Yeniyetməlik dövründə intihar riski
EBM Klinik protokolları
23.08.2017 • Sonuncu dəyişiklik 23.08.2017
MauriMarttunen
Əsaslar
- İntihar etmək barədə fikirlər, cəhd edilmiş və baş tutmuş intihar halları uşaqlıq dövrü üçün nadir hesab olunur, lakin yeniyetməlik dövründə intihar baş vermə halları artır.
- Daha öncə cəhd edilmiş intihar və ozünə zərərverici davranış, hətta ölmək istəyi ilə əlaqələndirilməsə belə (məsələn, iti alətlə bədənində, adətən qollarında və ayaqlarında, xırda kəsiklər etmək) yenidən cəhd edilmiş və ya törədilmiş intihar üçün vacib risk faktorudur"?>.
Epidemiologiya
- Yeniyetmələr arasında intihar etmə fikirinin yayılmasının illik göstəricisi təqribən 10–15%, və onlardan ən az 4–5%-i cəhd edilmiş intiharların payına düşür "?>.
- İntihar barədə fikirlər və intihar cəhdləri daha çox qızlar arasında yayılıb, lakin bütün intiharların təxminən 80%-i oğlanlar tərəfindən törədilir"?>.
- İntihara cəhd etmiş yeniyetmələrin təqribən yarısı sonralar yenidən buna cəhd edəcəklər.
Yeniyetmə intiharının risk faktorları
- Üç nəfərdən biri əvvəllər intihara cəhd göstərib"?>.
- İntihar törədən yeniyetmələrin təqribən 60%-i intihar etmək haqqında fikirlərini kiməsə, lakin əksər hallarda yalnız öz həmyaşıdlarına danışıblar"?>.
- Əhval-ruhiyyə pozğunluğu bu halların ən azı yarısı olmaqla, psixiatrik pozğunluqlar 90% hallarda intihardan öncə baş verir"?>.
- Ən azı dörd yeniyetmədən biri ciddi narkotika istifadəsindən əziyyət cəkir"?>.
- Ən geniş yayılmış intihar və intihara cəhd səbəbləri (katalizatorları) uğursuzluq, məyus olma, münasibətlərdə ayrılma, yaxın bir kəslə münaqişə etməkdir. Ailə münasibətlərində münaqişə, məişət zorakılığı and valideynlərlə mübahisələr də geniş yayılmış səbəblərdir"?>.
Simptomları
- Yeniyetməlik dövründə intihar davranışı əksər hallarda mübahisələr, hüzn və məyus olma kimi cari psixoloji problemlərlə əlaqələndirilir"?>.
- Əhval-ruhiyyə pozuntuları, ciddi narkotik vasitələrdən istifadə və xüsusilə, oğlanlar arasında antisosial davranış geniş yayılıb"?>.
Tanınması və qiymətləndirilməsi
- Yeniyetməlik dövründə özünə zərər davranışı depressiya və narkotika istifadəsi ilə çox sıx əlaqələndirilir.
- Yeniyetmədə depressiyanın olduğuna şübhə varsa, gərək həmişə intihar fikirləri və intihar cəhdləri məsələsi qaldırılsın.
- Yeniyetmə intihar fikirlərini və niyyətini ifadə edirsə, həmişə onun hazırki yaşayış şərtlərini və ailə vəziyyətini qiymətləndirin.
- Əlaqədar psixiatrik pozğunluq və/və ya narkotika istifadəsinin tipini və ağırlığıni qiymətləndirin"?>.
- Pasiyentin keçmişdə intihara cəh edib-etmədiyini və ya hər hansı digər üsulla özünə zərər verib-vermədiyini soruşun"?>.
- Pasiyentin doğurdan da ölmək istəyib-istəməməsini, intihar planları qurmasını və ya hazırlıqları görməsini qiymətləndirin"?>.
Müalicə
- Həmişə növbəti qəbullar/görüşlər üçün razılaşın və pasiyenti müalicəni davam etdirməyə həvəsləndirin"?>.
- Müalicəyə rahat keçid üçün kömək edin"?>.
