Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
döşlə qidalandırma: tövsiyələr və çətinliklər

Mündəricat

döşlə qidalandırma: tövsiyələr və çətinliklər

EBM Klinik protokolları
14.08.2017 • Sonuncu dəyişiklik 14.08.2017
HetaKolanenOutiTammela

Əsas məqamlar

  • İlk günlərdən başlanan və körpənin tələbinə görə olan əmizdirmə (körpənin istəyi ilə olan əmizdirmə) döşlə əmizdirmənin uğurlu olması üçün daha vacibdir: tez-tez əmizdirmə ana orqanizimində süd istehsalının artmasına təkan verir.
  • Əmizdirmənin müvəffəqiyyətini qiymətləndirərkən aşağıdakıları nəzərə almalıyıq: əmizdirmə seanslarının tezliyi və müddəti, körpənin döşü götürməsi üçün onun düzgün mövqeyə gətirilməsi, döş əmizdirmə texnikası, əmzidirmənin effektivliyi, sorma (udma) səslərinin (“marçıltının”) eşidilməsi və ananın döşlə əmizdirmə ilə bağlı olan həyat təcrübəsi.
  • Əgər körpə yalnız döşlə əmizdirilirsə və ana südünün miqdarı yetərli deyilsə, bu zaman onda hipernatremik dehidrasiyanın inkişaf riski yaranır. Valideynlərə səmərəli əmizdirməni və körpənin qidalanma rejiminin saxlanılmasını, sidik və defekasiyanın tezliyini və zəruri hallarda isə körpənin çəkisinin ölçülməsini yaxından izləmək tövsiyə edilməlidir.
  • Əgər körpə 24 saat ərzində 6 dəfədən az (təkrar olunan qidalanma intervalı 4 saatdan birdir) qidalanırsa (körpənin istəyi ilə edilən ekzklyüziv döşlə əmizdirlmə hallarında)-körpə çəkisinin çox diqqətlə aparılan monitorinqi  təşkil edilməlidir.
  • Əgər körpəyə əlavə qidalandırma tələb olunarsa, onda ilkin olaraq döşlə əmizdirmə təklif edilir və yalnız əmizdirmədən sonra əlavə qida verilr. Əvvəlcədən anadan sağılmış süd əlavə qidalanma seçimidir.
  • Ana-körpə dəri təması döşlə əmizdirmənin uğurlu olmasına təkan verir.

Ümumi məlumat

  • Ana doğuş zamanı artıq zülalla zəngin olan kolostrum (molozivo) istehsal edir. Kolostrum (molozivo), erkən mərhələdə və körpənin istəyinə görə qidalandırılmasına icazə verildiyi təqdirdə, qida ehtiyacını yerinə yetirmək üçün kifayətdir.
  • Sağlam, normal müddətli hamiləliklə doğulmuş körpə kifayət qədər yağ və qaraciyər glikogeni  ehtiyatına malikdir.
  • Doğumdan bir neçə gün sonra, ananın qanında progesteron miqdarı azalır və prolaktin artır. Laktasiyanın ikinci mərhələsi başlanır və süd "gəlir".
  • Körpənin istəyi və tez-tez əmizdirmə laktasiyanı sürətləndirəcəkdir.
  • Bu mərhələdə süd istehsalı gecikmişdirsə, gecikmə səbəbi müəyyənləşdirilməlidir və körpəyə lazımi qədər əlavə qida verilməlidir.
  • Körpə eksklyüziv olaraq ana südü ilə qidalanırsa, kifayət olan miqdarda qidalanmasına əmin olmaq lazımdır: Hər 24 saatda 0-24 saat, 72-96 saat və 7 günlük yaşında olduqda körpənin yaş pamperslərin miqdarları uyğun olaraq təxminən 2, 5 və 7-dir. Eyni yaşlarda nəcis olan pamperslərin miqdarı adətən hər 24 saat ərzində 3, 4 və 6 arasındadır"?>. Beynəlxalq təşkilatların təlimatlarına əsasən döşlə uğurla qidalanan yenidoğulmuş körpələr 1-ci gündən sonra gündəlik ən azı 3 dəfə defekasiya edəcək və 4- cü gündək ən azı 6 dəfə sidiyə gedəcəkdir "?>.
  • Hipoqlikemiya inkişafı riski olan yeni doğulanlar üçün profilaktik tədbirlərin aparılması vacibdir (aşağıdakı siyahiya bax). Kifayət qədər qida məhsullarının qəbulunu təmin etmək üçün yenidoğulmuşların uyğun tezliklə döşlə əmizdirlməsi və çəkisinin monitorinq edilməsi (mümkündür ki, qidalanmadan əvvəl və sonra) lazımdır, lazımi hallarda isə körpəyə əlavə qida verilməsi təmin edilir (vaxtından əvvəl doğulmuş və / və ya xəstə körpələrə isə zəruri hallarda nazogastrik boru vasitəsilə ana südü verilməsi  də bura daxildir).
  • Yenidoğulmuşlarda hipoqlikemiyanın risk faktorları:
    • ana tərəfindən (gestational) diabet və ya toksemiya
    • Hestatisiya yaşı üçün kiçik / böyük olma 
    • Vaxtından əvvəl doğulmuşlar (37 həftəyə qədər).
    • Çəki fərqi 25% -dən çox olan əkizlər
    • Asfiksiya ilə doğulanlar
    • Ananın böyük miqdarda beta blokatorlar qəbulu
    • Ananın natrium-valproat qəbulu
    • Dölün uşaqlıq daxili inkişafında pozğunluqlar (quru dəri, minimal yağ ehtiyatı, dəri elastikliyinin azalması)
    • Neonatal dehidratasiya (dehidratasiya qızdırması).

