Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Çəhrayi dəmrov (lat. ,,Pityriasis rosea'', Gül xəstəliyi)

Mündəricat

Çəhrayi dəmrov (lat. ,,Pityriasis rosea'', Gül xəstəliyi)

EBM Klinik protokolları
19.04.2018 • Sonuncu dəyişiklik 19.03.2018
AlexanderSalava

Əsas məqamlar

  • Çəhrayi dəmrov  (lat. ,,Pityriasis rosea'', Gül xəstəliyi) özünü məhdudlaşdıran bir ekzantematoz xəstəlikdir.
  • Diaqnoz xəstəliyin klinik təzahürünə və iki fazalı gedişinə əsaslanır.
  • Müalicəsi simptomatikdir.

Etiologiyası

  • HHV6/HHV7 virus infeksiyası və ya reaktivasiyası səbəbindən meydana gəlməsi ehtimal edilir.
  • Təşviqedici faktorlara bəzi digər virus infeksiyalar, dərmanlar və ya peyvəndlər aid edilir.

Xəstəliyin gedişatı

  • Səciyyəvi iki fazalı gedişi diqnostik göstərici hesab edilir.
  • İlkin tək ləkə ("xəbərverici",heralds") xəstəliyin adətən bədənin gövdə və ya sinə nahiyyəsində üzə çıxmasından ,,xəbər verir'' (şəkil).
    • Kənarları yaxşı sərhədlənmiş, eritematoz, oval törəmənin sərhəd daxilində daha sonra  nazik "yaxalıq" əmələ gəlir (şəkillər)
    • Bəzi hallarda "xəbərverici" ləkəyə təsadüf edilmir.
  • "Xəbərverici" ləkənin meydana gəlməsindən bir neçə həftə sonra bir neçə kiçik (0.5-3 sm diametrində), oval formalı, qızılbalıq çəhrayisi (salmon-pink), uzunasına oxları adətən qabırğa xətləri boyunca olan ləkələr gövdə və ətrafların proksimal hissəsində çiçəyə bənzər formada meydana gəlir (şəkillər).
  • Bəzən yüngül qaşınma müşahidə olunur. Dəri törəmələri xarici faktorların təsirindən qıcıqlana bilir (məs. yuma, sauna və.s).
  • Bu xəstəlik yoluxucu deyildir və onun rastgəlmə tezliyi yaz və payiz aylarında yüksək olur.

Differensial diaqnostika

  • Bəzi dərman reaksiyaları (şəkil) geniş yayılmış çəhrayi dəmrova bənzəyə bilər.
  • Nöqtəli psoriaz (guttate psoriasis) adətən genetik meyilliliyə malik olur və təzahürü adətən daha qabarıq olur (şəkillər). Adətən streptokokk mənşəli tonzilit onun meydana gəlməsində təşviq edici faktor rolunu oynayır.
  • Rəngbərəng dəmrov (lat. Tinea Versicolor) daha açıq rəngdə olur və daha zəif sürətlə inkişaf edir.
  • Gövdə hissənin dərisinin göbələk zədələnməsi (Tinea corporis) "xəbərverici" ləkələrə bənzəyə bilər; bəzi hallarda göbələk nümunələrinin əldə edilməsinə göstəriş hesab edilir (mikroskopik və kultural müayinələr).
  • İkincili sifilisə (şəkil) sənaye cəhətdən inkişaf etmiş ölkələrdə nadir hallarda rast gəlinir. Klinik əlamətlər şübhəli olduqda, anticisim sınağı ilə istisna edilə bilər (serum  Treponema pallidum antibodies).

Müalicə

  • Əksər hallarda ehtiyac olan tək şey proqnozun yaxşı olmasından və törəmənin xoşxassəli olmasından əmin olmaqdır.
  • Adətən 6-8 həftə ərzində spontan olaraq aradan qalxır, lakin uzun müddət ərzində də davam etməsi müşahidə edilə bilər. Residivləşməsinə əksər hallarda təsadüf edilmir.
  • Zərurət yarandıqda dəmrov əlamətləri orta güclü və güclü təsirə malik qlükokortikoidlərlə və ya oral antihistaminlərlə yüngülləşdirilə bilər.
  • Qıcıqlandırıcı faktorların  (məs. sauna)  təsirinin aradan qaldırılması faydalı ola bilər. .
  • Şiddətli və ya uzunsürən hallarda aciclovir bir həftə ərzində 400 mq gündə 3 dəfə tətbiq edilə bilər.

Mütəxəssis konsultasiyası

  • Xəstəliyin uzanması dermatoloq konsultasiyasına göstəriş hesab edilir. Məsələn, UBŞ şüası ilə müalicə vəziyyəti nəzarət altına almaq məqsədilə tətbiq edilə bilər. 

Adiyyatı mənbələr

  • Koxran nəzəriyyələri
  • Digər internet mənbələri
  • Ədəbiyyat

Eisman S, Sinclair R. Pityriasis rosea. BMJ 2015;351():h5233. Drago F, Ciccarese G, Rebora A et al. Pityriasis rosea and pityriasis rosea-like eruption: can they be distinguished? J Dermatol 2014;41(9):864-5. Drago F, Broccolo F, Agnoletti A et al. Pityriasis rosea and pityriasis rosea-like eruptions. J Am Acad Dermatol 2014;70(1):196. Chuh A, Zawar V, Sciallis G ym. A position statement on the management of patients with pityriasis rosea. J Eur Acad Dermatol Venereol 2016;30(10):1670-1681. .Monastirli A, Pasmatzi E, Badavanis G ym. Gestational Pityriasis Rosea: Suggestions for Approaching Affected Pregnant Women. Acta Dermatovenerol Croat 2016;24(4):312-313.