Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Uşaqlarda üz sellüliti

Mündəricat

Uşaqlarda üz sellüliti

EBM Klinik protokolları
04.01.2017 • Sonuncu dəyişiklik 04.01.2017
EevaSalo

Giriş

  • Uşağın yanağı və ya üzün digər sahəsi qırmızı və istidirsə və ya gözünün biri şişib bağlanıbsa sellülitdən şübhələnmək lazımdır (şəkil).

Diferensial diaqnostika

  • Dakrosistit, ağır konyuktivitlər, donvurma və allergik reaksiyalar.
  • Sellüliti olan xəstələrdə temperaturun artması, serumda CRP konsentrasiyasının və leykositozun yüksəlməsi müşahidə olunur. 

İnkişafı və təşviqedici faktorlar

  • Yanaq sellüliti adətən təşviqedici faktor olmadan hematogenik olur.
  • Bütün göz çuxuru ətrafı sellülitlərin onundan doqquzu periorbital olur məs. infeksiya gözqapağında və periokulyar toxumada yerləşir.
    • Periorbital sellülitlər konyuktivit və ya dərinin yırtılması və yaxud infeksiyanın hematogenik yayılması nəticəsində inkişaf edir.
  • Orbital sellülit, daha nadir hallarda rast gəlinir. Orbital sellülitdə xəstənin görmə qabiliyyəti göz xaricə doğru çıxdıqda (gözün bərəlməsi) təhlükə altında qala bilər və görmə siniri göz yuvasında formalaşmış abses tərəfindən sıxıla bilər.
    • Orbital sellülit adətən sinusitlərin ağırlaşması nəticəsində yaranır.
    • Orbital sellülitdən şübhələndikdə göz yuvasının MRT və ya KT müayinəsi həyata keçirilməlidir. Orbital və periorbital sellülitlər arasındakı fərqi müəyyən etmək funksional diaqnostika üsulları olmadan çətin ola bilər, xüsusilə də kiçik uşaqlarda.
  • Sellülitin dəri çatlamasından qaynaqlanan təşviqedici faktorlarına adətən qızılı stafilokokk (Staphylococcus aureus) və streptokokk aid edilir. Xüsusilə suçiçəyindən sonra rast gəlinən sellülitin təşviqedici faktoru adətən A qrupu streptokokk olur. Hematogenik sellülitlərdə ən geniş yayılmış təşviqedici faktor pnevmokokk sayılır. 
  • Hib vaksininin tətbiqi praktiki olaraq Hemafilusun səbəb olduğu sellülitin kökünü kəsmişdir.

Müalicə

  • Bakterial infeksiyadan şübhələnməyə səbəb yaradan yüksəlmiş temperatur və ya laborator göstəricilər xəstəni təcili olaraq xəstəxanaya göndərməyi tələb edir.
  • Müalicə qan nümunələrinin götürülməsindən sonra parenteral yolla təyin olunmuş sefuroksim 100 mg/kg/gün-dən ibarət olur.
  • Orbital sellülitdə xəstənin görmə qabiliyyəti təhlükə altında ola bilər. Sinusit etioloji faktorlardan birinə aid edildiyinə görə müalicə qulaq mütəxəssisinin fəaliyyəti sahəsinə daxil edilir.

 

Müvafiq resurslar 

  • Ədəbiyyat

Hauser A, Fogarasi S. Periorbital and orbital cellulitis. Pediatr Rev 2010;31(6):242-9. "?>Fenster DB, Renny MH, Ng C et al. Scratching the surface: a review of skin and soft tissue infections in children. Curr Opin Pediatr 2015;27(3):303-7.