Döşlə əmizdirməyə aid tövsiyələr

Düzgün olan əmizdirmə mövqeyi/vəziyyəti

  • bir neçə qəbul olunmuş mövqelər var. Ana sakit və rahat bir olmalıdır ki, effektiv əmizdirməni asanlaşdırsın. Ana və körpə bir-birinə (bədən-bədənə / qarın-qarına) üz-üzə və kifayət qədər yaxın olmalıdır. Ana uşağınının belindən və çiyinlərindən tutaraq onu düzgün vəziyyətdə saxlayır. Döşlə əmizdirmədə çətininlik olan vəziyyətlərdə bəzən ananın arxa üstə uzanaraq, körpənin instinktiv davranışının aktivləşdirilməsinə cəhd etməsi səmərəli ola bilər.

Körpənin döş gilələrini düzgün tutması

  • Körpə başını ananın döşünə tərəf çevirərək və ağzını geniş açaraq döş giləsini axtarmalıdır.
  • İlkin mövqedə körpənin burnu döş giləsi ilə qarşı-qarşıya dayanır.
  • Körpə çənəsini qaldırır və döş giləsini ağız boşluğunun dərinliyinə sorur.
  • Həm döş giləsi və həm də onun ətraf hissəsi körpənin ağızının dərinliyinə sorulur.
  • Körpənin dodaqları bir qədər qabarmalıdır və yanaqları daxilə çox çəkilməməlidirlər (bu ağız boşluğunda kifayət qədər mənfi təzyiq olduğunu göstərir).
  • Döşə qoyma kifayət qədər stabil olmalıdır ki, körpə ritmik olaraq südü sora və uda bilsin, və həmçinin tənəffüs etsin.
  • Döşlə əmizdirmə ana üçün ağrılı olmamalıdır.

Əmzik və qida butulkası

  • Əmizdirmə, qida qəbulundan əlavə, körpəyə xoş bir zövq verir. Mütamadi olaraq keçirilən əmizdirmə seanslarının əvəzinə verilən əmzik, ilk bir neçə həftə ərzində çəkinmək lazımdır, belə ki, əmzikdən istifadə döş vəzisinin stimullaşdırılmasına mənfi təsir göstərir. Bu  isə öz növbəsində ana südü istehsalının azalmasına səbəb ola bilər və nəticədə körpə kifayət qədər qida almaya bilər.
  • Əmziklə və ya qida butulkasından sorma texnikası döşdən süd əmmə texnikasından fərqlənir (bundan başqa butulkadan süd sormaq daha asandır). Buna görə də körpə döşdən sorma texnikasına tamamilə yiyələnməyənə qədər əmzikdən istifadə edilməsi məsləhət görülmür.
  • Sonrakı mərhələdə əmzikdən istifadə edilməsi döşlə uğurla qidalanmaya mane olmur.

