Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Uşaqlarda qidaya qarşı allergiya və hiperhəssaslıq

Mündəricat

Uşaqlarda qidaya qarşı allergiya və hiperhəssaslıq

EBM Klinik protokolları
17.02.2017 • Sonuncu dəyişiklik 17.02.2017
MikaelKuitunen

Əsas məqamlar

  • Qidaya qarşı hiperhəssaslıq anlayışına həm qida allergiyası, həm də qidaya qarşı dözümsüzlük aiddir. Bax şəkil .
  • Övrə və angio-ödem qida allergiyasının geniş yayılmış simptomlarıdır.
  • Konkret göstəriş olmayınca uzunmüddətli eliminasion pəhrizlərə başlanılmamalıdır. Uzun-müddətli eliminasion pəhrizlərin, məsələn, atopik dermatitin müalicəsində faydasına dair güvənli sübutlar azdır ."?>
  • Atopik ekzema qida allergiyasından ayırd edilməlidir. Yüngül ekzema qida allergiyası ilə nadir hallarda assosiasiya olunur, lakin ağır dərəcəli ekzeması olan körpələr çox hallarda eyni vaxtda ağırlaşdırıcı amil kimi qida allergiyasına malik olurlar.
  •  Qida allergiyası körpələrdə geniş müşahidə edilən simptomlar və vəziyyətlər, məs., dərinin qızarması, bağırsaq simptomları (mədə reflüksu, təkrari duru nəcis ifrazı), aşırı ağlağanlıq və narahatlıqdan ayırd edilməlidir.
  • Qida dəyəri yüksək olan qidalar (süd, dənli bitkilər) ilə bağlı dəyərləndirmə mütəxəssis tərəfindən aparılır. Sadəcə yüngül simptomlara səbəb olan və istifadəsindən qaçılması asan olan qidaların (məs., çiyələk, pomidor, sitrus meyvəsi) istisna edilməsini, səhiyyə işçisinin tövsiyələrinə əsasən, evdə sınamaq olar. Uşaq ağır dərəcəli dəri və ya mədə-bağırsaq simptomlarına malik olduqda və ya anafilaksiya şübhəsi zamanı, ixtisaslaşmış tibbi yardım üçün yönləndirilir.
  • Körpələrdə başlanılan eliminasion pəhriz vaxtında dayandırılmalı (əksər hallarda 2-4 yaşlar arasında) və ya onun davam etdirilməsi üçün kəskin əsaslar gətirilməlidir.
  • Məktəbə başlayan uşaqlar üçün pəhriz tələbləri məktəbin tibb bacısı tərəfindən araşdırılır. Xüsusi pəhriz yalnız  təzə provokasion sınaq zamanı ciddi qida allergiyası simptomlarının qeyd edildiyi hallarda göstərişdir.
  • Qida dəyəri yüksək olan qidalar (süd, dənli bitkilər) ilə bağlı dəyərləndirmə mütəxəssis tərəfindən aparılır. Sadəcə yüngül simptomlara səbəb olan və istifadəsindən qaçılması asan olan qidaların (məs., çiyələk, pomidor, sitrus meyvəsi) istisna edilməsini, tibbi personalın tövsiyələri əsasında, evdə sınamaq olar . "?>

Epidemiologiya

  • 1-2 yaşdan kiçik uşaqları olan bütün valideynlərin təxminən yarısı uşaqlarında olan simptomların bəzilərini qida ilə əlaqələndirir; lakin, bu şübhələrin əksəriyyəti 6 ay ərzində aradan qalxır .
  • Məktəbli uşaqların sorğusu zamanı, 24%-də qida allergiyasının mövcuduğu və ya müəyyən mərhədə bunu yaşamış olmaları barədə məlumatlar alınmışdır.  Uşaqlıq dövründə qida allergiyasının yayılma səviyyəsi 2–7% təşkil edir.
  • Qida allergiyası zamanı, simptomlarla yanaşı, prik testi və ya zərdabda qidaya spesifik IgE anticisimlərinin təyin edilməsi ilə immunoloji mexanizm nümayiş etdirilmişdir.

