Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Psixosomatik simptomları olan xəstələr

Mündəricat

Psixosomatik simptomları olan xəstələr

EBM Klinik protokolları
05.09.2018 • Sonuncu dəyişiklik 24.08.2017
AnteroLeppävuoriSamiRäsänen

Əsas məqamlar

  • Hətta xəstənin simptomları və tapıntılar arasında uyğunsuzluq olmasına baxmayaraq həkim xəstənin simptomlarının varlığından, onların subyektiv şiddəti və ya müvafiq funksional çatışmazlığın dərəcəsindən şübhə etməməlidir.
  • Simptomlar xəstə üçün realdır və onların yardıma ehtiyacı var. 
  • Həkim xəstəyə simptomlarda psixoloji faktorların mümkün rolu haqqında məlumat verməli, xəstəni fiziki xəstəliyi ilə bağlı sakitləşdirməli, xəstəlik barəsində olan səhv fikirlərini korreksiya etməli və xəstə ilə birlikdə işləməklə həkim simptomlar üçün izahatlı model yaratmağa çalışmalıdır. 
  • Xəstənin simptomların arxasında dayanan psixososial problemləri tədricən müzakirə etməyə və onların somatik simptomların şəkli ilə assosiasiyası üzərində işləməyə hazır olmazdan öncə eyni həkimlə uzunmüddətli münasibətlərin olması vacibdir. 
  • Psixosomatik simptomlar tez-tez somatoform pozuntularla assosiasiya olunur, amma onlar istənilən psixi pozuntu zamanı yarana bilər. 
  • Psixi pozuntuların qiymətləndirilməsi, differensial diaqnostika və müalicəsi üçün, xüsusilə xəstənin psixoterapiyaya ehtiyacının olub-olmamasını qiymətləndirmək üçün psixiatrın konsultasiyasına ehtiyac ola bilər.  

Somatizasiya

  • Somatizasiya psixososial konfliktlərin somatik simptom və ya dəyişikliklər kimi hiss edilməsi, konseptualizasiyası və əlaqələndirilməsi tendensiyası mənasını verir. 
  • Prinsipcə simptomların şəkli mülayim və orta dərəcəli olduğu hallarda normal fenomendir, lakin xətəliyin şiddətli formasında funksional qbiliyyəti ciddi zədələyir.
    • Ümumi əhali arasında 80%-ə qədər insanda ən azı bir somatik simptom bəzi diskomforta səbəb olur. Ən tez-tez rast gəlinən somatik simptomlar hansı ki, hətta hərtərəfli müayinədən sonra fiziki pozuntularla izah edilə bilinməyən qarın boşluğu şikayətləri, bel ağrısı və baş ağrısıdır.
    • İlkin səhiyyə sistemi xəstələri arasında 20-35%-də bir və ya daha çox izah edilməyən somatik simptomlar vardır; bu xəstələrin təxminən 70%-i qadındır. 
    • İdiopatik somatik simptomlar aşağı sosial siniflər, inkişaf etməkdə olan ölkələr və immiqrantlar arasında tez-tez rast gəlinir.

