Qeyri-tipik mikobakteria infeksiyaları
EBM Klinik protokolları
11.04.2017 • Sonuncu dəyişiklik 31.07.2015
PaulaMaasilta
Qeyri-tipik mikobakteria infeksiyaları
Əsas müddəalar
- Xəstədə qeyri-tipik mikobakteriya infeksiyanın olması düşünülür:
- Üzün müddət gedən ağciyər infeksiyası və xroniki pulmonar xəstəlik və ya immunosupressiya var,
- müalicəyə zəif cavab verən ağciyər vərəmi şübhəsi var.
Epidemiologiya
- Atipik mikobakteriyaların yaratdığı infeksiyalar ilə ilkin xəstələnmə hallarının getdikcə artması ehtimal olunur.
- İnfeksiya əsasən su və ya torpaqdan qaynaqlanır.
- Fərddən-fərdə birbaşa keçiricilik məlum deyil.
İnfeksiya törədiciləri
- Aşağıdakı ştamlar pulmonar infeksiyalara səbəb olurlar: M. avium-intracellulare, M. kansasi, M. xenopi, M. malmoense, M. scrofulaceum, M. simiae, M. szulgai, M. chelonei and M. fortuitum.
Simtomlar
- Öskürək
- Bəlğəm ifrazının artması
- Dispnoe
- Çəkinin azalması
- Hərarət və qan qarışığı olan bəlğəm (nadir hallarda).
- Klinik mənzərə adi vərəmdə bənzəyir. Bəzən qeyri-tipik mikobakteriya infeksiyası vərəm əleyhinə müalicənin cavabının zəif olmasına səbəb olur.
Müayinələr
Bakteriya kulturası
- Bəlğəm və ya bronx möhtəviyyatı kulturasında eyni növ Mycobacteria ştamlarının təkrar olaraq bitməsi əhəmiyyətli bir tapıntıdır.
- Qeyri-tipik mikobakteriyaların səbəb olduğu pulmonar xəstəliklər sadə kolonizasiyadan (ya da nümunənin /kontaminsiyasından/çirklənməsindən) fərqləndirilməlidir.
Radioloji/rentgen/ müayinələri
- Xəstəliyin yarımkəskin formasında yuxarı payda birtərəfli olaraq yerləşən parenximal infiltratlar və kavernalar var.
- Xroniki formalarda çox vaxt xəstələrdə ikitərəfli fibrotik dəyişikliklər olur.
Dəri testləri
Müalicəsi
- Aydındır ki, bu xəstəliyin müalicəsi adi vərəm müalicəsindən daha çətindir.
- Müalicə seçiminə vərəm və digər mikrob əleyhinə preparatlar və bəzən də cərrahi müdaxilə daxil edilir.
- Torədicinin eradikasiya edilməsi /yox edilməsi həmişə mümkün deyil.
- Müalicə göstərişdir, əgər:
- Bəlğəmdən alınmiş nümunlərədə təkrar olaraq və bronx möhtəviyyatından ancaq bir dəfə alınmiş nümunələrdə və
- Döş qəfəsinin rentgenografiyasında qeyri-tipik mikobakteriya infeksiysına xas olan dəyişikliklər tapılır və
- Pasiyentin sipmptomatikası bu infeksiyaya uyğun gəlir.
- Əgər pasiyentdə olan simptomlar minimaldırsa, onda sadəcə olaraq onun dərman tətbiq edilmədən müşahidə edilməsi düzgün bir qərardır.
Məlumat verilməsi
- Xəstəlik haqqında məlumat veilməsinə və dərmanların alınmasına dair yerli qaydalara riayət edilməlidir.
Griffith DE, Aksamit T, Brown-Elliott BA et al. An official ATS/IDSA statement: diagnosis, treatment, and prevention of nontuberculous mycobacterial diseases. Am J Respir Crit Care Med 2007;175(4):367-416.