Profilaktika

  • Qida allergiyası üçün profilaktik effektə malik tədbirlər mövcud deyil.
  • Hamiləlik və ya ana südü ilə bəslənmə dövründə ananın pəhrizində antigenlərdən qaçması profilaktik effektə malik deyil .
  • Ana südü ilə qidalanmanın atopik xəstəlik və qida allergiyasının inkişafına təsiri ilə bağlı bir-birinə əks olan dəlillər mövcuddur. 4-6 ay ərzində tək ana südü ilə qidalanma atopik ekzemanın inkişafına qarşı müəyyən qoruma təmin edə bilər, lakin mövcud sübutlar mübahisəlidir.
  • Bərk qidaların  rasiona daxil edilməsinin, uşaq 4-6 aylığını ötənədək gecikdirilməsi sayəsində allergiya riskinin azalacağına dair sübutlar yoxdur . Ən son tədqiqatlar həyatın ilk ili ərzində daha az müxtəlifliyə malik pəhrizin bronxial astma və ya allergik rinit riskinin artması ilə assosiasiya olunduğunu nümayiş etdirmişdir .
  • Probiotik bakteriyalar erkən uşaqlıq dövründə atopik ekzema və IgE-vasitəli allergik xəstəliklər üzrə yeni hadisələrin sayını azaldır və onların istifadəsi faydalı ola bilər . Effekt ştam-spesifikdir ; ən geniş öyrənilmiş ştam - Lactobacillus rhamnosus GG .

Etiologiya

  • Zülal tərkibli istənilər qida allergiyaya səbəb ola bilər. Allergiyaya irsi meyllik riski artırır, eyni zamanda allergiya riskini artıran və ya allergiya yaranmasına qarşı qoruma təmin edən ətraf mühit amilləri hələ yaxşı öyrənilməyib.

İnək südü, buğda, arpa, çovdar və yumurtaya qarşı allergiya

  • Süd, buğda, arpa, çovdar və yumurta körpələr və kiçik uşaqlarda önəmli törədici amillərdir.
  • Ən böyük klinik əhəmiyyətə malik allergiyalar "?>
  • Məktəbəqədər yaş dövründən sonra nadir müşahidə edilir
  • Qida dəyəri baxımından önəmli olan bu qidaların törətdiyi simptomlar adətən körpəlik dövründə, qidanın ilk dəfə uşağın pəhrizinə daxil edilməsindən bir neçə həftə sonra meydana çıxır.
  • Diaqnoz tibbi nəzarət altında  ixtisaslaşmış tibbi yardım səviyyəsində keçirilən eliminasion-provokasion sınaqlarla təsdiqlənməlidir.
  • Bax: inək südünə qarşı allergiya .

Tozağacı tozcuqlarına qarşı allergiya

  • Bitki tozcuqlarına qarşı allergiyası olan məktəb-yaşlı uşaqlarda çarpaz reaksiyalar vasitəsilə tər meyvələr və kökümeyvəli tərəvəzlərə qarşı simptomlar inkişaf edə bilər.
  • Müxtəlif bitki allergenləri ortaq strukturlara malikdir və bir çox tər meyvələr, tərəvəzlər və ləpələr dodaqlarda, ağızın selikli qişasında, boğazda və qulaqlarda qaşınmaya, həmçinin birbaşa kontakt yolu ilə dərinin eriteması və övrəsinə səbəb ola bilər.
  • Ağacda bitən ləpələr (məs., fındıq və yunan qozu), yerfındığı (noxud, lüpin və soya ilə birgə paxlalılara addir) və badam simptomların geniş yayılmış səbəbləridir. Kartof, kök, kərəviz və əkin cırhavucu kimi kökümeyvəli tərəvəzlər, və alma, armud, şaftalı, albalı, kivi, gavalı və manqo kimi meyvələr tez-tez simptomlara səbəb olur. Bəzi hallarda xardal, zirə, sarıkök, zəncəfil və darçın da simptomlar törədə bilir. Bir çox pasiyentlər yalnız bitki tozcuqları mövsümü ərzində simptomlara malik olur.
  • Meyvə və tərəvəzlərin işlənməyə məruz qalması (bişirmə və dondurulma) onların allergenliyini aradan qaldırır və tozağacı tozcuqlarına qarşı allergiyası olan insanların, bu qidalardan rasionlarında istifadə etmələrinə imkan verir.
  • Simptomların meydana çıxmasına uyğun olaraq, simptomlar törədən qidaların qəbulundan çəkinmək lazımdır. Çarpaz reaksiyalarla əlaqədar, dəri prik testi və spesifik IgE anticisim testlərinin müsbət nəticələri geniş rast gəlinir, lakin onlar simptomlarla zəif korrelyasiya edir. Buna görə, testin aparılması tövsiyə edilmir və test nəticələri əsasında qida qəbulunda istisnalara başlanılmır.