Somatoform pozuntular

  • Tibbi olaraq izah edilə bilinməyən somatik simptomlar kəskin və xronik olur, onlar müvafiq xəstəlik davranışı ilə müayinə və müalicə olunmaq axtarışı ilə assosiasiya olunur və pozuntu funksionallığın sosial, peşə və digər vacib sahələrində pozulmaya səbəb olur. Somatoform pozuntuların ümumi əhali arasında yayılma tezliyi depressiaynın yayılma tezliyində olduğu kimi 6%-dir. Əsas diaqnozun altında olan alqruplar (F45.0–F45.9): 
    • Somatikləşdirilmiş pozğunluq (F45.0).
      • Ən azı iki il müddətində iki və daha çox orqan sistemlərində ən azı 6 müxtəlif somatik simptomlar
      • Somatoform pozuntuların ən şiddətli forması
      • Yayılma tezliyi 0.2-2%, xüsusilə əksər hallarda qadınlarda. 
    • Differensiasiya edilməmiş somatoform pozuntular (F45.1)
      • Somatikləşmiş pozuntu üçün bütün meyarlar ödənilmir.
      • Yayılma tezliyi 8%-dir.
    • Konversion pozuntu (F44.4 - F44.7)
      • Hərəki və ya hissi funksiyaya təsir edən bir və ya daha çox disssodiativ simptomlar, məsələn, paralic, səsin itirilməsi, korluq, lallıq və konulsiyalar
      • Adətən travmatik hadisələrlə assosiasiya olunur.
      • İlkin səhiyyəsistemi xəstələri arasında yayılma tezliyi 1-3%-dir, qadınlarda kişilərə nisbətən 2-10 dəfə daha tez-tez olur
    • İpoxondrik pozuntu və bədən dismorfofobik pozuntu (F45.2)
      • Xəstələnə bilməkdən davamlı qorxu, xəstəlik və ya fiziki təzahürlü defektin olmasına inanc və ya fiziki görünüşü ilə bağlı həddindən artıq narahatlıq
      • Yayılma tezliyi: ipoxondriya 2-7%, bədən dismorfofobik pozuntu 1-2%, plastik əməliyyata məruz qalmış xəstələr arasında 6-15%
    • Vegetativ sinir sisteminin somatoform disfunksiyası (F45.3)
      • Avtonom sinir sisteminin idarəsi altında olan ən azı bir orqan sisteminin oyanması və ən azı iki avtonom sinir sistemi simptomları (məsələn, ürəkdöyünmə, tərləmə, ağız quruluğu və ya qeyri-spesifik epiqastral diskomfort) və əlavə olaraq ən azı bir digər qeyri-spesifik simptomun olması, məsələn qızıqlanmış bağırsaq (xəstələrin 10%-də)  və ya hiperventilyasiya.
    • Davamlı somatoform ağrı pozğunluğu (F45.4)
      • Bir və ya daha çox anatomik yerdə klinik diqqət tələb edən ağrı
      • Yayılma tezliyi: xronik ağrı ümumi əhalinin 10%-də.
    • Digər və qeyri-spesifik somatoform pozuntular (F45.8, F45.9)
      • Nümunə üçün, psixogen dismnoreya, psixogen baş ağrısı
      • Yayılma tezliyi: əhalinin 5%-də xronik baş ağrısı; həyati dövründə yayılma tezliyi 80%-ə qədər yüksəkdir. 
  • Amerika Psixiatriya Assosiasiyası tərəfindən yaradılmış Psixi Xəstəliklərin Diaqnostik və Statistik Təliumatlarının ən son versiyasında somatoform pozuntuların erkən diaqnostik qrupu "somatik simptom (və əlaqəli) pozuntular" adı ilə dəyişdirilib.
    • Diaqnostik meyarlar artıq somatik xəstəliyi istisna etmir, xəstədə somatik simptomlardan yaranmış fikir, emosiya və davranışın intensivliyini və/ və ya uyğunluğunu qiymətləndirmək vacibdir. Bu dəyişiklik həmçinin ümumilikdə somatik olaraq xəstə olan şəxsdə psixi problemlərin təyin edilməsi və müalicəsinin vacibliyini qeyd edir. 

Nevrasteniya (xronik yorğunluq sindromu daxildir)

  • Yüngül psixi və ya fiziki yükdən sonra uyğun olmayan kəskin yorğunluq, əlavə olaraq, bir əlavə somatik simptom (F48.0)
    • Xronik yorğunluq sindromunun ümumi əhali arasında yayılma tezliyi 0.2%-dir, qadınlarda 4 dəfə daha tez-tez rast gəlinir.

Fiziki pozuntulara təsiri olan psixoloji faktorlar

  • Xəstələrdə diaqnoz qoyulmuş fiziki xəstəlik xəstəliyin etiologiyası və klinik kursunda hissəvi rol oynaya biləcək psixoloji və ya davranış faktorları ilə assosiasiya olunur (F54)
    • Məsələn, stresslə əlaqədar astmanın kəskinləşməsi J45/F54.

