Sümük şişləri
EBM Klinik protokolları
22.05.2018 • Sonuncu dəyişiklik 02.08.2016
AarneKivioja
Əsas məqamlar
- Hal-hazırda ətrafların sümük şişlərinin cərrahi müalicəsi zamanı amputasiya hətta bədxassəli şişlərdə belə nadir hallarda tələb olunur. Hədəf - kənarlaşdırılmış sümük əvəzinə meqaprotezlər və ya sümük transplantı tətbiq edərək ətrafı qoruyan cərrahi yanaşmadan istifadə etməkdir.
- Birincili sümük şişinin diaqnostikası kliniki şübhə və rentgen müayinəsi tapıntılarının əsasında aparılır.
- Bəzən standart rentgen müayinələrində anormallıqları aşkar etmək çətin ola bilər.
- Maqnit rezonans tomoqrafiya və ya kompüter tomoqrafiyası ikinci sıra müayinələr kimi istifadə edilir.
- Əgər bədxassəli şiş şübhəsi qalırsa, hal-hazırda KT nəzarəti altında aparılmasına üstünlük verilməklə, mümkün ən kiçik kəsikdən biopsiya nümunəsi əldə edilir. Bu prosedur sonrakı müalicəni aparacaq müəssisədə (universititet xəstəxanası) həyata keçirilir.
- Sümük ssintiqrafiyası və laborator müayinələr əlavə tədqiqatlar kimi istifadə edilməlidir.
Bədxassəli sümük şişləri
Sümük metastazları
- Sümüklərə ən çox metastaz edən bədxassəli şişlər süd vəzisinin xərçəngi (estrogen-reseptoru pozitiv), ağciyər xərçəngi (xüsusilə, kiçik hüceyrəli ağciyər xərçəngi), prostat vəzisi, qalxanvari vəz və böyrək xərçəngləridir.
- Hazırda bifosfonatlar ağrını yüngülləşdirmək və sümük toxumasının itkisini azaltmaq üçün müntəzəm qaydada istifadə olunur. Əgər sınıq riski varsa profilaktik intramedulyar osteosointez istifadə oluna bilər. Lokal şüa terapiyası adətən bu proseduradan sonra aparılır.
Yaxşı proqnoz əlamətləri
- Yüksək differensiasiya olunmuş ləng inkişaf edən şiş
- İlkin müalicədən sonra metastazsız müddətin uzun olması
- Başlanğıcdan sklerotik metastazlar
- Müalicə ərzində sklerotik hala keçən litik metastazlar
- Sümüyə tək metastaz
- Ümumi şiş yükünün az olması
- Həyati vacib orqanlarda heç bir metastaz yox
- Hiperkalsiemiya qeyd edilmir
- Leykoeritroblastik anemiya yoxdur
Sklerotik metastazlar
- Şüa terapiyası pasiyentlərin 80–90%-də effektivdir.
- Heç bir patoloji sınıq riski yoxdur.
Litik metastazlar
- Patoloji sınıqların (xüsusilə, bud sümüyünün boynu və diafizində) başvermə riski yüksəkdir. Birinci sıra terapiya çox zaman şüa terapiyasından ibarətdir.
- Cərrahi müdaxilə ilə stabilləşdirmə hətta sınıq baş verməzdən öncə nəzərdə tutulmalıdır!
- Onurğanın boyun şöbəsinə metastaz hallarında müalicə başlanmazdan öncə boyun yaxalığının təyin edilməsinə göstərişdir. Pasientdə iflic simptomlarının inkişaf etməsi təxirəsalınmaz şüa terapiyası və ya cərrahiyyəyə göstərişdir.
Müalicə nəticələrinin qiymətləndirilməsi
- Ağrının aradan qaldırılması və funksional qabiliyyətin bərpası
- Metastazların təkrar kalsifikasiyası (rekalsifikasiya)
- Hiperkalsiemiyanın müalicəsi üçün baxın
- Digər internet resurslar
- Ədəbiyyat