Döşlə əmizdirmənin çətinlikləri

  • Döş gilələrinin yastı olması. Daxilə çəkilmiş (inversiya etmiş) döş gilələrinin İki növü var:
    • xaricə çəkilib çıxardıla bilən döş gilələri – onları xaricə doğru cəkmək və ya dartıb çıxarmaq mümkündür.
    • Həqiqi olaraq daxilə inversiya etmiş döş giləciklərini dartıb xaricə çıxarmaq mümkün deyil.
  • Yastı və geri çəkilən döş gilələri hormonal dəyişikliklər səbəbindən hamiləlik dövründə öz-özünə düzələ bilir. Hamiləlik dövründə edilən məşqlərin faydalı olmasını və ya müxtəlif cihazlardan istifadənin müsbət təsirini göstərən heç bir elmi məlumat yoxdur.
  • Körpənin düzgün olaraq döşə qoyulması və əmizdirilməsi texnikasının tətbiqinə dair məsləhət verilməsi vacibdir.
    • Döş giləsinin masaj ilə stimullaşdırılması onun xaricə çıxmasına kömək edə bilər.
    • Həqiqətən tərsinə çevrilmiş (inversiya etmiş) döş gilələrinə baş və şəhadət barmağı ilə döş gilənsinin ətraflarına döş sümüyü istiqamətində (ana yanı üstə uzanır) təzyiq tətbiq edilməlidir ki, döşlə əmizdirmə mümkün olsun. "?>
  • Döş giləsi üzərinə xüsusi örtük qoyulması bəzi hallarda faydalıdır.

Döş gilələrində çatlar

  • Döşlə əmizdirməyə başlayarkən döş gilələrində ağrı, qızarma və kiçik ölçülü suluqlar yarana bilər. Əmizdirmədən sonra döş gilələrini  bir neçə damçı süd ilə silməklə onlara qulluq etmək olar. Bundan əlavə növbəti qidalanma sessiyasından əvvəl yuyulub təmizlənməsinə ehtiyac olmayan xüsusi döş giləsi kremlərindən də istifadə etmək mümkündür.
  • Döş giləsi körpənin ağz boşluğuna kifayət olan dərinlikdə daxil ola bilmirsə:
    • Gilənin əsasında və ya zirvəsində çatlar əmələ gələ bilər;
    • Xaricə maye verən çatlar inkişaf edə bilər;
    • Döşlə əmizdirmə ağrılı olur.
  •  Müalicə aşağıdakılardan ibarətdir:
    • hər qidalanmadan sonra döş giləsi yuyulur və məsələn təmiz mətbəx kağızı ilə qurudulur
    • Döş vəziləri mütəmadi olaraq hava ilə aerasiya edilir;
    • təmiz büstqalter yastıqları qoyulur;
    • zəruri hallarda analgeziya edilir.
  • Ankiloqlossiya (dil yüyəninin qısa olması) istisna edilməlidir, çünki əgər ankiloqlossiya varsa, körpənin döş giləsini ala bilməsi çətinləşəcəkdir.
  • İnfeksiyalaşma nadir hallarda olur, lakin şübhə varsa, çatlaq möhtəviyatı götürülərək müvafiq nəqliyyat qabında analiz üçün göndərilməlidir.

Ana südünun azlığı

  • Ana südünün istehsalı dərman vasitəsi ilə stimullaşdırıla bilər. Əgər ananın xəstələnməsi üzündən süd istehsalı azalırsa və ya vaxtından əvvəl doğulmuş, nazoqastrik boru ilə qidalandırılan körpənin uzun müddət xəstəxanaya yerləşdirilməsi lazımdırsa, dərmandan istifadə edilməsi faydalı ola bilər. Ana südü ilə qidalandırmaq istəyən süd anaları da dərmanlardan faydalana bilər. Metoklopramid  (Metoclopramide) bir seçimdir; mərkəzi sinir sistemində dopamin tədarükünün qarşısını alaraq süd istehsalını artırır. Normal dozası- 10 mq, gündə üç dəfə 10 gün ərzində verilir. Gərəkdirsə, doza daha sonra təkrarlana bilər. Dərmanlara əlavə olaraq, döşlər ya əmizdirmə (effektiv sorma olan döşə götürmə və ya süd verməklə (24 saatda ən az 8 dəfə) kifayət qədər stimullaşdırılmalıdır. "?>
  • Ana südü ilə əmizdirmə təqdir edilməli və dəstəklənməlidir.  Burada ananın ailəsi və uşağın atası çox vacib bir rol oynayırlar. İlikin səhiyyə xidmətini həyata keçirən təcrübəli bir həkim tərəfindən doğuşdan iki həftə ərzində anaya verilən məsləhət, ana südü ilə qidalanma müddətini uzaldır və ana südü ilə əlaqədar problemlərin sayını xeyli azaldır "?".
  • Ana südü istehsalını artıran dərmanların effektivliyinə və təhlükəsizliyinə dair heç bir sübut yoxdur.

