Ağrılı sidik kisəsi sindromu (interstisial sistit)
EBM Klinik protokolları
11.09.2018 • Sonuncu dəyişiklik 23.05.2017
MikaelLeppilahti
Əsas məqamlar
- Uroloqların beynəlxalq işçi qrupu "interstisial sistit" (İS) terminindən imtina edərək, onu "ağrılı sidik kisəsi sindromu" termini ilə əvəz etməyi təklif etmişdir. İS ümumi ad kimi kök saldığı üçün, hazırda ASKS/İS (Ağrılı Sidik Kisəsi Sindromu/İnterstisial Sistit) abbreviaturasının istifadəsi tövsiyə olunur.
- ASKS/İS nadir sindrom olsa da, ümumən düşünüldüyündən daha geniş yayılmışdir.
- Pasiyentlərin əksəriyyəti diaqnostika olunmamış qalır və diskomfortlarını yüngülləşdirmək üçün müalicə almır.
- Klinik diaqnoz simptomlara əsaslanır (tez-tez sidik ifrazı, imperativ çağırışlar, nokturiya, cinsi aktın ağrılı olması (dispareuniya) və qarının aşağısında, sidik kisəsinin dolması ilə artan ağrı.
- Spesifik əlamətlər və ya diaqnostik meyarlar yoxdur. Diaqnostika üçün birinci növbədə sistoskopiya zamanı hidrodistenziyadan istifadə edilir ki, bunun ardınca həkim petexial qansızmaların (qlomerulyasiya) və Hunner xoraları adlandırılan zədələnmələrin (kənarları qalxmış zədələnmələr, histoloji müayinəsində tosqun hüceyrələrin çoxalması görünür) mövcudluğuna baxacaq.
- Urodinamik müayinələrdə, hissi sinirlərin aktivasiyası, sidik kisəsi 150 ml-dən az dolarkən, bu zaman sidik kisəsi əzələlərinin yığılması olmadan, sidik ifrazına imperativ çağırışlar şəklində ağrı hissinin yaranmasına gətirir.
- Pasiyentin təlimatlandırılması və ona dəstək göstərilməsinə böyük ehtiyac var.
- Amitriptilin (amitriptyline) birinci sıra dərman preparatı olaraq istifadə edilməlidir.
Epidemiologiya
- Qadınlar arasında rast gəlinməsi kişilərlə müqayisədə 10 dəfə çoxdur.
- Bütün dünyada yayılma göstəriciləri hər 100 000 nəfərə 4,5–870 arasında dəyişir.
Etiologiya
- Qeyri müəyyəndir və çoxamilli etiologiyaya malik olduğu güman edilir; bu vəziyyət spesifik xəstəlik kimi deyil, klinik sindrom olaraq nəzərdə saxlanılmalıdır.
- Ən çox ehtimal edilən səbəb kimi, immunoloji pozğunluq ilə assosiasiyada sinir sistemi mənşəli iltihabi mexanizm nəzərdən keçirilir.
- Pasiyentlərin təxminən 40%-nin qeyri-spesifik, əsas etibarilə nüvə əleyhinə anticisimlərə malik olması aşkarlanır.
Diaqnoz
- Klinik simptomlara əsaslanır: tez-tez sidik ifrazı, sidik ifrazına imperativ çağırışlar, nokturiya, dispareuniya və qarının aşağısında, sidik kisəsinin dolması ilə artan və sidik ifrazından sonra müvəqqəti yüngülləşən ağrı.
- O’Leary-Sant İnterstisial Sistit Simptomları və Problemləri üzrə Sorğu Blankları (bax cədvəllər və ) klinik praktika üçün təsdiq edilmişdir.
- İstisna edilməli xəstəliklər: bakterial infeksiya, vərəm, ginekoloji xəstəliklər (endometrioz, bədxassəli proseslər, vaginit, prolaps, cinsiyyət siniri neyropatiyası), çanaq əzələlərinin ağrılı vəziyyəti, beldə problemlər, bağırsaq xəstəlikləri, prostat vəzi xəstəlikləri (prostatit, prostat vəzi xərçəngi, sidik ləngiməsi), sidik kanalı divertikulu, aşağı sidik traktı daşı, şüalanma- və ya dərman-səbəbli sistit, genital herpes, sidik kisəsində karsinoma in situ, və ya sidik ifrazının neyrogen pozğunluqları (hiperrefleksiya/qeyri-sabitlik).
- Sidiyin bakterial əkməsi və sitologiyası.
- Urodinamik müayinələr ASKS/İS-ə işarə edə bilər, yəni sidik ifrazına ilk çağırış sidik kisəsi 100 ml-dən az olduğu zaman meydana çıxa bilir (və demək olar ki, həmişə 150 ml-də), və sidik kisəsinin maksimal tutumu 400 ml-dən azdır.
- ASKS/İS həmçinin selikli qişaya petexial qansızmalar (qlomerulyasiyalar) ilə xarakterizə olunur, bunlar ümumi anesteziya altında sidik kisəsinin hidrodistenziyası yolu ilə alınır. Lakin, selikli qişanın dilatasiya-səbəbli cırılması və qlomerulyasiyalar olmadan qanın mənfəzə sızması petexial qansızmalar olaraq interpretasiya edilməməlidir. Bu pasiyentlərin 5%-də meydana çıxır."?>
- Diaqnostik dilatasiya müvəqqəti olaraq simptomları yüngülləşdirəcək və bu da problemin sidik kisəsi mənşəli olmasını təsdiqləyəcəkdir. Əgər dilatasiya simptomları, hətta bir neçə günlük də olsa, yüngülləşdirmirsə, çox güman ki, simptomlar mənşəyini sidik kisəsi xaricindən götürür.
