Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Stomatitis in children

Mündəricat

Stomatitis in children

EBM Klinik protokolları
15.05.2018 • Sonuncu dəyişiklik 22.11.2017
MerjaHelminen

Etiologiyası və klinik mənzərəsi

Ağız boşluğunun kandidozları

  • Candida albicans uşaq stomatitlərinin ən çox rast gəlinən səbəbidir.
  • Əsasən dil üzərində açıq rəngli ləkələr və ya qabıqlamalar olur.
  • Ağız boşluğunun yüngül  keçən kandidozu dərman müalicəsini tələb etmir. Ev şəraitində öz-özünü müalicə  etmək üçün, məsələn, limon suyu istifadə edilə bilər.
  • Dərman müalicəsi isə, ümumiyyətlə yerli göbələk əleyhinə preparatların  tətbiqindən ibarətdir (mikonazol geli, nistatin miksturası).
  • Körpənin əmziyini dəyişdirmək məsləhətdir.
  • Kandidoz uzun müddət davam edirsə və müalicəyə davamlıdırsa, immun çatışmazlığı ehtimalı da nəzərə alınmalıdır.
  • Ağır hallarda, məsələn, immuniteti zəif olan uşaqlarda flükonazoldan sistem müalicəsi kimi istifadə edilə bilər.

Qinqivostomatitlər

  • Bax_  
  • Törədicisi Herpes simplex virusudur.
  • Birincili infeksiyanın ümumi olan simptomlarına hərarət, zəiflik və baş ağrısı daxildir.
  • Yanağın, dodaqların və dilin selikli qişasında herpetiform vezikulalar aşkar edilə bilərlər; əksər hallarda vezikulalar partlayaraq və kiçik ölçülü eroziyalar əmələ gətirirlər.
  • Diş əti qızarır, şişkinləşir və əksər hallarda qanaxma verir. Ağız boşluğunun ağrılarının olması üzündən uşaqlar qida qəbulundan imtina edə bilərlər.
  • Xəstəlik spontan olaraq sağalır: xəstəliyin dördüncü günündən sonra hərarət itir, vezikulalar isə bir neçə gündan sonra yox olurlar.
  • Xəstəliyin ilk günlərdə akiklovirlə müalicəyə başlanarsa, nəticə müsbət ola bilər

Herpangina və ağız boşluğunun və ətrafların  (“əl-ayaq-ağız sindromu”) xəsətliyi

Aftoz stomatit 

  • Bax__
  • Sağlam görünən uşağın ağz boşluğunda təkrarlanan və ağrılı yaraların əmələ gəlməsi (adətən eyni vaxtda 1-5 yara) xəstəliyin əsas əlamətidir.
  • Etiologiyası məlum deyil. Məsələn, stres, anemiya və ya müəyyən qida maddələri meyillilik yaradan amillər kimi çıxış edə bilərlər. Bəzi hallarda tərkibində natrium lauril sulfat (sodium lauryl sulfate) olan diş pastaları bu vəziyyəti törədə bilər.
  • Həkim ağız boşluğunda bu cür dəyişiklər yaradan digər sistem xəstəliklərini: neytropeniyanı, bağırsaq iltihabı xəstəliklərini, seliakiya xəstəliyini, immun çatışmamazlığını, Behçet xəstəliyini istisna etməlidir.
  • Herpes infeksiyasından fərqli olaraq, bu xəstəliyin başlanğıcında ümumi simptomlar (məsələn, hərarət) və suluqlamalar yoxdur.
  • Kortikosteroidlərin yerli tətbiqi az faydalıdır; "?> baxın__. Tərkibində antibakterial maddələr olan ağız qarqaraları (mouthwashes) kömək edə bilər.

Virus stomatitlərinin müalicəsi

  • Hərarət və ağrıları götürmək üçün tərkibində iltihab əleyhinə qeyri-steroid maddələr olan məhlullar və ya rektal şamlardan istifadə edilir.
  • Hazırda tərkibində lidokain olan yerli anestetik gellər və ya məhlullar mövcuddurlar (resept verilməsi üçün xüsusi qaydalar tətbiq oluna bilər). Lidokainin maksimal dozasını aşmaq olmaz  və ondan kiçik uşaqlarda ehtiyatla istifadə edilməlidir (3 mq / kq / 24 saat).
  • Bəzən virus stomatitı uzanır, nəticədə maye və elektrolit balansının pozulması baş verə bilər; belə hallarda xəstə hospitalizasiya edilməlidir.
  • Asiklovirinin (və valasiklovirinin) herpesin səbəb olduğu stomatitlərdə simptomların müddətini qısalda biləcəyinə dair bəzi sübutlar var. Ağır simptomatikaya malik xəstələrdə, bu preparatlardan simptomların başlanmasından sonrakı üç gün ərzində istifadə etmək olar.

 

 

Amir J. Clinical aspects and antiviral therapy in primary herpetic gingivostomatitis. Paediatr Drugs 2001;3(8):593-7. Scully C. Clinical practice. Aphthous ulceration. N Engl J Med 2006 Jul 13;355(2):165-72.