genişlənməsini təşviq edir).
- Şişkinliyi azaltmaq məqsədi ilə kompressiv bandajlardan və ya elastik corablardan istifadə etməyə mümkün qədər tez başlanılmalıdır. Vakuum sarğı taxtası da ödemin qarşısını alır. Onun tətbiqini əməliyyat otağındaca həyata keçirtmək olar.
- Güdülün yüngül təzyiqlərə tab gətirə biləcəyi zaman güdül formalı bandajlardan istifadə edilməlidir; bandajın sarılmasını proksimal istiqamətdə apardıqda mümkün qədər az təzyiq tətbiq olunmalıdır.
- Silikon bandajlara uyğunlaşmaq mərhələsinə güdülün sağalması prosesinin daha yaxşı və normal bir şəkildə baş verməsi halında ən tez əməliyyatdan 5 - 10 gün sonra başlanıla bilər. Silikon bandajlardan istifadə müddəti tədricən uzadılır; bantlamanın aparılması yanaşı olaraq davam edir.
- Güdül, travmaya qarşı qorunmalıdır; qanaxmalar yaranın sağalmasını gecikdirəcəkdir.
- Yardımçı şəxs, ətrafı amputasiya olunmuş şəxsə müxtəlif məsələlərdə kömək edə bilər.
Məşqlər
- Məşqlərə mümkün qədər tez başlanılmalı və gün ərzində bir neçə dəfə həyata keçirilməlidir.
- Gündə 1 - 2 dəfə olmaqla aparılan qalıq kənarın məşqləri; oynağın uzadılması xüsusi olaraq vacibdir.
- Yan və üzüaşağı pozada uzanaraq güdül yavaşca 10 -12 dəfə gərilir və geriyə doğru uzadılır.
- Ayaq üstə duraraq güdül 10 - 12 dəfə olmaqla mümkün qədər geriyə doğru uzadılır.
- Dizlərin uzadılması məşqləri ayaq üstdə, oturaq və uzanıqlı vəziyyətdə 10 - 12 dəfə olmaqla həyata keçirilir.
- Digər ətraf və həmçinin gövdə də məşq etdirilməlidir.
- Ayaqda durmağa kömək edəcək məşqlərlə yanaşı ayaq üstə duraraq aparılan məşqlər də mövcuddur.
- Balans və koordinasiya təlimləri.
Protezin quraşdırılması
- Silikon protezlərin uyğunlaşdırılması prosesi xəstənin protezi geyinə bilməsi üçün ətrafın lazım olan yuvaya yerləşdirilməsindən sonra ödemin çəkilməsinə qədər davam etdirilməlidir.
- Protezin uyğunluğu və yerləşdirilmə müddəti fərdi olaraq qiymətləndirilir. Xəstəyə özəl olaraq hazırlanmış silikon protezləri əməliyyatdan 3 həftə sonra əldə etmək mümkündür.
- Protezlər, təlimatlara uyğun istifadə edilməlidir və istifadə müddəti tədricən uzadılmalıdır.
- Köməkçi cihazlar hərəkət qabiliyyətinə əsasən seçilir, başlanğıcda adətən rollator, daha sonra isə iki qoltuq altlı dəyənək, bir qoltuq altlı dəyənək və çəlik.
- Evdə lazımı dəyişikliklərin və köməkçi cihazlara olan ehtiyacın qiymətləndirilməsi üçün fizioterapevtin və peşə terapevtinin xəstənin evini ziyarət etməsinə ehtiyac vardır.
- Protezin quraşdırılması təxirə salınarsa, ayaq üstə durma və yerimə məşqləri, erkən yürüyüş məşqləri vasitəsiylə həyata keçirilə bilər.
İzləmə və ağrı profilaktikası
- Amputasiyadan öncə müvafiq analgeziyadan istifadə edilməlidir.
- Çəkinin tənzimlənməsi vacibdir.
- Güdülün ağırlıq daşıma qabiliyyəti və protezlərin uyğunluğu nəzərdən keçirilməlidir.
- Kompressiv sarğılardan, dəstəkləyici corablardan və silikon protezlərdən ödemin yaranmasının qarşısının alınması tədbiri kimi istifadə edilə bilər.
- Müvafiq analgeziya
- Xəstə, dövlət fondlarının və ya sığortanın ödədiyi müxtəif reabilitasiya proqramlarına cəlb edilə bilər.