Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Premenstrual sindrom (PMS)

Mündəricat

Premenstrual sindrom (PMS)

EBM Klinik protokolları
09.08.2017 • Sonuncu dəyişiklik 09.08.2017
VarpuRanta

Təyini

  • Premenstrual sindrom (PMS), menstrual siklin sonuncu hissəsində təkrar-təkrar baş verən və bəzi üzvlərin normal fəaliyyətinə müdaxilə edəcək qədər kəskin olan fiziki və emosional simptomlar toplusuna deyilir. PMS reproduktiv yaşda olan qadınlara təsir göstərir.

Yayılması

  • Əksər qadınlar menstruasiyadan qabaq yüngül simptomlarla üzləşirlər.
  • PMS-in yayılması 20–30%"?> qədər yüksək faiz təşkil edir və kəskin PMS-in yayılması isə 5–10%"?> hesablanmışdır.
  • Simptomlar ən pis 30-40 yaş arasında qadınlarda özünü göstərir, lakin bu cür simptomlar 20 yaşından öncə də baş verə bilər. Simptomlar menopauza başlanğıcında yaxşılaşmağa (azalmağa) doğru gedir. 

Etiologiyası

  • PMS - in yaranmasına yumurtalığın funksiyasi səbəb olur, lakin dəqiq etiologiyası hələ də təyin olunmamış qalır.
  • PMS normal yumurtalıq fəaliyyəti ilə əlaqədar olan hormon səviyyələrindəki dəyişikliklərə mərkəzi sinir sisteminin atipik cavab reaksiyasını tələb edir "?>.
  • Serotonin və GABA daxil mərkəzi sinir sisteminin neyroötürücüləri, PMS simptomlarının inkişaf etməsində rol oynayırlar"?>.

Simptomlar

  • Emosional: qıcıqlanma, depressiya, əhval dəyişimləri, əsəb partlayışı, çaşqınlıq, konsentrasiya çətinlikləri, yorğunluq, yuxusuzluq, iştahda dəyişikliklər, sosial izolyasiya
  • Fiziki: döş həssaslığı, başağrısı, ətrafların və qarının ödemi, müxtəlif növ sızıltı və ağrılar

Diaqnoz

  • Diaqnoz pasiyentin xəstəlik tarixinə əsaslanır.
  • Pasiyentin menstruasiyadan 5 gün əvvəl müddətində ən azı bir emosional və bir fiziki simptomu olmalıdır "?>.
  • Simptomlar menstruasiya başlayandan üç və ya dörd gün ərzində itməlidir və menstrual siklin13-cü günündən tez qayıtmalı deyil"?>.
  • Simptomlar iki ardıcıl sikldə, izləmə müddətində təkrarlanmalıdır, halbuki, tək sikl zamanı simptomlar olmaya bilər. 
  • Pasiyent tərəfindən iki ardıcıl menstruasiya sikli müddətində aparılan simptom gündəliyi, simptomları və menstrual sikllə münasibətdə onların zamanlamasını qiymətləndirmək üçün ən etibarlı metoddur"?>.
  • Simptomlar normal həyata müdaxilə edir"?>.
  • Ginekoloji müayinə və döşlərin palpasiyası aparılmalıdır. Laborator analizlərin faydası yoxdur, amma differensial diaqnozda lazımlı ola bilərlər.    

Differensial diaqnoz 

  • Simptom gündəliyinin aparılması çox kömək edir.
  • PMS-dən fərqli olaraq, digər xəstəliklərin bütöv menstrual sikl boyu ən azı bir neçə simptomları olacaq, hətta simptomlar menstruasiyadan öncə pisləşsə belə"?>.
  • Depressiya differensial diaqnostikada nəzərə alınmalı ən vacib pozğunluqdur."?>.
  • Narahatlıq pozğunluqları"?>.
  • Mastopatiya və döş ağrısının digər səbəbləri
  • Miqren
  • Hipotiroidizm
  • Perimenopauza "?>

