Uşaqlarda meningit
EBM Klinik protokolları
28.12.2016 • Sonuncu dəyişiklik 28.12.2016
MattiUhari
Əsas məqamlar
- Əgər uşağın ümumi halı aydın surətdə pisdirsə və şişddətli simptomları varsa meningitdən şübhələnin.
- Kəskin bakterial meningit ağır bir xəstəlik olub müalicə edilmədikdə 24 saatdan az bir müddət ərzində ölümə gətirib çıxara bilər. Erkən tanınması müalicənin ləngiməsindən qaçınmaq üçün həyati vacibdir.
- Virus meningitinin simptomları xəstəliyin erkən mərhələsində bakterial meningitin simptomlarına bənzəyə bilər. Lakin virus meningiti yaxşı proqnozlu daha az ağır bir xəstəlikdir və adətən yalnız simptomatik müalicəni tələb edir.
Etiologiya və prevalentlik
- Bakterial meningitin ən çox rast gəlinən törədiciləri
- Yaşı 3 aydan az olan uşaqlarda: Streptococcus agalactiae, qram-mənfi çöplər və Listeria monocytogenes
- Daha böyük uşaqlarda: Streptococcus pneumoniae və Neisseria meningitidis (meninqokokk).
- Borrelia və vərəm nadir törədicilərdir, lakin yadda saxlanılmalıdır.
- Virus meningitini ən çox hallarda enteroviruslar törədir.
- Finlandiyada bakterial meningit pnevmokokk vaksini milli immunizasiya proqramına daxil edilməzdən öncə ilə təxminən 50 uşaqda qeyd edilirdi. Vaksinasiyalar başlandıqdan sonra rastgəlmə tezliyi aydın surətdə aşağı düşmüşdür.
- Virus meningiti epidemik vəziyyətdən asılı olaraq il ərzində yüzlərlə uşaqda meydana çıxa bilər. Virus meningitinin hər bir xəstəlik hadisəsinə diaqnoz qoyulması vacib deyil.
Simptomlar
- Bakterial meningitli uşağın ümumi halı aydın surətdə pisdir və heç bir vəziyyətdə rahat deyil.
- Daha böyük uşaqlarda simptomlara yüksək hərarət, baş ağrısı, qusma, huş səviyyəsinin enməsi və ənsə rigidliyi daxildir.
- Kiçik uşaqlarda boyunda heç bir rigidlik ola bilməyərək sadəcə olaraq huş səviyyəsinin enməsi və toxunuşlara həssaslıq qeyd edilə bilər. Onlar qeyri-normal ağlama, əmgəklərin qabarması, hipotoniya və dərinin qeyri-adi rəngi ilə təqdim oluna bilərlər.
- Dəridə hematomaların meydana çıxması meninqokokk meningitini və bu səbəbdən yaranan sepsisi irəli sürür.
- Virus meningitinin tipik simptomları baş ağrısı və boyunda rigidlik olub çox zaman kəskin respirator virus infeksiyası simptomları ilə əlaqəlidir. Pasiyentin ümumi vəziyyəti nadir hallarda pisləşib.
Diaqnoz
- Meningiti kifayət qədər erkən tanımaq, bakterial və virus meningiti arasında differensasiya aparmaq vacibdir.
- Meningit diaqnozu serebrospinal mayenin müayinəsi əsasındadır. Əgər bu xəstəlik şübhələnilirsə, bel punksiyası ləngimədən aparılmalıdır. Əgər məsələn, baş beyin şişinə görə yüksəlmiş kəllədaxili təzyiq şübhəsi varsa bel punksiyası əks-göstərişdir.
- Bakterial meningit zamanı tapıntılar adətən bakterial infeksiyanı irəli sürür (CRZ, qan leykositləri).
- Əgər venadaxili kateter yerləşdirilibsə kateterdən qan kulturası üçün nümunə götürülməlidir.
- Virus meningiti zamanı plazmada CRZ miqdarı normaldır və ya yalnız azca artmışdır və qanda leykositlərin sayı aşağı ola və ya azca arta bilər.
- Virus meningiti baş beyin toxumasının iltihabı ilə eyni zamanda baş verə bilər (meningoensefalit).
- Bakterial və virus meningitində serebrospinal mayenin tipik tapıntıları: cədvələ baxın
Bakterial və virus meningitində serebrospinal mayenin tipik tapıntıları
| Bakterial meningit |
Virus meningiti |
| Yüzlərlə (və ya hətta minlərlə) iltihabi hüceyrələr × 106/l |
İltihabi hüceyrəlırin sayı 200 × 106/l-ə qədər |
| Demək olar ki, bütün iltihabi hüceyrələr polimorfonukleardır |
İltihabi hüceyrələr mononukleardır (xəstəliyin əvvəlində bu hüceyrələrin əksəriyyəti polimorfonuklear ola bilər) |
| Qlükozanın miqdarı azdır (< 2,2 mmol/l və ya < qanda qlükoza miqdarının yarısı) |
Qlükozanın miqdarı normaldır (> 2,2 mmol/l) |
| Zülala miqdarı yüksəkdir (> 400 mq/l, tipik olaraq > 1000 mq/l) |
Zülal miqdarı yalnız yüngülcə yüksəlib |
| Qram yaxması bakteriyaları göstərir |
Qram yaxması bakteriya göstərmir |
| Laktat miqdarı yüksəkdir (> 2,7 mmol/l) |
Laktat miqdarı normaldır |
Müalicə
Bakterial meningit
- Müalicəyə göndərilmə ilkin yardım müdaxilələrinə görə qətiyyən əhəmiyyətli dərəcədə ləngidilməməlidir.
