Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Karpal tunel sindromu (KTS)

Mündəricat

Karpal tunel sindromu (KTS)

EBM Klinik protokolları
18.05.2018 • Sonuncu dəyişiklik 24.07.2017
EiraViikari-Juntura

Əsaslar

  • Yuxarı ətraflara təsir edən simptomlar, xüsusilə də gecə parasteziyaları və dil tutulması karpal tunel sindromunun təzahürü kimi müəyyən edilməlidir.
  • Fiziki yükləmə amillərinin azaldılması ilə bərabər konservativ müalicə variantları (gecə yarısı) yüngül simptomlar və göstəricilər ilə əlaqədar əsas nəzarət strategiyalarıdır.
  • Qeyri-spesifik müalicədən (məs. lazımsız fizioterapiya) kənar durmaq lazımdır.
  • Əgər narahatlığın hiss edilməsi davam edərsə və ENMQ (elektroneyromioqrafiya) kəskin sinir tutulmaları müəyyənləşdirərsə və ya əzələ zəifliyi yaranarsa, cərrahi müdaxilə edilməlidir.

Yayılma

  • Orta yaşlı qadınlar arasında daha geniş, yaşlılar arasınsa isə bu, geniş yayılmışdır
  • Xəstələrin təxminən üçdə birində vəziyyət ikitərəflidir.
  • Xəstəliyin yaranmasına təsir edən amillərə artıq çəki, revmatoid artrit, diabet, böyrək xəstəlikləri və hipotiroidizm daxildir. Hamiləlik ilə əlaqədar KTS doğuşdan sonra öz-özünə aradan qalxacaqdır"?>. KTS bilək burxulmasından sonra da yarana bilər.CTS may be an occupational disease. Highly repetitive and forceful work movements, vibration, and wrist postures deviating from the neutral position predispose to CTS "?>.
  • KTS işlə əlaqədar xəstəlik ola bilər. Tez-tez təkrarlanan və fiziki qüvvə tələb edən iş hərəkətləri, titrəmə və biləyin neytral vəziyyətdə tutulmaması KTS-ə səbəb ola bilər"?>.
  •  

Simptomlar

  • Baş barmaq, şəhadət barmaq, orta barmaq və üzük barmağında baş verən keylik və hissi narahatlıqlar ( median siniri tərəfindən sinir sisteminə bağlanmış bölgə)
  • Simptomlar xüsusilə gecə vaxtı ortaya çıxır: əsasən əlllə sıxdıqda ağrı azalır.
  • Simptomlar dağınıq ola bilir və sadəcə əldən deyil, bütün qollarda hiss olunur.
  • Əzələ fəaliyyətindəki pozğunluqlar, məsələn baş barmağın hərəkətinin və ya çimdik tutmağın zəifliyi, hissi nrahatlıqlara misal ola bilər.
  • Bir-birini tənzimləyən fəaliyyətlər pozula  bilər, məsələn, düyməyə  basmaq çətinləşə bilər.
  • Tenar əzələlər atrofiya halına gələ bilər (m. Abductor pollicis brevis).
  • Simptomlar obyektiv kliniki tapıntılar olmadan illərlə davam edə bilər.
  • Müalicə edilməmiş və çox inkişaf etmiş karpal tunel sindromu daimi əzələ atrofiyasına və median sinir bölgəsinin paraesteziyasına səbəb ola bilər.
  •  

Diaqnozlar

  • Gecələr baş verən hissi narahatlıq və ya keylik ən vacib diaqnostik  göstəricidir.
  • Diaqnoz simptomlara və kliniki müayinəyə əsaslanır”?>.
    • Pozulmuş  ağrı hissi və baş barmağın zəif hərəkəti ən həssas diaqnostik testlər kimi meydana çıxır.
  • Xəstə simptomların yerlərini Katz adlanan əl diaqramında çəkir.
  • Ağrı hissi sinir zədəsini toxunma hissiyatından daha həssas şəkildə göstərə bilər. Ağrının həssaslığı bir iynə ilə və ya yüngülcə çimdikləməklə  sınaqdan keçirilə bilər. Nəticəni daha yüngül simptomları olan və ya simptomsuz olan əllə müqayisə edin. Nəticələri həmçinin eyni əlin beşinci barmağı ilə də müqayisə edə bilərsiniz, üzük barmağında radial və ulnar cəhətlərini  də müqayisə etmək olar.
  • Tetronun median siniri sıxma testi:  Xəstə biləklərini 60º fleksiyada saxlayarkən xəstənin karpal tunelini baş barmağınızla 30 saniyə ərzində sıxın. Median sinirinin dağılmasında olan keylik hissi müsbət nəticə deməkdir.
  • Tinel testi:  Barmaq ucunuzla median sinirinə yüngülcə toxunun   və ya karpal tunel bölgəsinə refleks çəkic ilə vurun. Xəstə median sinirininin dağılmasında cingilti və ya elektrik hiss edəcək.
  • Falen testi:  Xəstə əllərin arxalarını bir-birinə basaraq biləklərini tam bükülmüş vəziyyətdə saxlayır: bu barmaqlarda keylik və ya qıcolmaya səbəb olur. Ehtiyac olarsa test bir dəqiqə davam etdirilir.
  • Hər iki əli yoxlayın  və mümkün fərqləri müqayisə edin.
  • Tenar əzələlərinin atrofiyası və baş barmağının zəif palmar hərəkəti  inkişaf etmiş vəziyyətin göstəricisidir.
  • Diaqnozu elektroneyromioqrafiya ilə təsdiqləmək olar.
  • Sürətli diaqnoz üçün qurğular, ümumi praktikada CTS-i əvəz etmək üçün istifadə edilə bilər, amma bunlar heç bir halda ənənəvi  elektronoqrafiyanı yerini ala bilməz.
  •  