Qidaya qarşı dözümsüzlük

  • Ferment çatışmazlığı
    • Ən geniş rast gəlinən forma laktaza çatışmazlığıdır, bu laktozaya qarşı dözümsüzlüyə gətirir. Adətən simptomlar məktəb yaşları və ya böyü yaş dövründə meydana çıxır.
  • Histamin azad edən biogen aminlər
    • Çiyələk, sitrus meyvələri, şokolad, pomidor

Anafilaktik reaksiya

  • Nəzəri olaraq, istənilən qida törədici amil rolunda çıxış edə bilər.
    • Uşaqlarda: süd, buğda, yumurta, ləpələr, toxumlar
    • Böyüklərdə: ləpələr, toxumlar, xərçəngkimilər, meyvələr, tərəvəzlər
      • Belə pasiyentlər sonrakı dəyərləndirmə üçün ixtisaslaşmış tibbi yardım üçün yönləndirilirlər və reaksiya müvafiq qaydada qeydə alınır.

Əsas suallar

  • Əlamətlər və simptomlar: müşahidə edilən simptomlar hansılar idi və onlar nə zaman başlamışdır, simptomların təkrarlanması qeyd olunubmu? Qidanın təsirinə məruz qalmaya münasibətdə simptomların başlanma vaxtı necə idi? Simptomlar yüngül və ya güclü idi?
  • Cari pəhriz; hər hansı qida artıq eliminasiya edilmişdirmi və eliminasiya üçün səbəblər hansılar idi?
  • Atopik ekzema; dəriyə qulluq metodlarından hansıları istifadə edilmişdir (nəmləşdirici losyonlar, yumşaldıcılar, yerli qlükokortikoidlər)?
  • Ana südü ilə bəslənmə (tək ana südü ilə bəslənmənin davametmə müddəti, ana südü ilə bəslənmənin ümumilikdə müddəti), süni uşaq qidası ilə ilk tanışlıq, rasiona əlavə qidaların yeridilməsi, ananın istənilən spesifik pəhrizləri
  • Ailə anamnezində allergiyalar
  • Tütün çəkmə
  • Pasiyentdə metabolik pozğunluqlar, seliakiya və ya laktozaya qarşı dözümsüzlük ola bilərmi? Antimikrob preparatı kursları (bağırsaq simptomlarına təsiri?)
  • Böyümə cədvəli (boy, çəki, başın çevrəsi)

Körpə (< 1 yaş)

  • Anamnez
    • Simptomlar sonrakı müayinələrin aparılmasını tələb edirmi və ya onlar normal körpəlik dövrünün bir hissəsidir? Körpələr ayrı-ayrı fərdlərdir və onların temperamentləri fərqlidir, bu da uşaqların narazılığını, xoşbəxtliyini ifadə etməsində, ağlamasında və yatma/oyaq qalma düzənlərində əksini tapır.
    • Ağırlaşdırıcı amillərin nəzərdən keçirilməsi xüsusilə önəmlidir.
    • Atopik ekzema adətən körpəlikdə, yeni qidaların rasiona daxil edilməsi vaxtında meydana çıxır, və səhv dəyərləndirilmə ehtimalı böyükdür.
  • Ən son rasiona daxil edilmiş qidaların eliminasiyasını sınamaq olar və uşaqda simptomların dinamikası müşahidə edilir. Əgər bunun faydası olarsa, rasiondan xaric edilmiş qidalar bir-bir yenidən rasiona daxil edilir.
  • Diaqnostik işləmlər aparıldığı vaxt təsadüfən heç bir yeni qidanın əlavə edilməməsi xüsusilə önəmlidir.
  • Simptomlara heç bir təsir göstərməyən hər hansı pəhriz gecikməyə yol verilmədən dayandırılmalıdır.

