Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Eozinofilik pnevmoniya

Mündəricat

Eozinofilik pnevmoniya

EBM Klinik protokolları
09.04.2016 • Sonuncu dəyişiklik 27.11.2015
MinnaPurokivi

 

 

Əsasları

  • Eozinofilik pnevmoniyalar ağciyər eozinofiliyası, ağciyər infiltratları və/və ya disfunksiyası və çox zaman qanda eozinofiliya ilə xarakterizə olunan heterogen xəstəliklər qrupudur.
  • Eozinofilik pnevmoniyalar idiopatik, digər xəstəliklərlə əlaqəli yaxud digər bilinən faktorlarla əlaqəli ola bilər.
  • Klinik olaraq xəstəlik kəskin, xronik və hətta həyati təhlükəli ola bilər.
  • Aşağıdakı hallarda xəstədə eozinofilik pnevmoniyanın olması barədə düşün
    • Müalicəyə cavab vermir
    • Eozinofiliya müşahidə edilir
    • Yayılmış simptomlarla gedir, məs kardiak simptomlar və səpgi.

Təsnifatı

  • Eozinofilik pnevmoniyalar aşağıdakı kimi təsnif olunur
    • idiopatik
    • ikincili
    • digər xəstəliklərlə əlaqəli.

Simptomları

  • Öskürək, kəsici sinə ağrısı, dispnoe
  • Qızdırma
  • Xəstəliyin xroniki formalarında çəki itirilməsi və yorğunluq

İdiopatik eozinofilik pnevmoniya

Kəskin eozinofilik pnevmoniya

  • Simptomlar cavan sağlam yetkin şəxsdə bir neçə gün ərzində inkişaf edir.
  • Siqaretçəkmə vərdişlərinin dəyişməsi ilə əlaqəli ola bilər, lakin xəstələrin üçdə biri siqaretçəkən deyil.
  • Tənəffüslə daxil olan bir çox maddələrə məruz qaldıqdan sonra yarana bilər (siqaretçəkmə yaxud tüstü, torpaq (bitki köçürən zaman), toz (evi təmizləyən zaman), və s.).
  • Döş qəfəsinin rentgenoqrafiyasında adətən ləkəli zədələnmələr aşkar edilir və plevral maye də müşahidə edilə bilər.
  • Leykositoz, lakin eozinofiliyanın olması vacib deyil.
  • Çox vaxt hipoksemiya vardır.
  • Diaqnoz ağciyərlərin yüksək görüntü imkanlı komputer tomoqrafiyası və bronxoalveolyar lavajla (BAL) bronxoskopiya vasitəsilə dəqiqləndirilə bilər.
  • Qlükokortikoidlərə (məs, yavaş - yavaş dozanı azaltmaqla 1 - 2 mq/kq/gün prednisolone 6 - 8 həftəyə) sürətli cavab vardır.
  • Residivlər yoxdur.

Xroniki eozinofilik pnevmoniya

  • Simptomlar bir neçə həftə və ay ərzində yavaş - yavaş inkişaf edir.
  • Xəstəlikdən əvvəl adətən astma yaxud xroniki sinus problemləri vardır.
  • Döş qəfəsinin rentgenoqrafiyasında yerini dəyişə bilən bir və ya bir neçə ləkəli infiltrasiyalar vardır.
  • SRZ, EÇS və çox zaman IgE yüksəlmişdir, neytrofiliya, anemiya, çox zaman eozinofiliya vardır.
  • Diaqnoz ağciyərlərin yüksək görüntü imkanlı komputer tomoqrafiyası və bronxoalveolyar lavajla (BAL) bronxoskopiya vasitəsilə dəqiqləndirilə bilər.
  • 0.5 mq/kq dozada qlükokortioid müalicəsi (məs, prednisolone) bir həftə ərzində rentgenoqrafiyadakı dəyişiklərin sorulmasına səbəb olur. Dozanı azaltmaqla davam edən müalicə 6 - 12 ay müddətinə qədər aparılmalıdır.
  • Xəstələrin yarısından çoxunda xəstəliyin residivləri baş verir.

Hipereozinofilik sindrom

  • Qanda eozinofil səviyyəsi 1.5 × 109/l-i keçir və klinik əhəmiyyətli orqan zədələnməsi vardır.
  • Ağciyərlərə əlavə olaraq ən çox cəlb edilən hədəf orqanlar bunlardır:
    • ürək: aritmiyalar, ürək çatışmazlığı, qapaq xəstəliyi, perikardit, tromboembolizm
    • sinir sistemi: periferik sinirlərin zədələnməsi, neyropatik ağrı, hemiplegiya
    • dəri: müxtəlif tipli səpgilər.

İkincili eozinofilik pnevmoniya

  • Dərman, parazit, mikobakteriya infeksiyası, göbələk (allergik bronxopulmonar aspergilloz), radioterapiya yaxud toksik maddələr (məs, inhalyasiya edilmiş narkotik maddələr) səbəbli ola bilər.
  • Dərman reaksiyasının simptomları bir neçə saat ərzində yarana bilər, lakin adətən dərmanın qəbulunun başlanmasından bir neçə həftə və ya ay sonra yaranır.
  • Döş qəfəsinin rentgenoqrafiyasında adətən ləkəli zədələnmələr aşkar edilir; plevral maye də müşahidə edilə bilər.
  • Müalicə etiologiyadan asılıdır. Dərmana qarşı reakasiyadan şübhələnilirsə müalicənin ilkin mərhələsi həmin dərmanın qəbulunun dayandırılmasıdır.
  • Simptomlar ağır dərəcəlidirsə qlükokortikosteroidlər göstəriş ola bilər.

Digər xəstəliklərlə əlaqəli eozinofilik pnevmoniya

Poliangiitli eozinofilik qranulomalar (Çurq-Straus)

  • Vaskulitlərə bax .
  • Xəstələrdə çox zaman ağır dərəcəli astma və allergik rinit vardır.
  • Biopsiya materiallarında  eozinofilik arteriit və qranulomalar aşkar edilir.
  • Xəstələrin 40%-də ANCA anticismləri (antineytrofil sitoplazmatik anticismlər) pozitivdir.
  • İlkin olaraq oral qlükokortikosteroidlərdən istifadə edilməlidir.

Birləşdirici toxuma xəstəlikləri və bədxassəli şişlər

  • Qlükokortikoidlərlə müalicəyə cavab yaxşı deyilsə bədxassəli törəmə barədə düşünmək lazımdır.
  • Müayinələr: klinik müayinələr, mammoqrafiya, ginekoloji müayinə; KT çəkilməlidir.

Müvafiq resurslar

  •  
  •  
  •  
  •  
  • Ədəbiyyart
  •  

Cottin V. Idiopathic eosinophilic pneumonias. European Respiratory Monograph 2011;54:118-139Camus P. Drug-induced respiratory disease website: www.pneumotox.com