Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Üçlü sinirin nevralgiyası və digər üz ağrıları

Mündəricat

Üçlü sinirin nevralgiyası və digər üz ağrıları

EBM Klinik protokolları
01.09.2017 • Sonuncu dəyişiklik 01.09.2017
MaijaHaanpää

Üçlü sinirin nevralgiyası 

Əsas məqamlar

  • Üçlü sinirin nevralgiyası üzün bir yarısında üçlü sinirin bir və ya iki şaxəsinin sahəsində elektrik vurmasına  bənzər intensiv ağrı paroksizmləri ilə xarakterizə edilir.
  • Üçlü sinirin idiopatik nevralgiyasını hər hansı digər bir xəstəlik törətmir və görüntüləmə müayinələrində heç bir tapıntı mövcud deyil.
  • Birinci sıra dərman vasitəsi karbamazepindir.
  • Bəzi pasiyentlərdə simptomlar bir neçə aylıq dövr ərzində aradan qalxır və beləliklə müalicə cavabı əldə edildikdən sonra dərman vasitəsinin dozası tədricən azaldıla bilər.

Simptomlar

  • Üçlü sinirin nevralgiyası üzün bir yarısında üçlü sinirin bir və ya iki şaxəsinin sahəsində elektrik vurmasına bənzər intensiv ağrı paroksizmləri ilə xarakterizə edilir."?>
  • Hücumlar arasında ağrı tamamilə qeyri-mövcuddur (remissiya fazası),  aktiv fazada isə ağrı tipik olaraq üzdə bəzi sahələrə toxunmaqla (trigger zonalar) və ya qida qəbulu ilə provakasiya oluna bilər. Yeni ağrı epizodu bir neçə saniyədən bir neçə dəqiqəyədək çəkən bir refrakter dövrdən sonra provokasiya oluna bilər.
  • Ağrı güllə kimi atan və ya "iynə-sancaq batması" duyğuları kimi çox qısa hücumlarla qeyd edilir. Əlavə olaraq, davamlı ağrı meydana çıxa bilər.
  • Üçlü sinirin idiopatik nevralgiyasında heç bir daimi nevroloji çatışmazlıq simptomları yoxdur.
  • Ən ağır hallarda üçlü sinirin nevralgiyası pasiyenti üzünü yumaqdan və ya dişlərini fırçalamaqdan çəkindirə bilər və onu danışmağa və ya hətta qida qəbul etməyə və içməyə qeyri-qabil edə bilər. 

Səbəblər və diaqnoz

  • Üçlü sinirin idiopatik nevralgiyası zamanı əsasında duran heç bir xəstəlik yoxdur və ya patoloji vəziyyətə səbəb üçlü sinirin vaskulyar kompressiyasıdırPasiyentlərin təqribən 10%-i bu qrupa aiddir. Pasiyentlərin əksəriyyətində simptomlar beyin kötüyündə üçlü sinrin vaskulyar kompressiyası ilə izah olunur.
  • Simptomatik üçlü sinir nevralgiyası idiopatik formaya oxşar simptomlara malikdir, lakin səbəbi məsələn dağınıq skleroz və baş beyin kötüyünün şişi olan digər bir xəstəlikdir.
  • İdiopatik və ikincili nevralgiya mütləq olaraq bir-birindən fərqlənmədiyinə görə differensial diaqnozun təsdiqlənməsi üçün üçlü sinirin yeni nevralgiyası olan pasiyentin bir xəstəxananan ambulator nevrologiya bölməsinə göndərilməsi tövsiyə edilir."?>

Üçlü sinir nevralgiyasının təsnifatı

  1. Potensial üçlü sinir nevralgiyası: pasiyentdə elektrik vurmasına bənzəyən, üçlü sinirin bir şaxəsinin sahəsi ilə məhdudlaşmış birtərəfli ağrı var.
  2. Klinik təsdiq olunmuş üçlü sinir nevralgiyası: pasiyentdə elektrik vurmasına bənzəyən, üçlü sinirin bir şaxəsinin sahəsi ilə məhdudlaşmış birtərəfli ağrı var və bu ağrı bir tipik stimul (məsələn, meh əsməsi, təmas, qida qəbulu, mimika əzələlərinin hərəkəti) ilə provakasiya oluna bilər.
  3. Təsdiqlənmiş etiologiyalı idiopatik üçlü sinir nevralgiyası: 2-ci bənddəki meyarlara əlavə olaraq MRT-də üçlü sinirin kökündə morfoloji dəyişikliklər ilə əlaqəli (3D rekonstruksiyası texnikası tələb olunur) üçlü sinirin vaskulyar kompressiyası aşkar edilir.
  4. İkincili üçlü sinir nevralgiyası: 2-ci bənddəki meyarlara əlavə olaraq MRT-də üçlü sinirin nevralgiyasına səbəb olan bir dağınıq skleroz plakı və ya şiş kimi aşkar edilir.

