Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Plastik cərrahiyyə tələb edilən zədələnmələr

Mündəricat

Plastik cərrahiyyə tələb edilən zədələnmələr

EBM Klinik protokolları
09.05.2017 • Sonuncu dəyişiklik 09.05.2017
HannuKuokkanen

Üz zədələnmələri 

  • Şəxsin üzünün maşının ön şüşəsinə dəyərək zədələnməsi kimi üz zədələnmələri birincili plastik cərrahiyyə tələb edir. İlk öncə yara cərrahi işlənir və daha sonra çox diqqətlə qapanır.
    • NB: “Yol səpgisi” zədələnməsi (yol - nəqliyyat travması)  yerli/ümumi anesteziya istifadə edərək mütləq zədələnmədən dərhal sonra təmizlənməlidir.
  • Üz sümüklərinin zədələnmələri üz - çənə cərrahları tərəfindən müalicə edilməlidir.
  • İt dişləməsi kimi üz dərisinin və yumşaq toxumaların zədələnmələri yaranın diqqətli yoxlanmasını və dərhal rekonstruksiyasını aparan bir plastik cərrah tərəfindən müalicə olunmalıdır.  
  • Üzün odlu silahla yaralanmaları neyrocərrah və üz - çənə cərrahı daxil olan komanda ilə birlikdə  ilk növbədə bir plastik cərrah tərəfindən müalicə edilməlidir.  Zədələnmələr diqqətlə yoxlanmalıdır. Rekonstruksiya təxirəsalınmaz qaydada aparılır. Əksər hallarda sərbəst mikrovaskulyar loskutlar istifadə olunur. Adətən, odlu silah zədələnmələrinə çoxsaylı reksontruksiya müdaxilələri tələb olunur. 

Replantasiya

Aşağı ətrafın və gövdənin ağır zədələnmələri 

Odlu silah, partlayış zədələnmələri və ağır cırılmış yaralar

Termiki zədələnmələr və korroziv maddələrlə zədələnmələr 

  • Kiçik birinci və ikinci dərəcəli səthi yanıqlar ilkin səhiyyə xidməti çərçivəsində müalicə edilə bilər. Dərin ikinci və üçüncü dərəcəli yanıqlar  qiymətləndirilmə üçün bir plastik cərraha göndərilməlidir.   
  • Ağır yanıqların (məsələn, maye terapiyası tələb edən yanıqlar, əllərin, üzün və cinsiyyət orqanlarının yanıqları) müalicəsi ölkə və ya bölgə üzrə bir, yaxud bir neçə müəssisədə mərkəzləşdirilə bilər.
  • Əl və ayaq barmaqlarının, ətrafların həyat qabiliyyətini təhlükəyə alan ağır donvurmalar bəzi hallarda trombolitik terapiya ilə müalicə edilir. Pasiyentlər təcili olaraq qiymətləndirmə üçün göndərilməlidirlər.
  • Turşu və qələvi səbəbindən baş verən zədələnmələr bol miqdarda su ilə yuyulmalı və pasiyentlər təcili olaraq qiymətləndirmə üçün plastik cərraha göndərilməlidir. 
  • Sitotoksik dərmanlar və kontrast vasitələrdən baş verən ekstravazasiyalar toxumanın daxili lavajı ilə müalicə edilə bilər. Ağır hallarda pasiyent təcil olaraq qiymətləndirmə üçün plastik cərraha göndərilməlidir.
  • Çapıq korreksiyaları adəti plastik cərrahiyyə əməliyyatlarıdır. Ümumi praktika həkimi (ailə həkimi, poliklinika terapevti) Z-plastika və ya digər çapıq korreksiyası prosedurlarını aparmamalıdır. Əksər çapıqlar yerli anesteziya altında korreksiya olunur.  Zədələnmədən 6 ay keçməyənə qədər çapıq korreksiya edilməməlidir. Əgər oynağın açılmasına, ağızın açılmasına və ya gözün bağlanmasına mane olursa çapıq nəzərdən keçirilməli və ləngimədən rekonstruksiya aparılmalıdır.

Keloidlər. Keloidlər üçün məqaləyə baxın.