Differensial diaqnostika

  • Fiziki pozuntular (əvvəllər təyin olunmamış)
    • Somatikləşmiş pozuntu diaqnozu qoyulduqdan bir neçə il sonra somatik simptomları izah edən fiziki pozuntu 2-10% xəstələrdə tapılır.
    • Bir çox fiziki pozuntular (məsələn, epilepsiya, dağınıq skleroz) somatikləşməyə meyllilik yaradırlar.
      • Adekvat somatik müayinə
      • Yatrogen zədədən qaçılmalıdır.
  • Depressiv pozuntular
    • Depressiya öz-özlüyündə məsələn, ağrı sindromu və ya fiziki yorğunluq vəziyyəti ("maskalanmış depressiya") kimi ortaya çıxa bilər. 
    • Xronik ağrı sindromu olan xəstələrin təxminən 1/4-ü depressiyanın diaqnostik meyarlarını ödəyir. 
    • İlkin səhiyyə sistemində yardım axtaran depressiyalı xəstələrin 50%-ə qədəri əsasən somatik simptomlardan şikayətlənirlər. 
    • Depressiyalı xəstələrin 2/3-də narahatedici ağrı vardır.
  • Təşviş pozuntuları
    • Xüsusilə panik pozuntular və generalizə olunmuş təşviş pozuntusunda xəstədə avtonom sinir sisteminin hiperaktivliyi ilə əlaqəli olan simptomlarla (hiperventilyasiya, ürəkdöyünmə, döş qəfəsində ağrı, dispnoe, baş gicəllənmə, zəiflik, tərləmə) müşayiət oluna bilər. 
    • Post travmatik stress pozuntusu olan xəstədə  hiperhəssaslıq, yaddaş problemləri, təşvişin somatik təzahürləri, dissosiativ simptomlar müşahidə oluna bilər.
  • Digər psixi pozuntular Psixotik pozuntular Psixotik pozuntu somatik sayıqlamalarla assosiasiya oluna bilər, məsələn, dəri altında pis qoxunun gəlməsi və ya həşəratların olması haqqında inanc. Saxta poğunluqlar (F68.1) Somatik və ya psixi simptom/əlamətlərin qəsdən göstərilməsilə xarakterizə olunur. Şəxsin əsas (əsasən şüuraltı) məqsədi xəstə rolunu oynamaqdır. Xəstəliyin simulyasiyası (Z76.5) Simulyator öz şəxsi simptomlarından şüurlu şəkildə fayda əldə etmək istəyir. Təyin edilməmiş fiziki pozuntu Somatikləşmiş pozuntu diaqnozu qoyulduqdan sonrakı bir neçə il ərzində somatik simptomları izah edən fiziki pozuntular 10% xəstələrdə tapılır.
  • Digər psixi pozuntular və simulyasiya
    • Psixotik pozuntular
      • Psixotik pozuntu somatik sayıqlamalarla assosiasiya oluna bilər, məsələn, dəri altında pis qoxunun gəlməsi və ya həşəratların olması haqqında inanc
    • Saxta poğunluqlar (F68.1)
      • Somatik və ya psixi simptom/əlamətlərin qəsdən göstərilməsilə xarakterizə olunur. Şəxsin əsas (əsasən şüuraltı) məqsədi xəstə rolunu oynamaqdır.
    • Xəstəliyin simulyasiyası (Z76.5) 
      • Psixi pozuntu kimi təsnif edilməyib
      • Simulyator öz şəxsi simptomlarından şüurlu şəkildə fayda əldə etmək istəyir.

