Dişlərin malokkluziyası
EBM Klinik protokolları
22.03.2017 • Sonuncu dəyişiklik 22.03.2017
TuulaPalotie
Əsas məqamlar
- Malokkluziya halları qismən irsi xarakter daşısa da, tənəffüs və üz travması ilə əlaqədar faktorlar da daxil olmaqla, ətraf mühit faktorlarına məruz qalır və bu amillər malokkluziyanın daha da irəliləməsinə təsir göstərir.
- Bəzi malokkluziya növləri xəstəni çənə və üz ağrılarına məruz qoya bilər.
Çənə və üz ağrısına səbəb olan malokkluziyalar
- Dərin travmatik dişləm hallarında, aşağı ön dişlər yuxarı dişlərin əvəzinə damağa toxunur və ya üst ön dişlər alt dişlərin əvəzinə diş ətinə toxunaraq onu zədələyir və bu zədələr müalicə edilmədikdə, damaqda yara və ağrıya, həmçinin, yuxarı dişləri dəstəkləyən diş toxumalarının zəifləməsinə səbəb ola bilər. Mastikator əzələlərdə ağrıya bu cür xəstələrdə çox rast gəlinir. Dərin dişləm aşağı çənənin yuxarı çənənin arxa hissəsinə kəskin şəkildə oturması nəticəsində meydana gələn distal dişləm ilə müşayiət olunur. Azyaşlıların böyümə dövrünün sonuna qədər dərin dişləmələri müalicə etmək vacibdir.
- Yuxarı dişlərin bir və ya bir neçəsinin alt dişlərin içərisinə doğru qapanması zamanı ortaya çıxan yan və ön çarpaz dişləmlər, böyümə mərhələsində həm aşağı çənənin hərəkətini, həm də temporomandibulyar oynaqların (TMJ) inkişafını poza bilər. Bunun adətən, Temporomandibulyar oynaq disfunksiyasının və mastikator əzələ pozğunluqlarının səbəbi olduğu göstərilmişdir. Buna görə də, uşaqların böyümə mərhələsində bu cür problemlərin olduğu qeyd edilən anda çarpaz dişləmlər müalicə olunmalı və uşaqların kommunikasiya qurmaq qabiliyyəti adekvat hala salınmalıdır.
- Yalnız molar dişlərin bir-birinə toxunduğu şiddətli açıq dişləmlər mastikator əzələlərdə ağrıya, çənə yorğunluğuna, yemək zamanı çətinliyə və dişlərin eroziyasına səbəb ola bilər.
- II dərəcəli malokkluziyalı, yəni alt çənə sümüyü yuxarı çənə sümüyündən daha böyük olan şəxslər, mastikator əzələ pozğunluqlarına daha çox meyllidirlər.
- Əsas məqsəd uşaqların inkişaf dövründə yuxarıda göstərilən bütün ciddi problemləri müalicə etmək olmalıdır. Ən ciddi hallarda və ya inkişafın artıq başa çatdığı dövrlərdə, ya ortodontik müalicə ilə, ya da ortodontik müalicəyə əlavə olaraq, bir və ya hər iki çənə sümüyünün funksional dişləmi təmin edəcək şəkilə salınmasından ibarət olan ortoqnatik cərrahiyyə ilə malokkluziya müalicə oluna bilər.
- Üz və ya çənə hissəsindəki travma, məsələn, Temporomandibulyar oynaqların asimmetrik inkişafı ilə nəticələnə və beləliklə bu isə kəskin malokkluziyaya səbəb ola bilər. Üz travmasından sonra ortodontist uşağın inkişaf dövrünün sonuna qədər onun dişləmlərinə nəzarət etməli və lazım olduqda müalicə etməlidir. Ən ciddi hallarda, bu malokkluziyaları konservativ ortodontik müalicə ilə düzəldilməsi mümkün olmur, ancaq inkişaf dövrü bitdikdə ortodontik müalicə və ortoqonik cərrahiyyə ilə aradan qaldırılır.
Dişlərin qeyri-normal mövqeyi və çənələrin disfunksiyası nəticəsində yaranan problemlər
Nazofarenksdə limfoid toxumalar
- Adenoid və badamcıqların hipertrofiyası, mandibulyar inkişafa təsir göstərərək daha çox boşluq yarada və dişlərin malokkluziyasını daha kəskinləşdirə bilər. Bu hallarda, ortodontist həm malokkluziyanı müalicə etmək, həm də tənəffüs funksiyasını optimallaşdırmaq üçün qulaq-burun-boğaz mütəxəssisi ilə məsləhətləşməlidir.
Yuxu apneası
- Yetkinlərdən fərqli olaraq uşaqlarda yuxu apneası (yəni yuxuda olarkən tənəffüsün təkrar-təkrar dayanması) hiperaktivliyə və narahatlığa səbəb ola bilər. Uşaqlarda yuxu apneası, ümumiyyətlə tonzillektomiya və adenoidektomiya ilə müalicə edilə bilər.