Daha böyük yaşlı uşaq

  • Qida ilə əlaqədar simptomların meydana çıxması ehtimalı aşağıdır
  • Tozağacı bitki tozcuqlarına qarşı allergiya zamanı çarpaz reaksiyalar: yuxarıda bax
  • Yayda sağalan səpginin səbəbi qida allergiyası deyildir .

Qida allergiyasının simptomları

Dəri təzahürləri

  • Övrə və dəridə qızartı (sürətli tipli allergik reaksiyalar), atopik ekzemanın kəskinləşməsi (ləng tipli reaksiya və nadir hallarda qida allergiyasının yeganə simptomu)
  • Çox hallarda qida maddəsinin körpədə ağır atopik ekzemanı kəskinləşdirən amil rolunda çıxış etdiyi aşkarlanır.
  • Atopik dermatit bir çox amillər hesabına, o cümlədən, quru qış havası, stres, infeksiyalar və tərləmə ilə əlaqədar kəskinləşə bilər. Residivlər və remissiyaların olması geniş yayılmış gedişat şəklidir, bu da bir çox yeni qidaların rasiona daxil edildiyi körpəlik dövründə dəyərləndirmə üçün çətinlik yaradır.

Bağırsaq simptomları

  • Qarında ağrı, qusma, nəcisin konsistensiyasında dəyişikliklər, davamlı ağlama və narahatlığın körpədə interpretasiyası çox çətindir. Defekasiyanın tezliyi fərdi olaraq geniş variasiya edir. Məsələn, körpə üçün defekasiya aktının gündə 10 dəfə və ya həftədə bir dəfə olması norma sayıla bilər (uşağın vəziyyətinin yaxşı olması və normal inkişaf etməsi şərtilə).
  • Pəhrizdə istənilən dəyişikliklər bağırsaq funksiyasında müvəqqəti dəyişikliklərə səbəb ola bilər, bu da normal haldır.
  • Mədə-bağırsaq simptomlarından ən aşkarı ağız ətrafında və dodaqlarda kontakt allergiyadır ki, bu demək olar ki, qidanın yeyilməsindən dərhal sonra meydana çıxır və bu səbəbdən simptomların yaranmasını provokasiya edən qida (tozağacı bitki tozcuqlarına qarşı allergiya zamanı pomidor, sitrus meyvəsi və alma) ilə əlaqələndirilməsi asandır.
  • Pəhrizdə istənilər dəyişikliklər bağırsaq funksiyasında müvəqqəti dəyişikliklərə səbəb ola bilər, bu da normal haldır."?>

Tənəffüs yolları simptomları

  • Rinit, gözlərdə qaşınma, asqırma və təngnəfəslik nadir hallarda olur.
    • Onlar adətən övrə və anafilaksiya əlamətləri ilə gedən ağır sistem reaksiyalarla assosiasiya olunur.

Simptomların meydana çıxma vaxtı və digər simptomlar

  • Qida allergiyası simptomları adətən yeni qidanın rasiona daxil edilməsindən sonra ən geci bir neçə həftə ərzində meydana çıxır.
  • IgE-vasitəli simptomlar adətən dəqiqələr ərzində və 1-2 saat müddətindən gec olmayaraq yaranır. Gecikmiş simptomlar saatlar ərzində və bir neçə gündən gec olmamaqla meydana çıxır.
  • Gecikmiş bağırsaq reaksiyaları, aşırı ağlama, narahatlıq və atopik ekzemanın kəskinləşmələrini ayrıca bir qida ilə əlaqələndirmək həddən artıq çətindir. İkiqat-kor qida provokasiyası sınaqları diaqnostika üçün faydalı ola bilər.