Əlaqəli pozuntular

  • Əhval-ruhiyyə və təşviş pozuntuları
    • Somatoform pozuntularla assosiasiya olunan depressiya və ya təşviş pozuntuları xəstələrin 50%-də müşahidə olunur, hansı ki, xronik fiziki vəziyyətlərdə orta hesabla müşahidə olunana nisbətən daha çoxdur.
    • Depressiya və təşviş somatikləşməyə meylliyi uzadır və daha da yüksəldir. 
  • Digər somatikləşmiş pozuntular
    • Somatikləşmiş pozuntusu olan xəstə tez-tez digər bitr somatikləəşmiş pozuntunun meyarlarını da ödəyir. 
    Fiziki xəstəlik yanaşı olaraq somatikləşmiş pozuntunun olma ehtimalını hansı ki, diaqostik və terapevtik problemlərə gətirib çıxara bilər istisna etmir. Bir çox fiziki xəstəliklər (epilepsiya, dağınıq skleroz) xəstnni somatikləşməyə meylli edir. 

Aetiology  Etiologiya

  • Şəxsi faktorlar
    • Psixoloji mexanimzlər
      • Avtonom sinir sisteminin və ya hipotalamo-hipofizar- böyrəküstü vəzi sisteminin hiperaaktivləşməsi, əzələ gərinliyi, hiperventilyasiya, oturaq həyat tərzi, əvvvəlki və hazırki fiziki xəstəliklər. 
    • Genetic factors Genetik faktorlar
    • İnkişaf və öyrənmə ilə assosiasiya olunan faktorlar
      • Rədd etmə, cinsi və fiziki zorakılıq, valideynlərin xəstəlikləri və davranış xəstəlikləri
    • Koqnitiv tərz, şəxsin məlumatı işləmə yolu
      • Fiziki hissiyatın təsviri və onların katastrofik interpretasiyası
    • Psixodinamik faktorlar
      • Somatik simptomlar şəxsin sözlə ifadə edə bilmədiyi (aleksitimiya) emosional distress və ya psixi konflikti göstərə və ya parçalanmış şəxsi-imicin (şəxsi-psixologiya) bərpa edilməsi cəhdinin təzahürü ola bilər.  
    • Şəxsiyyətin özəllikləri və xarakterləri 
      • Aşağı özünü-qiymətləndirmə, pessimizm
      • Emosiyalarının ifadə edə bilməmək (aleksitimiya)
      • Şəxsi-monitorinqə meylli olmaq
  • Sociocultural factors  Sosiokultural faktorlar
    • Somatikləşmiş pozuntuların yayılmasında müxtəlif mədəniyyət fərqləri vardır. 
    • Somatikləşmiş pozuntular psixi xəstəliklərin "stiqmalaşması" (damğalanması) müşahidə olunan cəmiyyətlərdə tez-tez rast gəlinir.  
  • Yatrogen faktorlar
    • Müvafiq müalicə olmadan həddindən artıq müayinələr somatikləşmənin ortaya çıxmasını artırır. 
    • Fiziki vəziyyətinə görə kompensasiya ödənişi hüququ somatikləşməyə meyllilik faktoru rolunu oynaya bilər. 

Vəziyyətin kursu və onun həyat keyfiyyəti və funksional qabiliyyətə təsiri

  • Somatikləşməyə bənzər keçici simptomlar həyati krizis zamanı demək olar ki, hər kəsdə baş verə bilər. 
  • Somatikləşmiş pozuntular adətən yenieytmə və ya erkən yetkinlik yaşında başlayır. Xəstəliyin şiddəti müxtəlif vaxtlarda müxtəlif tipfə dəyişir.
  • Somatikləşmiş simptomları olan xəstələr xarakterik olaraq tibbi müayinələrə müraciət edirlər, lakin nadir hallarda psixiatrik müalicə axtarırlar və hətta belə yönəldilməyə qarşı dura bilərlər. 
  • Tədqiqat göstərmişdir ki, ən şiddətli somatikləşmiş xəstələr (somatikləşməni qiymətləndirmə sorğularında 14% pik) tədqiqatda iştirak edən digər xəstələrə nisbətən daha çox tibbi yardım axtarırlar. 
  • Somatikləşmiş pozuntusu olan xəstələrin çoxu (30%) öz həyat keyfiyyətini pis kimi qiymətləndirir və bəzilərinin (10%) funksional qabiliyyəti xronik fiziki xəstəliyi olan xəstələrə nisbətən daha pis ola bilər. 
  • Xəstənin işləyə bilmək qabiliyyəti və reabilitasiyaya uyğunluğunu qiymətləndirərkən fiziki tapıntıların çatışmazlığı əvəzində aşağıdakılara diqqəti aşağıdakılara yönəltmək lazımdır: yanaşı depressiyanın olması və onun müalicəsi və reavilitasiyası, tükənmə ehtimalı, xəstənin ümumi sağlamlığı, şəxsiyyət və həyat vəziyyəti (şəraiti). 
  • Əmək qabiliyyətinin qiymətləndirilməsinin erkən mərhələsində hərtərəfli psixoloji və ya psixiatrik nəticənin əldə edilməsi yaxşı ideadır. 