- ASKS/İS-nin klassik formasında (pasiyentlərin 5%-i), Hunner yaraları adlandırılan zədələnmələr də aşkarlana bilir ki, bunlar histoloji olaraq tosqun hüceyrələrin sayının çox böyük artımı ilə xarakterizə edilir. Bu çox zaman sidik kisəsində ”ağrı zonası” rolunda çıxış edir və onların kauterizasiya və ya elektrorezeksiya ilə xaric edilməsi, simptomlarda uzunmüddətli yüngülləşməyə gətirir.
İnterstisial Sistit Simptomları İndeksi
| Hər sualı diqqətlə oxuyun və yaşadıqlarınızı ən yaxşı təsvir edən cavabın nömrəsini çevrə ilə işarələyin. |
| Toplam xal 0–3 bal normal nəticədir, 4–6 yüngül simptomlar, 7–11 mötədil simptomlar və 12 və ya yüksək ağır simptomlar. |
| 1. Ötən ay ərzində, öncədən siqnalın heç olmaması, və ya zəif olması ilə sidik ifrazına qəfildən güclü zərurət yaranmasını hansı tezliklə hiss etmisiniz? |
0. Heç olmayıb |
| 1. 5-də 1-dən az hallarda |
| 2. Bütün halların yarıdan azında |
| 3. Bütün halların təxminən yarısında |
| 4. Bütün halların yarıdan çoxunda |
| 5. Demək olar ki, həmişə |
|
2. Ötən ay ərzində, öncəki sidik ifrazından iki saatdan az müddət ərzində sidik ifrazına zərurət yarandığını hiss etmisinizmi?
|
0. Heç olmayıb |
| 1. 5-də 1-dən az hallarda |
| 2. Bütün halların yarıdan azında |
| 3. Bütün halların təxminən yarısında |
| 4. Bütün halların yarıdan çoxunda |
| 5. Demək olar ki, həmişə |
| 3. Ötən ay ərzində, gecələr sidik ifraz etmək üçün əsasən hansı tezliklə oyanmısınız? |
0. Heç bir dəfə də |
| 1. Gecə ərzində bir dəfə |
| 2. Gecə ərzində iki dəfə |
| 3. Gecə ərzində üç dəfə |
| 4. Gecə ərzində dörd dəfə |
| 5. Gecə ərzində beş və ya daha çox dəfə |
| 4. Ötən ay ərzində, sidik kisənizdə ağrı və ya yandırma hiss etmisinizmi? |
0. Heç olmayıb |
| 1. Bir neçə dəfə |
| 2. Kifayət qədər tez-tez |
| 3. Adətən |
| 4. Demək olar ki, həmişə |
- Xarici qıcıqlandırıcılar, məs., bir çox qida maddələri (güclü ədviyyatlar, qəhvə, sitrus meyvələri, qırmızı çaxır, qazlı içkilər, şokolad, pomidor, banan və s.) və soyuğun təsirindən simptomlar ağırlaşa bilər. Lakin, zərurət olmadan pəhriz məhdudiyyətlərinə yol verilməməlidir.
- Ağır dərəcədə simptomatik ASKS/İS pasiyentin həyat keyfiyyətini xeyli dərəcədə poza və hətta nəticədə intihar riskini 4 dəfə artıra bilir. Qismən yaxşı nəticələr nümayiş etdirən cərrahi müdaxilə, ən ağır hallarda nəzərdən keçirilə bilər.
- Sidik üçün yeni yolun yaradılması özlüyündə bəzi hallarda simptomları yüngülləşdirə bilər, belə ki, bu zaman sidik daha sidik kisəsində toplanmayacaqdır. Lakin, gecikmiş mərhələdə çox hallarda sidik kisəsini xaric etmək zərurəti yaranır və urostoma əməliyyatı aparılarkən adətən sidik kisəsinin xaric edilməsi tövsiyə edilir.
- Hissəvi sistektomiya, və bunun ardınca bağırsaq seqmentindən təşkil olunan transplantat da istifadə edilmişdir. Lakin, sidik kisəsinin dibi saxlanıldığı üçün, cərrahi əməliyyatdan sonra ağrı və sidik ifrazına imperativ çağırışlar riski saxlanılacaqdır.
- Total sistektomiya, çox güman ki, simptomlara nəzarəti daha güvənli şəkildə təmin edə bilir. Pasiyentin yaşı və ümumi sağlıq durumundan asılı olaraq, urostoma və ya ortotopik neo-sidik kisəsi rekonstruksiyası seçilə bilər. Qadınlarda, neo-sidik kisəsinin (pasiyentin öz bağırsaqlarından formalaşdırılır) funksiyası, pasiyentin əməliyyatdan əvvəl sidik saxlamama problemi olmadığı hallarda, adətən yaxşıdır.
Leppilahti M, Sairanen J, Tammela TL et al. Prevalence of clinically confirmed interstitial cystitis in women: a population based study in Finland. J Urol 2005;174(2):581-3. van de Merwe JP, Nordling J, Bouchelouche P et al. Diagnostic criteria, classification, and nomenclature for painful bladder syndrome/interstitial cystitis: an ESSIC proposal. Eur Urol 2008;53(1):60-7. Ottem DP, Teichman JM. What is the value of cystoscopy with hydrodistension for interstitial cystitis? Urology 2005;66(3):494-9. van Ophoven A, Hertle L. Long-term results of amitriptyline treatment for interstitial cystitis. J Urol 2005;174(5):1837-40. van Ophoven A, Oberpenning F, Hertle L. Long-term results of trigone-preserving orthotopic substitution enterocystoplasty for interstitial cystitis. J Urol 2002;167(2 Pt 1):603-7.