Qida allergiyası diaqnozu

  • Diaqnostika eliminasiya və provokasiya sınaqlarına əsaslanır (şəkil ) . Qida dəyəri yüksək olan qidalar üçün (kiçik uşaqlarda süd və buğda) eliminasiya-provokasiya sınaqları həkim nəzarəti altında ixtisaslaşmış tibbi yardım səviyyəsində, misal olaraq, aşağıdakı təlimatlara uyğun həyata keçirilir.
    • Şübhə doğuran qida(lar) tam olaraq pəhrizdən çıxarılır (1-2 həftəlik).
    • Simptomların inkişafı/aradan qalxması simptomlar gündəliyində qeyd edilir.
    • Simptomların aradan qalxması qida allergiyası mövcudluğunun хeyrinə çıxış edir, lakin bu diaqnostik deyil. Qidanın yenidən rasiona daxil edilməsinə ehtiyac görülür.
    • Həmin qidanın kiçik miqdarı  yenidən pəhrizə daxil edilir və onun miqdarı uşağın asimptomatik qaldığı müddət ərzində normal gündəlik miqdarına (yaşa görə standartlaşdırılmış) çatanadək tədricən artırılır. Bax: inək südünə qarşı allergiya .Pasiyentin anamnezinə əsaslanaraq, övrə və angio-ödem kimi sürətli tipli simptomların meydana çıxa bilməsinə şübhə olarsa, provokasiyanın yalnız bir neçə saat davam etdirilməsi yetərlidir. Gecikmiş simptomlara şübhə zamanı, provokasiya, məsələn 4 gün ərzində olmaqla, ilkin təyin edilmiş porsiyalarla və daha sonra simptomlar meydana çıxanadək yaşa görə standartaşdırılmış porsiyalarla evdə davam etdirilir.
    • Sürətli tipli simptomlar adətən bir neçə dəqiqə və ya ən çoxu bir neçə saat ərzində baş verir. Gecikmiş simptomlar, yetəri miqdarlar qəbul edildikdə, qidanın rasiona daxil edilməsindən 1–2 gün ərzində meydana çıxır (simptomlar gündəliyi). 5 gün sonra meydana çıxan simptomlar allergiya ilə əlaqəli deyil.
  • Qida dəyəri nisbətən aşağı olan və sadəcə yüngül simptomlar törədən qidalarla sınaqlar evdə valideyn nəzarəti altında həyata keçirilə bilər.
  • Qida səbəbli anafilaktik reaksiyalara şübhə: şübhəli qida evdə yenidən sınaqdan keçirilmir, bu vəziyyət ixtisaslaşmış tibi yardım həlqəsi səviyyəsində dəyərləndirilir.

Allergik sınaqlar

  • IgE testləri (dəri prik testləri, spesifik IgE testləri) tibbi yardımın birincili həlqəsi səviyyəsində müalicə edilən yüngül simptomlarla əlaqədar müayinələr zamanı istifadə edilməməlidir.
  • Daha ağır simptomları olan uşaqlarda, pasiyentin anamnezinə müvafiq planlaşdırılan spesifik IgE testləri, ixtisaslaşmış tibbi yardım həlqəsi səviyyəsində həyata keçirilir.
  • IgE testləri diaqnostik əhəmiyyət daşımır.
  • Bir qayda olaraq, daha böyük yaşlı uşaqlarda, ciddi şübhələrin olmadığı təqdirdə, qida allergiyasına görə müayinələrdən çəkinmək lazımdır .
  • Məktəbəqədər yaş dövrü və daha böyük yaşlı uşaqlar tipik olaraq müsbət dəri prik testi və spesifik IgE testləri cavablarına malik olur ki, bunlar klinik əhəmiyyət daşımır.
  • Allergen komponentlərinə qarşı IgE anticisimləri müayinəsi yeni diaqnostik metod olub, bitki tozcuqları zülallarına çarpaz reaksiyalar və bəzi qidalara (xüsusilə ləpələr) qarşı reaksiyanın ağırlıq dərəcəsinin dəyərləndirilməsi üçün istifadə olunur.
  • IgA və IgG anticisimləri yalnız uşağın araşdırılan qida ilə təmasda olduğunu söyləyir və onlar diaqnostika üçün əhəmiyyət daşımır.
  • Müasir məlumatlara əsaslanaraq, dəriüstü sınağın aparılması güvənli diaqnostik metod deyildir.

