Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Tonzillektomiyadan sonrakı qanaxma

Mündəricat

Tonzillektomiyadan sonrakı qanaxma

EBM Klinik protokolları
06.09.2017 • Sonuncu dəyişiklik 06.09.2017
KarinBlomgren

Əsas məqamlar

  • Tonzilektomiyadan sonrakı qanaxma adətən əməliyyatdan iki həftə sonra baş verir. 
  • Qanaxma əməliyyat sahəsinin tam epitelləməsindən əvvəl fibrin örtüyün itirilməsi səbəbindən baş verir. 
  • Tonzilektomiyadan sonrakı qanaxmanın menecmenti əməliyyatın edildiyi yerdə əməliyyat edən həkimin birbaşa məsuliyyətindədir. 
  • Tonzilektomiyadan sonrakı qanaxma xüsusilə uşaqlarda laxtalanmanın pozulması xəstəliyinin birinci əlaməti ola bilər. 
  • Əgər xəstənin qanaxmasının dayanmasına əmin deyilsiniz və ya xəstə təkrari qanaxma ilə müraciət edibsə onu mütəxəssisə göndərin.

Müalicə

  1. Xəstəni sakitləşdirin
    • Boğazda qanaxma və udulmuş qanla qusulma xəstə üçün çox qorxuducu ola bilər. Xəstə qanı udmamağa çalışmamalıdır. 
  2. Xəstənin ümumi vəziyyətini yoxlayın və venoz giriş yaratmağı düşünün.
  3. Yardım edəcək tibb bacısının olmasını təmin edin və müvafiq alətlərin (cihazların) olmasına əmin olun. 
    • Alın fənəri
    • Metal dil aşağı salan alət
    • Bərk, yoğun və mümkünsə metal ucluqla sorucu aparat
    • Elektrik cərrahi bıçaq (bipolyar və ya minopolyar) əgər mümkünsə
    • sıxacTutqaclar
    • Tənzif tamponlar və ya yumru şəkilə salına biləcək tənziflər
    • Yerli ağrıkəsicilər (anestetiklər) (yerli anesteziya üçün 4%-li lidokain-adrenalin məhlulu və ya 10 mq/doza lidokain spreyi və ya 1%-li lidoakin-adrenalin məhlulu infiltarsion anesteziya üçün) və uzun iynə. 
  4. Hətta qanaxmanın dayandığı müşahidə olunsa belə badamcıq yatağından qan laxtaları təmizlənməlidir. Badamcıq yatağında laxtaları sorucu və sıxacla aradan qaldırmaq olar. Qanaxma nöqtəsini təyin edin və 4%-li lidokain-adrenalin məhlulu ilə nəmləndirilmiş tənzif tamponları ilə 5 dəqiqə ərzində təzyiq edin. Tənzif tamponu uzun sıxacaq ilə saxlayaraq (məsələn Koxer tipi) həmin sahəyə güclü təzyiqlə  qoyun. Bu vəziyyəti nəzarət altına almalıdır və bundan əlavə qanaxmanı dayandıracaq. Əgər göstərişdirsə, laxtalanma traneksam turşusu məhlulu ilə isladılmış tənzif tamponun təzyiqlə tətbiq edilməsilə gücləndirilə bilər. Təzyiq tətbiq olunduqdan sonra qanaxma sahəsi selikli qişanın altındakı toxumalara 1-2 ml 1% lidokain-adrenalin məhlulunun infiltrasiyası vasitəsilə həmçinin anesteziya edilə bilər.
  5. Əgər qan laxtalarını təmizlədikdən sonra qanaxma dayanıbsa xəstəni evə yazılmazdan əvvəl ən azı bir neçə saat klinikada müşahidə edin. Əgər qanaxma nöqtəsi təyin edilə bilinirsə o monopolyar və ya bipolyar elektrik diatermiya istifadə etməklə elektrokoaqluyasiya edilməlidir. Əgər qanaxma nöqtəsinin lokalizasiyası çətin yerdədirsə, badamcıq yatağının aşağı səthinin ehtiyatla yoxlamağı yadda saxlayın. 
  6. Əgər qanaxma nöqtəsi aşağı, diilin kökünə yaxındırsa dili aşağı basmaq üçün ciddi güc lazım ola bilər. 
  7. Yuxu arteriyasının zədələyə biləcəyinizə görə qanaxma olan damarı tikməyə çalışmayın.
  8. Prosedura zamanı xəstənin ümumi vəziyyətini müşahidə edin (huşun itirilməsi tendensiyası, hemorragik şok). 
  9. Uşaqlarda tonzillektomiyadan sonrakı qanaxmanın menecmenti ümumi anesteziya olmadan çətin ola bilər. 
  10. Müvafiq güclü təzyiqin tətbiqi hətta ağır qanaxmanı dayandıracaqdır. Bəzi hallarda xüsusilə güclü arterial qanaxma zamanı həkimin xəstəni qəbul edən xəstəxanaya qədər badamcıq yatağına davamlı təzyiq etməklə müşayət edir.