Müalicə

  • Sindrom və onun normal hormonal fəaliyyətlə əlaqəsinin izahı çox zaman lazım olan yeganə müalicədir. 
  • Kofe, alkohol və stressdən qaçınmaq, və fiziki məşqi artırmaq simptomları azalda bilər. "?> Həmçinin kalsiumin təklikdə, və yaxud Vitamin D, maqnezium və ya vitamin B6 ilə kombinasiyada qəbulu da simptomları azaldır. 
  • Serotoninin əks tutulmasının selektiv inhibitorları (SƏTSİ) siklin ortasından başlayaraq menstruasiyanın başlanmasına qədər davamli və ya siklik olaraq təyin olunduqda effektli olduğu sübut olunub. Depressiyanın müalicəsində istifadə olunandan daha az dozada adətən kifayət edir (məs., fluoksetin 20mq/sutkada və ya sitalopram 10-30 mq/sutkada).
  • Qarışıq oral kontraseptlər ovulyasiyanın qarşısını alır və bəzi pasiyentlərdə simptomları azalda bilər. Halbuki, qarışıq oral kontraseptlər əslində, əvvəllər PMS müşahidə edilməyən bəzi qadınlarda simptomlar oyada bilər"?>.
    • Tərkibində drospirenon olan qarışıq oral kontrasept rejimləri PMS-in kəskin simptomlarını zəiflətdiyi qeydə alınıb. Bu rejimlərə ənənəvi 7 günlükdənsə, 4 günlük hormonsuz interval daxildir. Oral kontraseptlərin uzadılmış rejimi, yəni, davamlı fasiləsiz olaraq 3-dən 6-ya qədər paket istifadəsi ənənəvi rejimdən fərqli olaraq daha yaxşı yüngüllük verə bilər.
  • Levonorgestrel ifraz edən uşaqlıqdaxili spiral bəzi pasiyentlərə kömək edə bilər. 
  • Kəskin ödem üçün bir neçə günlük az dozada diuretik təyin oluna bilər (məs., spironolaktin 25-50 mq/ sutkada) "?>.
  • Xüsusi hallarda, qonadotropin hormonu ifraz edən aqonistlərin (eng. GnRHa) təyini bəzən nəzərə alına bilər. Onlar yumurtalıq fəaliyyətini zəiflədir və postmenopauza hormonal vəziyyətinə gətirib çıxarır, və beləliklə, PMS simptomlarını azaltmış olur. Hər hansı sonrakı menopauza simptomları və osteoporoz riski müalicə rejiminə (hormonal əlavə müalicə) estrogen/progestogen əlavə etməklə azaldıla bilər.

 

Müvafiq resurslar

 

  • Koxran icmalları
  • Ədəbiyyat

Mortola JF. Premenstrual syndrome--pathophysiologic considerations. N Engl J Med 1998 Jan 22;338(4):256-7. Campagne DM, Campagne G. The premenstrual syndrome revisited. Eur J Obstet Gynecol Reprod Biol 2007 Jan;130(1):4-17. The American College of Obstetricians and Gynecologists. ACOG practice bulletin, Number 15, April 2000 Wyatt K, Dimmock P, Jones P, Obhrai M, O'Brien S. Efficacy of progesterone and progestogens in management of premenstrual syndrome: systematic review. BMJ 2001 Oct 6;323(7316):776-80. Coffee AL, Kuehl TJ, Willis S, Sulak PJ. Oral contraceptives and premenstrual symptoms: comparison of a 21/7 and extended regimen. Am J Obstet Gynecol 2006 Nov;195(5):1311-9. Wyatt KM, Dimmock PW, Ismail KM, Jones PW, O'Brien PM. The effectiveness of GnRHa with and without 'add-back' therapy in treating premenstrual syndrome: a meta analysis. BJOG 2004 Jun;111(6):585-93. Borenstein JE, Dean BB, Yonkers KA, Endicott J. Using the daily record of severity of problems as a screening instrument for premenstrual syndrome. Obstet Gynecol 2007 May;109(5):1068-75. O'Brien S, Rapkin A, Dennerstein L et al. Diagnosis and management of premenstrual disorders. BMJ 2011;342():d2994. Shehata NA. Calcium versus oral contraceptive pills containing drospirenone for the treatment of mild to moderate premenstrual syndrome: a double blind randomized placebo controlled trial. Eur J Obstet Gynecol Reprod Biol 2016;198():100-4.