Onurğa sütununun sınıqları
EBM Klinik protokolları
18.04.2017 • Sonuncu dəyişiklik 18.04.2017
EeroHirvensalo
Əsas məqamlar
- Onurğa travmaları ən çox hallarda hündürlükdən düşmələr və ya vertikal vəziyyətdən sadə yıxılmalar ilə əlaqəlidir. Xüsusilə, hətta aşağı enerjili travmadan (məsələn, "qamçı zərbəsi" travması kimi və ya boyuna, yoxud onurğanın döş/bel şöbəsinə birbaşa və ya dolayı zərbə) onurğanın sınığına məruz qala bilən risk qruplarını diqqətə alın:
- yaşlı şəxslər, xüsusilə əgər təsadüfi yıxılma başın və ya gövdənin arxa hissəsinin travması ilə əlaqəlidirsə və ya şəxs sağrıları üstə düşürsə.
- ankilozlaşdırıcı spondilit və ya onurğada osteoporotik dəyişikliklərlə olan pasiyentlər.
- Pasiyent mütləq arxası üstə uzadılmalıdır və əgər onurğanın boyun şöbəsinin travması barədə şübələnilirsə pasiyentin boynuna mütləq bir boyun yaxalığı ilə dəstək verilməlidir. Əgər pasiyentdə ankilozlaşdırıcı spondilit və ya onurğanın dailm önə əyilməsinə səbəb olan hansı bir məlum vəziyyət varsa təbii əyriliyi saxlamaq üçün kifayət qədər hündür yastıqlar istifadə edilməli və ya pasiyent dəstəklənən lateral vəziyyətə qoyulmalıdır.
- Huşsuz travma pasiyentində onurğa travmasının ehtimalını həmişə yadda saxlayın.
- Əgər onurğanın boyun şöbəsinin travması şübhələnilirsə KT skanı əsas müayinədir. Rentgen müayinəsi onurğanın döş və bel şöbəsinin travmalarının əsas müayinəsinin bir hissəsi kimi göstərişdir. Həmçinin, erkən diaqnostik müayinələr zamanı KT skanı mövcud olmadıqda (məsələn, pasiyenti ixtisaslı müalicə müəssisəsinə köçürməzdən əvvəl) onurğanın boyun şöbəsinin rentgen müayinəsi aparıla bilər.
- Huşsuz travma pasiyentində onurğanın boyun şöbəsinin ehtimalını (onurğanın boyun şöbəsinin rentgen müayinəsi kranioqrafiyaya nisbətən daha vacibdir; sınığa aydın şübhə olduqda KT skanı birincili müayinədir) həmişə yadda saxlayın. Onurğa travmaları ən çox hündürlükdən düşmələr və ya yıxılmalarla əlaqəlidir. Xüsusilə, hətta aşağı enerjili travmadan (məsələn, "qamçı zərbəsi" travması kimi və ya boyuna, yoxud onurğanın döş/bel şöbəsinə birbaşa və ya dolayı zərbə) onurğa sütununun sınığına məruz qala bilən risk qruplarını diqqətə alın: yaşlı şəxslər, xüsusilə əgər təsadüfi yıxılma başın travması ilə əlaqəlidirsə və ya şəxs oturaq vəziyyətdə yıxılırsa; ankilozlaşdırıcı spondilit və ya onurğada osteoporotik dəyişikliklər olan pasiyentlər. Pasiyent arxası üstə vəziyyətə uzadılmalıdır və əgər onurğanın boyun şöbəsinə boyun yaxalığı ilə dəstək olunmalıdır. Əgər pasiyent huşundadırsa əzələ spazmı zədələnmiş sahəyə müəyyən müdafiəni təmin edəcək. Huşsuz pasiyentin tərpədilməsi xüsusi diqqət tələb edir."?>
Onurğanın boyun şöbəsinin sınığı
- Əgər onurğanın boyun şöbəsinin sınığı şübhələnilirsə pasiyent ixtisaslı müalicə müəssisəsinə göndərilməlidir.
- Pasiyentdən anamnez alınan zaman hər hansı birbaşa və ya dolayı boyun travması (məsələn, yıxılma və ya hündürlükdən düşmə ilə əlaqəli) barədə məlumatlar vacibdir.
- Yerə yıxılmış yaşlı pasiyentdə boyunda və ya onurğada ağrı həmişə əlavə müayinələri tələb edir və mütləq sınıq mümkün hesab edilməlidir.
