Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
ailə həkimi fəaliyətində psixoterapiya

Mündəricat

ailə həkimi fəaliyətində psixoterapiya

EBM Klinik protokolları
25.08.2017 • Sonuncu dəyişiklik 25.08.2017
LeenaJaakkolaTuulaArvonen

Əsaslar

  • Ailə həkiminin hər bir konsultasiyası pasiyentlə yaxşı münasibət qurmaq üçün çoxsaylı imkanlar verir. Həkim xəstənin qayğısını çəkmək cavabdehliyini tamamilə öz üzərinə götürə və ya digər komanda üzvləri ilə bölüşə bilər. 
  • Psixoterapevtik anlayış və pasiyentə yanaşma vacibdir. Əgər vaxt məhduddursa, fiziki simptomlarla maskalana bilməsi səbəbindən pasiyentin sağlamlığının pisləşməsinin həqiqi, psixoloji səbəbi asanlıqla gözdən qaçırılır.  
  • Həkim "sətrlər arası oxu" üçün həssas olmalı və pasiyent tərəfindən yan ötülən problemləri irəli çıxartmaq üçün cürətli olmalıdır. Teletəbabət şəraitində bu məsələ xüsusilə çətin olub həkim tərəfindən fəal və cəzarətli yanaşma tələb edir. Əsas problemlər cəld müəyyənləşdirilən zaman bir çox lüzumsuz baxış və müayinələrdən qaçınılır. Terapevtik münasibətlərin davamlılığı pasiyentdə təhlükəsiszlik hissini dəstəkləyir və real narahatlıqlarını söyləməyə ona kömək edir. 

Xəstə qəbulu zamanı psixoterapevtik yanaşma 

  • Həkimin rolu elədir ki, həmişə pasiyentə iki fərd arasında yaxşı, hörmət dolu qarşılıqlı əlaqə hissi vermək üçün bir imkan təklif edir. Bu cür görüş pasiyentin psixoloji sağlamlığı üçün təəccübləndirici dərəcədə böyük əhəmiyyətə malik ola bilər. 
  • Hətta xəstə qəbulları ilə gərgin məşğul şəraitdə də pasiyentə vaxt ayrılması və onun vəziyyətini anlamağa cəhd göstərilməsi müxtəlif səbəblərə görə gəlişlər azaldıqda "öz borcunu geri" qaytaracaqdır.
  • Pasiyentin həyat şəraiti və onun bu şəraitlə bağlı təəssüratları ilə tanış olun. Bundan əlavə, kömək əldə etmək üçün indiyə kimi nə etdiyini və haradan yardım aldığını  pasiyentdən soruşun. Ona nə kömək etmişdir?   
  • Somatik xəstəliklər, xüsusilə əgər xronikidirsə çox zaman psixi resursları tükəndirir. Pasiyentdə olan qeyri-təhlükəsizlik hissləri sakit bir yanaşma ilə  və asanlıqla başa düşülən kifayət miqdarda məlumat verməklə yüngülləşdirilə bilər. 
  • Ailə, iş yoldaşları, ictimai səhiyyə patronaj işçiləri, tay-tuşlar qrupu (yaşıdları), eləcə də sosial işçilər, psixoaktiv maddələrin sui-istifadəsi ilə bağlı işçilər, psixoloqlar, psixiatriya orta tibb işçiləri digərləri arasında müalicə ilə bağlı cavabdehliyin bölüşdürülməsi üçün potensial əməkdaşlıq tərəfdaşları  kimi nəzərdə tutulmalıdır.   

