Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Essensial Tremor

Mündəricat

Essensial Tremor

EBM Klinik protokolları
15.06.2018 • Sonuncu dəyişiklik 08.08.2018
SeppoKaakkola

Əsas məqamlar

  • Əzələlərin hərəkəti zamanı və qolları qaldırdıqda ortaya çıxan yuxarı ekstremitələrin və ya başın simmetrik titrəməsi. Psixoloji stres həmçinin titrəməni gücləndirir.
  • Çox vaxt ailə ilə əlaqəli olur.
  • Diaqnoz fiziki müayinə və xəstənin tarixçəsinə əsasən qoyulur.
  • Parkinson xəstəliyindən və klinik mənzərəsinə görə titrəməyə səbəb olan digər xəstəliklərdən fərqləndirmək vacibdir.
  • Beta-blokerlər, lazım olduqda və ya davamlı olaraq ən çox müraciət edilən müalicə üsuludur.

Epidemiologiya

  • Essensial tremor Parkinson xəstəliyinin səbəb olduğu titrəmədən daha çox yayılmışdır, 40 yaşından yuxarı insanların təqribən 5%-ində rast gəlinir.
  • Xəstələrin təxminən yarısının yaşı 40-dan aşağıdır və çox vaxt (xəstələrin 60% -i üçün) ailə tarixçəsində belə vəziyyətə rast gəlinir. Genetik qüsurlar ən azı üç xromosomda (2p24.1, 3q13 və 6p23) yerləşmişdir.
  • İrsən keçən nümunəsi, ehtimal ki, autosomal dominantdır, yəni uşaqların təxminən yarısı titrəmə əlamətini irsən ailə üzvlərindən ala bilər.

Simptomları

  • Titrəmə əzələlərin işləməsi (hərəkət zamanı titrəmə) zamanı özünü büruzə verir və istirahət zamanı nadir hallarda baş verir.
  • Davamlı olaraq statik vəziyyətdə dayandıqda gərginləşir, məsələn, qolları uzatdıqda.
  • Titrəmə ümumiyyətlə hər iki qolda tamamilə simmetrik olaraq baş verir.
  • Titrəmə daha çox yandan-yana çevrilmə hərəkətlərinin göstərildiyi yerlərdə, məsələn, bədəndə, səsdə və başda baş verə bilər ("yox-yox" - hərəkəti kimi; bu, Parkinson xəstəliyi deyil).
  • Psixoloji stres sosial yerlərdə, məsələn, bankda, yaxud bir fincan çay və ya qəhvəni tutarkən titrəməni artırır.
  • Qazanılmış hərəkətləri icra etdikdə (məsələn, imza atarkən) titrəmə güclənir və az miqdarda spirt qəbul etməklə yüngülləşir.
  • Titrəmə olduqca çətin vəziyyətlər yarada bilər.

Differensial diaqnoz

 

MÜALİCƏSİ

Oxşar mənbələr

Fasano A, Deuschl G. Titrəmə zamanı Terapevtik Effektlər. Hərəkət pozğunluğu 2015;30(11):1557-65.