- Diaqnoz təsdiqlənənə kimi bütün sınıqlar qeyri-stabil hesab edilməlidir.
- Pasiyentin nevroloji statusunu və bu statusda hər hansı dəyişiklikləri monitorinq edin və qeydə alın.
- Əgər baş nahiyəsi yüngül enerjili travmadan daha artıq xəsarətə məruz qalmayıbsa sağlam uşaqlarda və gənc böyüklərdə onurğanın boyun şöbəsinin sınığının ehtimalı çox kiçikdir. Adətən belə hallarda, xüsusilə pasiyentdə boyun və ya çiyin nahiyələrində hətta heç bir kiçicik lokal palpator həssaslıq, nevroloji simptomlar və diaqnoza qarışa bilən yanaşı mövcud olan xəstəliklər olmadıqda görüntüləmə müayinələri lüzumsuzdur.
- Əgər onurğanın boyun şöbəsinin travmasından şübhələnilirsə, qeyri-aydın hallarda görüntüləmə müayinələri göstərişdir.
- Əgər pasiyentdə çoxsaylı travmalar varsa, psixotrop təsir göstərən kimyəvi maddələrin təsiri altındadırsa, baş beyin travmasına məruz qalması güman edilirsə və ya pasiyentin əməkdaşlıq etməsi hər hansı səbəbdən pozulubsa travmalarr qiymətləndirilən zaman onun hissiyyat və ağrı barədə məruzəsinə güvənilə bilməz.
- Digər təqdirdə əksi sübut olunana qədər bütün sınıqlar qeyri-stabil hesab edilməlidir. Əgər baş nahiyəsində yüngül bir travmadan savayı ciddi zədələnmə alınmayıbsa onurğanın boyun şöbəsinin sınığının ehtimalı çox kiçikdir və pasiyentlərdə orta xətt üzrə ən yüngül bir palpator həssaslıq, heç bir fokal nevroloji çatışmazlıq və diaqnoza təsir göstərə bilən heç bir yanaşı xəstəlik yoxdursa adətən onurğanın boyun şöbəsinin rentgen müayinəsinə heç bir ehtiyac yoxdur. Bununla birlikdə, əgər pasiyentdə çoxsaylı travmalar varsa hissiyyat və ağrının məruzə edilməsi travmaların qiymətləndirilməsi münasibəti ilə etibarlı deyil. Yaşlı pasiyentdə yıxılmadan sonra ağrılı boyun həmişə bir mümkün sınıq kimi nəzərdən keçirilməlidir. Anamnezdə yıxılmanın və başın ’s harasa dəyməsinin olması mühüm məlumatdır. Nevroloji statusu monitorinq edin. Görüntüləmə müayinəsi sifariş etmək üçün aşağı hədd saxlayın (Kiçik bir şübhə olduqda görüntüləmə müayinəsini sifariş verin). "?>
Diaqnoz
- Diqqətli anamnez götürülməsi vacibdir.
- Klinik mənzərədə ənsə, boyun, çiyin və ya yuxarı ətrafda ağrının olması sinir köklərinin qıcıqlanması/zədələnməsi ilə birgə onurğanın boyun şöbəsinin əhəmiyyətli travma aldığını (tavmanın səviyyəsindən asılı olaraq ağrının irradiasiyası) irəli sürür.
- İlkin mərhələdə onurğanın boyun şöbəsində lokal ağrı palpasiya vasitəsilə etibarlı surətdə aşkar edilə bilməz.
- Bütün ətrafların nevroloji statusu müayinə edilməlidir.
- Klinik müayinəyə əlavə olaraq KT skanı aparılmalıdır. Əgər bu mümkün deyilsə, onurğanın boyun şöbəsi rentgenoqrafiya edilməlidir.
- Fəqərələrin yerdəyişməsinə görə lateral proyeksiyanı müayinə edin; əmin olun ki, C1-C7 fəqərələri rentgen müayinəsində göstərilmişdir (şəkillər ). Fəqərə cisimlərinin ön və arxa kənarlarının hamar xətt formalaşdırmasını, faset oynaqların düzgün vəziyyətdə olmasını, tin çıxıntılarının zirvələrinin bərabər əyilməsini və bu zirvələr arasındakı məsafələrin bərabər olmasını yoxlayın.
- Həm yan, həm də ön-arxa proyeksiyalarda dişəbənzər çıxıntının konturlarını zədələnməməsinə görə yoxlayın.
