Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Böyüklərdə anemiyanın qiymətləndirilməsi

Mündəricat

Böyüklərdə anemiyanın qiymətləndirilməsi

EBM Klinik protokolları
26.02.2018 • Sonuncu dəyişiklik 26.02.2018
TapioNousiainen

Anemiya ilə bağlı həmçinin, qısa  istinad məqaləsinə də baxın.

Əsas məqamlar 

  • Ambulator tibbi xidmət zamanı qanın ən çox rast gəlinən xəstəliklərindəndir dəmir defisitli anemiya isə anemiyanın ən çox yayılmış formasıdır. xronik xəstəliklə əlaqədar anemiya isə (ikincili anemiya) daha sonrakı çox rast gəlinən formadır.
  • Anemiyanın qiymətləndirilməsində əsas suallar bunlardır:
    • Anemiyanın növü hansıdır  (MCV -nin avtomatik təyininə əsasən)?
      •  mikrositar (MCV < 80 fl)
      •  normositar  (MCV 80–100 fl)
      •   makrositar (MCV > 100 fl)
    • Mexanizmi hansıdır ( qırmızı qan hüceyrələrinin istehsalının azalması yaxud qırmızı qan hüceyrələrinin parçalanmasının artması )?
    • Diaqnoz nədir: patofiziologiyası və anemiyanın əsas səbəbi? 

Əsas qaydalar 

  • Anemiyanın üstünlük təşkil etməsi öyrəilən populyasiyadan asılıdır. Ona tez tez rast gəlinir və daha çox "yan diaqnoz" dur.   ÜST -nın  görə Anemiyanın meyarları aşağıdakılardır
    • uşaqlar; qanda hemoqlobin < 110 q/l
    • qadınlar ;qanda hemoqlobin  < 120 q/l,hamiləlik dövrü < 110 q/l
    • kişilər; qanda hemoqlobin  < 130 q/l
  •  amma, hemoqlobinin aşağı səviyyələri belə, normal ola bilər. Məsələn, Finlandiyada bu  referans diapazonu istifadə edilir : 117–155 q/l qadınlar, və  134–167 g/l kişilər üçün 
  • Anemiyanın üstünlük təşkil etməsi  əhəmiyyətli dərəcədə praktikadan asılı olaraq dəyişir.   Qadınlarda daha çox rast gəlinir və çox zaman  a &quot;yan diaqnoz &quot;. Hemoqlobinin təyini daha çox rutin müayinədir. ."?>
  • Bir çox pasientlərdə dəmir defisiti  anemiyanın ən çox rast gəlinən  mexanizmi olması aşkar olunmuşdur. ( ambulator yardım zamanı  pasientlərin  təqribən 50%-i  ).
  • Anemiya yekun diaqnoz deyil, simptomdur.  Bu simptomun  səbəbi, başqa sözlə,  əsas səbəbi müəyyən olunmalıdır.
  • Pasientdə hemoqlobinin göstəricisi  yol verilən norma hüdudlarında  olarsa belə,  hemoqlobin səviyyəsinin  onun normal hemoqlobin səviyyəsindən 20 q/ldən aşağı düşməsi  bir simptom hesab oluna  bilər. 

Anemiyanın mexanizmi 

  • Anemiya eritrosilərin parçalanmasının artması, (qanaxma yaxud, hemoliz), sümük iliyində eritrositlərin zəif yaranması, yaxud hər iki proses nəticəsində baş verə bilər. 

 Diaqnostik təyini 

  • Eritrositlərin orta korpuskulyar həcminə -OKH  (MCV ) görə anemiyanın morfoloji təsnifatı  anemiyanın qiymətləndirilməsində sadə və praktik yanaşmadır.  

 MCV - Orta korpuskulyar Həcmə görə anemiyanın təsnifatı 

  • Mikrositar  anemiyalar (MCV < 80 fl)
    • dəmir çatışmazlığı 
    • xronik xəstəliklər zamanı anemiya  ( az saylı hallarda)
    • talassemiyalar
  • Normositik anemiya (MCV 80–100 fl)
    • xronik xəstəliklər zamanı anemiya  (əksər hallarda )
    • hemolitik anemiya (əksər hallarda)
    • kəskin hemorragiya 
    • aplastik anemia yaxud sümük iliyinin infiltrasiyası 
  • Makrositar anemiya (MCV > 100 fl)
    • vitamin B12 çatışmazlığı
    • folat  çatışmazlığı 
    • qan itkisi  ( > 2 gün öncədən çox müddətdə  baş verən qanaxma və ya hemoliz retikulositoza səbəb olur ki, bu da yüngül makrositoz kimi təzahür edir.)
    • qaraciyər xəstəlikləri 
    • ifrat alkoqol qəbulu 
    • digərləri (mielodisplaziya,  hematoloji bədxassəli proseslər, hiporiroidizm)
    • anemiyasız makrositoz, baxın.

Diaqnozu 

 Müvafiq mənbələr