Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Diz oynağı sınıqları

Mündəricat

Diz oynağı sınıqları

EBM Klinik protokolları
26.06.2017 • Sonuncu dəyişiklik 26.06.2017
JukkaRistiniemi

Diz qapağının sınığı 

Konservativ müalicə

  • Konservativ müalicə vertikal yerdəyişməmiş sınıqlarda (yerdəyişmə < 2 mm) və horizontal çat sınıqlarında istifadə edilə bilər. Pasiyent diz oynağını hərəkət etdirməyə mütləq qabil olmalıdır. Əgər horizontal ən kiçik deformasiya (yerdəyişmə) varsa, müalicə cərrahi yolla aparılır.  
  • Ətraf ilk 2 həftə ərzində 0–30° altında tənzimlənən şarnirli diz oynağı ortozu (bandaj) ilə, sonrakı 2-4 həftə ərzində isə 0–60° dərəcə altında fiksasiya edilir; 4 həftədən sonra hərəkətlər üçün heç bir məhdudiyyət yoxdur. 
  • Qoltuq ağaclarının köməyi ilə ətraflara tam ağırlıq salınmasına icazə verilir. Başlanğıcda bud əzələlərini möhkəmlətdirmək üçün izometrik çalışmalar istifadə olunur.  

Cərrahi müalicə 

  • Yerdəyişmiş və ya qəlpəli sınıq cərrahi müalicə tələb edir. Məqsəd həm açılma hərəkəti gücünün, həm də rəvan oynaq səthinin bərpasıdır. 
  • Əməliyyatdan sonrakı idarəetmə konservativ müalicədə olduğu kimidir. 

Qamış sümüyü kondilusunun sınığı

Konservativ müalicə

  • Qamış sümüyünün lateral kondilusunun sınıqlarında 1-2 mm-dən artıq olmayan yerdəyişmə və ya depressiya (basılma) məqbuldur. Lakin medial kondilusun sınıqlarında qeyri-düzgün birləşmə ilə nəticələnən qeyri-sabitlik bir adəti xüsusiyyətdir və ona görə də hətta çatlar da cərrahi fiksasiyanı tələb edir. Təcrübədə bütün lateral+medial kondilus sınıqları yerini dəyişib və cərrahiyyə tələb edilir.  
  • Adi rentgen müayinəsi yerdəyişmə dərəcəsini etibarlı surətdə göstərmir və ona görə də oynaqdaxili sınıqlarda həmişə KT skanı aparılmalıdır. Skan nəticələri müalicə planını da müəyyənləşdirən bir ortoped cərrah tərəfindən şərh edilməlidir və müalicə növü müəyyənləşdirilməlidir.  
  • Konservativ müalicə 
    • Əgər genişlənmiş və ağrılıdırsa, hemartrozun aspirasiyası edilir  
    • 6 həftə ərzində diz oynağının şarnirli ortozla fiksasiyası
    • Ağırlıq salınması ətrafın özünün ağırlığı ilə məhdudlaşır. Diz oynağı tam hərəkət etdirilə, bud əzələləri çalışdırıla bilər və ona görə də şarnirli bloka ehtiyac yoxdur.  

Cərrahi müalicə

  • Qamış sümüyü kondilusunun bütün digər yerdəyişmiş sınıqlarına cərrahi idarəetmə tələb edilir.
  • Sınıq hökmən KT skanının köməyi ilə qiymətləndirilməldir.
  • Cərrahiyyənin tipi və vaxtı sınığa səbəb olan enerjinin miqdarı və toxuma zədələnməsinin dərəcəsinədən asılıdır. Yüksək enerjili travmalarda ilkin müalicə yumşaq toxuma zədəsini hədəfə almalı və sınıq diz oynağının üzərindən uzanan bir xarici fiksasiya qurğusu ilə stabilləşdirilməlidir. İlkin vəziyyət həll olduqdan sonra sümük zədələnməsinin yekun bərpası daxili fiksasiyanın (osteosintez) köməkliyi ilə həyata keçirilir. 
  •  Süngər sümük qüsurlarının doldurulması üçün kondilus sınıqlarının müalicəsinə çox zaman sümük transplantlarının və ya sümük əvəzedicisi materiallarının istifadəsi lazım gəlir.

Fizioterapiya 

  • Kondilus sınıqlarında sümük bitişməsi ləng baş tutur. Ağır fəsadlaşmalara diz oynağının hərəkətini məhdudlaşdıran artrofibroz və bud əzələlərinin əhəmiyyətli dərəcədə atrofiyası daxildir. Buna görə də cərrahiyyənin məqsədi erkən hərəkət etdirməyə imkan verən stabil osteosintez əldə etməkdir. 
  • Pasiyent müəyyən dərəcədə ağrı olmasını gözləməli, eləcə də müstəqil surətdə və təşkil edilmiş şəkildə reabilitasiya rejimi tədbirlərinin həyata keçirilməsinə hazır olmalıdır.  

İncik sümüyünün yuxarı hissəsinin sınığı

  • Birbaşa zərbə nəticəsində yaranan izolə olunmuş incik sümüyü sınığı nadir rast gəlinir.
  • Bu sınıqlar adətən digər zədələnmələrlə əlaqəlidir. 
    • İncik sinirinin mümkün zədələnməsini və diz oynağı bağlarının zədələnmələrini müəyyənləşdirin.
    • Aşıq-baldır oynağı nahiyəsində hər hansı bir ağrının olub-olmadığını həmişə müayinə edin. Əgər incik sümüyünün sınığı ayağın burxulmasını cəlb edən bir travmanın nəticəsi olan aşıq-baldır oynağı nahiyəsinin sınığı (və sindesmozun cırılması ilə) əlaqəlidirsə, cərrahi müalicə göstərişdir. 
  • Müalicə ayaqdan diz oynağına kimi elastik sarğıdan ibarətdir.
  • Başlanğıcdan ətrafa tam ağırlıq salınması.