Nəbz oksimetriyası
EBM Klinik protokolları
16.06.2017 • Sonuncu dəyişiklik 02.11.2017
MarkusLyyra
Əsaslar
- Hipoksemiya tez-tez rast gəlinir, zərərlidir və aşkar edilməsi çətindir. Təcrübəli həkim, hipoksemiyanı yalnız oksigen saturasiyasının 80% və yaxud da daha aşağı olduğu hallarda, sianoza əsasən təyin edə bilər.
- Hemoqlobinin aşağı konsentrasiyalarında sianoz, müəyyən edilə bilməz.
- Nəbz oksimetriyası istifadəsi asan olan və cihazın yaxşı bir nəbz dalğası tutması halında hipoksemiyanı müəyyən etmək üçün effektiv bir metoddur.
- Nəbz oksimetriyası, oksigen saturasiyasının monitorinqi üçün müntəzəm olaraq istifadə edilməlidir. Bununla belə, nəbz oksimetriyası vasitəsiylə ventilyasiya haqqında heç bir məlumat əldə etmək mümkün deyildir.
Əməliyyat prinsipləri
- Qanın oksigen saturasiyasının ölçülməsi, məhdud miqdar hemoqlobin və oksihemoqlobin tərəfindən müxtəlif dalğa uzunluqlu işıqların qeyri-bərabər şəkildə hopdurmasına əsaslanır.
- Nəbz dalğası zamanı, yalnız təmiz absorbsiya ölçülür. Bu, toxumanın, venoz və ya kapilyar qanın nəticələrə təsirini minimallaşdırır.
- Cihaz, əksər hallarda təqribən 2% səhf marjinalı ilə 75-99% SaO2 dəyərlərində kalibrlənmiş olur.
- Saturasiya dəyişikliklərinə verilən reaksiya müddəti, barmaq sensorları ilə müqayisədə qulaq məməsi sensorları ilə daha qısadır.
Klinikada tətbiqi
- Hipoksemiyanın müəyyən edilməsi, aşağıdakılarla əlaqəlidir
- anesteziya
- EKQ-dən (elektrokardioqramma) daha etibarlıdır məs, diatermiya zamanı
- Aritmiyaların hemodinamikaya təsir edib etmədiyini müəyyənləşdirir
- kardiorespirator çatışmazlıq
- (kəskin) ağciyər embolizmi
- yuxu apnoesi sindromu
- Oksigen terapiyasının idarə edilməsi
Təfsir
- Oksigen saturasiyasının 90%-dən aşağı həddə düşməsi (oksihemoqlobin dissosassiya əyrisinin kəskin əyilmiş hissəsinə keçid), oksigenin parsial təzyiqinin əhəmiyyətli dərəcədə azalmasına işarədir.
- Nəbz oksimetriyası əyrisi, etibarlı ölçmələrin aparılması üçün kifayət qədər geniş diapazona malik olmalıdır.
- Qızdırma, fiziki aktivlik, asidoz və arterial qanda CO2-nin yüksək konsentrasiyası, oksigenin hemoqlobindən ayrılmasının artması səbəbiylə oksihemoqlobinin dissosassiya əyrisini sağa doğru hərəkət etdirir yəni, toxumalar daha effektiv bir şəkildə oksigenlə təchiz olunur.
