Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Kəskin mastoidit (gicgah sümüyünün məməyəbənzər çıxıntısının iltihabı və orta qulaq infeksiyasının ən çok rast gəlinən ağırlaşması)

Mündəricat

Kəskin mastoidit (gicgah sümüyünün məməyəbənzər çıxıntısının iltihabı və orta qulaq infeksiyasının ən çok rast gəlinən ağırlaşması)

EBM Klinik protokolları
24.04.2016 • Sonuncu dəyişiklik 24.04.2016
JussiJero

Əsasları

  • Kəskin mastoiditə nadir hallarda təsadüf edilsə də o, orta qulağın ciddi ağırlaşması hesab edilir.
  • Orta qulağın iltiabı ilə yanaşı retroaurikulyar (qulaqarxası) və ya boyun absesinə malik xəstələri təcili olraq xəstəxanaya göndərin.

Epidemiologiya və simptomlar

  • Qərb ölkələrində uşaqlar arasında rast gəlmə tezliyi il ərzində 2-4 infeksiya\100 000 insan təşkil edir.
  • Orta qulağın irinli iltihabı mastoiditə zəmin yaradır.
  • Klinik tablo aşağıdakılardan ibarət olur
    • yüksək temperatur
    • qulaqda nəzərə çarpan ağrı və həssaslıq
    • şişkinlik, qızartı və retroaurikulyar sahənin perkussiyası zamanı həssaslıq
    • qulaq seyvanı (lat. auricle) xaricə və aşağıya doğru çevrilir (lateral yerdəyişmə).
    • xəstənin ümumi vəziyyəti pozulmuş olur.
  • Əgər antibiotik təyin edilərsə, xəstəlik yüngülləşə bilər, lakin ifrazatın gəlməsi ilə müşahidə edilən orta qulağın sekretor və ya xroniki iltihabı ilə nəticələnə bilər.

Müayinələr

  • Laborator nəticələr
    • Leykositoz
    • Yüksəlmiş EÇS (eritrositlərin çökmə sürəti) və CRP (C-reaktiv zülalı)
  • Kəskin mastoidit zamanı əsas funksional diaqnostika üsulu gicgah sümüyünün məməyəbənzər çıxıntısının (lat. mastoid) boşluğunda mayenin toplanmasını, mümkün sümük dəyişikliklərini və eləcə də sümüküstlüyünün altındakı (lat. subperiostal) absesi göstərən KT müayinəsi hesab edilir. İntrakranial ağırlaşmadan şübhələnilərsə, MRT göstəriş olur.

Differensial diaqnoztika

  • Xarici eşitmə kanalının şişməsi ilə gedən eksternal otit. Simptomlar mastoiditdə olduğu qədər ağır olmur, qulaq seyvanının arxasında həssaslıq və şişkinliyə təsadüf edilmir, laborator analizlərin nəticələrində yüngül dəyişiklik müşahidə edilir və gicgah sümüyünün məməyəbənzər çıxıntısı (lat. mastoid) radioloji müayinələr zamanı normal görünür.
  • Əgər xəstədə boyunun limfoadenitinə rast gəlinirsə, hər zaman qulağı müayinə edin.
  • Orta qulağın iltihabı zamanı hər zaman gicgah sümüyünün məməyəbənzər çıxıntısının hava ilə dolu hüceyrələrində  (lat. cellulae mastoideae) müəyyən qədər maye yığılması müşahidə edilir, lakin sümük zədələnməsinə rast gəlinmir.

Müalicə

  • Xəstəni təxirə salmadan ixtisaslaşmış şöbəyə göndərin. Əgər intravenoz antibiotik müalicəsi 1-2 gün ərzində müsbət nəticə göstərməzsə, mastoidektomiya həyata keçirilməlidir. Əməliyyat, orta qulağın və  gicgah sümüyünün məməyəbənzər çıxıntısının hava ilə dolu hüceyrələrinin açılmasından və təmizlənməsindən ibarət olur.
  • Timpanosentez (timpanik membranın punksiyası ilə orta qulaqdan mayenin drenaji) infeksion ifrazatı təmizləmək, təzyiqi azaltmaq və timpanik membranın nekrozunun qarşısını almaq məqsədilə təyin edilir. Eyni zamanda, infeksiyanın səbəbini müəyyən etmək məqsədilə aspiratdan bakteriyanın əkilməsi üçün nümunə əldə etmək də mümkün olur. Timpanostomiya borularının yerləşdirilməsi adətən tövsiyə edilir.

Adiyyatı mənbələr

  • Ədəbiyyat