Sağrıda və bud-çanaq oynağında ağrı
EBM Klinik protokolları
26.07.2018 • Sonuncu dəyişiklik 16.05.2017
JaroKarppinen
KajSundqvist
İşiaz sindromunun differensial diaqnostikası məqsədiylə həmçinin, "aşağı bel ağrısı " məqaləsinə də nəzər yetirin.
Əsaslar
- Sinir kökü sindromu, spinal stenoz, sakroileit və bədxassəli xəstəliklər müəyyən olunmalıdır.
Etiologiya
- Uşaqlar və yeniyetmələr
- Sinovitlər, artritlər, travmalar, bud-çanaq oynağının anadangəlmə çıxığı, müxtəlif mənşəli epifiziyoliz.
- Böyüklər və yaşlılar
- Fəqərəarası disklərdə pozğunluqlar (residivləşən ağrı), hətta aşağı torakal fəqərələrin disklərində də, bud-çanaq oynağının osteoartrozu, bud-çanaq oynağı/sağrı nahiyyəsində bursit, sakroileit, hamiləliklə əlaqədar pelvik bağların boşalması, revmatik xəstəliklər, bud sümüyü başının aseptik nekrozu, piriformis sindrom və bədxassəli şişlər (kiçik çanaq, prostat vəzi)
Diaqnostik məsləhətlər
- Onurğa mənşəli ağrılar
- Sağrı ağrısı adətən kəskin bel ağrısı ilə müşayiət olunur. Ağrı belin əyilməsi zamanı şiddətlənə bilər.
- Bud-çanaq oynağının artriti və ya artrozu
- Hərəkət məhdudiyyəti bud-çanaq oynağının artriti və artrozu üçün səciyyəvi əlamətdir: məhdudiyyətlər, ilk əvvəl daxilə rotasiyada, daha sonra ekstensiya (açılma) və nəhayət xarici rotasiya və abduksiya vəziyyətlərində özünü biruzə verir.
- Ağrı adətən gəzdikdə və ya oynaqlara yük düşdükdə şiddətlənir.
- Tez-tez qasıq nahiyyədə ağrı və həssaslıq müşahidə edilir
- Bud-çanaq oynağında yaranan ağrı, onun artriti və artrozu zamanı, adətən dizdən aşağı nahiyyəyə yayılmır (L3 dermatom).
- Sinir kökünün sıxılması səbəbiylə yayılan ağrı
- Sinir köklərinin sıxılması (işiaz sindromu): Ağrı, adətən onurğanın önə əyilməsi zamanı yaranır və əksər hallarda dizdən aşağıya yayılır. Gəzmək simptomları yüngülləşdirə bilər. Simptomlar adətən səhərlər daha çox əziyyətverici olur (diskdaxili təzyiq çox yüksək olur).
- Spinal stenoz (bel ağrıları): Ağrı gəzdikdə və ayaq üstə durduqda şiddətlənir, oturduqda isə yüngülləşir ( nəzərə alın: arterial xəstəlik nəticəsində yaranan klaudikasiya (aralıqlı axsaqlıq) ağrıları gəzməyi dayandırdıqda dərhal yüngülləşir). Hər iki aşağı ətrafın keyləşməsiylə özünü biruzə verən spinal stenozun səbəb olduğu klaudikasiya simptomu, aşağı ətraflardan yalnız birinə yayılan klaudikasiya simptomundan daha şiddətli gedişə malik olur: sonrakı hallarda adətən səbəb yalnız sinir kökü kanalında darlaşma olur.
- Piriformis sindrom (oturaq sinirin sağrı nahiyyəsində nadir görülən zədələnməsi)
- Bud-çanaq oynağının fleksiya (bükülmə) vəziyyətində priformis əzələ (lat. Musculus piriformis) abduktor kimi, bud-çanaq oynağının ekstensiyası (açılması) zamanı isə xarici rotator kimi fəaliyyət göstərir
- Radioloji müayinələr və ya ENMG (Elektromiyoneoqrafiya) elə də əhəmiyyətli bir vasitə sayılmır.
