Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Plevral effuziyalar və torakosentez

Mündəricat

Plevral effuziyalar və torakosentez

EBM Klinik protokolları
19.08.2016 • Sonuncu dəyişiklik 04.12.2015
Olli-PekkaSeppälä

Əsas məqamlar

  • Birtərəfli və ya ikitərəfli plevral effuziyalara ağciyərin, plevranın və digər orqanların bir çox müxtəlif xəstəlikləri, yaxud sistem xəstəliklər səbəb ola biər.  
  • Plevral mayenin ekssudat və ya transudat kimi xarakterizə edilməsi diaqnostik çalışmalara yardım edir. 
    • Adətən ekssudata səbəb ağciyər və ya plevranın xəstəliyi, yaxud sistem xəstəliyidir.  
    • Transsudat isə adətən ürək çatışmazlığı, yaxud qaraciyər və ya böyrək xəstəliyi səbəbindən yaranır. 

Etiologiya

Çox rast gəlinən səbəblər (e=ekssudat, t=transsudat)

  • Pnevmoniya (e)
  • Ürək çatışmazlığı (t)
  • Xərçəng (e)
  • Ağciyər emboliyası (e/t)

Daha az rast gəlinən səbəblər 

  • Hipoproteinemiya: nefrotik sindrom, qaraciyər çatışmazlığı (t)
  • Vərəm (e)
  • Abdominal xəstəliklər: pankreatit, diafraqmaaltı absess (e)
  • Sistem birləşdirici toxuma xəstəlikləri: revmatoid artrit, SQE, vaskulit (e)
  • İnfarktdan sonrakı sindrom və ya torakotomiyanın qalıq nəticəsi (e)
  • Miksedema (e)
  • Asbestoz (e)
  • Dərmanlar, məsələn, metotreksat, amiodaron, fenitoin, karbamazepin, nitrofurantoin, siklofosfamid, bromokriptin (e)

Simptomlar və əlamətlər

  • Təngnəfəslik 
  • Plevrit zamanı döş qəfəsinin yan tərəfində ağrı, çox zaman öskürək və qızdırma  
  • Küt perkussiya səsi
  • Plevrit zaman auskultasiyada plevranın sürtünmə küyü (çox rast gəlinmir). Plevra səhfələrinin daha bir-birilə sürtünməməsi üçün plevra boşluğunda bəs edəcək qədər çox maye olduqda plevranın sürtünmə küyü itəcək.   

Diaqnostik müayinələr 

  • Plevra effuziyasının səbəbini tədqiq etmək üçün təcrübədə üç mərhələ vardır. 
    1. Soruşulmalı olan ilk sual effuziyanın təbiəti etibarilə transsudat və ya ekssudat olmasıdır. Bu məsələ mayedə zülalın miqdarının təyini ilə müəyyənləşdirilir. 
    2. Ekssudat halında sual bunun bədxassəli şiş və ya iltihabi vəziyyətə görə olub-olmamasıdır.    
    3. İltihabi vəziyyət halında baterial pnevmoniya, vərəm və birləşdirici toxuma pozğunluqlarının göstəriciləri üçün axtarış ediləcək. 
  • Pasiyentin ətraflı müayinəsi 
    • Məsələn, ürək çatışmazlığının və ya mümkün ağciyər emboliyasının səbəbinin (aşağı ətraflıarın dərin venalarının trombozu) əlamətləri üçün axtarın.
  • İltihab göstəriciləri
    • EÇS, plazmada CRZ, qanın ümumi analizi 
  • Torakosentez 
    • Əgər səbəb açıq-aşkar deyilsə
  • Xərçəng və vərəmin diaqnostikası çox zaman plevra biopsiyasını, bəzən isə həm də torakoskopiyanı tələb edir. 

Torakosentez üçün göstərişlər

  • Diaqnostik torakosentesiz: qeyri-müəyyən etiologiyalı plevral effuziyalarla əlaqədar  
  • Terapevtik torakosentez: əgər plevral mayenin böyük bir miqdarı simptomlara səbəb olursa 
  • Adətən torokasentez aşkar ürək çatışmazlığı ilə əlaqədar sağtərəfli və ya iki tərəfli plevral effuziya hallarında lazım deyil. Plevral mayenin mayenin belə yığılması ağciyər qan dövranı normallaşdıqda (sol tərəflə məhdudlaşan plevral effuziyanın ürək çatışmazlığı səbəbinə görə olduğu hesab edilmir) geri çəkilir.

Torakosentezin yerinə yetirilməsi 

Plevral mayenin nümunələri 

Nəticələrin şərhi

 

Müvafiq resurslar