- Bakterioliz səbəbindən baş verən septik şok antimikrob müalicəsinin başlanmasından təqribən yarım saat sonra gözlənilir. Əgər antimikrob müalicəsi ilkin yardım müəssisəsində başlanılıbsa bu müəssisədə və ya təxliyyə zamanı septik şokun müalicəsi üçün hazırlıqlar olmalıdır.
- Təcrübədə pasiyent qan nümunələri götürmədən və ya heç bir terapevtik tədbirlər aparmadan mümkün qədər tez diaqnozun təsdiq edilə bildiyi və müalicənin başlana bildiyi bir mərkəzə köçürülməlidir .
- Xəstəxanada bakterial meningitin müalicəsi
- Serebrospinal mayeyə asanlıqla daxil olması məlum olan bir dərmanla şübhələnilmiş bakteriyaları hədəfə alan antimikrob müalicəsi. Xüsusilə S. pneumoniae bakteriyalarının penisillinə həssaslığına əmin olunmalıdır. Əgər regionda pnevmokokklar penisillinə qarşı yüksək səviyyəli rezistentlik nümayiş etdirirsə artıq müalicənin başlanğıcında 4 bölünmüş dozada verilməklə vankomisin preparatı 60 mq/kq/gün dozada (maksimum doza 4 q/gün) antimikrob müalicəsində kombinə edilməlidir. Finlandiyada belə yüksək rezistentlik hələ ki heç yerdə aşkar edilməyib.
- Yaşı bir aydan az olan uşaqlar üçün ampisillin 200 mq/kq/gün (3 bölünmüş dozada) və sefotaksim 200 mq/kq/gün (2 bölünmüş dozada)
- Yaşı bir ay və daha yuxarı olan uşaqlarda gündə bir dəfə verilməklə ilk doza 150 mq/kq, sonra isə 100 mq/kq dozada seftriakson. Əgər törədicinin listeriyalar olması şübhələnilirsə müalicəyə ampisillin əlavə olunmalıdır.
- Penisillinə və ya sefalosporinə qarşı təsdiqlənmiş allergiya halında 3 bölünmüş dozada meropenem 120 mq/gün.
- Törədici bakteriyalar təsdiq edildikdən sonra lazım gəldikdə antimikrob müalicəsi dəyişdirilə bilər.
- Serebrospinal mayenin bakterial yaxması artıq törədici barədə yaxşı bir ehtimal irəli sürür.
- Deksametazon yaşı 6 həftədən böyük olan uşaqlar üçün 2 gün ərzində 0,15 mq/kq dozada gündə 4 dəfə verilməklə bir adyuvant müalicə kimi tövsiyə olunmuşdur. Deksametazon antimikrob müalicəsindən 15 dəqiqə əvvəldən az olmayan zamanda verilməlidir. Alternativ adyuvant müalicə 2 gün ərzində hər 6 saatdan bir 1,5 ml/kq dozada peroral verilən 85%-li qliserol məhluludur. "?>
- Əgər tördici kimi qram-mənfi kokklar müəyyənləşdirilbsə yaxın kontaktlar (ailə üzvləri, uşaq bağçaları/yaslilərdə digər uşaqlar və reanimasiya/intensiv terapiya komandası) müalicə olunmalıdır.
Virus meningiti
- Virus meningitinin müalicəsi simptomatikdir.
- Ağır simptomlar halında, məsələn, əgər venadaxili mayelərə ehtiyac varsa ilkin müalicə xəstəxanada verilir.
- Əgər huş səviyyəsinin sürətlə enməsi və mərkəzi sinir sisteminin ocaqlı simptomları əsasında herpetik meninqoensefalit şübhələnilirsə venadaxili asiklovir verilməlidir.
- 12 yaşdan kiçik uşaqlar üçün 14-21 gün ərzində 3 bölünmüş dozada 60 mq/kq/gün. 12 yaş və daha böyük uşaqlar üçün 30 mq/kq/gün.
Proqnoz
- Bakterial meningit serebrospinal mayenin dövranının həmişəlik pozulmasına, eşitmənin itirilməsinə və nevroloji əlilliyə apara bilər.
- Herpes mənşəli istisna olmaqla digər virus meningitlərinin proqnozu yaxşıdır.
Müvafiq resurslar