- Kliniki müayinələr; hər bir pozada qalma müddəti 30-60 saniyə çəkir:
- "Freiberq" testi: bud-çanaq oynağı ekstensiya və daxilə rotasiya olunmuş vəziyyətdədir. Xəstə gücə qarşı bud-çanaq oynağını xaricə rotasiya etməyə çalışır; sağrı nahiyyəsində ağrının və ya işiaz simptomunun meydana gəlməsi müsbət göstərici sayılır.
- "Pace" testi: xəstə oturaq pozada gücə qarşı bud-çanaq oynağını abduksiya və xaricə rotasiya etməyə çalışır.
- "FAİR (FADİR)" testi: bud-çanaq oynağı fleksiya, adduksiya və inversiya vəziyyətinə gətirilir.
- "Beatty" testi: xəstə ağrı olmayan tərəfi üstə uzanır, ağrılı aşağı ətrafı isə fleksiya vəziyyətindədir. Bu halda, xəstə ağrı olan ətrafı aktiv şəkildə yuxarı qaldırmağa çalışır.
- Diaqnostika: cədvələ baxın
- Bəzən ayaq biləyini qarşı dizin üzərinə qaldırmaq və yuxarıya qaldırılmış qıçın diz nahiyyəsini qarşı çiyinə yaxınlaşdırmaq, ağrını provokasiya edə bilər."?>
- Sakroileit
- Ankilozlaşan spontilitin (Bexterev xəstəliyi) və ya reaktiv artritin ilkin təzahürü ola bilər.
- Səciyyəvi əlamətlərə səhərlər oynaqlarda sərtlik və uzun müddətli oturmadan sonra yaranan sərtlik aid edilir. Ağrı bir sağrı yarımkürəsindən digərinə "sıçraya" bilər. Gəzmək simptomları daha da kəskinləşdirə bilər.
- Əksər hallarda sakroiliak oynaqda həssaslıq müşahidə edilir.
- EÇR (eritrositlərin çökmə sürəti) bəzən yüksəlmiş olur (məs., belin iltihabi xəstəlikləri; yəni sual altında olan spondilartrit).
- Bağların sümüyə birləşmə yerlərində ağrı meydana gələ bilər (entezit).
- Hamiləlik dövründə çanaq nahiyyədə ağrı ( çanaq bağlarının zəifliyi və qeyri-stabilliyi)
- Təqribən hamilə qadınların 20%-də qeydə alınır. Ağrının şiddəti doğuşdan üç ay sonra hamiləlik dövrü ilə müqayisədə 3 dəfə azalır.
- Simptomlar oturduqda və ya ayaq üstündə durduqda şiddətlənə bilər.
- Qasıq sümüyünün "stress" sınıqları
- Omanın "stress" sınıqları
- Osteoporozu olan yaşlı qadınlar üçün səciyyəvidir.
- Tendonların inversiyası zamanı yaranan şiddətli ağrı
- Klaudikasiya (aralıqlı axsaqlıq) ağrıları (spinal və vaskulyar)
- Böyük troxanter ağrı sindromu
- Kiçik sağrı əzələsinin (lat.Musculus gluteus minimus) və orta sağrı əzələlərinin (lat. Musculus gluteus medius) yırtığı, xarici "coxa saltan" (snapping hip - müxtəlif xarakterli hərəkətlər zamanı sağrı nahiyyədən səsin gəlməsi ya da həmin nahiyyədə qopma hissinin yaranması)
- Bud-çanaq oynağının döndürücü (rotator) manjeti
- Əhalinin 10-20%-də təsadüf edilir, daha çox qadınlarda rast gəlinir.
- Artıqçəkili, aşağı bel ağrısı, diz ağrısı və ya aşağı ətraflarında uzunluq fərqi olan insanlarda daha çox rast gəlinir.
- Əksər hallarda futbolçularda, rəqqaslarda və qaçışçılarda təsadüf edilir.
