Amoebiasis
EBM Klinik protokolları
16.02.2017 • Sonuncu dəyişiklik 16.02.2017
SakariJokiranta
İnfeksiyanın törədicisi
- Entamoeba histolytica bir patogen protozoa olaraq hazırda amöbiazın törədicisi sayılır. E. histolytica -ya çox oxşayan Entamoeba dispar isə ayrı və qeyri-patogen bir növ olaraq tanınır.
Yayılması
- Amöbiaza dünyanın hər yerində rast gəlinir, lakin tropik və subtropik bölgələrdə yayılma səviyyəsi daha yüksəkdir. Amöbiazla xəstələnənlərin ümumi illik sayı təxminən 40-50 milyondur, bunlardan da 10%-ə yaxını simptomatik olaraq keçir. Ümumilikdə ölüm faizi təxminən 0,2% təşkil edir. Ölüm hallarının bir qismi amöb absesi nəticəsində baş veririr, lakin xora əmələ gəlməsi ilə gedən kolitlər qanlı diareyaya (dizenteriya) da, həmçinin, ölümə səbəb ola bilərlər (adətən amöb koliti olan xəstələrin 2% -dən azı).
Keçiricilik və kliniki mənzərə
- E. histolytica yoğun bağırsaqda yaşayır və fekal kütləsində sistlər yaradır. Yoluxma sistlərin udulması nəticəsində baş verir.
- E. histolytica bağırsağın selikli qişasına keçərək, epitelial hüceyrələri məhv edərək, krater formalı xoralara səbəb ola bilir.
- Bəzən bu orqanizmlər bağırsaq divarını dəlib keçərək peritona daxil olaraq peritonitə səbəb olurlar.
- Amöba venoz dövriyyəsi vasitəsilə yayılaraq, məs. qaraciyərdə amöb absesi əmələ gətirə bilər
- Digər mümkün ola bilən, ancaq nadir hallarda rast gəlinən bağırsaq xəstəlikləri formalarına toksik meqakolon və amöboma daxildirlər ki, granulomatoz toxumadan ibarət olur və bağırsaq divarında lokal obstruksiyaya səbəb olan şişə bənzər törəmə əmələ gətirirlər.
Simptomları
- İnkubasiya dövrü, yəni yoluxma baş verdiyi andan simptomların meydana çıxmasına qədər olan müddət 1 həftədən 4 aya qədərdir.
- Əvvəllər E. histolytica daşıyıcılarının demək olar ki, hamısının asimptomatik olduğuna inanırdılar, lakin, hazırki biliklərə əsasən, asimptomatik olanların əksəriyyəti qeyri-patogen E. dispar daşıyıcılarıdırlar. Buna baxmayaraq, E. histolytica ilə yoluxmuş pasiyentlərin təxminən 90%-i asimptomatik olaraq qalır və yaxud onlarda yüngül simptomlar tapılır.
- Bağırsaq amöbiazının klinik mənzərəsi çox yüngül diareyadan qanlı diareyaya- yəni dizenteriyaya qədər dəyişir, bu baş verdikdə isə həyat üçün təhlükə yarana bilər.
- İshaldan əlavə olan simptomlara qarın ağrıları, sancilanamalar, halsızlıq/yorğunluq, yüngül qızdırma, iştahsızlıq, baş ağrısı və bel ağrısı aiddirlər.
- Müayinə zamanı adətən qarın nahiyəsində gərginlik yoxdur və xəstələrin təxminən 10-30% -də hərarət olur. Nəcisdə çox vaxt qan müşahidə edilir.
Diagnoz
- Diaqnoz nəcis nümunələrində və ya yoğun bağırsaq biopsiyasında E. histolytica tapılmasına əsaslanır.
- Kəskin ishal zamanı heç bir sist yaranmır, lakin amböbların əksəriyyəti trofozoid kimi xaric edilir. Amöbiaz şübhəsi yarandıqda əsas müayinə, müalicədən əvvəl götürülmüş nəcis nümunəsində ya nuklein turşusunun və yaxud (spesifik) antigenin aşkar edilməsi analizidir. Hər iki test patogen olmayan E. dispar-ı deyil, patogen olan E. histolytica-nı müəyyən edir.
- Diareya xəstəliyinin diaqnostikası zamanı nümunədəki amöblar PVA-Polivinil alkohol ( Polyvinyl alcohol - PVA) ilə də boyalana bilərlər; trofozoitlərin bu cür aşkar edilməsi antigen təyininə alternativdir, lakin bu analiz E. histolytica ilə E. Dispar-ı bir-birindən fərqləndirə bilmir
- Xronik mədə-bağırsaq şikayətləri ilə əlaqədar amöbiaza qarşı şübhə olarsa, üç müxtəlif gündə toplanmış və formalinlə fiksasiya edilmiş nümunələr, skrininq testi kimi istifadə oluna bilərlər və bu isə nuklein turşusunun aşakarlanması testinə bir alternativdir.
- Kolonoskopiya zamanı alınan nümunələr (kuretaj və ya biopsiya yolu ilə) antigenin və ya nuklein turşusunun aşkarlanması və ya boyanma yolu ilə amböbiaza görə müayinə edilə bilərlər.
- Diferensial diaqnostika zamanı, xüsusi olaraq qanlı diareyaya səbəb olan digər bağırsaq infeksiyaları: xoralı kolit, Kron xəstəliyi və qıcıqlanmış bağırsaq sindromu nəzərə alınmalıdır.
- Bəzən E. histolytica götürülən bağırsaq nümunələrində digər amöb varlığı meydana çıxa bilər: Entamoeba coli, E. hartmanni, E. dispar, Endolimax nana və Iodamoeba bütschlii –onlar patogen deyillər və bu səbəbdən mikrob əlehinə müalicə tələb etmirlər.
Müalicə və proqnoz
Profilaktikası
- İçməli suya xlor əlavə edilməsi of E. histolytica sistlərini məhv etmir, lakin keyfiyyətli filtr sistemləri, suyun yod həbləri ilə işlənilməsi, həmçinin, suyu –20°C soyutmaqla və ya qızdırmaqla (5 dəq. +50°C) sistləri eliminasiya etmək olar.
Əlaqədar mənbələr
Pritt BS, Clark CG. Amebiasis. Mayo Clin Proc 2008;83(10):1154-9; quiz 1159-60. Stanley SL Jr. Amoebiasis. Lancet 2003;361(9362):1025-34. Tanyuksel M, Petri WA Jr. Laboratory diagnosis of amebiasis. Clin Microbiol Rev 2003 Oct;16(4):713-29. Haque R, Huston CD, Hughes M, Houpt E, Petri WA Jr. Amebiasis. N Engl J Med 2003 Apr 17;348(16):1565-73.
Tərcümə etdi_Xanlar Haciye
Tel+994507948239
Email:hanlar2003@yahoo.com