Söhbət və müayinə

  • Görüş xəstənin öz somatik simptomları haqqında danışa biləcəyi və onun eşidildiyi və ciddiyə alındığını hiss etməsi üçün kifayət qədər uzun müddət davam etməlidir. Bu həmçinin hazırki vəziyyət haqqında danışmasını daha da asan edir. Xəstənin əsas simptomları və ya əsas narahatlığı nədir? Simptomların yaranması, uzanması və ya psiləşməsinə hansı faktorlar təsir edir? Hansı faktorlar simptomları yüngülləşdirir?
  • Xəstənin simptomlarından əvvəl yaranmış və ya simptomların kəskinləşməsinə (etiologiyaya baxın) meyllilik yaratmış cari və əvvəlki psixososial stress faktorları 
    • Həkim stressin somatik simptomlar yaratmasına daxir tez-tez rast gəlinən vəziyyətlərdən nümunə gətirə bilər (məsələn, gərginlik baş ağrısı, hiperventilyasiya). 
  • Əhəmiyyətli insan münasibətləri (uşaq yaşlarından indiyə qədər) ilə birlikdə assosiasiya olunan qorxular, problemlər və digər tərəfdən bu münasibətlərdən əladə olunana dəstək müzakirə olunmalıdır. 
  • Simptomların həyat keyfiyyəti və funksional qabiliyyətə (təhsil, iş, sosial münasibətlər) hansı təsirləri vardır? 
  • Somatikləşməyə meylliliyi xəstənin uşaq yaşlarından başlayaraq bütün orqan sistemlərə dair simptomların anamnezinə nəzər salmaqla öyrənmək olar. Simptomların funksional qabiliyyətə necə təsir etdiyini və onlarınn necə müalicə olunduğunu tapın. 
  • Yeni müayinələr təyin edilməzdən öncə bütün əvvəlki klinnik və laborator müayinələr diqqətlə öyrənilməlidir. 
  • Həkim həmçinin şəxsən fizikal müayinə aparmalıdır. Laborator müayinələr yalnız obyektiv tapıntıların diqtəsinə əsasən göstərişdir. 
  • Yanaşı psixiatrik xəstəlik əlamətləri varmı (depressiv və təşviş pozuntuları)? Skrininq alətləri istifadə oluna bilər. 
  • Simptomların səbəbləri və əhəmiyyəti haqqında xəstənin şəxsi təəssüratı necədir? O həkiminin baxışından fərqlidirmi?
  • Müayinə zamanı həkimin xəstəliyin etiologiyasına dair şəxsi fikirlərini bildirməməsi məsləhət görülür. 