- Bud-çanaq nahiyyəsində ən çox rast gəlinən bursit növlərində böyük troxanterin (lat.trochanter major) palpasiyası zamanı yaranan ağrı bud-çanaq oynağının müqavimət abduksiyası və ifrat passiv abduksiya zamanı hiss edilə bilər; tərəfləri müqayisə edin. Bir ayaq üstündə bir dəqiqə ərzində dayanmaq, troxanterik bursitin həssas və spesifik testidir. Differensial diaqnostika zamanı nəzərdə saxlayın ki, işiazı olan xəstələrdə L5 sinir kökünün qıcıqlanması adətən bud-çanaq oynağında ağrıya səbəb olur və hətta bu, trokanterdə həssaslığın artmasına da səbəb ola bilər."?>
- Troxanterik bursit
- Bud-çanaq nahiyyəsində ən çox rast gəlinən bursit növü
- Böyük troxanterin palpasiyası zamanı yaranan yerli həssaslıq
- Ağrı bud-çanaq oynağının müqavimət abduksiyası və ifrat passiv abduksiyası zamanı hiss edilə bilər; tərəfləri müqayisə edin
- Orta sağrı əzələsinin (lat. Musculus gluteus medius) və kiçik sağrı əzələsinin (lat. Musculus gluteus minimus) yırtığı
- Bir ayağın üstündə 30 saniyədən çox durmaq, orta və kiçik sağrı əzələ yırtıqlarının həssas və spesifik testidir.
- Differensial diaqnostika zamanı işiazı olan xəstələrdə L5 sinir kökünün qıcıqlanması adətən bud-çanaq oynağında ağrıya səbəb olur və hətta bu, troxanterdə həssaslığın artmasına da səbəb ola bilər.
- Oturaq sümüyün tuberositinin (qabarıqlıq) bursiti
- Sağrı nahiyyədə yerli ağrı və oturarkən meydana gələn ağrı
- Palpasiyaya qarşı həssaslıqla yanaşı, aşağı ətrafı yuxarı istiqamətdə düz qaldıran zaman dartılma ağrısı da meydana gələ bilər.
- Differensial diaqnostikada oturaq sümük qabarıqlığının (tuberosity) açıq sınıqlarını və əzələ yırtıqlarını diqqətə almaq lazımdır.
- Bədxassəli xəstəliklər: kiçik çanaq, prostat vəzinin xərçəngi (rektal toxunuş!)
Piriformis sindromun diaqnozu. Hər bir əlamət 1 baldır. Maksimum bal 12-dir. Əgər bal > 8, çox gümanki priformis sindromdur; bal < 6: priformis sindrom yoxdur.
| Uni- və ya bilateral sağrı əzələsinin ağrısı, gün ərzində periodik olaraq dəyişən ağrıdır |
| Aşağı bel ağrısının olmaması |
| Bel nahiyyəsində aksial palpasiya ağrısı yoxdur |
| SLR neqativdir |
| Çox oturmaq sağrı əzələsinin ağrısına və ya işiaz simptomuna səbəb olur |
| İşiaz simptomu gün ərzində dəyişir |
| Perineal (aralıq) nahiyyəyə ötürülən ağrıya təsadüf edilmir |
| "FAİR və ya Freiberg" testi vasitəsilə oyadılan və priformis nahiyəsinə ötürülən sağrı əzələsinin ağrısı |
| "Beatty" testi vasitəsiylə oyadılan və priformis nahiyəsinə ötürülənsağrı əzələsinin ağrısı |
| Palpasiya vasitəsilə oyadılan və priformis nahiyəsinə ötürülən sağrı əzələsinin ağrısı |
| "FAİR və ya Freiberg" testi vasitəsiylə oyadılan oturaq sinir ağrısı |
| "Beatty" testi vasitəsiylə oyadılan oturaq sinir ağrısı |
Cass SP. Piriformis sindrom: nondiskogenik işiyazın səbəbi Curr Sports Med Rep 2015;14(1):41-4. Michel F, Decavel P, Toussirot E et al. Priformis əzələ sindromu: 250 xəstənin monosentrik qrupunun diaqnostik şərhləri və müalicəsi. Ann Phys Rehabil Med 2013;56(5):371-83. Strauss EJ, Nho SJ, Kelly BT. Trokanter major ağrı sindromu. Sports Med Arthrosc 2010;18(2):113-9. Chowdhury R, Naaseri S, Lee J et al. Trokanter major ağrı sindromunun təsviri və idarə edilməsi. Postgrad Med J 2014;90(1068):576-81. Lequesne M, Mathieu P, Vuillemin-Bodaghi V et al. Şiddətli trokanter major ağrı sindromunda Sağrı əzələsinin tendinopatiyası : iki klinik testin, diaqnostik dəyəri .Arthritis Rheum 2008;59(2):241-6.