- Yetkinlərdə yuxu apneasının əlamətlərinə gündüz vaxtı yorğunluq, depressiya, qəfil yuxulama, yüksək səsli xoruldama və gecə tənəffüsün dayanması daxildir.
- Yetkinlərdə obstruktiv yuxu apneasının ilkin müalicəsi arıqlamaqdan əlavə, hava yollarının müsbət təzyiqli ventilasiyası, yəni hava yollarının davamlı müsbət təzyiqidir (CPAP) . İkinci mərhələ isə ortodontist tərəfindən təmin edilən dental cihazdan ibarətdir. Yüngül yuxu apneasında, və ya xəstə yuxu apneasından əlavə dişlərini qıcayırsa, dental cihaz (mandibulyar irəliləmə cihazı) istənilən halda, müalicənin ilkin mərhələsi hesab oluna bilər. Əgər bu problemlər davamlı olaraq kəskin şəkildə baş verərsə, ortoqonik cərrahiyyə tətbiq oluna bilər. Müraciət edilən həkim, xəstənin diş cihazını rahatlıqla saxlaya bilməsi üçün kifayət qədər sağlam / müalicə edilmiş dişlərinin olmasına nəzər yetirməlidir.
Nitq pozğunluqları
- Dişlərin qeyri-normal mövqeyi və danışma pozğunluqları arasındakı əlaqə tam izah edilməmişdir. S səsinin səhv tələffüzünün ön açıq dişləmlə əlaqəli olduğu göstərilir (arxa dişlər qapandıqda, yuxarı və aşağı ön dişlər arasında şaquli boşluq).
Revmatoid artrit
- Revmatoid artriti olan uşaqların təxminən 60% -də 16 yaşına qədər Temporomandibulyar oynaqlarına ziyan dəyəcəkdir.
- Ağızın açılması və alt çənənin hərəkət səviyyəsi məhdudlaşa bilər. Termomandibulyar oynaqlarda krepitus varsa, ağrı ola bilər.
- Əgər lezyon bir tərəflidirsə, ağız açılarkən alt çənə lezyonun olduğu tərəfə doğru yönələcək.
- İkitərəfli zədələnmə mandibulyar çatışmazlığa, konveks üz formasına ("quş üzü" deformasiyası), üz arteriyasında sıxılmaya (arxa çənə boyunca gərginlik) və açıq dişləmə səbəb ola bilər.
- Revmatoid artriti olan uşaq və ya yeniyetmədə termomandibulyar oynaq disfunksiyası simptomları mövcud olarsa, ortodontist, üz-çənə cərrahı və revmatoloqun inkişaf dövründə xəstənin dişləmlərini müalicə etmək və onu daim nəzarətdə saxlamaq üçün birlikdə fəaliyyət göstərməsi önəmlidir.
- Revmatoid artriti olan xəstədə termomandibulyar oynaqların vəziyyəti xəstənin xəstəlik tarixçəsi, klinik müayinə, düzgün rentgenoqrafiya və lazım olduqda 3D KT və MR Tgörüntüləmə metodları əsasında müəyyən edilir. termomandibulyar oynaqların artriti zəruri hallarda topikal dərmanlar, ağızdan qəbul edilən analgetiklər və diş cihazı ilə müalicə olunur.
- Psoriaz termomandibulyar oynaq disfunksiyası simptomları ilə əlaqələndirilə bilər.
Dodaq və damaqda yarıq
- Nəzər salın .
- Bu inkişaf pozğunluqları ümumiyyətlə, dişləm problemi ilə müşayiət olunur və müalicə, ya ixtisaslaşdırılmış mərkəzlərdə, ya da yerli ixtisaslaşdırılmış mərkəzlərin nəzarəti altında həyata keçirilir.
- Orta qulaq iltihabı insanlar arasında çox yayılmışdır.
Çoxsaylı inkişaf pozğunluqları
- Kleidokranial displaziya və ya Pierre Robin sindromu kimi bir çox sindromlar malokkluziyalar ilə əlaqələndirilə bilər və vəziyyət kəskinləşərsə, müalicə üçün mütəxəssis həkimin müdaxiləsi tələb oluna bilər.
-
Müalicənin təşkil edilməsi
- Skandinaviya ölkələrində, inkişaf mərhələsində olan uşaq və yeniyetmələrin ən azı dörddə birinin ortodontik müalicəyə ehtiyacı olduğu təxmin ediedilmişdir.
- Malokkluziyalar, ümumiyyətlə, ortodontist tərəfindən müalicə olunur. On ballıq Müalicə prioritetləri indeksi (TPI) bəzi ölkələrdə mövcud malokkluziyaları qiymətləndirmək üçün istifadə olunur. Müalicə Prioritetləri indeksində 8-10 xalla qiymətləndirilən kəskin malokkluziyaların müalicəsi ilkin tibbi baxım məntəqəsində təyin edilə bilər. Ən kəskin hallarda isə, malokkluziyaalr ağız və üz-çənə xəstəlikləri üçün ixtisaslaşmış məntəqələrdə müalicə olunur.
Müvafiq mənbələr