Psixosomatik simptomları olan pasiyentlər

  • Ailə həkimindən uzun müddətli tibbi yardım alan pasiyentlərin 5-20%-nin problemləri psixosomatik xarakterlidir. 
    • Bu pasiyentlər bir neçə müxtəlif qrupa bölünə bilər. 
      • Pixiosomatik simptomlar müvəqqətidir və ötüb-keçən artmış həyəcan səbəbindən yaranıb.
      • Psixosomatik simptomlar davamlıdır, hədəf orqanlar dəyişilir və pasiyent çox narahatdır. 
      • Psixosomatik simptomlar hədəf orqanda (orqanlarda) və ya ümumi sağlamlıqda aşkar edilə bilən dəyişikliklərlə bağlıdır.
      • Somatik simptom konversiya əsasındadır.
    • Somatik simptomlar tez-tez dəyişilir və müalicə yalnız qısa müddət ərzində effektiv olaraq çox zaman xoşagəlməz təsirlər yaradır. Pasiyent simptomlarının somatik səbəblərdən yarandığına inanmaqda davam edir."?>
  • Pasiyentin həyatının erkən dövrlərində psixotravmatik hadisələr ola bilər. Pasiyent emosiyalarını ifadə etmək üçün sözlərə malik deyil və bədəni vasitəsilə özünü ifadə edir. Psixika və bədən arasındakı qarşılıqlı təsirin somatik simptomlara aparan mexanizmlərinin olması məlumdur. 
  • Əgər pasiyentin xəstəlik barədə təəssüratı pasiyentdə olduğundan fərqlənirsə həkim bu vəziyyəti məyusedici kimi qavraya bilər. Həkim və pasiyent arasında konfrontasiya vəziyyəti yaxşılaşdırmır və odur ki, hətta bu halda da irəliləmək üçün yeganə yol aşağıdakı məqsədləri güdməklə pasiyentin etibarını qazanmaqdır:
    • təhlükısizlik hissini yaratmaq və konfrontasiyadan qaçınmaq
    • simptomların və reallığın lazımı qaydada müayinə edilməsini təqdir etmək, eləcə də simptomların yaranması ilə pasiyentin gündəlik həyatı arasındakı əlaqələri sakitcə axtarmaq    
    • göstəriş olduqda simptomların arxa fonunun daha yaxşı müəyyənləşdirilə bilməsinə görə psixiatrik qiymətləndirmə üçün pasiyenti göndərmək  

Psixiatrik simptomları olan pasiyentlər 

  • Əlamət və ya simptom özü-özlüyündə nə patologiyanın ağırlığını, nə də maskalaya bildiyi problemləri üzə çıxarmır.
  • Anket-sorğular əlavə sınaqlar kimi istifadə edilə bilər, lakin hər bir pasiyentə fərdi qiymətləndirmə tələb olunur.
  • Psixiatrik problemlər ötüb-keçən, böhran nöqtəsinə çatan və ya xroniki ola bilər və bəzi hallarda isə əmək qabiliyyətini xeyli endirə bilər. 
  • Uzun müddətli kömək tələb olunması ehtimalı olan pasiyentlər psixiatrik tibbi yardım müəssisəsinə köçürülməlidir. Köçürülmə pasiyentlə müzakirə edilməli və qəbul edən müəssisə köçürülmə barədə məlumatlandırılmalıdır. Belə olduqda xəstə tərəfindən müalicənin qəbul edilməsi asanlaşacaq və köçürülmə prosesi ərzində təhlükəsizlik hissi daha çox üstünlük təşkil edəcək. 
  • Somatik xəstəlik səbəbindən psixi resursların tükənməsi özünü psixiatrik simptomlar kimi göstərə bilər. 
  • Həmçinin, pasiyentdə psixoaktiv maddələrdən sui-istifadə problemləri ola bilər və bu halda şəxs belə maddələrin qəbulunun hər hansı müalicə cəhdlərini heçə endirdiyini qiymətləndirməyə qabil deyil. 
  • Pasiyentlərin psixiatrik sektordan ailə həkiminin nəzarətinə hər hansı bir ötürülməsi sadalananlar da daxil olunan aydın bir planla müşayiət edilməlidir: terapiya necə tətbiq edilməlidir, müalicənin ümumi planı, məsləhətləşmələr üçün kimlə və necə əlaqə saxlanılmalıdır.
  • Şəxsiyyət pozğunluqları olan pasiyentlər həkimi tez-tez tələbkar konsultasiyalarla yora bilər. Həkim çox zaman diskomfortluq  hissi  keçirərək pasiyentə öz tam diqqətini ayırmağı və qərarlarına riayət etməyi çətin hesab edəcək. Çox zaman həkim qəzəb hissi keçirdikdə öz peşəkar yanaşmasını itirə bilər.  Bu pasiyentlər peşəkar işçi komanda arasında çox zaman konflikt situasiyalara səbəb olur. Adəti empatik yanaşma bu hallarda qeyri-effektivdir. Balint qrupları və kliniki superviziyanın digər formaları psixoterapiyada daha faydalıdır. 