Müalicə

Digər üz ağrıları

Üz nahiyəsində digər nevropatik ağrı

Üzdə digər ağrı 

  • Kəskin üz ağrısına ən çox səbəb sinusit və ya diş mənşəli amillərdir. Həmçinin, etiologiya çeynəmə sisteminin pozğunluğu ola bilər və ya ağrı boynun ön hissəsindən (məsələn, tiroidit), yaxud boynun arxasından (məsələn, gərgin boyun) yönələ bilər. 
  • Atipik üz ağrısı kimi adlandırılan (həmçinin, davamlı və ya xroniki idiopatik üz ağrısı - DİÜA adlandırılır) ağrı üçlü sinirn nevralgiyasına nisbətən uzanmış üz ağrısının xeyli çox rast gəlinən bir tipidir. 
    • Bu ağrı adətən sabit və kütdür. Ağrı üzün bir yarısı ilə məhdudlaşmayıb və həmçinin dermatom hüdudları baxımından sərbəstdir. 
    • Ağrı burunətrafı ciblərə və ya dişlərə yönəlmiş müdaxilə (lakin müdaxilənin bir ağırlaşması olmayaraq), infeksiya və ya stress ilə trigger oluna bilər.
    • DİÜA ən çox orta yaşlı qadınlarda rast gəlinir. Bu pasiyentlər çox zaman psixososial stressə məruz qalırlar.  
  • Üz ağrısı olan pasiyentin klinik müayinəsinə dişlərin, çeynəmə əzələlərinin, gicgah-çənə oynaqlarının, fəqərə sütununun boyun şöbəsinin, boyun və çiyin əzələlərinin yoxlanması daxildir. Həmçinin, qulaqların, burun və boğazın, eləcə də gözlərin və boynun ön şöbəsinin müayinəsi məsləhət görülə bilər. 
  • Əgər nevropatik ağrı barədə şübhələnilirsə xüsusilə kəllə-beyin sinirləri baxımından nevroloji müayinə vacibdir.
  • Şiddətli və ya proqressiv üz ağrısı olan pasiyent daha sonrakı müayinələr üçün yerli təcrübədəki təlimatlara uyğun olaraq stomatoloji xəstəliklər, nevrologiya, qulaq-burun xəstəlikləri şöbəsi və ya xüsusi ağrı klinikası olmaqla ixtisaslı müalicə müəssisəsinə göndərlir.   
  • Həmçinin, baxın: klaster baş ağrısı (histamin baş ağrısı sindromu) .

Müalicə

Üz nahiyəsində digər nevropatik ağrı

Davamlı idiopatik üz ağrısı (DİÜA)

Digər üz ağrısı

 

Əlaqədar resurslar

 

Morra ME, Elgebaly A, Elmaraezy A et al. Therapeutic efficacy and safety of Botulinum Toxin A Therapy in Trigeminal Neuralgia: a systematic review and meta-analysis of randomized controlled trials. J Headache Pain 2016;17(1):63. "?>Cruccu G, Finnerup NB, Jensen TS et al. Trigeminal neuralgia: New classification and diagnostic grading for practice and research. Neurology 2016;87(2):220-8. Zakrzewska JM, Linskey ME. Trigeminal neuralgia. BMJ 2014;348():g474. Headache Classification Subcommittee of the International Headache Society (IHS). The International Classification of Headache Disorders, 3rd edition (beta version). Cephalalgia 2013; 33: 629–808.Gronseth G, Cruccu G, Alksne J et al. Practice parameter: the diagnostic evaluation and treatment of trigeminal neuralgia (an evidence-based review): report of the Quality Standards Subcommittee of the American Academy of Neurology and the European Federation of Neurological Societies. Neurology 2008;71(15):1183-90.