Müalicə - ümumi prinsiplər

  • Xəstənin öz simptomlarının orqanik əsaslı olmasını qəbul etdiyi üçün ümumi terapevt və ya fiziki xəstəliklər üzrə ixtisaslı hər hansı digər həkimin yardım üçün bütün məsuliyyəti üzərinə götürməsi adətən ən uyğun sayılır. 
  • Xəstə psixiatrik müalicəyə hazır olduqda psixiatrik şöbə terapiya üçün əsas məsuliyyəti üzərinə götürməyə hazır olmalıdır. Xəstəxanaların daxilində olan ümumi psixiatik şöbə bu məqsəd üçün uyğundur.
  • Yaxşı qarşılıqlı münasibətlər müalicənin əvəzedilməz hissəsidir (psixotıhsil və dəstəkləyici psixoterapiya). 
  • Xəstənin xəstəliklə bağlı səhv düşüncələrinin düzəldildiyi və müvafiq məlumatla təmin olunduğuna əmin olmaq üçün tibbi ekspertiza tələb olunur.
  • Maraqla dinləmək və başa düşdüyünüzü nümayiş etdirmək etibarlılıq mühiti yaradır. Bu həmçinin simptomlara əlavə olaraq daha həssas mövzuların tədricən söhbətə daxil edilməsini asanlaşdıracaqdır. 
  • Xəstənin simptomları "həqiqi" olaraq qəbul olunmalıdır.  Əgər orada heç bir səhvin olmadığı qeyd olunarsa xəstə narazı olacaq və başqa bir yerdə yardım axtaracaqdır.
  • Xəstə bir tam və hərtərəfli müayinə olunmalıdır. Sonradan lazım olmayan fizikal müayinələrdən yayınmaq lazımdır. 
  • Sakitləşdirmək: xəstənin qorxularını (məsələn, xərçəngə tutulma qorxusu) müzakirə edin. Xəstənin cari və əvvəlki simptomlar haqqında fikir və hisslərini ifadə etməyə həvəsləndirin. Kəskin fazada xəstə əmin ola bilər ki, simptomlar üçün ciddi bir səbəb tapılmamışdır və onlara zaman keçdikcə düzələcəklər. 
  • İzahat: psixoloji və bioloji tərəflər daxil edilməlidir. Əsassız diaqnozlar simptomların müddətinin uzanmasına təsir edirlər. Müəyyən qədər qeyri-müəyyənliyin olmasını daha yaxşı olar ki, etiraf edəsiniz. Buna baxmayaraq məqsəd xəstə tərəfindən qəbul oluna biləcək simptomlar üçün izahedici modelin tapılmasıdır; fiziki simptomlar və hazırki həyat şəraiti (vəziyyətinə) ilə əlaqəli faktorlar kombinasiya edilməlidir. 
  • Müşahidə planına xəstə ilə birlikdə qərar verilir. O tam müalicəyə nisbətən kopinq mexanizmlərdən ibarət ola bilər.
  • Müntəzəm müşahidə görüşləri, ilk vatxlarda daha tez-tez olmaqla. 
  • Müşahidə görüşləri zamanı simptomlar qısa olaraq müzakirə olunmalıdır. Müzkirənin əsas diqqət mərkəzində xəstənin simptomların necə öhdəsindən gəlməsi olmalıdır. Vəziyyəti pisləşdirən və ya yaxşılaşdıran hər hansı bir şey varmı?
  • Məqsəd xəstənin şəxsi bacarıq və güclü tərəflərini qeyd etmək və dəstəkləməkdir. 
  • Lazımsız dərman müalicəsindən çəkinmək lazımdır. Bütün asılılığa gətirib çıxaran dərman preapartlarının tədricən dozası azaldılmalı və ya hətta tamamilə dayandırılmalıdır. 
  • Somatikləşmiş pozuntusu olan xəstələr adətən çətinlik yaradırlar və onların çoxu tələbkardırlar və diqqət axtaran davranış nümayiş etdirirlər. O ilkin olaraq nümunə üçün icazə verilən telefon zəndlərinin sayı və görüşlərin müddətinə məhdudiyyətlər qoyana qədər müəyyən qədər xəstənin arzularına tabe olmaq faydalı ola bilər. 
  • Xəstə məmnun olmaya və məyus ola bilər. Razı qalmadıqları haqqında başa düşülən tərzdə danışmaqla bəzən vəziyyətin pisləşməsindən yayınmaq olar. 
  • Həddindən artıq yüklənmədən qaçmaq üçün həkim professional şəkildə tanıdığı tibb bacısı və ya sağlamlıq ziyarətçisi (sosial işçi) ilə komanda yarada bilər. 
  • Zaman keçdikcə psixiatr ilə konsultasiya mümkün ola bilər. O xüsusilə diaqnozun qeyri-müəyyən olaraq qaldığı, müalicənin kömək etmədiyi və ya xəstənin yanaşı olaraq ciddi psixi pozuntusu olduğu hallarda düşünülməlidir. 
  • Ümumi terapevtlə müalicə münasibətləri xəstənin psixiatra yönəldilməsindən sonra belə davam etməlidir. 
  • Xüsusilə həyat vəziyyətinin tələb etdiyi zaman müvafiq məqamda qısa xəstəliklə əlaqədar məzuniyyətin verilməsi bəzən göstərişdir. 