Ailə həkimi fəaliyyətində psixoterapiya 

  • Hər bir ailə həkimi öz praktikasında kəskin həyəcanlı  halda və ya psixoloji böhran halında olan pasiyentlərlə qarşılaşacaq və ona görə də belə vəziyyəti idarə etmək bacarıqlarına malik olmalıdır.  
  • Ailə həkimləri təbii olaraq kompetensiyalar, eləcə də bu pasiyentlərlə bağlı psixoterapevtik yanaşmada və idarəetmədə maraqları baxımından fərqlənirlər. Əgər həkim psixi problemlərin diaqnostikası və müalicəsində çətinlik çəkirsə müvafiq təlim və praktiki rəhbərlik əldə etməlidir. Mümkün problemlər barədə rəhbərlik  və kolleqalarla müzakirələr bu pasiyentlərlə konfliktlərdən yayınmağa kömək edə bilər.   
  • Əgər ailə həkimi psixoterapevtik müalicədə maraqlıdırsa o müvafiq kursları keçə və kliniki superviziya üçün müraciət edə bilərək nəticədə pasiyentlərə qısa psixoterapiya və ya böhran müdaxiləsi psixoterapiyası təklif edə bilər.
  • Bundan əlavə, psixoterapiya və ya kliniki superviziya üzrə təlim almış ailə həkimi kolleqalarına məsləhətlər verə və ya bir kliniki supervizor kimi fəaliyyət göstərə bilər. Ailə təbabəti sahəsində təlim alınması həkimdə  pasiyentin həyat vəziyyətini konstruktiv surətdə  nəzərə almaq bacarıqlarını gücləndirir. 

Psixoterapiyanın tipləri 

  • Lazımi dərəcədə təlim olmadan terapiya sesiyaları keçirmək üçün ən azından müəyyən kliniki superviziya tələb olunur. 
    • Rəsmi olaraq psixoterapevt təlimi almadan qısa psixoterapiya sessiyaları verməyi arzulayan həkim mütləq müntəzəm olaraq müvafiq klinik superviziyaya qatılmalıdır.  
  •  Adətən təxminən 45 dəqiqə olmaqla psixoterapevtik sesiyaya (seansa) adi həkim qəbulundan mütləq daha uzun bir müddət ayrılmalıdır.

Dəstəkləyici psixoterapiya

  • Pasiyenti narahat edən məsələlərə qulaq asmaq və qəbul etmək, onu sakitləşdirmək və əsas narahat  edən problemi analiz etmək də pasiyentin psixoloji vəziyyətinə müsbət təsir göstərəcək.
  • Pasiyentdə funksional cəhətdən yaxşı fəaliyyət göstərən bütün cəhətlər gücləndirilərək dəstəklənməlidir. Eləcə də ona mürəkkəb və ağır vəziyyətlərdə çətin emosiyaların öhdəsindən gəlməklə bağlı köməklik göstərilir. Pasiyentin nələrin yaxşı çalışması və hələ də nəyi etmək bacarığında olması barədə  soruşulması onun mövcud psixoliji resurslarını təsvir etməyə kömək edə bilər.  
  • Xəstə baxışları hətta bir qədər az tezlikdə aparıldıqda da bu cür dəstək verilə bilər.

Böhran müdaxiləsi psixoterapiyası

  • Fərdlərin kənar hadisələrə reaksiya tərzi çox fərqlənə bilər və ona görə də kiçik görünə bilən bir hadisə bəzən təəcübləndirici və ağır bir böhran reaksiyasına gərtirib çıxara bilər. Böhran vəziyyətində fərdin hadisə barəsində (bəzən dönə-dönə) danışmasına ehtiyacı vardır. Bu vəziyyət uzandıqca  daha əvvəlki bir psixotravmatik hadisə çox zaman yenidən yada düşəcək və bu halın diqqətə alınmasına ehtiyac vardır.  
  • Həftədə bir dəfə olmasına üstünlük verilməklə böhran terapiyasında vurğu qısalıq və intensiv müdaxilə üzərinə qoyulur.

