Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Yaşlılarda funksional vəziyyətin dəyərləndirilməsi

Mündəricat

Yaşlılarda funksional vəziyyətin dəyərləndirilməsi

EBM Klinik protokolları
04.08.2017 • Sonuncu dəyişiklik 04.08.2017
HarrietFinne-Soveri

Funksional qabiliyyətin və qulluq ehtiyaclarının dəyərləndirilməsi 

  • Yaşlılarda fiziki, qavrama və psixoloji funksiyaların dəyərləndirilməsində müxtəlif ölçümlər istifadə olunmuşdur. Bu ölçmə üsullarının seçilməsi bunun tətbiq ediləcəyi insanlar qrupundan (evdə sərbəst yaşayan və ya evdə xidmətin dəstəyi, inkişaf etmiş xidmətlərlə yardımlı həyat təsisinin nümayəndələri ilə birgə qalan yaşlılar) və ölçümlərin istifadəsinin məqsədi qədər onların qiymətləndirmə dəyişkənliklərindən (funksional çatışmazlıqların görüntülənməsi, qulluq ehtiyaclarının dəyərləndirilməsi, müalicə və ya reabilitasiya nəticələrinin dəyərləndirilməsi) asılıdır. 
  • Bu ölçümlərdən istifadə olunması, xəstə ilə sərbəst edilən söhbət zamanı onun dinlənilməsini və normal reportajı əvəz etmir.
  • Ölçüm şkalaları istifadə olunmalıdır:
    • pasiyentin fərdi ehtiyaclarının müəyyənləşdirilməsi kontekstində funksional ehtiyaclarının qiymətləndirilməsi  (bu zaman funksional vəziyyət  ən az gündəlik fəaliyyətdə funksional vəziyyət, qavrama və psixososial funksional vəziyyət nəzərə alınaraq çoxistiqamətli yanaşma ilə qiymətləndirilir)
    • müntəzəm evdə qulluğa olan ehtiyacın dəyərləndirilməsi
    • yardımlı həyat təsisi kimi gecə-gündüz qulluğun dəyərləndirilməsi.
    • funksional çatışmazlıqların və xəstəliklərin görüntülənməsi, misal üçün:
      • gündəlik əsas və instrumental aktivliklər: Bartrel, Lavton, Brodi 
      • qavrama funksiyası :CERAD,MMSE: bax
      • depressiya:GDS, CERAD;aşağıya bax 
    • (məs. fiziki funksiyalar: Bartrel, Lavton, Brodi; qavrama funksiyaları: CERAD,MMSE; depressiya: GDS,CERAD;aşağıya bax) onların təsirlərinin  reabilitasiya, idarə olunma və təqibi üçün yerləşdirmə hədəfləri (Bartrel,Lavton,Brodi) 
    • ev şəraitində yaşlı şəxslərin fiziki vəziyyətinə uzunmüddətli nəzarət, uzunmüddətli qulluq və müxtəlif şərtlər daxilində qulluğun effektivliyinin müqayisə olunması (məs, RAİ alətləri)
    • epidemioloji araşdırma.
  • Müxtəlif şkalalarla müxtəlif funksiyalar təyin olunur. Funksional vəziyyət hələ də yaxşı qorunmuşsa, erkən mərhələdə yaddaş pozulmasının və ya funksional pisləşmənin müəyyənləşdirilməsi ölçmə üsullarının seçimini vurğulamışdır. Funksional vəziyyət pisləşibsə, gündəlik fiziki fəaliyyətin idarə oluna bilməsi bacarığının əhəmiyyəti artır.

Funksiyaların şkalası 

  • Bartel indeksi (cədvəl) evdə yaşayan yaşlıların qiymətləndirilməsi üçün geniş istifadə olunur.
    • Şkala asandır, cəld istifadə olunur və yaxşı təsdiqlənir. Bu fiziki funksiyanın dəyişiklikləri üçün etibarlıdır və yüngül dərəcədə həssasdır.
    • Bartel indeksi evdə xidmət olunan yaşlılarda  funksional qabiliyyətlərinin və stasionar yardıma ehtiyacın olmasının, reabilitasiyanın effektivliyinin dəyərləndirilməsinin bəzi əhatə dairəsində istifadə oluna bilər. Bu şkala skandinaviyalı heriatriya üzrə professorların ortaq bəyannaməsi və funksiyaların dəyərləndirilməsi və ölçülməsi sahəsində Finlandiya ekspert şəbəkəsi tərəfindən tövsiyə olunmuşdur.
  • IADL funksiyasını ölçən müayinələr (işləyərək ( gündəlik instrumental aktivliklər), xüsusilə evdə xidmətdə olan şəxslərin funksional pisləşməsini dəyərləndirmək üçün istifadə oluna bilər. Lavton və Brodi IADL müayinələri tez - tez istifadə olunur (cədvəl ).
Bartel Indeksi – fiziki funksiyanı ölçən şkala 
1. Qidalandırma Sərbəst yeyə bilmir 0

Kəsmək, yağ çəkmək və s. köməyə ehtiyacı olmaq və dəyişdirilmiş dietaya olan tələbat

5
Sərbəst 10
2. Daşınır (yataqdan kresloya və geri)  Bacarmır, oturma tarazlığı yoxdur
  1. 0
Çox kömək (bir və ya iki adam, fiziki), otura bilir 5
Az kömək (sözlə və ya fiziki) 10
Sərbəst 15
3.Saçın, saqqalın baxımı Şəxsi qulluqda köməyə ehtiyac

0

Səbəst üz/saç/dişlər/təraş (avadanlıqlar təmin edilir)  5
4. Tualet istifadəsi Asıldır 0
Bəzi köməyə ehtiyacı var, lakin bəzi şeyləri təkbaşına edə bilir 5
Sərbəst ( tualetdə oturmaq və qalxmaq, geyinmək, yuyunmaq) 10
5. Duş qəbul etmək Asılıdır
  1. 0
Sərbəst (və ya duşda) 5
6. Səthi dərəcələrdə hərəkətlilik Hərəkətsiz və ya <50 m
  1. 0
Oturacaq stoluna bağlı olmamaq, bucaqlar da daxil olmaqla > 50 m 5
Bir nəfərin köməyi ilə gəzmək (sözlə və ya fiziki) > 50 m 10
50 m sərbəst gəzə bilir, nədənsə istifadə edə bilər, məs. əsa) 15
7. Pilləkənləri qalxma və ya enmə Pilləkənkənləri qalxıb - düşə bilmir
  1. 0
Köməyə ehtiyacı var (sözlə və ya şəxsi daşımağa kömək edərək) 5
Sərbəst 10
8. Geyinmək və soyunmaq Asılıdır
  1. 0
Köməyə ehtiyacı var , lakin yarı köməklə də edə bilər 5
Sərbəst (düymələr. zəncirbəndlər, ayaqqabı iplikləri və s. daxil olmaqla) 10
9.Bağırsaqlar Nəcis saxlamazlıq (və ya düz bağırsaq lavajının verilməsinə ehtivacın olması)
  1. 0
Nadir hadisə 5
Nəcis ifrazını saxlaya bilmək  10
10.Sidik kisəsi Sidik saxlamazlıq və ya kateterizasiya olunmuş və tək başına edə bilməmək 
  1. 0
Nadir hadisə 5
Sidik ifrazını saxlaya bilmək 10
maksimum 100 bal
IADL şkalası (Gündəlik instrumental aktivliklər), Lavton və Brodi
1. Telefon istifadə edə bilmək 1

 Özünün təşəbbüsü ilə telefonu işlətmək; telefona baxmaq və nömrələri yığmaq və s.

1 Yaxşı bildiyi az saylı nömrələri yığmaq
1 Telefona cavab vermək, lakin zəng etmək üçün istifadə etməmək
0 Heç bir halda telefon istifadə etməmək
2.Alış - verış  1 Sərbəst olaraq bütün ehtiyacı olduğu alış - verişi icra etmək 
0 Yalnız kiçik bazarlıqlarda sərbəst alış - veriş etmək
0 Hər hansı bir ticari səyahətə qoşulmaq ehtiyacı
Tamamilə alış - veriş qabiliyyətinin olmaması 
3. Yemək hazırlamaq 1 Plan qurmaq, hazırlamaq və yeməkləri adekvat servis etmək sərbəst şəkildə yerinə yetirilir 
0  Əgər xörəyə atılacaq olan məhsullar təmin edilibsə adekvat şəkildə yeməyi hazırlamaq 
0  Hazırlanmış yeməyi isitmək və servis etmək və ya xörək hazırlamaq , lakin adekvat dieatanı qoruyub saxlaya bilməmək 
0 Xörəyin hazırlanmasında və servis edilməsində köməyə ehtiyacı var
4. Evi təmizləmə 1 Evi təmizləməni sərbəst  və ya nadirən kiminsə köməyi ilə icra etmək (məs. "ağır iş"-xidmətçinin köməyi )
1 Qabları yumaq və ya çarpayını hazırlamaq kimi yüngül gündəlik işləri icra etmək 
1 Gündəlik işləri icra etmək, lakin qəbul olunmuş təmizlik səviyyəsini qoruyub saxlaya bilməmək
1 Ev işlərinin icrasında köməyə ehtiyacı olmaq
0 Hər hansı bir ev işində işin görülməsində iştirak etməmək 
5.Paltar yuma 1 Şəxsi paltarlarını tam şəkildə yumaq 
1 Kiçik şeyləri yumaq - corabları , kalqotkaları suya çəkmək və s.
0 Bütün çamaşırxana işləri başqaları tərəfindən edilməlidir 
6. Daşınma üsulu  1 İctimai nəqliyyat vasitələri ilə və ya şəxsi maşını ilə sərbəst olaraq səyahət etmək 
1 Şəxsi səyahətini taksi ilə planlaşdırmaq, lakin bundan başqa ictimai nəqliyyat vasitəsindən istifadə etməmək 
1  Digərləri tərəfindən müşayiət edilirsə və ya digərləri də qoşulursa ictiami nəqliyyatla səyahət etmək 
0 Digər şəxsin müşayiəti ilə taksi və ya maşınla səyahətin məhdudlaşdırılması
0 Ümumiyyətlə səyahət etməmək
7. Şəxsi dərmanlarını qəbul etmək cavabdehliyi 1 Vaxtlı - vaxtında dəqiq dozalarla dərmanları qəbul edə bilirmi 
0 Dərmanlar ayrıca dozalar şəklində hazırlandığı halda onları qəbul edə bilirmi
0 Şəxsi dərmanlarını tərifinə görə hazırlamaq qabiliyyətinə  malik deyil 
8. Maliyyəni idarə etmək bacarığı 1  Maliyyə işlərini sərbəst şəkildə idarə edirlər ( büdcə, çek yazmaq, kirayə və hesab pulunu ödəmək, banka getmək), pul yığırlar və gəlir yolunu izləyirlər.
1 Gündəlik bazarlıqları idarə edirlər, lakin bank işində, əsas bazarlıqlarda və s.-də köməyə ehtiyacları var.
0 Pulu idarə etmək qabiliyyətləri yoxdur 

 Yaddaş və məlumat prosesləri üçün müayinələr

  • Qavrama funksiyası xəstəxanadan kənarda müalicə edilən xəstənin məs. KRVM ( Kiçik Ruhi Vəziyyətin Müayinəsi) tərəfindən qəbulu zamanı dəyərləndirilə bilər . Müayinə demensiya üçün spesifik deyil: misal üçün, kəskin delirium qiymətləndirməyə təsir edə bilər. Müayinə disfaziyası olan xəstələr üçün uyğun deyil.  Müayinənin çox erkən mərhələdəki diaqnostika üçün həssaslığı adekvat deyildir.
  •  Yaddaş xəstəliklərinin diaqnostikasında və müalicəsində daha inkişaf etdirilmiş müayinələr, həssaslığı daha yüksək metodlar istifadə olunmaqdadır. Bunlardan biri də yüngül qavrama pozulmasını görüntüləmək üçün istifadə oluna bilən CERAD-dır.
  • Bu müayinələrdən heç biri müalicənin effektivliyini dəyərləndirnək üçün yetəri qədər həssaslıqda deyil. Bu məqsədlə daha çox həssaslıqlı ölçümlərə ehtiyac var, məs. ADAS - Cog və ya ADCS - ADL. Bu ölçümlərin istifadəsi müayinə olunacaq şəxsin müayinədə aktiv şəkildə iştirakını tələb edir.

Depressiyanın görüntülənməsi 

  • Depressiyanı görüntüləmək üçün  bir çox müayinələr istifadə olunmuşdur. Ən çox istifadə olunanlardan biri Qocalıq Depressiya Görüntüləmə Şkalasıdır (QDŞ), cədvələ bax .
    • Bu müayinə depressiyanın müalicə effektlərinin təqibi üçün formalaşdırılmamışdır.  Bu məqsədlə məs, Montgomery - Asberq Depressiya Nisbəti Şkalası (MADNŞ) istifadə oluna bilər.
    • QDŞ müayinəsi demensiyalı xəstələr üçün uyğun deyil. Onlar məs. Kornel müayinəsi ilə görüntülənə bilərlər.
Qocalıq depressiyası görüntüləmə şkalası,QDŞ
Xəstələri təlimatlandırır: Gündəlik ruh halı, davranışlar və hisslərlə bağlı suallar vardır. Xahiş edirik ki, keçən həftə hiss etdikləriniz barədə ən yaxşı cavabı seçin. Mən sualları oxuyacam və sizin "bəli" və ya "yox" cavabınızı verməyinizi istərdim.
Bəli Xeyr
1. Sən həyatından razısanmı? 0 1
2. Sizin aktivliklərinizin və maraqlarınız çoxu azalıbmı? 1 0
3. Sən həyatının bomboş olmasını hiss edirsənmi ? 1 0
4. Sən həmişə nədənsə sıxılmış hiss edirsənmi? 1 0
5. Sən gələcəklə bağlı ümidlisənmi? 0 1
6. Sən beynindən çıxarda bilmədiyin fikirlərlə narahat olursanmı? 1 0
7. Sənin bir çox vaxtlarda əhvalın xoş olurmu? 0 1
8. Sən qorxursanmi ki, sənin başına nəsə pis bir şey gələcək? 1 0
9. Sən bir çox vaxtlarda özünü xoşbəxt hiss edirsənmi? 0 1
10. Sən tez - tez özünü köməksiz hiss edirsənmi? 1 0
11. Sən tez - tez özünü narahat və dincəlməmiş hiss edirsənmi? 1 0
12. Sən evdən çıxmaq və nəsə bir işlə məşğul olmaqdansa evdə qalmağa üstünlük verirsənmi? 1 0
13. Sən tez - tez gələcəklə bağlı narahat olursanmı? 1 0
14. Sən əvvəlkindən daha çox yaddaş problemlərinin olduğunu hiss edirsənmi? 1 0
15. Sən indi həyatda qalmağın mükəmməl olduğunu düşünürsənmi? 0 1
16. Sən tez - tez özünü məyus və hüznlü hiss edirsənmi? 1 0
17. Sən indi olduğun yolun olduqca dəyərsiz olduğunu hiss edirsənmi? 1 0
18. Sən keçmişlə bağlı çox narahatsanmı? 1 0
19. Sən həyatı çox həyəcanla dolu zənn edirsənmi? 0 1
20. Sənə yeni layihələrə başlamaq çətindirmi? 1 0
21. Sən özünü enerji dolu hiss edirsənmi? 0 1
22. Sən özünün vəziyyətini ümidsiz hesab edirsənmi? 1 0
23. Sən düşünürsənmi ki, bir çox insanlar səndən daha yaxşı vəziyyətdədir? 1 0
24. Sən tez - tez xırda şeylərdən ruh düşkünlüyü yaşayırsanmı? 1 0
25. Sən tez - tez ağlamaq istəyirsənmi? 1 0
26. Sənin diqqəti toplamaq çətinliyin varmı? 1 0
27. Sən səhər tezdən durmaqdan həzz alırsanmı? 0 1
28. Sən ictimai yerlərdə olmaqdan uzaq durmağa üstünlük verirsənmi? 1 0
29. Sənin üçün qərar vermək çətindirmi? 0 1
30. Zehnin əvvəllər olduğu qədər açıqdırmı? 0 1
Ümumi qiymətləndirmə 0–10 Normal
11–20 l dərəcəli depressiya
21–30 Ciddi depressiya

Yaddaş pozulmaları olan xəstələrdə davranış simptomlarının dəyərləndirilməsi

  • Yaddaş pozulması olan xəstələrdə davranış simptomları ənənəvi qulluğa ehtiyacın əhəmiyyətli göstəriciləridir (yardımlı həyat təsisinə müraciət).
  • Davranış simptomlarının meydana çıxması yaddaş pozulmalarının farmakoloji və digər müalicə üsulları ilə təqibi zamanı dəyərləndirilir.
  • Neyropsixiatrik Qeydiyyat (NPQ) bu mövzuda faydalı müayinədir.

İctimai qabiliyyətlərin dəyərləndiirilməsi

  • İctimai qabiliyyətləri dəyərləndirən azsaylı ölçümlər vardır.  İctimai Hazırlıq Şkalası (İHŞ) yalnızlıq və dəyişən ictimai şəbəkələri nəzərə almaqla tətbiq edilə bilər.

Çox istiqamətli ətraflı dəyərləndirmə avadanlıqları

  • Funksional Yetərsizlik və Sağlamlıq Beynəlxalq Klassifikasiyası (FBK) xəstəliyin və ya zədələnmənin nəticəsinin şəxsin həyatına necə təsir etdiyini təsvir edir .
  • RAI sistemi şəxsi əhatəli dəyərləndirməyə və  ona əsaslanan bir qulluq planına əsaslanaraq xidmət keyfiyyətini və maliyyəti müəyyənləşdirmək üçün bir sistemdir. 
  • Hər iki sistemin istifadəsi təcrübə tələb edir və xəstəxanadan kənarda müalicə edilən xəstələrin qəbulu zamanı  istifadə edildikdə , müayinə üçün ayrıca bir vaxtın ayrılması tövsiyyə edilir. 

Əlaqəli mənbələr

  • Koxreyn baxış-icmallar
  • Digər sübutların icmalı
  • Ədəbiyyat

Ədəbiyyat

  1. Mahoney FI, Barthel DW. Functional evaluation: The Barthel Index. Md State Med J 1965 Feb;14():61-5.
  2. Lawton MP, Brody EM. Assessment of older people: self-maintaining and instrumental activities of daily living. Gerontologist 1969 Autumn;9(3):179-86.
  3. Yesavage JA, Brink TL, Rose TL, Lum O, Huang V, Adey M, Leirer VO. Development and validation of a geriatric depression screening scale: a preliminary report. J Psychiatr Res 1982-1983;17(1):37-49.