Döş vəzilərinin bərkiməsi

  • Doğuşdan bir neçə gün sonra “süd gələndə” döş vəzilərinin bərkiməsi inkişaf edə bilər.
    • Döşlər qırmızı, şişmiş və ağrılı olur və ananın üşütməsi ola bilər. Belə bərkimə nadir hallarda 24 saatdan çox davam edir və vəziyyət iki həftə ərzində tədricən yaxşılaşır.
    • Doğuşdan sonra ilk 24 saat ərzində düzgün əmizdirmə texnikasından istifadə edərək  və müntəzəm olaraq ana südü ilə qidalanma apararaq bərkimənin qarşısını almaq olar.
    • Soyuq kompreslər və soyudulmuş (soyuducudan istifadə edərək) kələm yarpaqları qoyaraq hərarət hissini azlatmaq olar.
  •  Müalicə, ya ana südü ilə qidalanmanın (8 seans / 24 saatdan çox) sayını artırmaqla və ya da (körpənin əmizdirilməməsi hallarında) mümkün qədər tez-tez  döş vəzisini sağmaqdan ibarətdir. Yalnız 5-10 ml südün götürülməsi bərkiməni azladacaq və körpənin döşdən tutmasını yaxşılaşdıracaq. Effektiv döşə qoyulma və körpənin giləni düzgün tutması təmin edilməlidir.
  • Döşün bərkiməsi aşağıdakıların nəticəsi ola bilər:
    • ana südü ilə qidalnadırmanın gecikdirilməsi, qeyri-müntəzəm və ya gec-gec aparılan qidalanmanı tövsiyə edən qidalanma cədvəllərinin tətbiqi (məsələn, 10 dəqiqə / döş) və ya qidalanma zamanı körpəni yarımçıq olaraq döşdən- döşə dəyişdirmək.
    • əlavə qidalanma və ya əmzik istifadəsi
    • döş vəzisinin implantları
  • bəzi hallarda stressin olması, dar/sıx olan geyim, həddindən artıq süd istehsalı bərkiməyə səbəb olur.
  • İsti bir duş, isti kompreslər və döş masajı oksitosin refleksini stimullaşdıracaqdır. Lazım olduqda analgeziyadan istifadə edilə bilər.

Mastit

  • Bax məqalə . 

Yenidoğulmuşların döş südü sarılığı

  • Ana südü ilə qidalanan bəzi körpələrdə ilk neonatal dövrdən sonra ana südü sarılığı inkişaf edir. Sarılıq, ana südünün bilirubin mübadiləsinə müdaxilə etməsindən qaynaqlanır.
  • Bu cür körpələr sağlam və fəaldırlar. Ana südü sarılığı zərərli deyil və ana südü ilə qidalandırmanın dayandırılması üçün bir göstəriş deyil.
  • Körpədə  konyuqasiya etmiş hiperbilirubinemiya, infeksiyalar və digər sistem xəstəlikləri istisna edilməlidir. Bu hallarda ən azı birləşmiş bilirubinin ümumi bilirubinə nisbəti, sidiyin biokimyəvi analizi və CRP müayinə edilir.
  • Körpənin dəri örtüyünün rəngi, ümumi vəziyyəti, aktiv olması, yeməyinin miqdarı və çəkisi monitorinq edilir. Həyəcan verici simptomlar və əlamətlər olduqda təcili olaraq ixtisaslaşdırılmış yardım müəssisəsinə müraciət edilir.
    • yorğunluq, hərəkətsizlik, yuxululuq, zəif çəki artımı, boz və rəngsiz nəcisin olması;
    • plazmada birləşmiş bilirubin ≥ 17 mkmol / l, əgər plazma bilirubini <85.5 mkmol / l olarsa;
    • plazma birləşmiş bilirubinin payı ≥ 20%, əgər plazma bilirubini ≥ 85.5 mkmol / l olarsa.
  • Həyəcan verici simptomlar: yorğunluq, hərəkətsizlik, yuxululuq, zəif çəki artımı, boz və rəngsiz nəcis olduqda körpəni təcili olaraq xüsusi ixtisaslaşdırılmış müalicə müəssisəsinə göndərin. "?> 

Körpənin ana südündən imtina etməsi​

  • Körpə xəstədir və döş əmə bilmir? Ananı döş südünün sağılmasına təşviq etmək lazımdır.
  • Burun tutulması? Körpənin burun dəliklərinə bir qədər fizioloji məhlul yeridin.
  • Stomatitin olması? Körpənin ağız boşluğunu yoxlayın və mümkün ola bilən kandidozu müalicə edin. Diş çıxması ağrısı narahatlıq yarada bilər; bu hallarda südün stakan / qaşıq vasitəsi ilə verilməsinə cəhd edilə bilər.
  • Qidalanma seansları mümkün qədər sakit və rahat olmalıdır və ana və körpənin dəri təması saxlanılmalıdır.