Qısa müddətli psixoterapiya

  • Pasiyentin problemləri ilə yanaşı onun emosional konseptlərin öhdəsindən gəlmək bacarığı mütləq qiymətləndirilməlidir. Əgər pasiyent motivasiyalıdırsa qısa müddətli psixoterapiya kifayət qədər köməklə təmin edən yeganə lazımi müalicə ola bilər.
  • Müdaxilə problemli məhdud sahə üzərində cəmləşməlidir. Pasiyentlə spesifik bir mövzunun mərkəzi problem, yəni terapiyanın fokus nöqtəsi olması razılaşdırılır və bu problemin həlli axtarılır.  
  • Terapiyanın bitirilmə tarixi əvvəlcədən müəyyən edilməlidir. 
  • Həkim tərəfindən aktiv maraq, suallar və müşahidələr pasiyentə  öz vəziyyətini daha yaxşı anlamağa kömək edəcək. İşləmə üsulu pasiyentə uyğun surətdə seçilir. Bəzi pasiyentlər analitik xüsusiyyətli olub səbəb və nəticələri nəzərdən keçirir, digərləri isə aktiv vasitələr yolu ilə öz emosional müvanizətlərini bərpa etməyə cəhd göstərirlər. Etibarlı münasibət formalaşandan sonra pasiyent yeni düşüncə modellərini qəbul etməyə daha çox hazır olacaq. 

Psixoterapevtə göndərilmə

  • Psixoterapiya təklifinin özü pasiyentdə psixi iş prosesinə start verilməsinə kifayət edə bilər. Lakin bu təklif qeyri-düzgün şəkildə irəli sürüldükdə təhqiramiz hesab edilə bilər. Bir çox hallarda pasiyenti ruhlandırmaqda və onunla işləməkdə davam edərək bu məsələnin yetişməsinə imkan vermək lazımdır. 

İnternet-əsasında olan terapiyalar

  • İnternet-əsasında olan terapiyalar və özünə yardım üzrə rəhbərliklər xüsusilə simptomların erkən mərhələlərində faydalı ola bilər. 

Ailıə həkimi üçün yardımlar

  • Klinik superviziya 
    • Aşağıda sadalanan hədəflərlə öz fəaliyyətinə baxış keçirərək iş fəaliyyətini və öz peşəkarlığını inkişaf etdirməkdən ibarətdir: idarəetmənin və iş keyfiyyətinin yaxşılaşdırılması, professional inkişaf, işin öhdəsindən gəlmək bacarığı və iş yerində düzgün fəaliyyət. Təcrübəli kolleqa, psixoterapiya üzrə təlim keçmiş ailə həkimi və ya psixiatr klinik supervizor ola bilər. 
  • Balint qrupları 
    • Pasiyentə tibbi yardımla bağlı həkimlər qrupunda həyata keçirilən və təcrübəli bir lider tərəfindən idarə edilən aydın qurulmuş bir rəhbərlik olub həkimə həm pasiyenti, həm də özünü, eləcə də həkim/pasiyent münasibəti fenomenlərini daha yaxşı anlamağa və beləliklə pasiyentlə işləmək üçün yeni yollar tapmağa kömək edə bilər.  
  • Psixiatriya bölməsi ilə konsultasiya etmək imkanı və cavabdehliklərin sistematik bölünməsi 
  • İş yerində təyin olunmuş dəstəkləyici köməkçi şəxs, müəllim və ya rəhbər 
  • Psixoterapiya üzrə faktiki təlim haqqında məlumat universitetlərin və digər təhsil müəssisələrinin veb saytlarında əldə edilə bilər.
  • Daha çox məlumatın, məsələn, psixoterapiya üzrə təlim həyata keçirən təşkilatlardan əldə edilməsi mümkündür.  

Əlaqəli resurslar

  • Kokreyn bazası icmalları 
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •