Gestasion hipertenziya [hamiləliklə bağlı hipertenziya] (pre-eklampsiya)
EBM Klinik protokolları
11.09.2018 • Sonuncu dəyişiklik 15.08.2017
AnneliKivijärvi
Əsas məqamlar
- Preeklampsiya halının mümkün olduğu qədər tez bir zamanda aşkarlanması prenatal qulluğun ən vacib məqsədi hesab edilir.
- Hamiləliklə bağlı hipertenziya hallarına diqqətlə yanaşılmalıdır.
- Hipertenziya hamiləlik zamanı analar arasında və perinatal dövrdə xəstələnmənin və ölümün əsas səbəbi hesab edilir.
- Hamiləlikdən əvvəl hipertenziyadan əziyyət çəkən qadının hamiləliyi ciddi nəzarət altında saxlanılmalıdır.
- Hamiləlikdən əvvəl hipertenziyadan əziyyət çəkən, əlaqəli preeklampsiyanın inkişaf etdiyi qadınlarda ikinci və ya daha sonrakı hamiləliklərdə perinatal ölüm riski, ilk hamilə olanlarla (əvvəl hipertenziyası olmayan, lakin preeklampsiya inkişaf edən qadınlar) müqayisədə əhəmiyyətli dərəcədə yüksəkdir.
Tərif
- Hamiləlik zamanı yüksək qan təzyiqi təzyiqin ≥ 140/90 olması və ya sistolik təzyiqin yüksəlməsi ≥ 30 mm civ.süt. və yaxud distolik təzyiqin yüksəlməsi ≥ 15 mm civ.süt. kimi müəyyən edilir.
- Təzyiq hamiləlikdən və ya hestasiyanın 20-ci həftəsindən əvvəl yüksəldikdə xroniki hesab edilir.
- Hestasion hipertenziya 20-ci hestasiya həftəsindən sonra meydana gəlir.
- Preeklampsiyanın tərifinə həm qan təzyiqinin, həm də proteinuriyanın hestasiyanın 20-ci həftəsindən sonra eyni zamanda yüksəlməsi aid edilir.
- Proteinuriya (0.3 q/gün) normal hamiləliklər zamanı da müşahidə edilə bilər; lakin pre-eklampsiyanın diaqnozu üçün proteinuriya 0.5 q/gün olmalıdır.
- Preeklampsiyanın başlanğıcında böyrəklərdə hələ zədələnmənin baş vermədiyi və qan təzyiqinin proteinuriyasız yüksəldiyi mərhələyə rast gəlmək mümkündür.
- Əlaqəli preeklampsiya xroniki hipertenziyanın 20-ci hestasiya həftəsindən sonra proteinuriya ilə yanaşı müşahidə edildiyi zaman meydana gəlir.
- Xroniki hipertenziyadan əziyyət çəkən hər dörd hamilə qadından birində preeklampsiya inkişaf edə bilər. Bu, vaxtından əvvəl doğuşa, qeysəriyyə əməliyyatına, körpənin çəkisinin aşağı olmasına və perinatal ölümə səbəb ola bilər.
- Eklampsiya (generalizə olunmuş tonik-klonik tipli qıcolma tutmaları ) çox nadir hallarda təsadüf edilən ağırlaşma hesab edilir.
Hamiləlik zamanı qan təzyiqi
- Normal hamiləlikdə sistolik arterial təzyiq əksər hallarda hamiləlikdən əvvəlki həddən bir qədər aşağı olur.
- Diastolik arterial təzyiq sonuncu trimesterə qədər hamiləlikdən əvvəlki həddən bir qədər aşağı olur; hamiləliyin son 3 ayında isə təzyiq həmiləlikdən əvvəlki səviyyəyə çatır.
- Qan təzyiqi ikinci trimesterdə demək olar ki, bütün hamilə qadınların yarısında müəyyən qədər azalmış olur.
- Bu fizioloji dəyişiklik prenatal nəzarət zamanı asan təyin edilmir və əksər hallarda qan təzyiqinin hamiləlik boyu mülayim və müntəzəm bir şəkildə yüksəlməsi müşahidə edilir.
Prenatal dövrdə qan təzyiqi və sidikdə zülalın miqdarının nəzarətdə saxlanılması
- Qan təzyiqinin və sidik zülallarının səviyyəsini ilkin olaraq birinci trimesterdə və hamiləlik boyu yoxlamaq lazımdır.
- Tibb müəssisəsinə hər gəliş zamanı qan təzyiqi yoxlanılmalıdır; o, çox qısa bir müddət ərzində yüksələ bilər.
- Qan təzyiqinin ölçülməsi 15 dəqiqə dincəldikdən sonra çılpaq bazu nahiyyəsində aparılmalıdır; piylənməsi olan xəstələr üçün kifayət qədər uzun və enli manjet seçilməlidir.
- Əgər qan təzyiqinin 140/90 mm civ.süt. yüksək olması və ya ananın risk altında olması hallarında təkrari müayinələrin daha intensiv bir şəkildə aparılmasına ehtiyac varsa, ev şəraitində tonometrdən istifadə etməkdə fayda vardır (xüsusilə təzyiq xəstələrində).
- İkinci trimesterdə diastolik təzyiqin > 85 mm civ.süt. olması risk faktoru hesab edilir.
- Qan təzyiqinin gecələr yüksəlməsi yüksək riskə dəlalət edir.
- Yüksək qan təzyiqi və preeklampsiya riskini hamiləyin əvvəlindən nəzərdə saxlayın.
- Riskin artması hallarında təkrari müayinələr hestasiyanın 20-ci həftəsindən sonra intensivləşdirilməlidir (4 həftə intervalı çox uzundur!).
- Hər gəliş zamanı sidikdə albumin yoxlanılmalıdır.
- Yüksəlmiş qan təzyiqi olan xəstələrə hestasiyanın 24-cü həftəsindən sonra sidiyin ev şəraitində test-zolaq üsulu ilə necə yoxlanılması barədə təlimatlar verin (vəziyyətin ağırlıq dərəcəsindən asılı olaraq həftədə 1-3 dəfə).
Preeklampsiyanın risk faktorları
- Birinci hamiləlik
- Birdən çox döl
- Ailədə preeklampsiya
- Yaşın < 20 və ya > 40 olması
- Piylənmə
- Xroniki hipertenziya
- Diabet
- Xroniki nefropatiya
Digər laborator analizlər (prenatal ambulator klinikalarda)
- Trombosit sayımı ilə ümumi qan analizi
- Plazmada ALT
- Plazmada urat
- Hematokrit preeklampsiya ilə əlaqədar olaraq yaranan hemokonsentrasiya (plazma həcminin azalması) səbəbindən yüksələ bilər.
- Qan təzyiqinin və/və ya proteinuriyanın yüksəlməsi ilə birlikdə meydana gələn qarının yuxarı hissəsində kəskin ağrı və ürəkbulanma vəziyyətin ağırlaşmasına dəlalət edir (HELLP sindromu: hemoliz, yüksəlmiş qaraciyər fermentləri, aşağı trombosit miqdarı).
Hamiləlik zamanı qan təzyiqinin müalicəsi
- Duz qəbulunda məhdudiyyət və istirahət (xəstəlik vərəqəsı).
- Antihipertenziv dərmanlara həkim-mütəxəssisin konsultasiyasına əsasən ambulator şəraitində başlanılır
- əgər sistolik arterial təzyiq 160 mm civ.süt. və ya diastolik arterial təzyiq 105 mm civ. süt-nu keçirsə, və ya hətta aşağı təzyiq zamanı (> 140/90 mm civ.süt.), əgər xəstədə simptomlar (məs. baş ağrısı, vizual pozuntular) və/və ya proteinuriya və/və ya şişkinlik müşahidə edilirsə,
- əgər qadında diabet və ya böyrək xəstəliyi varsa, hətta aşağı qan təzyiqi zamanı da
- Müalicəyə mütəxəssis konsultasiyasından sonra başlanılır.
- Tətbiq edilən müalicələrdən heç biri dölün qan dövranını artırmır. Qan təzyiqinin kəskin aşağı salınması uşaqlığın qan dövranını poza bilər. Hədəfdə tutulmuş qan təzyiqi 140/90 mm civ. süt-dür. Seçilmiş dərman preparatı döl üçün təhlükəsiz olmalıdır.
- Beta-blokatorlar, alfa-beta-blokator labetalol (100–400 mq × 3) və vazodilyatator uzun təsirli kalsium kanal blokatorları tətbiq edilə bilər.
- İSA-blokatorlar (Intrinsic sympathomimetic activity blockers), nifedipin (depo məhsulu kimi gündə bir dəfə 30-120 mq), clonidine, verapamil və ya prazosin qəbul edilə bilər.
- ACE inhibitorlarından, ATR blokatorlarından və diuretiklərdən uzaq durun.
- ACE inhibitorları və ATR blokatorların qəbulu artıq hestasiyanın 6 həftədən etibarən əks göstəriş hesab edilir.
- Kalsium əlavələri faydalı ola bilər.
Prenatal ambulator klinikalara göndəriş
- Göndəriş
- xroniki böyrək xəstəliyindən, şiddətli hipertenziyadan və ya nefroloji mənşəli hipertenziyadan əziyyət çəkən qadınlar hamiləliyi planlaşdırdığı dövrdə
- hamiləlikdən əvvəl hipertenziyadan əziyyət çəkənlərdə hamiləliyin əvvəlində dərmana olan ehtiyacı müəyyən etmək məqsədilə
- hestasiyanın 24-cü həftəsindən əvvəl qan təzyiqi yüksəlmiş şəxslərdə essensial və ikincili hipertenziya arasında differensal diaqnostikanın mümkün olduğu qədər tez həyata keçirilməsi məqsədilə
- vəziyyət müəyyən edildikdən sonra hipertenziya və preeklampsiyalı xəstələr və xəstəliyin kəskin simptomları olan pasiyentlər dərhal göndərilir.
Adiyyatı mənbələr
- Koxran nəzəriyyələri
- Ədəbiyyat
Hypertension in pregnancy. NICE Quality Standard QS35. National Institute for Health and Care Excellence, July 2013 Bramham K, Parnell B, Nelson-Piercy C et al. Chronic hypertension and pregnancy outcomes: systematic review and meta-analysis. BMJ 2014;348():g2301.