Müalicə

  • Qida allergiyası, simptomlara səbəb olan qidanın qəbulundan müəyyən zaman çərçivəsi ərzində yayınmaqla müalicə edilir. Qidanın istisna edilməsinin miqyası simptomların ağırlıq dərəcəsindən asılıdır; simptomlar yüngüldürsə spesifik reaksiyaya səbəb olan qidanın tam eliminasiyasına ehtiyac yoxdur, bu sağalmanı sürətləndirə bilər. Digər tərəfdən, normal yaşa-uyğun qida rejimi təmin edilir.
  • Əgər qida dəyəri yüksək olan qidalar (süd, dənli bitkilər) rasiondan çıxarılırsa, alternativ qida maddələrinin təmin edilməsindən əmin olunmalı, və müalicəyə diyetoloq cəlb edilməlidir.
  • Xüsusi pəhrizdə olan uşağın normal böyüməsi və inkişafına diqqət edilməlidir. 
  • Qida allergiyalı uşaqların əksəriyyəti təsadüfi şəkildə spesifik simptomlar törədən qida ilə təmas etmiş olacaq. Valideynlər allergik reaksiyalar zamanı ilk yardım kimi antihistaminlərin verilməsi ilə bağlı təlimatlandırılmalıdır. Əgər uşaqda anafilaktik və ya hər hansı digər ciddi sistem reaksiya baş vermişsə,  o üzərində adrenalin avtomatik inyeksiyası şprisini gəzdirməli və iynədən istifadənin qaydası öncədən nümayiş etdirilməlidir.
  • Qidaya qarşı allergiyası olan uşağın anası adətən südlə əmizdirmə dövrü ərzində normal qidalanmaya riayət də bilər.

Proqnoz

  • Erkən uşaqlıq dövrü qida allergiyaları tez aradan qalxır. İnək südünə allergiyası olan uşaqların yarısı 2 yaşına çatdıqda və 75%-i 3 yaşına çatdıqda südü tolerə edə biləcək. Dənli bitkilər və yumurtaya qarşı allergiyalar da uşaqların əksəriyyətində ən geci məktəb yaşına çatdıqları zaman aradan qalxır.

Kontrol müayinələr və tibbi xidmətin təşkili

  • Qida dəyəri baxımından böyük əhəmiyyət kəsb etməyən ayrı-ayrı qidalar,  simptomlarla qida arasında səbəb-nəticə əlaqəsi aydın görünürsə, tibbi yardımın birincili həlqəsi səviyyəsində eliminasiya oluna bilər. Eliminasiya və yenidən rasiona daxil edilmə simptomlar gündəliyinə qeydlər aparmaqla, evdə həyata keçirilə bilər. Təkrari provokasiya sınağı təşviq edilir.
  • Klinik təcrübə rutin qaydada kontrol baxışlar aparılmasını tələb edir.
  • Mütəxəssisə göndərişin verilməsi üçün göstərişlər
    • Geniş yayılmış və ya getdikcə ağırlaşan ekzema ilə olan kiçik körpə
    • Mürəkkəb və ya qarışıq simptomları olan kiçik uşaq və valideynlərinin qida allergiyası ilə bağlı əminliyi
    • Qida dəyəri yüksək olan qida maddələrinə (süd, buğda) qarşı qida allergiyasının mövcudluğu ilə bağlı şübhə doğuran uşaq
    • Böyümədə geri qalma
    • Qidalanmanın məhdudlaşdırılması 
    • Anafilaksiya şübhəsi
  • Tibbi yardımın birincili həlqəsi səviyyəsində
    • Eliminasion pəhrizdə olan uşağın böyüməsi böyümə cədvəlləri ilə mütəmadi kontrol altında saxlanılır.
    • Peyvəndlər normal qrafikə uyğun aparılır. Yumurtaya qarşı allergiya, uşaqda yumurtaya qarşı anafilaktik reaksiyanın qeyd olunması istisna təşkil etməklə, vaksinasiya üçün maneə törətmir.
    • Ailəyə qida rejimini normal qidalanmaya qədər genişləndirməsi barədə tövsiyələr verilir.
    • Uşağın pəhrizi müntəzəm olaraq (hər il) uşağın tibb müəssisəsinə gəlişləri zamanı təkrar dəyərləndirilməlidir: müəyyən qidaların fərdi istifadədən çıxarılması eliminasion-provokasion testlərə əsaslanırmı? Mütəxəssis vəziyyəti təkrar dəyərləndirməlidirmi?

