Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Uşaqlarda sidik nümunəsinin aspirasiya metodu ilə yığılması

Mündəricat

Uşaqlarda sidik nümunəsinin aspirasiya metodu ilə yığılması

EBM Klinik protokolları
23.05.2018 • Sonuncu dəyişiklik 30.05.2018
Editors

Uşaqlarda sidik nümunəsinin aspirasiya metodu ilə yığılması

Uşaqlarda sidiyin aspirasiyası

Göstərişlər

  • Uşaq bezi geyinən uşaqda müsbət sidik analizindən sonra sidik yolu infeksiyasının təsdiq edilməsi.

Ləvazimat

  • 10 və ya 20 ml şpris
  • İncə inyeksiya iynəsi
  • Təmizləyici ləvazimat, bandajlar
  • Sidiyin bacterial əkilməsi üçün kultura mühiti
  • Qanın bakterioloji əkilməsi üçün şüşə (probirka)

Prosedur

  • Video
  1. Lidocaine–prilocaine yerli gel anesteziyası tövsiyə edilir  (dəri anesteziyası 30–45 dəqiqə müddətinə  baş verir).
  2. Sidik kisəsi mümkün olduqca dolu olmalıdır. Təcili vəziyyətlərdə sidik ifrazından sonra lazım olan minimum miqdarının yığılması üçün saat yarım gözlə. Uşaq gözləmə müddətində maye içməlidir.
  3. Kürəyinin üzərində ayaqları düz vəziyyətdə uzanmış uşaq təhlükəsiz və sakit yetkin şəxs tərəfindən tutulmalıdır. Prosedur müddətində uşaqda sidik ifrazı başlayarsa “uçan analiz” üçün steril konteyneri hazır saxla.
  4. Ultrasəs müayinə cihazı vardırsa həkim dərini dezinfeksiya etməmişdən əvvəl sifik kisəsinin pozisiyası və doluluğunu yoxlamalıdır.
  5. Prosedur aseptik texnikalarla və steril alətlərlə icra edilir. Prosedurdan əvvəl sidik kisəsinin üzərindən dərini antiseptiklə (məs. 0.01% chlorhexidine məhlulu) dezinfeksiya et. Bu zaman “uçan analiz” üçün steril konteyner əl altında saxlanılmalıdır &;&; uşaq sidik verməyə başlayarainsa"?>

Punksiya sahəsi dərin köndələn kəsikdə simfizdən yuxarıda və ya ultrasəs müayinəsi ilə müəyyən edilmiş sidik kisəsinin dəriyə ən yaxın olan yerdən (körpələrdə kisə gözlənildiyindən daha yuxarıda yerləşə bilər). İynəni sürətlə və perpendikulyar şəkildə kisəyə daxil et və aspirasiya et (10–15 ml).

 Əgər sidik əldə olunmazsa, iynəni yavaş-yavaş geri çəkin və eyni zaman ehtiyatla aspirasiya edin

  1. . Bəzən nümunə bu mərhələdə götürülür.
  2. İynəni xaric et və punskiya sahəsini kiçik sarğı ilə qapat. Analiz götürülə bilmədisə proseduru 30 dəqiqə sonra təkrar edin.
  3. Eyni zamanda həm aerob infeksiya (mühit və şərait qan əkilməsi kimi olmalıdır), həm də standart sidik analizi aparılır.
  4. Nəcis aspirasiya edilərsə iynəni xaric et. Təsadüfi bağırsaq punksiyası ağırlamalara səbəb olmur və təqibə ehtiyac yoxdur.