Diferensial diaqnoz

  • Servikal beldən başlayaraq müayinəyə bütün yuxarı ətrafları daxil etmək vacibdir.
    • Servikal radikular sindrom (kök C6 və ya C7 simptomları) oxşar simptomlara səbəb ola bilər. 40 yaşa qədər insanlarda bu vəziyyət nadir hallarda baş verir. Əllərdə keylik  müayinədən zamanı  servikal radikulyar sindromun yeganə simptomu ola bilər. Yayılan ağrının əvvəlki hissələri bəzən xəstə tarixində aşkar edilir.
  • Diferensial diaqnozda  yuxarı ətrafın digər sinir sıxılmalarını, osteoartrit, çiyin ağrısına, epikondilit, polinevropatiya və şişlərə səbəb olan vəziyyətləri nəzərə alın.
  • Nadir hallarda  median sinir kubital səviyyəyə (pronator teres sindromu) və ya qolun ön hissəsində (ön interosseal şöbə) sıxışa  bilər. Bu hallarda mütəxəssisə müraciət olunmalıdır.
  •  

Müalicə

  • Konservativ müalicə üsullarına (məsələn, gecə yarısı) üstünlük verilməlidir.
  • İş yerindəki fiziki yük faktorlarını qiymətləndirin və texniki üsullar ilə və iş tapşırıqlarını yenidən tənzimləməklə yükü azaltmağa çalışın.
  • Təhrikedici amil həll edildikdə, əsasən, simptomlar yox olur, məsələn, hamiləlik bitdikdə və ya iş yükü azaldıqda.
  • Potensial meylli əsas xəstəliklər (diabet, romatoid artrit, hipotiroidizm) müalicə olunmalı və mümkün olan çəki artıqlığı azaldılmalıdır.
  • Yüngül hallarda, yuxu zamanı biləyin bükülməməsinin qarşısını almaq üçün night splint  istifadə edilə bilər.
  • İynə terapiyası cərrahi müalicədən əvvəl sınaqdan keçirilə bilər. Bu  həmçinin hamiləlik dövründə şiddətli simptomlar üçün də düşünülə bilər. İynə texnikası yüksək səviyyədə öyrənilməlidir. Sinirə vurulan iynə daimi sinir zədələnməsinə gətirib çıxara bilər.
    • İynə bölgəsi ovuc və qolun ön hissəsini qovşağıda proksimal volar eninə istiqamətli dəri qırışında, palmaris lonqus əsələsinin ulnar tərəfindədir (qeyd etmək lazımdır ki, əzələ olmadıqda mümkün anatomik varianta diqqət yetirin).
    • İynəni distal və radial olaraq 45 dərəcəlik bucaq altında 5-9 mm dərinliyə yönəldin və steroid və lokal keyidici qarışığından 0,5-1 ml vurun. (metil prednizolon və 0.5-1% lidokain).
    • Median sinirə vurulursa və xəstə elektrik şokuna bənzər ağrı hiss edirsə, iynəni diqqətlə geriyə doğru çəkin. Sinir və ya əzələ iynəni qəbul etmədikdə iynəni vurmayın. Median sinirin yayılmasında keyimə və yanma hissinin yaranması normal haldır və tezliklə aradan qalxacaqdır.
    •  

Müraciətlər

  • Kliniki diaqnozlar, differensial diaqnozlar
  • Elektroneyromioqrafiya (ENMQ)
    • Elektroneyromiyoqrafiya, hər zaman cərrahiyyə əməliyyatına qərar verilmədən öncə və kliniki diaqnoz müəyyən olunmadığı halda aparılmalıdır. (digərlərindən fərqləndirmə, daha nadir hallarda olması, əzələ sıxılması halları).
  • Neyropatiyası olduğunu düşündüyümüz xəstələr nevroloqa yönləndirilməlidir.
  • Diaqnoz mümkün olduqda və konservativ müalicə kömək etmədikdə, ortopedist və ya əl cərrahı ilə məsləhətləşmə vacibdir.
  •  

Cərrahiyyə

 

Əlaqəli mənbələr

 

Stolp-Smith KA, Pascoe MK, Ogburn PL Jr. Carpal tunnel syndrome in pregnancy: frequency, severity, and prognosis. Arch Phys Med Rehabil 1998 Oct;79(10):1285-7. Sluiter JK, Rest KM, Frings-Dresen MH. Criteria document for evaluating the work-relatedness of upper-extremity musculoskeletal disorders. Scand J Work Environ Health 2001;27 Suppl 1():1-102. "?> D'Arcy CA, McGee S. The rational clinical examination. Does this patient have carpal tunnel syndrome? JAMA 2000 Jun 21;283(23):3110-7. van Rijn RM, Huisstede BM, Koes BW, Burdorf A. Associations between work-related factors and the carpal tunnel syndrome--a systematic review. Scand J Work Environ Health 2009 Jan;35(1):19-36.