Düzgün olmayan əmizdirmə texnikası

  • Körpə istəyi ilə əmizdirilmə alınırmı, ana körpənin başının arxasından tutaraq körpəni istiqamətləndirirmi, körpənin döşə qoyma üsulu səhvdirmi və ya ana süd vermə vaxtını məhdudlaşdırırmı? Anaya məsləhət verin.
  • Qeyri-kifayət süd istehsalı? Əmizdirmə seanslarının tezliyini artırın.
    • Ana bu vəziyyəti necə idarə edir? Ananın kifayət qədər istirahət etməsi, yaxşı qidalanması və yaxşı hidratasiya olunması təmin edilməlidir.
  • Ana südü istehsalının artıqlıq etməsi halları
    • Əgər ilkin süd axını o qədər çoxdur ki, körpənin düzgün qidalanmasına mane olur, onda əmizdirmə əvvəlcə  bir müddət dayandırılır və ilkin süd axını bir dəsmala və ya buna bənzəyən digər bir əşyaya sağılır.
    • Ana öz südünü başqalarına vermək istəyirmi? Mövcud ana südü bankları haqqında məsləhət verin.
    • Süd istehsalını azaltmaq lazımdırsa, anaya eyni döşdən iki dəfə ardıcıl qidalanma aparılmasını həyata keçirməyi və ya yalnız hər 4-6 saatdan bir qidalanma aparılmasını tövsiyə edin. Əgər digər döşdən süd verilmirsə, bu döş daha az stimulyasiya edilmiş olur  və beləliklə daha az süd istehsal edilir (döş vəzisi nə qədər çox dolu olarsa, süd istehsalı da bir o qədər aşağı olur).
    • Döşlər bəzən o qədər ağrılı olur ki, süd sağılması zərur olur, bu zaman süd istehsalı tədricən azaldılmalıdır: körpənin əmizdirlməsi  üçün yalnız bir döş təklif olunur, digərindən isə o qədər süd alınır ki, bu lazımsız təzyiqin azaldılması üçün kifayət olsun. 

Xüsusi hallar

  • Ana südü ilə əmizdirlən ekizlər:
    • Körpə yaşlı əkizlərin tək-tək olaraq ana südü ilə qidalandırması çox vaxt aparır. Hər iki əkizin eyni zamanda ana südü ilə qidalandırması müəyyən dərəcədə vaxta qənaət edə bilər. Ananın bu işin öhdəsindən müvəffəqiyyətlə gəlməsinə xüsusi diqqət yetirilməlidir.
  • Damaq və ya dodaq yarığının olması:
    • damaq yarığı  olan körpə üçün əksər hallarda döş gliləsindən və standart əmzikdən sorma mümükünsüzdür, lakin bu hallar üçün xüsisi olaraq hazırlanmış əmzikdən istifadə problemi həll edir.
  • Əgər ana öz südü ilə körpənin qidalnadırması qərarını qəbul edərsə, onda ona əvəlcədən südün sağılması qaydalarını öyrətmək lazımdır ki,  “süd gəsin” və süd istehsalını qorumaq mümkün olsun.

Əlaqədar resurslar

  • Koxran icmallaraı
  • Klinik rəhbərliklər
  • Digər internet resursları
  • Literature

Nommsen-Rivers LA, Heinig MJ, Cohen RJ, Dewey KG. Newborn wet and soiled diaper counts and timing of onset of lactation as indicators of breastfeeding inadequacy. J Hum Lact 2008 Feb;24(1):27-33. International Lactation Consultant Association. Clinical guidelines for the establishment of exclusive breastfeeding. 3rd edition, 2014

Gabay MP. Galactogogues: medications that induce lactation. J Hum Lact 2002 Aug;18(3):274-9. "?>Labarere J, Gelbert-Baudino N, Ayral AS, Duc C, Berchotteau M, Bouchon N, Schelstraete C, Vittoz JP, Francois P, Pons JC. Efficacy of breastfeeding support provided by trained clinicians during an early, routine, preventive visit: a prospective, randomized, open trial of 226 mother-infant pairs. Pediatrics 2005 Feb;115(2):e139-46. Colson SD, Meek J, Hawdon JM (2008), Optimal Positions triggering primitive neonatal reflexes stimulating breastfeeding Early Human Development. Journal of Human Lactation, Volume 84, Issue 7, Pages 441–449