- Ön-arxa proyeksiyada C1 fəqərəsinin (atlas) qövsünün anormal geniş olmadığını yoxlayın (lateral kütlələrin C2 fəqərəsinin [ox-fəqərə] konturlarına münasibətdə gözlənilən bərabərləşmədən lateral tərəfə yerdəyişməsi kimi bilinir). Həmçinin, lateral proyeksiyada olduğu kimi ön-arxa proyeksiyada da tin çıxıntılarının müntəzəmliyini (bərabərliyini) yoxlayın. Hər iki tərəfdə qeyri-bərabərlikləri qeyd edin.
- Əgər onurğanın boyun şöbəsinin travmasına şübhə varsa rentgen müayinəsi travmanı inkar etmək üçün kifayət deyil (kiçik sınıq fraqmentləri aydın görülə bilmir və onurğanın aşağı hissəsi kifayət dərəcədə görülə bilmir).
Müalicə
- Onurğanın boyun şöbəsinin sınıqları ixtisaslı müalicə müəssisəsində qiymətləndirmə və ən çox hallarda, həmçinin, ilkin mərhələdə hospitalizasiya tələb edir. Pasiyenti hərəkət etdirməzdən öncə mütləq boyun yaxalığı qoyulmalıdır.
- Qeyri-stabil sınıqlar cərrahi yolla müalicə olunur. Boyun yaxalığı və ya traksiya yalnız ilkin mərhələdə tətbiq edilə bilər. Çıxıq zamanı qapalı reduksiyaya nail olmaq üçün müalicə vahidi ilə (1 kq/fəqərə, yəni C3 fəqərəsinin sınığı 3 kq tələb ediləcək) kəllənın traksiyası tətbiq edilməldir.
- Onurğanın boyun şöbəsinin sınığı üçün həmişə hospitalizasiya tələb edilir. Pasiyentə hərəkət etdirilməzdən öncə mütləq boyun yaxalığı tətbiq edilməlidir. Qeyri-stabil sınıqlar praktik olaraq həmişə əməliyyat edilir. Traksiya yalnız ilkin mərhələdə tətbiq edilə bilər. Çıxıqlar üçün kəllənin traksiyası müalicə vahidi ilə (1 kq/fəqərə, yəni, C3 fəqərəsinin sınığı 3 kq tələb edəcək) tətbiq edilməldir. "?>
Onurğanın döş və bel şöbəsinin sınığı
- Onurğanın döş və bel şöbəsinin sınıqları adətən onların stabilliyinə əsasən təsnif edilir.
- Stabil kompression sınıq zamanı fəqərə cisminin yalnız ön kənarı dağılmışdır (bir-sütunlu sınıq).
- Qismən qeyri-stabil fəqərə sınığı zamanı həmçinin, fəqərə cisminin arxa kənarı da zədələnmişdir (iki-sütunlu sınıq).
- Tamamilə qeyri-stabil fəqərə sınığı zamanı, həmçinin, faset oynaqlar ətrafındakı sahə və tin çıxıntıları, eləcə də onlara birləşmiş bağlar (üç-sütunlu sınıq) zədələnmişdir.
- Hissəvi və tam qeyri-stabil fəqərə sınıqları nevroloj strukturların zədlənməsi riski ilə əlaqədardır. Qeyri-stabil sınıqlar tipik olaraq yüksək enerjili yıxılmalarla əlaqəlidir. Lakin hətta kiçik bir yıxılma da osteoporozlu və ya eslastikliyini itirmiş onurğada (ankilozlaşdırıcı spondilit) sınığa səbəb olmağa kifayət edə bilər.
Stabil kompression sınıq
- Ən çox rast gəlinən sınıq onurğanın döş və ya bel şöbəsinin birləşmə sahəsində (Th10–L2) yaşlı bir şəxsdə nisbətən əhəmiyyətsiz dərəcədə olan vertikal gücün təsirindən yaranan (bir-sütunlu) kompression sınıqdır.
- Bu travma oma da daxil olmaqla onurğanın hər hansı bir sahəsində meydana çıxa bilər (baxın ).
- Ayaq üstə olan vəziyyətdən və ya stulda oturaq vəziyyətdən yıxılma osteoporotik fəqərələrdə sınığa səbəb olmağa kifayə edə bilər. Sınıqlar, həmçinin, onurğanın döş və ya bel şöbələrində hər hansı bir sahədə meydana çıxa bilər. Sağlam fəqərələrin sınması üçün tipik olaraq yüksək enerjili travma (daha yüksək hündürlükdən yıxılma) tələb edilir.
- Stabil kompression sınıq zamanı fəqərə cisminin yalnız ön kənarı (bir-sütunlu sınıq) dağılır. Qeyri-stabil fəqərə sınığı zamanı isə həmçinin, arxa kənar (iki-sütunlu sınıq) və ola bilsin ki, birləşmiş bağlarla birlikdə faset oynaqlar arasındakı sahə və tin çıxıntıları (üç-sütunlu sınıq) zədələnir. Qeyri-stabil sınıqlar tipik olaraq yüksək enerjili sınıqlar və yol qəzası travmaları ilə əlaqəlidir. Ən çox rast gəlinənlər onurğanın döş və ya bel şöbəsinin (bir-sütunlu sınıq) vertikal güc səbəbindən baş verən kompression sınıqlarıdır. Sarğıları üstə düşmək və ya stuldan yıxılmaq yaşlı şəxsdə osteoporotik fəqərələrdə sınığa səbəb olmaq üçün kifayət edə bilər. Kompression sınıqlar, həmçinin, gənc pasiyentlərdə də rast gəlinir. Tipik olaraq bu hallarda əlaqədar enerji daha böyükdür (məsələn, daha böyük hündürlükdən yıxılmaq, yol qəzası) və pasiyent çox zaman digər sınıqlarla da təqdim olunur "?>
Diaqnoz
- Sınıq sahəsində və həmçinin, çox zaman zədə səviyyəsinin ətrafında və bu səviyyədən aşağıda uzun arxa əzələlərdə lokal həssaslıq
- Rentgen şəkillərdə fəqərə cisimlərinin hündürlüyünün saxlanılmasına, fəqərə cisminin arxa kənarının bütövlüyünə, hər hansı fəqərə transpozisiyasına və interpedikulyar məsafələrin qonşu fəqərələr arasında olduğu kimi praktik olaraq eyni intervalda saxlanılmasına diqqət yetirilməlidir.
- Daha dəqiq diaqnoz və stabilliyin qiymətləndirilməsi üçün iki-sütunlu və üç-sütunlu sınqlarda KT skanı (Görüntü )"?> (şəkil) göstərişdir.
Müalicə
- Əgər fəqərə cisminin hündürlüyü öndən 50%-dən artıq enibsə (qonşu fəqərə ilə müqayisə edin) və sınıq stabildirsə əksər hallarda cərrahi müalicə tələb edilir, lakin bu ehtiyac fərdi qaydada qiymətləndirilməldir. Digər təqdirdə bu sınıq konservativ müalicə edilə bilər.
- Yaşlı pasiyentlərdə və ağır osteoporozu olanlarda fəqərə cisminin hündürlüyündə hətta daha böyük azalma olan sınıqları konservativ yolla müalicə etmək məqbuldur. Ağrıya kifayət qədər nəzarət olunması vacibdir.
- Vertebroplastika və kipfoplastika (üfürülə bilən balon istifadə edərək) kollaps etmiş fəqərə sınıqlarının müalicəsi üçün minimal invaziv cərrahi metodlardır. Onlara göstərişlər yüksək dərəcədə fərdi olaraq ölçülməlidir. Bu metodlar adi müalicə təcrübəsində təyin edilməmişdir. Onların uzun müddətli faydaları barədə sübutlar məhduddur və bu metodlar risksiz deyil.
- Ağrı travmadan bir neçə il sonra müddət ərzində qalmaqda davam edə bilər.
- Osteoporotik kompression sınıqlar (şəkil "?>) adətən xüsusi əhəmiyyətli bir travma olmadan və ya yüngül sarsıntılarla əlaqəli olaraq (məsələn, stuldan yıxılmaq) meydana çıxır. Hətta əgər fəqərə cisminin kollapsı əhəmiyyətli dərəcədə olsa da (fəqərənin hündürlüyünün 50%-dən çoxu) ümumilikdə bu sınıqlar konservativ müalicə edilmək üçün kiayət qədər stabildir.
- Yaşlı pasiyentdə osteoporotik kompression sınıq yerli bölgə xəstəxanasının stasionar palatasında müalicə edilə bilər. Ağrı imkan verdikdə pasiyent hərəkətə gətirilə bilər.
- Osteoporotik sınıqları olan pasiyentlərdə osteoporoza aid dərman vasitəsinin başlanılması nəzərdən keçirilməlidir .