- Gəncin ailəsi ilə də görüşün və ailəsinin pasiyenti lazımi qədər dəstəkləmək iqtidarında olub-olmadığını dəyərləndirin"?>.
- Zəruridirsə, uşaq mühafizə xidmətləri ilə əlaqə saxlayıb ailəyə dəstəyi təşkil edin.
- Əgər özünə zərərvermə ağır dərəcəli depressiya ilə əlaqədardırsa, depressiyanın müalicəsi gərək gecikdirilmədən aparılsın.
-
Serotoninin əks tutlmasının selektiv inhibitorları (SƏTSİ), fluoksetin kəskin depressiyalı özünüməhv düçüncəli yeniyetmənin psixofarmakoloji müalicəsində birinci seçimdir.
-
İntihara cəhd etmiş yeniyetməni həmişə psixiatrik konsultasiyaya yönəldin, nə qədər tez etsəniz bir o qədər daha yaxşıdır.
- Psixiatrik xəstəxanaya qəbul nəzərərə alınmalıdır, əgər özünəqəsd edən yeniyetmə aşağıdakılardan əziyyət çəkirsə:
- psixotik pozğunluq
- böyük depressiya
- bipolyar pozğunluq
- kəskin aqressiv davranış
- ağır narkotik vasitələrdən istifadə və asılılıq
- əgər öncəki intihar hadisəsindən sonra icmada aparılan qayğı nəticə verməsə
- Ciddi intihar cəhdindən (yüksək ölüm riski və ya güclü intihar niyyəti) sonra, əgər yeniyetmənin fəal intihar düşüncələri mövcuddursa, və əgər yeniyetmənin ailəsi yetərli dəstək verə bilmirsə, xəstəxanaya qəbul üçün əsas var.
Əlaqəli resurslar
- Digər sübut icmalları
- Ədəbiyyat
Marttunen MJ, Aro HM, Henriksson MM, Lönnqvist JK. Mental disorders in adolescent suicide. DSM-III-R axes I and II diagnoses in suicides among 13- to 19-year-olds in Finland. Arch Gen Psychiatry 1991 Sep;48(9):834-9. Beautrais AL, Joyce PR, Mulder RT. Risk factors for serious suicide attempts among youths aged 13 through 24 years. J Am Acad Child Adolesc Psychiatry 1996 Sep;35(9):1174-82. Gould MS, Fisher P, Parides M, Flory M, Shaffer D. Psychosocial risk factors of child and adolescent completed suicide. Arch Gen Psychiatry 1996 Dec;53(12):1155-62. Shaffer D, Gould MS, Fisher P, Trautman P, Moreau D, Kleinman M, Flory M. Psychiatric diagnosis in child and adolescent suicide. Arch Gen Psychiatry 1996 Apr;53(4):339-48. "?> Consoli A, Peyre H, Speranza M et al. Suicidal behaviors in depressed adolescents: role of perceived relationships in the family. Child Adolesc Psychiatry Ment Health 2013;7(1):8. Brent DA, McMakin DL, Kennard BD et al. Protecting adolescents from self-harm: a critical review of intervention studies. J Am Acad Child Adolesc Psychiatry 2013;52(12):1260-71. Hawton K, Saunders KE, O'Connor RC. Self-harm and suicide in adolescents. Lancet 2012;379(9834):2373-82. Pelkonen M, Karlsson L, Marttunen M. Adolescent suicide: epidemiology, psychological theories, risk factors, and prevention. Current Pediatric Reviews 2011;7:52-67. Burns CD, Cortell R, Wagner BM. Treatment compliance in adolescents after attempted suicide: a 2-year follow-up study. J Am Acad Child Adolesc Psychiatry 2008 Aug;47(8):948-57. Spirito A, Boergers J, Donaldson D, Bishop D, Lewander W. An intervention trial to improve adherence to community treatment by adolescents after a suicide attempt. J Am Acad Child Adolesc Psychiatry 2002 Apr;41(4):435-42. Bridge JA, Goldstein TR, Brent DA. Adolescent suicide and suicidal behavior. J Child Psychol Psychiatry 2006 Mar-Apr;47(3-4):372-94. "?>