Farmakoterapiya

  • Somatikləşmiş pozuntusu olan xəstədə dərman müalicəsi əsasən yanaşı olaraq rast gəlinən psixi xəstəliyin (məsələn, təşviş, depressiya) menecmenti üçün düşünülməlidir. 
  • Bəzi tədqiqatlarda antidepressantların (SİUSİ) məsələn, somatoform pozuntuların müalicəsində pozitiv effektlərinin olması qeyd olunmuşdur. 
  • Farmakoterapiya psixi vəziyyətin qiymətləndirilməsilə kombinasiya olunmalıdır.
  • Dərman müalicəsinin müşahidəsi üçün görüşlər elə təşkil olunmalıdır ki, yalnız dərman müalicəsinin müalicəsi deyil, lakin həmçinin psixososial sualların müzakirəsinə vaxt olsun.

Psixoterapiya

  • Koqnitiv davranış terapiyası
    • Fərdi və ya qrup şəklində təşkil edilmiş koqnitiv davranış terapiyası faydalı ola bilər. 
    • Xəstə ilə tibbi problemlərdə diqqətini saxlayan faktorlarını, yayınma davranışını, xəstəliyin varlığına inancı və simptomların təhrif olunmuş şəkildə interpretasiya edilməsini öyrənin. Bu tipli yanaşmanın məqsədi şəxsin xəstəlik davranışını dəyişməkdir. Əksər hallarda xəstə koqnitiv davranış terapiyasına yönəldilməni dərmn terapiyasına nisbətən daha kəskin qəbul edir. 
  • Xəstənin ciddi travmatizasiyası təyin edildikdə travma terapiyası.
  • Suqqessiv terapiya və dinamik fərdi və ya qrup terapiyası. 
    • Konversion pozuntuların diaqnostika və müalicəsində hipnoz istifadə olunmuşdur. 
    • Konversion pozuntunun müalicəsində bəzən intensiv psixodinamik terapiya düşünülə bilər. 
    • Cütlük və ailə terapiyası faydalı ola bilər (əgər simptomların ailə ilə bağlı problemlərin bir hissəsi olması aşkar edilərsə). 
  • Digər qeyri-dərman müalicələr
    • Xronik yorğunluq sindromunda tədricən və rəhbərlik altında artırılan fiziki məşqlər tez-tez ən yaxşı müalicə formasıdır. Əsas xətt xəstənin ən pis günləri səviyyəsində təyin edilməlidir. 
    • Konversion pozuntuda əgər xəstə uzun müddət hərəkətsiz qalmışdırsa fizioterapiya lazım ola bilər və bəzən o kəskin hallarda yeganə müalicə metodu kimi kifayət edə bilər.  Pixoloji fizioterapiya psixoloji və somatik müalicə arasında əlaqə vasitəsi kimi yaxşı işləyir.
    • Relaksasiya metodları, giogeriyə cavab təlimi və meditasiya uyğun tamamlayıcı müalicə metodlarıdır. 

Müvafiq mənbələr

  • Koxran icmallar
  • Ədəbiyyat

 

Barsky AJ, Orav EJ, Bates DW. Somatization increases medical utilization and costs independent of psychiatric and medical comorbidity. Arch Gen Psychiatry 2005 Aug;62(8):903-10. "?>