Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Yüksəlmiş EÇS (hipersedimentasiya)

Mündəricat

Yüksəlmiş EÇS (hipersedimentasiya)

EBM Klinik protokolları
14.05.2018 • Sonuncu dəyişiklik 09.02.2018
Editors

Əsas məqamlar

  • Eritrositlərin çökmə sürəti (EÇS) göstəricisi əsas etibarilə plazmada fibrinogen konsentrasiyasından asılıdır.
  • EÇS dolayı yolla plazmada kəskin faza zülallarının konsentrasiyasını əks etdirir. Eritrositlərin sayı, ölçüsü və morfologiyası, həmçinin plazma komponentlərinin, məsələn, immunoqlobulinlərin miqdarı onun göstəricisinə əhəmiyyətli təsir edə bilir.
  • EÇS göstəricisində yüngül yüksəlmənin hər hansı əhəmiyyət daşıdığını, xüsusilə yaşlılarda dəyərləndirmək çətindir. Araşdırmalara başlamaq üçün kritik hədd pasiyentin asimptomatik qalmağa davam etdiyi və ya EÇS-in əvvəlki göstəricilərindən aydın şəkildə artmadığı hallarda daha yuxarı olmalıdır.
  • EÇS səviyyəsi xəstəliyin aktivliyindən asılıdır, və adətən xəstəliyin proqressivləşməsini izləmək üçün əhəmiyyətli müayinə təşkil edir. Əksər vəziyyətlərdə C-reaktiv zülalın konsentrasiyası xəstəliyin aktivliyinin azalması ilə bərabər düşür, EÇS isə yüksəlmiş saxlanılır ki, bəzən, hiperqammaqlobulinemiya ilə əlaqədar bu daimi olur.

Referens göstəricilər

  • Bax cədvəl .
EÇS üçün referens göstəricilər, mm/saat
Yaş, illər Kişilər, mm/saat Qadınlar, mm/saat
0–16 1–15 1–15
17–29 < 10 < 20
30–39 < 15 < 25
40–49 < 20 < 25
50–59 < 25 < 30
60–69 < 25 < 35
70–79 < 30 < 40
80-dən yuxarı < 35 < 45

Demək olar ki, həmişə yüksəlmiş EÇS ilə olan xəstəliklər

Çox zaman yüksəlmiş EÇS ilə olan xəstəliklər

  • Pielonefrit
  • Bakterial pnevmoniya (EÇS həmçinin virus pnevmoniyasında da yüksələ bilər)
  • Laym xəstəliyi
    • EÇS pasiyentlərin 25–50%-də yüksəlmiş olur (30 mm/saat səviyyəsindən yuxarı).
    • ME ilə olan pasiyentlərdə, EÇS adətən normadadır. Səpginin artritlə müşayiət edildiyi hallarda, o yüksəlmiş ola bilər.
  • Aktiv revmatoid artrit və ankilozlaşan spondilit (bununla yanaşı, EÇS ilə müqayisədə C-reaktiv zülal xəstəliyin aktivliyi ilə bir qədər daha yaxşı korrelyasiya edir)
    • EÇS aktiv revmatoid artrit ilə olanların təxminən 40%-də normadadır.
    • Normal EÇS aktiv ankilozlaşan spondiliti istisna etmir.
  • Birləşdirici toxumanın sistem xəstəlikləri *
  • Revmatik polimialgiya və gicgah arteriiti
    • EÇS RPM ilə olan pasiyentlərin 7–20%-də normadadır.
    • EÇS göstəricilərinin 50 mm/saat səviyyəsindən yuxarı olması gicgah arteriiti üçün xarakterdir. Lakin, aşağı EÇS göstəricisi tam olaraq gicgah arteriitini istisna etmir.
  • Kavasaki xəstəliyi (uşaqlar)
    • Adətən kəskin xəstəlikdə EÇS 20 mm/saat səviyyəsindən yuxarıdır.
    • Çox yüksək göstəricilər (100 mm/saat səviyyəsindən yuxarı) adətən tac arteriyanın prosesə cəlb olunmasının əlamətidir.
  • Vərəm
  • Kron xəstəliyi
  • Xoralı kolit *
  • Əhəmiyyətli dərəcəli hiperlipidemiya *
  • Fibrozlaşan alveolit (məs., fermer ağciyəri)
  • Sarkoidoz *
  • Ürək qulaqcığının miksoması
    • EÇS pasiyentlərin təxminən üçdə birində 20 mm/saat səviyyəsindən yuxarıdır.
  • Xroniki hepatit *
  • Qaraciyərin sirrozu *
  • Metastaz vermiş xərçəng *
  • Böyrək karsinoması (hipernefroma) *
  • Xolesterin emboliyası *
  • EÇS piylənmə və hamiləlikdə də yüksəlmiş olur.

Nisbətən çox hallarda normal EÇS ilə olan xəstəliklər

Pasiyentin dəyərləndirilməsi

Tibbi anamnez

Müayinələr

Naməlum mənşəli EÇS yüksəlməsi zamanı stasionar şəraitdə müayinələr üçün göstərişlər

 

 

Bray C, Bell LN, Liang H ym. Erythrocyte Sedimentation Rate and C-reactive Protein Measurements and Their Relevance in Clinical Medicine. WMJ 2016;115(6):317-21. Ramsay ES, Lerman MA. How to use the erythrocyte sedimentation rate in paediatrics. Arch Dis Child Educ Pract Ed 2015;100(1):30-6. Batlivala SP. Focus on diagnosis: the erythrocyte sedimentation rate and the C-reactive protein test. Pediatr Rev 2009;30(2):72-4. Brigden M. The erythrocyte sedimentation rate. Still a helpful test when used judiciously. Postgrad Med 1998 May;103(5):257-62, 272-4. Larsen, A. The relation of radiographic changes to serum acute-phase proteins and rheumatoid factor in 200 patients with rheumatoid arthritis. Scand J Rheumatol 1988; 17:123. Cohick, CB, Furst, DE, Quagliata, S, et al. Analysis of elevated serum interleukin-6 levels in rheumatoid arthritis: correlation with erythrocyte sedimentation rate or C-reactive protein. J Lab Clin Med 1994; 123:721. Proven A, Gabriel, SE, O'Fallon, WM, Hunder, GG. Polymyalgia rheumatica with low erythrocyte sedimentation rate at diagnosis. J Rheumatol 1999; 26:1333. Brigden M. The erythrocyte sedimentation rate. Still a helpful test when used judiciously. Postgrad Med 1998 May;103(5):257-62, 272-4. "?>