Hipoksemiya zamanı görülən tədbirlər
Hipoksemiya zamanı görülən tədbirlər
| Oksihemoqlobin saturasiyası (%) |
Tədbirlər |
| 90-95 |
Oksigen saturasiyası müntəzəm olaraq təyin edilməli, əsasən də gecələr. Əgər nəticə gözlənilməz olsa, xəta mənbəyi istisna edilməlidir. Hipoksemiyanın səbəbləri araşdırılmalıdır. |
| 80-90 |
Yuxarıda göstərildiyi kimi + saturasiyanın 90%-i keçməsi halına qədər oksigeni tənzimlənməlidir. FiO2, yüksəldilməli və ya məqsədə çatılmadıqda CPAP terapiyası tərceh edilməlidir. |
| < 80 |
Yuxarıda göstərildiyi kimi + oksigen saturasiyasının davamlı monitorinqinə başlanılmalıdır. Köməkli ventilyasiya tərceh edilməlidir. |
| Bütün hallarda, hər bir iş yerinə özəl qəbul edilmiş həyəcan səviyyələrinə uyğun hərəkət edilməlidir (MET və EWS meyarları). |
Xəta mənbələri
Nəzər yetirin. "?>
Azalmış periferik sirkulyasiya
- Ən əhəmiyyətli xəta mənbəyi"?>
- Səbəblər
- Soyuq hava və ya aşağı bədən temperaturu
- Hipotenziya, vazokonstriksiya (ağrı, dərman preparatları)
- Periferik sirkulyasiya, aşağıdakı yollarla düzələ bilər
- isinmə
- masaj
- yerli vazodilatasiya terapiyası ( məs. az miqdar nitroqliserin məlhəmi)
- sıx geyimlərdən və ya qan təzyiqi turniketindən azad olmaq
- Hərəkət nəticəsində yaranan xətalar: tremor, əllərin əsməsi və təcili yardım maşınının sirkələnməsi.
Venoz pulsasiya
- Ürək çatışmazlığı
- Mitral qapaq çatışmazlığı
Dishemoqlobinemiyalar
- Karboksihemoqlobin (karbon monoksid zəhərlənməsi)"?>
- Yanlış bir şəkildə yüksək saturasiya qeydə alınıb (cihaz, karboksihemoqlobini oksihemoqlobin kimi qeydə alıb)
- Methemoqlobinemiya
- Həqiqi oksigen saturasiyasından asılı olmayaraq göstərici təqribən 85%-dir.
Aydınlatma ilə bağlı problemlər
- Zond düzgün yerləşdirilməmişdir
- İşıq zondun daxilinə sızmamalıdır
- Ksenon və infraqırmızı işıqlar
- Parlaq gün işığı, flüoresensiyalı işıq
Absorbsiyaya maneə olan faktorlar
- Qeyri-təbii piqment məs, dırnaq boyası (daha çox mavi), tatular və siqaret çəkmə və ya iş şəraiti ilə əlaqədar olaraq dərinin rənginin dəyişməsi, cihazın normal işinə maneə ola bilər. Dərinin təbii piqmenti işin gedişinə heç bir maneçilik törətmir və cihaz, həmçinin qara dərili insanlarda da normal fəaliyyət göstərir. Dəri piqmentasiyası (cihaz, həm tünd dərili, həm də açıq dərili insanlarda eyni dərəcədə fəaliyyət göstərir), və s."?>
Qan qazı analizi ilə müqayisədə üstünlüklər
- Davamlı qeyri-invaziv monitorinq
- İstifadəsi asan və etibarlı alət
- Az xəta mənbələri
- Arteriyal qandan nümunənin götürülməsi zamanı ağrı və əsəbilik, hiperventilyasiyaya səbəb olur, bu da oksigen saturasiyasının dəyərlərini artırır. Qan qazı analizi, oksigen təchizatının yüksək qiymətləndirilməsinə səbəb ola bilər "?>.
Məhdudiyyətlər
- Nəbz oksimetriyası turşu-qələvi balansı haqqında heç bir məlumat vermir.
- Nəbz oksimetriyası, yüksək oksigen konsentrasiyasına malik havayla nəfəs alan xəstədə hipoventilyasiyanı təyin etmir (karbon dioksidin artmış parsial təzyiqi). Normal havayla nəfəs alan xəstədə xüsusi hipoventilyasiya, adətən oksigen saturasiyasını azaldır. Nəbz oksimetriyası, buna görə də tənəffüsün klinik monitorinqini əvəz edə bilməz məs, anesteziyadan sonra.
- Kritik vəziyyətdə olan xəstələrdə bu üsul periferik vazokonstriksiya səbəbiylə adətən etibarlı sayılmır (cihaz, nəbz dalğalarını tanımır).
Adiyyatı mənbələr
Hanning CD, Alexander-Williams JM. Nəbz oksimetriyası: praktik incələmələr. BMJ 1995 Aug 5;311(7001):367-70. Sinex JE. Nəbz oksimetriyası: prinsiplər və məhdudiyyətlər. Am J Emerg Med 1999 Jan;17(1):59-67. "?>