Əlaqəli resurslar

Hoare C, Li Wan Po A, Williams H. Systematic review of treatments for atopic eczema. Health Technol Assess 2000;4(37):1-191. Johansson SG, Hourihane JO, Bousquet J, Bruijnzeel-Koomen C, Dreborg S, Haahtela T, Kowalski ML, Mygind N, Ring J, van Cauwenberge P, van Hage-Hamsten M, Wüthrich B, EAACI (the European Academy of Allergology and Cinical Immunology) nomenclature task force. A revised nomenclature for allergy. An EAACI position statement from the EAACI nomenclature task force. Allergy 2001 Sep;56(9):813-24. Eggesbø M, Halvorsen R, Tambs K, Botten G. Prevalence of parentally perceived adverse reactions to food in young children. Pediatr Allergy Immunol 1999 May;10(2):122-32. Venter C, Pereira B, Grundy J, Clayton CB, Roberts G, Higgins B, Dean T. Incidence of parentally reported and clinically diagnosed food hypersensitivity in the first year of life. J Allergy Clin Immunol 2006 May;117(5):1118-24. Csonka P, Kaila M, Laippala P, Kuusela AL, Ashorn P. Wheezing in early life and asthma at school age: predictors of symptom persistence. Pediatr Allergy Immunol 2000 Nov;11(4):225-9. Greer FR, Sicherer SH, Burks AW, American Academy of Pediatrics Committee on Nutrition, American Academy of Pediatrics Section on Allergy and Immunology. Effects of early nutritional interventions on the development of atopic disease in infants and children: the role of maternal dietary restriction, breastfeeding, timing of introduction of complementary foods, and hydrolyzed formulas. Pediatrics 2008 Jan;121(1):183-91. Høst A, Halken S, Muraro A et al.. Dietary prevention of allergic diseases in infants and small children. Pediatr Allergy Immunol 2008 Feb;19(1):1-4. Lee J, Seto D, Bielory L. Meta-analysis of clinical trials of probiotics for prevention and treatment of pediatric atopic dermatitis. J Allergy Clin Immunol 2008 Jan;121(1):116-121.e11. Kukkonen K, Savilahti E, Haahtela T, Juntunen-Backman K, Korpela R, Poussa T, Tuure T, Kuitunen M. Probiotics and prebiotic galacto-oligosaccharides in the prevention of allergic diseases: a randomized, double-blind, placebo-controlled trial. J Allergy Clin Immunol 2007 Jan;119(1):192-8. Räsänen L, Ylönen K. Food consumption and nutrient intake of one- to two-year-old Finnish children. Acta Paediatr 1992 Jan;81(1):7-11. Vandenplas Y, Koletzko S, Isolauri E, Hill D, Oranje AP, Brueton M, Staiano A, Dupont C. Guidelines for the diagnosis and management of cow's milk protein allergy in infants. Arch Dis Child 2007 Oct;92(10):902-8. Wickens K, Black P, Stanley TV et al. A protective effect of Lactobacillus rhamnosus HN001 against eczema in the first 2 years of life persists to age 4 years. Clin Exp Allergy 2012;42(7):1071-9. Vetander M, Helander D, Flodström C et al. Anaphylaxis and reactions to foods in children--a population-based case study of emergency department visits. Clin Exp Allergy 2012;42(4):568-77. Moneret-Vautrin DA, Morisset M, Flabbee J et al. Epidemiology of life-threatening and lethal anaphylaxis: a review. Allergy 2005;60(4):443-51. Nwaru BI, Hickstein L, Panesar SS et al. The epidemiology of food allergy in Europe: a systematic review and meta-analysis. Allergy 2014;69(1):62-75. Nwaru BI, Takkinen HM, Niemelä O et al. Timing of infant feeding in relation to childhood asthma and allergic diseases. J Allergy Clin Immunol 2013;131(1):78-86. Nwaru BI, Takkinen HM, Kaila M et al. Food diversity in infancy and the risk of childhood asthma and allergies. J Allergy Clin Immunol 2014;133(4):1084-91.